Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7238/2022 09.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı lizinq müqavilələrinin ləğv edilməsi və borcun ödənilməsi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış MAS-3840, MAS-3779, MAS-3780, MAS-2825, MAS-3759, MAS- 3841, MAS-2717, MAS-2716, MAS-3781, MAS-3839, MAS-3842 və MAS-2971 saylı “Daxili lizinq” müqavilələrin ləğv edilməsi, MAS-3840 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 iyul 2022-ci il tarixə 566,48 manat gecikdirilmiş əsas, 330,91 manat gecikdirilmiş mükafat, 278,65 manat dəbbə pulu, ümumilikdə 1176,04 manat manat borcun, MAS-3779 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 iyun 2022-ci il tarixə 515,25 manat gecikdirilmiş əsas, 314,86 manat gecikdirilmiş mükafat, 300,79 manat dəbbə pulu, 2028,7 manat lizinq obyekti olan avtomobilə dəymiş zərər, ümumilikdə 3159.60 manat borcun, MAS-3780 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 iyun 2022-ci il tarixə 525,13 manat gecikdirilmiş əsas, 309,52 manat gecikdirilmiş mükafat, 276,56 manat dəbbə pulu, ümumilikdə 1111,21 manat borcun; MAS-3841 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 iyun 2022-ci il tarixə 555,83 manat gecikdirilmiş əsas, 345,61 manat gecikdirilmiş mükafat, 284,78 manat manat dəbbə pulu, 380 manat lizinq obyekti olan avtomobilə dəymiş zərər, ümumilikdə 1566,22 manat borcun; MAS-3759 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 28 may 2022-ci il tarixə 515,25 manat gecikdirilmiş əsas, 318,28 manat gecikdirilmiş mükafat, 286,88 manat dəbbə pulu, ümumilikdə 1120.41 manat borcun; MAS-2825 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 iyun 2022-ci il tarixə 601,5 manat gecikdirilmiş əsas, 189,72 manat gecikdirilmiş mükafat, 283,16 manat dəbbə pulu, 412,5 manat lizinq obyekti olan avtomobilə dəymiş zərər, ümumilikdə 1486,88 manat borcun; MAS-2717 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 iyun 2022-ci il tarixə 611,02 manat gecikdirilmiş əsas, 179,69 manat gecikdirilmiş mükafat, 280,95 manat dəbbə pulu, 2466,4 manat lizinq obyekti olan avtomobilə dəymiş zərər, ümumilikdə 3538,06 manat borcun; MAS-2716 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 iyun 2022-ci il tarixə 611.02 manat gecikdirilmiş əsas, 179.88 manat gecikdirilmiş mükafat, 280.95 manat dəbbə pulu, 1422 manat lizinq obyekti olan avtomobilə dəymiş zərər, ümumilikdə 2493.85 manat borcun; MAS-3781 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 may 2022-ci il tarixə 515,25 manat gecikdirilmiş əsas, 315,93 manat gecikdirilmiş mükafat, 280,69 manat dəbbə pulu, 1181,50 manat lizinq obyekti olan avtomobilə dəymiş zərər, ümumilikdə 2293,37 manat borcun; MAS-3842 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 avqust 2022-ci il tarixə 1133,17 manat gecikdirilmiş əsas, 669,77 manat gecikdirilmiş mükafat, 564,16 manat dəbbə pulu, 500 manat lizinq obyekti olan avtomobilə dəymiş zərər, ümumilikdə 2867,1 manat borcun, MAS-2971 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 iyul 2022-ci il tarixə 744,75 manat gecikdirilmiş əsas, 442,88 manat gecikdirilmiş mükafat, 485,69 manat dəbbə pulu, 991 manat lizinq obyekti olan avtomobilə dəymiş zərər, inzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş 399 manat məbləğində pulun, ümumilikdə 3063,32 manat borcun; MAS-3839 saylı “Daxili lizinq” müqaviləsinin predmeti olan “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 9360 manat pul vəsaiti, bütün müqavilələr üzrə ümumilikdə 33236,42 manat borc və ödənilmiş 210 manat dövlət rüsumun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1, 150.1.4 və 150.1.6-ci maddəsinə əsasən iddia ərizəsinə bu Məcəllənin 150.2ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Normaların məzmunundan göründüyü kimi kommersiya mübahisələri üzrə iddia ərizəsinin işdə iştirak edən digər şəxslər tərəfindən alınmasına dair sübutun, habelə cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin təqdim olunması imperativ norma kimi nəzərdə tutulmuşdur və çatdırılmanın xüsusi qaydası müəyyən edilmişdir. Lakin, həmin sənədlər iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1, 152.1.4 və 152.1.6-cı maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı lizinq müqavilələrinin ləğv edilməsi və borcun ödənilməsi tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7238/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7238/2022
09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver