Məhkəmə qərarları › İş №e-2-2(113)-723/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-723/2020

13.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-723/2020 13.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Bağman qızının katibliyi ilə, İddiaçı “Qala Sığorta” açıq səhmdar cəmiyyətinin Cavabdehnə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanılmış MQ-014/19 saylı Alğı-Satqı və Podrat müqaviləsi ləğv edilərək cavabdehə ödənilmiş 23340,00 manat məbləğin, MQ-014/19 saylı Alğı-Satqı müqaviləsi üzrə hər gecikdirilmiş günü üçün Malın ümumi dəyərinin 0,01% miqdarında dəbbə pulu və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanılmış MQ-014/19 saylı Alğı-Satqı və Podrat müqaviləsi ləğv edilərək cavabdehə ödənilmiş 23340,00 manat məbləğin, MQ-014/19 saylı Alğı-Satqı müqaviləsi üzrə hər gecikdirilmiş günü üçün Malın ümumi dəyərinin 0,01% miqdarında dəbbə pulu və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən, yəni cavabdeh tərəfindən iddia ərizəsinin alınmasını təsdiq edən sənəd əlavə olunmadan verildiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Qala Sığorta” açıq səhmdar cəmiyyətinin Cavabdehnə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanılmış MQ-014/19 saylı Alğı-Satqı və Podrat müqaviləsi ləğv edilərək cavabdehə ödənilmiş 23340,00 manat məbləğin, MQ-014/19 saylı Alğı-Satqı müqaviləsi üzrə hər gecikdirilmiş günü üçün Malın ümumi dəyərinin 0,01% miqdarında dəbbə pulu və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsivə ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar