Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7290/2024 25.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, S-103/2021 saylı alqı-satqı müqaviləsinnin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə həmin müqavilə üzrə yaranmış 17394,39 manat borcun və ödənilmiş 143 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış xx.xx.2021ci il tarixli, S-103/2021 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC sifariş olunmuş malları satmağı, Cavabdeh MMC isə malları almağı və müəyyən olunmuş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC olaraq xx.xx.2023-cü il tarixli, 01 nömrəli təhvil təslim aktına əsasən ƏDV daxil 10752,16 manat, xx.xx.2023-cü il tarixli, 32 nömrəli akta əsasən 1338,12 manat, xx.xx.2023-cü il tarixli, 33 nömrəli akta əsasən 1721,62 manat, xx.xx.2023-cü il tarixli, 34 nömrəli akta əsasən 1154,04 manat, xx.xx.2023-cü il tarixli, 35 nömrəli akta əsasən 351,64 manat, xx.xx.2023-cü il tarixli, 38 nömrəli akta əsasən 1066,73 manat, xx.xx.2023-cü il tarixli, 37 nömrəli akta əsasən 129,80 manat, xx.xx.2022-cü il tarixli, 27 nömrəli akta əsasən 384,68 manat, xx.xx.2022-cü il tarixli, 28 nömrəli akta əsasən 245,44 manat, xx.xx.2023-cü il tarixli, 36 nömrəli akta əsasən 250,16 manat dəyərində olan mallar təhvil verilmişdir. Həmin malların təhvil verilməsinə baxmayaraq Cavabdeh MMC tərəfindən uzun müddətdir ki, ödənişləri həyata keçirilmir. Dəfərlərlə ödənişlə bağlı müraciət olunsa da, verilmiş vədlərə əməl edilməmiş və ödənişin həyata keçirilməsi təmin edilməmişdir. Qeyd edilməsi zəruridir ki, Cavabdeh MMC-nin yuxarıda qeyd olunan müqavilə üzrə yaranmış borcun İddiaçı MMC-yə ödəməməsi iddiaçının qanunla qorunan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, S- 103/2021 saylı alqı-satqı müqaviləsinnin ləğv edilməsi və cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə yaranmış 17394,39 manat borcun, hüquqi yardıma görə vəkilə ödənilmiş 1400 manat xidmət haqqının, dəbbə pulu olaraq 73853,41 manat cərimənin və dövlət rüsumu olaraq ödənilmiş 143 manat manatın, habelə yeni ödənilmiş 316 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərinin üzrlü olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
6. Sonuncu məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli, S-103/2021 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı malları təchiz edir, alıcı isə həmin malları alır. Təchiz edilmiş malların miqdarı, təchiz edilmə müddəti və şərtləri, qiymətləri və ödəniş şərtləri satınalma sifarişində göstəriləcəkdir.
9. Müqavilənin 2.1-ci bəndinə görə müqavilənin ümumi qiyməti satınalma sifarişində müəyyən olunur və ona uyğun olaraq ödənilir.
10. Müqavilənin 2.2-ci bəndinə görə satınalma sifarişində göstərilmiş malların qiyməti heç bir halda dəyişdirilə bilməz.
11. Müqavilənin 2.3-cü bəndinə görə, başqa qayda tərəflərlə satınalma sifarişində razılaşdırılmayıbsa, təchiz edilmiş malların dəyəri satıcı tərəfindən təqdim edilmiş hesabfaktura və qaimə-faktura əsasında mal verildikdən 14 gün sonra satıcının bank hesabına ödənilir.
12. Müqavilənin 2.4-cü bəndinə görə alıcı müqavilədə nəzərdə tutulmuş müddətdə ödənişi həyata keçirmədikdə gecikdirilmiş hər gün üçün ümumi məbləğin 1%-i məbləğində satıcıya cərimə ödəyir. Cərimə məbləğinin ödənişi satıcının təqdim etdiyi hesab əsasında alıcı tərəfindən mübahisəsiz qaydada həyata keçirilir.
13. xx.xx.2022-ci il tarixli, 25 nömrəli qiymətlərin razılaşdırılması protokolu ilə müqavilə üzrə 6146,62 manat məbləğində malın təhvil verilməsi razılaşdırılmışdır.
14. xx.xx.2023-cü il tarixli, 35 nömrəli qiymətlərin razılaşdırılması protokolu ilə müqavilə üzrə 351,64 manat məbləğində malın təhvil verilməsi razılaşdırılmışdır.
15. xx.xx.2023-cü il tarixli, 36 nömrəli qiymətlərin razılaşdırılması protokolu ilə müqavilə üzrə 250,16 manat məbləğində malın təhvil verilməsi razılaşdırılmışdır.
16. xx.xx.2023-cü il tarixli, 37 nömrəli qiymətlərin razılaşdırılması protokolu ilə müqavilə üzrə 129,80 manat məbləğində malın təhvil verilməsi razılaşdırılmışdır.
17. xx.xx.2022-ci il tarixli, 27 nömrəli qiymətlərin razılaşdırılması protokolu ilə müqavilə üzrə 384,68 manat məbləğində malın təhvil verilməsi razılaşdırılmışdır.
18. xx.xx.2022-ci il tarixli, 28 nömrəli qiymətlərin razılaşdırılması protokolu ilə müqavilə üzrə 245,44 manat məbləğində malın təhvil verilməsi razılaşdırılmışdır.
19. xx.xx.2023-cü il tarixli, 34 nömrəli qiymətlərin razılaşdırılması protokolu ilə müqavilə üzrə 1154,04 manat məbləğində malın təhvil verilməsi razılaşdırılmışdır.
20. xx.xx.2023-cü il tarixli, 33 nömrəli qiymətlərin razılaşdırılması protokolu ilə müqavilə üzrə 1721,62 manat məbləğində malın təhvil verilməsi razılaşdırılmışdır.
21. xx.xx.2023-cü il tarixli, 38 nömrəli qiymətlərin razılaşdırılması protokolu ilə müqavilə üzrə 1239 manat məbləğində malın təhvil verilməsi razılaşdırılmışdır.
22. xx.xx.2023-cü il tarixli, 32 nömrəli qiymətlərin razılaşdırılması protokolu ilə müqavilə üzrə 1338,12 manat məbləğində malın təhvil verilməsi razılaşdırılmışdır.
23. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli 368/2022 nömrəli 6146,62 manat, xx.xx.2023-cü il tarixli 198/23 nömrəli 351,64 manat, xx.xx.2023-cü il tarixli 200/23 nömrəli 250,16 manat, xx.xx.2023-cü il tarixli 201/23 nömrəli 129,80 manat, xx.xx.2022-ci il tarixli 379/2022 nömrəli 384,68 manat, xx.xx.2022-ci il tarixli 387/2022 nömrəli 245,44 manat, xx.xx.2023-cü il tarixli 136/23 nömrəli 1154,04 manat, xx.xx.2023-cü il tarixli 199/23 nömrəli 4605,54 manat, xx.xx.2023-cü il tarixli 132/23 nömrəli 1721,62 manat məbləğində, xx.xx.2023-cü il tarixli 03/23 nömrəli 1239 manat məbləğində, xx.xx.2023-cü il tarixli 68/23 nömrəli 1338,12 manat məbləğində hesab-fakturalar təqdim olunmuşdur.
24. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDF 022273 nömrəli 6146,62 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDG 114084 nömrəli 351,64 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDG 114307 nömrəli 250,16 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDG 114536 nömrəli 129,80 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCE 450461 nömrəli 384,68 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCG 482462 nömrəli 245,44 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDD 019692 nömrəli 1154,04 manat, xx.xx.2023-cü il tarixli EBDC 956895 nömrəli 1721,62 manat, xx.xx.2023cü il tarixli EBCM 684773 nömrəli 1239 manat, xx.xx.2023-cü il tarixli EBDA 302509 nömrəli 1338,12 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
25. xx.xx.2022-ci il tarixli, 25 nömrəli təhvil-təslim aktına görə müqavilə üzrə 6146,62 manat məbləğində mal cavabdehə təhvil verilmişdir.
26. xx.xx.2023-cü il tarixli, 35 nömrəli təhvil-təslim aktına görə müqavilə üzrə 351,64 manat məbləğində mal cavabdehə təhvil verilmişdir.
27. xx.xx.2023-cü il tarixli, 36 nömrəli təhvil-təslim aktına görə müqavilə üzrə 250,16 manat məbləğində mal cavabdehə təhvil verilmişdir.
28. xx.xx.2023-cü il tarixli, 37 nömrəli təhvil-təslim aktına görə müqavilə üzrə 129,80 manat məbləğində mal cavabdehə təhvil verilmişdir.
29. xx.xx.2022-ci il tarixli, 27 nömrəli təhvil-təslim aktına görə müqavilə üzrə 384,68 manat məbləğində mal cavabdehə təhvil verilmişdir.
30. xx.xx.2022-ci il tarixli, 28 nömrəli təhvil-təslim aktına görə müqavilə üzrə 245,44 manat məbləğində mal cavabdehə təhvil verilmişdir.
31. xx.xx.2023-cü il tarixli, 34 nömrəli təhvil-təslim aktına görə müqavilə üzrə 1154,04 manat məbləğində mal cavabdehə təhvil verilmişdir.
32. xx.xx.2023-cü il tarixli, 33 nömrəli təhvil-təslim aktına görə müqavilə üzrə 1721,62 manat məbləğində mal cavabdehə təhvil verilmişdir.
33. xx.xx.2023-cü il tarixli, 38 nömrəli təhvil-təslim aktına görə müqavilə üzrə 1239 manat məbləğində mal cavabdehə təhvil verilmişdir.
34. xx.xx.2023-cü il tarixli, 32 nömrəli təhvil-təslim aktına görə müqavilə üzrə 1338,12 manat məbləğində mal cavabdehə təhvil verilmişdir.
35. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
36. Hazırki iddia ərizəsi 3 hissədən ibarətdir: 1. 17394,39 manat əsas borcun tutulması; 2. Tərəflər arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli, S-103/2021 saylı alqı-satqı müqaviləsinin ləğvi; 3. 73853,41 manat dəbbə pulunun ödənilməsi.
37. Məhkəmə iddia ərizəsini birinci hissədə qismən əsaslı hesab edir.
38. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli, S-103/2021 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
39. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
40. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
41. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
42. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
43. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
44. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 12961,12 manat məbləğində mal təhvil verilmiş, malların təhvil verilməsi tərəflər arasında imzalanmış təhvil aktları ilə rəsmiləşdirilmiş, aktlar cavabdehin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə təhvil verilmiş malların müqabilində cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən yaranmış 12961,12 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
45. İddiaçı cavabdehdən əsas borc üzrə əlavə olaraq 4433,27 manat vəsaitin ödənilməsini tələb etsə də, göstərilən həcmdə malların cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
46. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş üzləşmə aktını mötəbər sübut qismində qəbul etmir.
47. Belə ki, xx.xx.2023-cü il tarixli, 01 nömrəli üzləşmə aktına görə 01 sentyabr 2024cü il tarixli, S-103/2021 saylı müqavilə üzrə cavabdehin iddiaçıya 10752,16 manat məbləğində borcu vardır.
48. Üzləşmə aktı cavabdeh tərəfindən Ülvi İsmayılov adlı şəxs tərəfindən imzalanmış, həmin şəxsin cavabdehin qaraj müdiri olması aktda göstərilsə də, həmin şəxsin cavabdehin səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən hər hansı sübutu iddiaçı məhkəməyə təqdim edə bilməyəcəyini məhkəmə iclasında bildirmişdir.
49. Bundan əlavə, tərəflər arasında formalaşmış işgüzar münasibətlərdən görünür ki, alqı-satqı müqaviləsi üzrə malların təhvil verilməsi ikitərəfli aktlarla rəsmiləşdirilmiş, aktlar cavabdeh tərəfindən lazımi qaydada (imzalanıb möhürlənməklə) təsdiq edilmişdir.
50. Bu səbəbdən məhkəmə hesab edir ki, əsas borc üzrə 4433,27 manat vəsaitin tutulması hissəsində iddia əsassız olduğundan təmin edilməməlidir.
51. Məhkəmə iddia ərizəsini ikinci hissədə əsaslı hesab edir.
52. İddiaçı məhkəmədən cavabdehlə aralarında bağlanmış 01 sentyabr 2021-ci il tarixli, S-103/2021 saylı müqavilənin ləğv edilməsini xahiş etmişdir.
53. Məhkəmə hesab edir ki, göstərilən müqavilə üzrə öhdəliklərin lazımi qaydada cavabdeh tərəfindən icra edilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün iddiaçı hazırda həmin müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır.
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
55. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
56. Materiallardan müəyyən olunur ki, iddiaçı cavabdehə ünvanladığı pretenziyada (xx.xx.2024-cü il tarixində cavabdehə çatdırılmışdır) müqavilənin ləğvi ilə bağlı niyyətini ifadə etmişdir.
57. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli, S-103/2021 saylı müqavilə ləğv edilmiş hesab edilməlidir.
58. Məhkəmə hesab edir ki, iddia ərizəsi üçüncü hissədə qismən təmin edilməlidir.
59. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli, S-103/2021 saylı müqavilənin 2.4-cü bəndinə əsasən hesablanmış 73853,41 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
60. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
61. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
62. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
63. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 640 manat məbləğində müəyyən edilməlidir.
64. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli, S- 103/2021 saylı müqavilə ləğv edilmiş hesab edilməli, cavabdehdən 12961,12 manat məbləğində əsas borc, 640 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
65. Bundan başqa iddia ərizəsində 1400 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc qismən, 1000 manat hissədə cavabehə aid edilməli, qalan 400 manat xərc iddiaçının özünə aid edilməlidir.
66. Belə ki, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Kredo Vəkil Bürosunun hesabına 1400 manat hüquqi xidmət haqqı köçürülmüşdür.
67. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
69. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 130,81 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 328,19 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
70. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, S- 103/2021 saylı alqı-satqı müqaviləsi ləğv edilmiş hesab edilsin. Cavabdeh MMC-dən 12961,12 manat əsas borc, 640 manat dəbbə pulu, 1000 manat hüquqi yardıma görə xərc, 130,81 manat dövlət rüsumu, ümumilikdə 14731,93 (on dörd min yeddi yüz otuz bir manat doxsan üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 328,19 (üç yüz iyirmi səkkiz manat on doqquz qəpik) manat dövlət rüsumu və 400 (dörd yüz) manat hüquqi yardıma görə xərc İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova