Məhkəmə qərarları › İş №e-2-2(113)-725/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-725/2020

10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-725/2020 10.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsininhakimi Əliyev Emin Zöhraboğlunun sədirliyi və Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Caucasus Pharma and Agro” LTD-yə qarşı pul tələbinə dair iddia ərizəsinəbaxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Caucasus Pharma and Agro” LTD-dən 163.300 ABŞ dolları əsas, 22.400 ABŞ dolları zərər və ümumilikdə 186.000 ABŞ dolları pulun alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı pretenziya qaydasına riayət etməmiş, həmçinin cavabdehlər tərəfindən iddia ərizəsinin alınması ilə bağlı sübut təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, nə iddia ərizəsində, nə də iddia ərizəsinə əlavə olunmuş sənədlərdə cavabdehin ünvanı dəqiq göstərilməmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli kontraktın 9-cu bəndində “Caucasus Pharma and Agro” LTD-nin deyil, alıcı bankın ünvanı və rekvizitləri əks etdirilmiş, iddiaçı isə poçt göndərişində “Caucasus Pharma and Agro” LTD-nin ünvanını ““Hindistan Respublikası, Mumbai şəhəri, Prabhadevi, Century Bazarının yanında” kimi göstərmişdir. Göründüyü kimi, “Caucasus Pharma and Agro” LTD-nin dəqiq hüquqi ünvanı heç bir sənəddə öz əksini tapmamışdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddiaçı “İddiaçı cavabdeh “Caucasus Pharma and Agro” LTD-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı “İddiaçı cavabdeh “Caucasus Pharma and Agro” LTD-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin149.2.4 və 152.1.4-cü maddələrinin tələblərinə riayət etməklə gələcəkdə hazırki cavabdehə qarşı məhkəmədə iddia qaldırılacağı təqdirdə onun hüquqi ünvanı dəqiq göstərilməklə bununla bağlı sübutlar iddia ərizəsinə əlavə olunmalıdır Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondanBakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar