Məhkəmə qərarları › İş №e-2-2(113)-723/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-723/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-723/2025 25.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “ARD X9” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X6 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı “ARD X9” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul”tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı “ARD X9” MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.947.41 USD əsas borcun "xxxx" MMC-dən tutularaq “ARD X9” MMC -yə ödənilməsi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “ARD X9” MMC (“İcraçı”)ilə direktoru X1 şəxsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən "xxxx" MMC (“Sifarişçi”) arasında, BƏƏ-nin Dubai şəhərində bağlanmış 2023-ci il 03 yanvar tarixli AS-001/2023 saylı nömrəli Müqavilənin (əlavə olunur) şərtlərinə əsasən, İcraçı Qiymətlərin Razılaşdırılması Protokolunda (Əlavə) əks olunmuş malları (xidmətləri) (bundan sonra- Mallar) sifarişçinin mülkiyyətinə verməyi, Sifarişçi isə Malların qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öz öhdəliyinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr Satıcı tərəfindən təqdim olunan elektron qaimə elektron vergi hesabfakturasına əsasən həyata keçirilir. X4 tərəfindən müəyyən edilmiş hesablaşma hesabına köçürmə etməklə malın dəyərinin 10 % -ni əvvəlcədən ödədikdən sonra X8 ilə razılaşdırılmış ünvana çatdırılmaılıdır. Ödənişin qalan hissəsi ilkin ödənişdən 90 gün ərzində ödənilməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi halında tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar və dəymiş zərəri qarşı tərəfə ödəməyə borcludurlar. Həmin müqavilənin xx.xx.2023-ci il tarixli 1 saylı Əlavəsinə əsasən İcraçı tərəfindən Sifarişçiyə 12163.79 USD dəyərində Malların (qiyməti və alqı-satqının ümumi dəyəri razılaşdırılmaqla) verilməyi təsdiq edilmişdir. X3 28 noyabr 2023-ci il tarixində X4 tərəfindən müəyyən edilmiş hesablaşma hesabına köçürmə etməklə malın dəyərinin 10 % -ni (1216.38 USD) ödədikdən sonra, 30 noyabr 2023 tarixində Azərbaycan Respublikasının “Logistika Mərkəzi” gömrük postu-00808-də da təhvil verilmişdir.(əlavə olunur) Lakin cavabdeh müqavilənin öhdəliyi yerinə yetirməmiş və 10.947.41 USD məbləğində borcu qalmışdır. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi barədə "xxxx" MMC-yə pretenziya (əlavə olunur) göndərilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirərək müqavilə üzrə öhdəliklərini artıq 5 aydır ki, icra etməkdən qəsdən yayınmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. “ARD X9” MMC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, AS- 001/2023 saylı satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin: -1.1-ci bəndinə əsasən Satıcı Müqavilənin ayrılmaz hissəsi olan Əlavədə göstərilən müvafiq Malları və ya Məhsulları (bundan sonra “Mallar”) Alıcıya təhvil verməyi, Alıcı isə Malları razılaşdırılmış qaydada və vaxtından əvvəl ödəmədən qəbul etməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər Satıcı tərəfindən təqdim olunan elektron qaimə- faktura və elektron vergi hesab-fakturasına əsasən həyata keçirilir. X4 tərəfindən müəyyən edilmiş hesablaşma hesabına köçürmə etməklə Malın dəyərinin 10%ni əvvəlcədən ödədikdən sonra X8 ilə razılaşdırılmış ünvana çatdırmalıdır. Qiymətin qalan hissəsi ilkin ödənişdən sonra 90 gün ərzində ödənilməlidir. - 8-ci bəndinə əsasən tərəflər qəbul edirlər ki, bu müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri Binəqədi rayon ərazisidir. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, münaqişənin həllinə satıcının qeydiyyatda olduğu ünvan üzrə həmin məhkəmə tərəfindən baxılacaq. - 2.2-ci bəndinə əsasən alıcının hesablaşma hesabından ödənişin köçürülməsi (silinməsi) anı Malın dəyərinin ödənilmə tarixi hesab olunur. Müqavilə tərəflərin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.

9. 28.11.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən “ARD X9” MMC-nin hesabına xx.xx.2023-cü il tarixli müqavlə üzrə 1216.38 ABŞ dolları məbləğində pul köçürülmüşdür.

10. 01.12.2023-cü il tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, bəyannaməç/təmsilçi qismində "xxxx" MMC iştirak etməklə) göndərən (ixracatçı) “ARD X9” MMC tərəfindən malı qəbul edən (idxalatçı) Cavabdeh MMC-yə ünvanlanmış ümumi invoys dəyəri 12163.79 ABŞ dolları olan cəmi 15 ədəd bağlama AR-in gömrük sərhədindən keçirilmişdir. V. Tətbiq edilən hüquq:

11. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

14. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

15. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 10.947.41 ABŞ dolları məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş, alqı-satqı müqaviləsi, gömrük bəyənnaməsi,, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə ödənniş etməsinə dair sənəd ilə təsdiq edilir.

17. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərindən – 10.947.41 ABŞ dolları məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən 10.947.41 ABŞ dolları məbləğində pul vəsaitini tələb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 10.947.41 ABŞ dolları borc tutularaq iddiaçıya ödənilməlidir.

18. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 150.60 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

19. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150.60 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 10.947.41 ABŞ dolları məbləğində əsas borc iddiaçı “ARD X9” MMC-nin xeyrinə tutulsun. Ödənilmiş 150.60 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar