Məhkəmə qərarları › İş №e-2-2(113)-7241/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7241/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7241/2025 13.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alğı-satqı,pul) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul”tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin İddiaçı MMCyə ödəməli olduğ1499manat məbləğində qalıq borcun, 74.95 AZN dəyərində cərimə məbləğinin, 100 manat məbləğində vəkilin xidmətləri (order) üçün haqqın və iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 35 AZN dəyərində dövlət rüsumunun Cavabdehdən tutularaq İddiaçıMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra "xxxx") və Cavabdeh MMC (bundan sonra C“avabdeh”) arasında malların alğı-satqısına dair 1164 saylı xx.xx.2022-ci il tarixli müqavilə (bundan sonra – “Müqavilə”) bağlanmışdır. Həmin Müqavilənin predme< ƏDV daxil olmaqla, 2.679,00 AZN ( iki min altıyüzyetmiş doqquz manat) təşkil etmişdir. Məhsul xx.xx.2023-cü il tarixində Cavabdehə təhvil verilmişvə bu, tərəflərin imzaladığı təhvil-təslim aktı ilə təsdiq edilmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən, alıcı (yəni, Cavabdeh) sifariş etdiyi malın dəyərini saLcı (yəni, İddiaçı) tərəfindən hesab faktura verildiyi gündən e< pretenziya məktubu təqdim edilmişdir. Lakin Cavabdeh bugünədək hələ də 1499 AZN qalıq borcunu ödəməmişdir..

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı MMC (bundan sonra "xxxx") və Cavabdeh MMC (bundan sonra C“avabdeh”) arasında malların alğı-satqısına dair 1164 saylı xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin: -1-ci bəndinə əsasən “Satıcı” reselleri olduğu “Apple inc.”-nin istehsal etdiyi malları “Alıcfmn sifarişinə əsasən “Alıcı”ya təqdim etməyi və zəmanət müddəti ərzində onun xidmətini həyata keçirməyi, “Alıcı” isə sifariş etdiyi malların pulunu öncədən tam olaraq “Satıcfya ödəməyi və gecikməyə yol vermədən qəbul etməyi öhdəsinə götürür.. - 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Mal” məbləği bu müqavilənin ayrılmaz hissəsi sayılan razılaşdırma protokoluna əsasən faktura təqdim edildikdən sonra 30 (otuz) təqvim günü müddətində “Alıcı” tərəfindən “Satıcfmn bank hesabına köçürmə yolu ilə həyata keçirilir.“Alıcı” ona “Satıcı” tərəfindən hesab-faktura verildikdən sonra 30 gün müddətində hesab-fakturadakı məbləği tam olaraq ödəməzsə “Satıcı” “Alıcı”nın sifariş etmiş olduğu mallar üzərində sərbəst sərəncam vermək və ya həmin malı üçüncü şəxslərə satmaq hüququna malikdir. - 2.2- ci bəndinə əsasən ödəniş nağdsız qaydada həyata keçirilir. - 2.3- cü bəndinə əsasən “Alıcı” tərəfindən sifariş edilmiş mallara görə ödəniş həyata keçirildiyi andan sonra həmin malların təhvil edildiyi anadək Azərbaycan Respublikasının milli valyutası olan manat ABŞ dolları qarşısında devalvasiyaya uğrayarsa “Alıcı” malın sifarişi tarixindən malın təhvili həyata keçirilən tarixədək olan kurs fərqini qeyd-şərtsiz olaraq “Satıcfya ödəyir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. İddiaçı tərəfindən cavabehə EBDC 296100 nömrəli xx.xx.2023-cü il tarixli 2679 manat məbləğində elektron qaimə göndərilmişdir.

10. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2025-xx.xx.2025-ci il dövrünə olan qarşılıqlı üzləşmə aktına əsasən cavabdh tərəfindən iddiaçıya 2679 manat manat ödənilməmiş borcu var. V. Tətbiq edilən hüquq:

11. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

14. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

15. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 1499 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş, alğı-satqı müqaviləsi,elektron qaimə, təhvil-təslim aktları və üzləşmə aktı ilə təsdiq edilir. Cavabdehə rəsmi qaydada məlumat versə də, məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

17. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərindən – 1499 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən 1499 manat məbləğində pul vəsaitini tələb etdiyini və cavabdehin yaranmış borcun məhkəmə iclasında etiraf etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 1499 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

18. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 74.95 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

19. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 74.95 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

20. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 100 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

21. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 1499 (min dörd yüz doxsan doqquz) manat məbləğində əsas borc, 74.95 (yetmiş dörd manat doxsan beş qəpik) manat məbləğində cərimə borcu, 100 (yüz) manat məbləğində vəkil xidmətləri üçün haqq tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar