Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7244/2025 13.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 116 116,95 (ədv daxil) manat və öhdəliyin icrasının gecikdirildiyi vaxt üçün illik 5% olmaqla, 10300 manat pulun, vəkilə ödənilmiş 2000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 16 oktyabr 2023-cü il tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə görə alıcının sifarişinə görə, müqavilə əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə mallarla təmin etməyi, alıcı isə həmin malları qəbul edərək, malların dəyərini bu müqavilədə müəyyən edilmiş qaydada və şərtlərlə ödəməyi öz öhdəsinə götürsə də, cavabdeh tərəfindən müqavilə öhdəliyi yerinə yetirilməmiş, pul ödənilməmişdir. Qarşılıqlı üzləşmə aktına 116 116,95 ( bir yüz on altı min bir yüz on altı manat doxsan beş qəpik) (ədv daxil) məbləğində pul iddiaçıya (satıcıya) ödənilməlidir. Tərəflər arasında bağlanan müqavilənin 3-cü hissəsinə görə malın təhvil-təslimindən, qaimə faktura təqdim edildikdən sonra ödəniş 30 gün müddətində həyata keçirilməli idi. Lakin cavabdeh tərəfindən mallar təhvil alınsa da, iddiaçının göstərdiyi xidmətə görə heç bir ödəniş edilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə əsas borca aid hissədə iddia tələbini qəbul etdiyini, yaranmış maliyyə çətinliyi ilə bağlı ödəniş edə bilmədiklərini göstərdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KG23/1610.1-1 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı alıcıya alıcının sifarişinə əsasən müqavilə əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə mallarla təmin etməyi, alıcı isə həmin malları qəbul edərək, malların dəyərini bu müqavilədə müəyyən edilmiş qaydada və şərtlərlə ödəməyi öz öhdəsinə götürür.
7. Müqavilənin 1.2-ci bəndinə əsasən malların adı, miqdarı və qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavə-qiymətlərin razılaşdırma protokolu ilə müəyyən edilir.
8. Müqavilənin 1.4-cü bəndinə əsasən satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən malların təhvil-təslimindən, qaimə faktura təqdim edildikdən sonra ödəniş 30 (otuz) gün müddətində həyata keçirilir. Əgər tərəflər arasında avans ödəməsi barədə razılıq olaraq, bu zaman ödənişi icra etmək üçün yalnız hesab fakturanın (invoys) təqdim edilməsi kifayətdir. Elektro qaimə faktura isə mallar təhvil alındıqdan sonra müvafiq şəkildə təqdim olunur.
10. Müqavilənin 5.4.1-ci bəndinə əsasən malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir.
11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2406 11231755 nömrəli 2131 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2406 11305865 nömrəli 642.0002 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2406 11401881 nömrəli 720.9999 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2409 12027652 nömrəli 3503.999 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2409 12026509 nömrəli 5841.0004 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2409 11782259 nömrəli 438.3001 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2409 11651322 nömrəli 6445.5003 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2407 10555126 nömrəli 700.0002 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2407 10427856 nömrəli 1360.0002 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2407 10126750 nömrəli 166.5001 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2407 10288765 nömrəli 1047.5008 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2407 10125760 nömrəli 3829.1019 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2407 10124799 nömrəli 1287.502 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2411 10670768 nömrəli 2120.5024 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2411 10670500 nömrəli 2379.0015 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2411 10301949 nömrəli 280.0001 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2410 12080920 nömrəli 4100.003 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2410 11401264 nömrəli 3533.0009 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2410 11352425 nömrəli 526.5 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2410 11351334 nömrəli 52.2 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2410 10911268 nömrəli 4121.0001 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2410 10911005 nömrəli 1399.5001 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2410 10788907 nömrəli 2301.5002 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2409 12028484 nömrəli 4709.5025 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 11123589 nömrəli 5483.1019 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 11017978 nömrəli 875 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 11016150 nömrəli 2587.2002 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 10853881 nömrəli 2773.502 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 10610622 nömrəli 2145.0013 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 10469077 nömrəli 940.0003 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 10405938 nömrəli 3795.0018 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 10069042 nömrəli 700.0002 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 11424310 nömrəli 1451.5446 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2411 12538964 nömrəli 1960.0009 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2502 11625964 nömrəli 6258.5022 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2502 11624092 nömrəli 3289.2013 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2502 11345862 nömrəli 4174.0001 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2502 11072230 nömrəli 6040.0003 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2502 10879320 nömrəli 2470.2016 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2502 10605069 nömrəli 4131.001 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2502 10479467 nömrəli 2740.0014 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2502 10406013 nömrəli 1052.0023 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2502 10123040 nömrəli 4905.0006 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 12219819 nömrəli 3967.504 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 11946242 nömrəli 4325.0003 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 11632763 nömrəli 1106.2016 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 11629588 nömrəli 3277.0011 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 11192206 nömrəli 2788.6003 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2503 11193382 nömrəli 4865.0018 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2503 10863069 nömrəli 3534.0018 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2503 10765736 nömrəli 2768.6027 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2503 10096313 nömrəli 3794.5024 manat məbləğində elektron qaimə fakturalar göndərilmişdir.
12. Tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən xx.xx.2023-cü il tarixli, KG23/1610.1-1 nömrəli müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçının xeyrinə ödəniləcək yekun məbləğ 116116,95 manat təşkil edir.
13. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KG23/1610.1-1 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
21. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etsə də, satılmış malların dəyəri cavabdeh tərəfindən iddiaçıya tam şəkildə ödənilməmiş, bununla da cavabdehin iddiaçıya 116116,95 manat borcu qalmışdır.
25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehdən 116116,95 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
26. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 10300 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) pulun ödənilməsi tələbini də irəli sürmüşdür.
27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
28. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
29. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
30. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
31. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
32. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
33. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
35. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
36. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
37. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
38. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır.
39. Bununla yanaşı, iddiaçı tərəfindən tələb edilən faiz borcu düzgün hesablanmamışdır.
40. Məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği 1 illik dövr üçün 5805,84 manat (116116,95 manat * 5 faiz / 100) müəyyən edilməlidir.
41. Bundan başqa iddia ərizəsində nümayəndəyə çəkilmiş xərcin əvəzi olaraq 2000 manat vəkil xərcinin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən çəkilmiş 2000 manat hüquqi yardımla bağlı xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
42. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 2000 manat vəsait “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosuna ödənilmişdir.
43. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
44. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 400 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 20 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 116116,95 manat əsas borc, 5805,84 manat faiz borcu, 2000 manat hüquqi yardıma görə xərc, 400 manat dövlət rüsumu, ümumilikdə 124322,79 (bir yüz iyirmi dörd min üç yüz iyirmi iki manat yetmiş doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş qalan 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı MMCnin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova