Məhkəmə qərarları › İş №e-2-2(113)-7277/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7277/2025

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7277/2025 26.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X2 Kompleksi” MMC-nin Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı “X2 Kompleksi” MMC-nin Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X2 Kompleksi” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 6365 manat, hesablanmış cərimə borcuna görə 1273 manat və ödənilmiş dövlət rüsumuna görə 97 manat olmaqla cəmi 7735 manat pulun cavabdehdən alınaraq “X2 Kompleksi” MMC-yə verilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, alıcı qismində (İddiaçı) “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi” MMC-nin “ X1 və Emalı Zavodu” filialı və fermer (Cavabdeh) Cavabdeh2 arasında bağlanmış 2023- cü il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 152 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən Cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 18567 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, Cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 12201,62 manat dəyərində pambıq təhvil verərək ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2023-ci il mövsümü üzrə xx.xx.2022-cü il tarixli, 152 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 6365,38 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 1270 manat təşkil edir. Verilməmişdir: 6365 х 20% =1270 manat. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə hec bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, Müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 152 saylı xam-pambığın alqı-satqı müqaviləsi üzrə yaranmış əsas borca görə 6365 manat, hesablanmış cərimə borcuna görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 97 manat pulun Cavabdeh2 Telman oğlundan alınaraq “X2 Kompleksi” MMC-yə verilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7277/2025 saylı, 11 dekabr 2025-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh2 6365 manat əsas borc, 300 manat dəbbə pulu olmaqla cəmi 6665 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 97 manat tutularaq iddiaçı “X2 Kompleksi” MMC-yə ödənilməsi qət edilmişdir.

5. 23.01.2026-cı il tarixində Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7277/2025 saylı, xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Həmçinin xx.xx.2026-cı il tarixində Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, onun iddiaçıya hər hansı məbləğdə borcu yoxdur, bu barədə sübutlarını məhkəməyə təqdim edəcək.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-7277/2025 saylı qərardadına əsasən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7277/2025 saylı, 11 dekabr 2025-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnməsi qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

8. İddiaçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışını iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. “X2 Kompleksi” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 152 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsasən:

13. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində “Fermer” mülkiyyətində, istifadəsində və ya icarəsində olan 12,0 ha torpaq sahəsində pambıq əkib “Alıcı”ya satmağı, “Alıcı” isə “Fermer”in istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə “Fermer”-ə ödəməyi öhdəsinə götürür.

14. Müqavilənin 1.2-ci bəndinə əsasən “Fermer”lə “Alıcı” arasında müqavilə şərtlərinin təminatları, işin icrasına nəzarət, xam-pambığın qəbulu, saxlanılması və emalı “Tədarükçü” tərəfindən həyata keçirilir.

15. Müqavilənin 2.1.1-ci bəndinə əsasən mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi 12,0 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkir və hər hektardan 30 sentnerdən azolmamaqla xam pambıq istehsal edib “Alıcı”nın mükiyyətinə verir;

16. Müqavilənin 2.1.2-ci bəndinə əsasən pambıq əkiləcək torpağın şum edilməsindən başlayaraq pambığın yığılmasınadək bütün aqrotexniki tədbirlərin optimal müddətlərdə və keyfiyyətlə aparılmasını təmin edir;

17. Müqavilənin 2.1.3-cü bəndinə əsasən müqavilənin 2.1.2 bənndində göstərilən işlərin vaxtında və qıısursuz yerinə yetirilinəsi üçün aqrotexniki ardıcıllığa uyğun olaraq “Alıcı”dan avans vəsaitlər - (nəğdsiz qaydada pul vəsaiti, toxumluq çiyid, gübrələr, zəhərlikimyəvi preparatlar və s.) alınması, həmçinin texnikalarla (şum. mala, disk, arx, kultivasiya. dərmanlama və s.) işlər görülməsi barədə müraciət edir:

18. Müqavilənin 2.1.4-cü bəndinə əsasən istehsal olunan xam pambığın mövcud standartlara və 23 avqust 2007-ci il tarixdə Kənd təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam-pambığın yığılması və tədarükünə dair” Təlimatın tələblərinə əsasən Azərbaycan Bitki Mühafizə və X3-Tədqiqat İnstitu tərəfindən hazırlanmış və “Aİıcı”da saxlanılan xam-pambıq etalonlarına uyğun təhvil verir;

19. Müqavilənin 2.1.5-ci bəndinə əsasən istehsal etdiyi xam-pambığı tam yetişmiş, təmiz, içərisində kənar qarışıq olmadan “Tədarükçü”nün laboratoriyasında analizdən keçirməklə qüvvədə olan təlimat və standartlara əsasən növünə, nəmlik və zibillik faizlərinə uyğun kondisiya çəkidə təhvil verir. Təhvil verilən xam-pambığın nəmliyinin və zibilliyinin yuxarı həddi aşağıda göstərilən normalar daxilində olmalıdır:

20. Əl yığımı üzrə: 1-ci növ nəmlik - 10,0%,zibillik-3,0%, 2-ci növ nəmlik - 1 1.0%,zibillik-5,0%; 3-cü növ nəmlik -12,0%,zibillik-8,0%; 4-cü növ nəmlik - 14.0%, zibillik- 16.0%,

21. Maşın yığımı üzrə: 1-ci növ nəmlik-13,0% .zibillik-10,0%; 2-ci növ nəmlik-14,0% .zibillik-10,0%; 3-cü növ nəmlik-16.0% .zibillik-12.0%; 4-cü növ nəmlik-21,0% .zibi 11 ik- 20,0%;

22. Müqavilənin 2.1.7-ci bəndinə əsasən “Alıcı”-ya məxsus texnikalarla görülmüş şum, mala, disk, arx, kultivasiya, dərmanlama və.s fermerə göstərilən xidmətlərin, toxumluq çiyidin, zəhərli kimyəvi preparatların, gübrənin və s. dəyərini, həmçinin nəğdsiz qaydada götürülən vəsaitin məbləğini istehsal etdiyi xam-pambıqla müqavilədə göstəribmiş tarixədək tam ödəyir;

23. Müqavilənin 2.1.8-ci bəndinə əsasən xam-pambığın əl üsulu ilə yığımı və təhvili zamanı yalnız pambıq parçadan hazırlanmış fartıık və bardanlardan istifadə edir;

24. Müqavilənin 2.1.9-cu bəndinə əsasən pambıq sahəsində maşınla yığım aparacağı halda, səpini və digər aqrotexniki işləri pambığın maşınla yığılması tələblərinə cavab verən texnika və aqreqatlarla aparır, sahəni yığım üçün hazır vəziyyətə gətirir;

25. Müqavilənin 2.1.10-cu bəndinə əsasən istehsal etdiyi xam-pambığı üçüncü şəxslərə satmır;

26. Müqavilənin 2.1.11-ci bəndinə əsasən avans pul vəsaitlərin nəğdsiz qaydada ödənilməsi üçün bankda cari hesab açır;

27. Müqavilənin 2.1.12-ci bəndinə əsasən pambıq sahəsinin təbii fəlakətlərdən və digər zərərlərdən sığorta olunması üçün müvafiq sığorta təşkilatları ilə müqavilə məsuliyyətini öz üzərinə götürür;

28. Müqavilənin 3.1-ci bəndinə əsasən '‘Fermer” bu müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq istehsal etdiyi xam pambığı bütövlüklə öl noyabr 2022-ci il tarixinədək tam yetişmiş halda, təmiz, içərisində kənar qatqılar olmadan standarta uyğun şəkildə "Tədarükçifyə təhvil verir.

29. Müqavilənin 3.2-ci bəndinə əsasən təhvil verilmiş məhsulun miqdarı hər iki tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı ilə Pambıq qəbulu qəbzi əsasında rəsmiləşdirilir.

30. Müqavilənin 3.3-cü bəndinə əsasən xam-pambığın daşınması, daşıma tələblərinə cavab verən "Femeri”-in və ya Tədarükçünün nəqliyyat vasitələri ilə aparılır.

31. Müqavilənin 4.1-ci bəndinə əsasən "Tədarükçü” xam-pambığı fermerdən növiinə, nəmlik və zibillik faizlərinə görə giivvədə olan təlimat və standartlara əsasən aşağıdakı qiymətlərlə qəbul edir: İ növ - 700 AZN/ton, İİ növ - 680 AZN/ton, İİİ növ - 640 AZN/ton, İV növ - 600 AZN/ton.

32. Müqavilənin 4.2-ci bəndinə əsasən ”Alıcı” əl ilə yığılan xam pambığın kondisiya kütləsinin hər l(bir) kiloqramına görə 15 (on beş) qəpik vəsaiti 1-5 gün ərzində yığım pulu olaraq ödəyir və həmin yığım pulu qarşılıqlı hesablaşmada nəzərə almır;

33. Müqavilənin 4.3-cü bəndinə əsasən Fermerin avans məbləğindən artıq təhvil verdiyi xam-pambığm dəyəri 1-5 gün ərzində ödənilir.

34. Müqavilənin 4.4-cü bəndinə əsasən "Fermer” istehsal etdiyi xam-pambığı "Alıcı” ilə razılaşdırılmış pambıq qəbulu məntəqəsinə təhvil verir və daşıma xərcləri "Alıcı” tərəfindən həyata keçirilir;

35. Müqavilənin 4.5-ci bəndinə əsasən "Fermer" tərəfindən şəxsi nəqliyyat vasitələri ilə daşınıb məntəqəyə təhvil verilən xam-pambığm hər tonuna (kondisiya çəkidə) əlavə olaraq 10 (on) manat nəqliyyat xərci verilir.

36. Müqavilənin 5.1-ci bəndinə əsasən “Alıcı” bu müqavilə iizrə hesablaşma tarixinə ödəmə aparmadıqda hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 0.01% i miqdarında, lakin ödənilməyən məbləğin 0.5% dən artıq olmamaq şərti ilə cərimə ödəyir;

37. Müqavilənin 5.2-ci bəndinə əsasən “Fermer“ üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam-paınbıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam-pambığın dəyərinin 20%-i həcmində (xam-pambığın l-ci növ qiyməti ilə) cərimə ödəyir;

38. Müqavilənin 5.3-cü bəndinə əsasən “Fermer" vəfat edərsə onun müqavilə üzrə götürdüyü öhdəliklərin icrası qanunla müəyyən edilmiş qaydada hüquqi varisinə keçir.

39. Hesabdan çıxarışa əsasən “X2 Kompleksi” MMC tərəfindən Cavabdeh2 hesabına 7400 manat məbləğində avans məbləği ödənilmişdir.

40. 004192 saylı Akta əsasən xx.xx.2022-ci il tarixdə 8 ha ərazidə becərmə işinin ümumi dəyəri 128 manat, 004180 saylı Akta əsasən xx.xx.2022-ci il tarixdə 16 ha ərazidə becərmə və gübrə işinin ümumi dəyəri 172 manat, 004412 saylı Akta əsasən xx.xx.2022-ci il tarixdə 12 ha ərazidə dərmanlama işinin ümumi dəyəri 168 manat təşkil etmişdir.

41. 20.12.2023-cü il tarixli Üzləşmə Aktına əsasən Cavabdeh2 “X2 Kompleksi” MMCyə olan borcu 6365,38 manat məbləğində müəyyən edilmişdir. Akt “X2 Kompleksi” MMCnin imza və möhürü ilə təsdiq edilmişdir.

42. 19 dekabr 2023-cü il tarixli maliyyə arayışına əsasən “X2 Kompleksi” MMC-nin X1 və Emalı ilə Cavabdeh2 arasında bağlanmış xam pambığın istehsalı və tədarükünə dair xx.xx.2021 -ci il tarixli 152 saylı müqaviləyə əsasən 6365,38 manat avans borcu yaranmışdır. Cavabdeh2 borcunu ödəməmişdir. Nəticədə Cavabdeh2 Cəmiyyətə 6365,38 manat borcu qalmışdır. Beləliklə, 7956,73 kq kondisiya çəkidə xam pambıq təhvil verilməmişdir.

43. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir.

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

45. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur

46. Həmin Məcəllənin 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər.

47. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

48. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

49. Həmin Məcəllənin 599.3-ci maddəsinə əsasən Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

50. Həmin Məcəllənin 599.4--ci maddəsinə əsasən Satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

51. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

52. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

53. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

54. Həmin Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

55. Həmin Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

56. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

57. Həmin Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

58. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

59. Göründüyü kimi tərəflər arasında xx.xx.2022-ci il tarixli, 152 saylı xam-pambığın alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində “Fermer” mülkiyyətində, istifadəsində və ya icarəsində olan 12,0 ha torpaq sahəsində pambıq əkib “Alıcı”ya satmağı, “Alıcı” isə “Fermer”in istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə “Fermer”ə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.3-cü bəndinə əsasən müqavilənin 2.1.2 bəndində göstərilən işlərin vaxtında və qüsursuz yerinə yetirilməsi üçün aqrotexniki ardıcılığa uyğun olaraq “Alıcı”dan avans vəsaitlər - (nəğdsiz qaydada pul vəsaiti, toxumluq çiyid, gübrələr, zəhərli-kimyəvi preparatlar və s.) alınması, həmçinin texnikalarla (şum, mala, disk, arx, kultivasiya. dərmanlama və s.) işlər görülməsi barədə müraciət edir. 2.1.4cü bəndinə əsasən istehsal olunan xam pambığın mövcud standartlara və 23 avqust 2007ci il tarixdə Kənd təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam-pambığın yığılması və tədarükünə dair” Təlimatın tələblərinə əsasən Azərbaycan Bitki Mühafizə və X3-Tədqiqat İnstitu tərəfindən hazırlanmış və “Aİıcı”da saxlanılan xam-pambıq etalonlarına uyğun təhvil verir; Müqavilənin 2.1.5-ci bəndinə əsasən istehsal etdiyi xam-pambığı tam yetişmiş, təmiz, içərisində kənar qarışıq olmadan “Tədarükçü”nün laboratoriyasında analizdən keçirməklə qüvvədə olan təlimat və standartlara əsasən növünə, nəmlik və zibillik faizlərinə uyğun kondisiya çəkidə təhvil verir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş avansa görə pambıq məhsulu təhvil verilməmişdir, 6365 manat borcu yaranmışdır.

60. Məhkəmə tərəfindən cavabdehin ərizəsinə əsasən qiyabi qətnamə ləğv edilərək icraat təzələnsə də və cavabdeh əlavə olaraq yazılı ərizə ilə müraciət edərək iddiaçıya heç bir borcunun olmamasını təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edəcəyini bildirsə də, icraatın təzələnməsindən sonra keçirilmiş iki məhkəmə baxışlarının heç birində cavabdeh iştirak etməmiş, nə də ki, ərizəsində göstərdiyi kimi hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir (cavabdehin EMİS-də ekabineti mövcüddur, ərizə məhkəməyə həmin kabinet vasitəsi ilə göndərilmişdir).

61. Məhkəmə qeyd edir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir.

62. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla –müqavilə, görülmüş xidmətlərə dair Akt və ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 6365 manat avans məbləğinin geri qaytarılmasına dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

63. Beləliklə, 6365 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

64. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində öhdəliklərini vaxtında icra etmədiyinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən hesablanmış 300 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

65. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

66. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

67. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından, tutulacaq dəbbə pulu 300 manat məbləğində müəyyən edilməlidir.

68. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 97 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

69. Azərbaycan Respublikası MPM-in:

70. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

71. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

72. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

73. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi qismində 97 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

74. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh2 6365 manat əsas borc, 300 manat dəbbə pulu olmaqla cəmi 6665 maat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 97 manat tutularaq iddiaçı “X2 Kompleksi” MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar