Məhkəmə qərarları › İş №e-2-2(113)-7300/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7300/2025

27.01.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7300/2025 27.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:hərracın etibarsızlığı) X13 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Hərrac təşkilatçısı “X8” MMC (“Capitals Auction" MMC) tərəfindən keçirilmiş 15 fevral 2019- cu il tarixli hərracın nəticələri haqqında yekun protokolun və həmin tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 24/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış 07 sentyabr 2010-cu il tarixli, 17L000000524 saylı kredit xətti müqaviləsi, 30 aprel 2014-cü il tarixli kredit razılaşması, 15 iyul 2015-ci il tarixli, 17R000006488 S saylı və 04 sentaybr 2015-ci il tarixli 17 R000006488 S saylı sazişlər ləğv edilməli, cavabdehlər İddiaçı və X5 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 21959,22 ABŞ dolları məbləğində kredit borcu, 5323,59 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 27382,81 ABŞ dolları (qətnamənin icra olunduğu günə manatın məzənnəsi ilə) məbləğində borc, iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutulmalı, tələb Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində İddiaçı mülkiyyətində olan 104 kv.m. ümumi sahəsi olan 1 mərtəbəli, 3 otaqlı (həyətyanı tikili və qurğularda daxil olmaqla) 39 a saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 45000 manat müəyyən edilməklə, açıq hərracdan satılmalı və cəmi 27382,81 ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 21 manat xidmət haqqı həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ İddiaçı və X5 ümumi qaydada tutulmalı və Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində İddiaçı mülkiyyətində olan 104 kv.m. ümumi sahəsi olan 1 mərtəbəli, 3 otaqlı (həyətyanı tikili və qurğularda daxil olmaqla) 39 a saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra, İddiaçı fərdi yaşayış evinə istifadə hüququ itirilməli, o, həmin fərdi yaşayış evindən çıxarılmalı, fərdi yaşayış evi boşaldılmalı və "xxxx" QSC-yə təhvil verilməlidir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şamaxı rayon İcra şöbəsinin sifarişi əsasında iddiaçıya məxsus olan Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində mülkiyyətində olan 104 kv.m. ümumi sahəsi olan 1 mərtəbəli, 3 otaqlı (həyətyanı tikili və qurğularda daxil olmaqla) 39 a saylı fərdi yaşayış evi cavabdeh təşkilatda hərraca çıxarılmışdır. Lakin hərrac qanunverciliyə uyğun olaraq keçirilməmişdir. Qanunverciliyin tələbinə əsasən hərrac təşkilatçısı hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində və özünün rəsmi saytında elan dərc etməli olduğu halda bunu etməmişdir. Bundan əlavə hərrac təşkilatı ipoteka qoyan kimi iddiaçıya bildiriş göndərməli olduğu halda bunu da etməmişdir. Ümumiyyətlə hərracın keçirilməsindən məlumatı olmamışdır. Əlavə olaraq bildirmək istəyir ki, əgər iddiaçıya məxsus mənzil hərracda satılmışdısa və mənzil "xxxx" QSC tərəfindən alınmışdısa, bank tərəfindən iddiaçının banka olan 27382,81 ABŞ dolları məbləğində borcunun ödənilməsi ilə bağlı müraciət edilmiş və borcdan 18.640 ABŞ dolları və 9.200 manat iddiaçı tərəfindən banka ödənilmişdir.

3. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun olaraq,iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.Əlavə olaraq bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış 07 sentyabr 2010-cu il tarixli, 17L000000524 saylı kredit xətti müqaviləsi, 30 aprel 2014-cü il tarixli kredit razılaşması, 15 iyul 2015-ci il tarixli, 17R000006488 S saylı və 04 sentaybr 2015-ci il tarixli 17 R000006488 S saylı sazişlər ləğv edilməli, cavabdehlər İddiaçı və X5 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 21959,22 ABŞ dolları məbləğində kredit borcu, 5323,59 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 27382,81 ABŞ dolları (qətnamənin icra olunduğu günə manatın məzənnəsi ilə) məbləğində borc, iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutulmalı, tələb Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində İddiaçı mülkiyyətində olan 104 kv.m. ümumi sahəsi olan 1 mərtəbəli, 3 otaqlı (həyətyanı tikili və qurğularda daxil olmaqla) 39 a saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 45000 manat müəyyən edilməklə, açıq hərracdan satılmalı və cəmi 27382,81 ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 21 manat xidmət haqqı həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ İddiaçı və X5 ümumi qaydada tutulmalı və Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində İddiaçı mülkiyyətində olan 104 kv.m. ümumi sahəsi olan 1 mərtəbəli, 3 otaqlı (həyətyanı tikili və qurğularda daxil olmaqla) 39 a saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra, İddiaçı fərdi yaşayış evinə istifadə hüququ itirilməli, o, həmin fərdi yaşayış evindən çıxarılmalı, fərdi yaşayış evi boşaldılmalı və "xxxx" QSC-yə təhvil verilməlidir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2018 nömrəli, xx.xx.2018-ci il tarixli saylı icra vərəqəsinə əsasən Şamaxı rayon üzrə İcra şöbəsinin sifarişi əsasında mənə məxsus olan Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində mülkiyyətimdə olan 104 kv.m. ümumi sahəsi olan 1 mərtəbəli, 3 otaqlı (həyətyanı tikili və qurğularda daxil olmaqla) 39 a saylı fərdi yaşayış evi cavabdeh təşkilatda hərraca çıxarılmışdır. Lakin hərrac qanunverciliyə uyğun olaraq keçirilməmişdir. Hərrac təşkilatçısı “X8” MMC "(CAPİTALS AUCTİON" MM)Ctərəfindən keçirilmiş 15 fevral 2019-cu il tarixli hərracın nəticələri haqqında yekun protokolun və həmin tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi,iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının eyni predimet üzrə mübahisələr qaldırmiş və iddiası əsasssız olduğu üçün təmin edilməmişdir. Müqavilənin (müqavilə qüvvəsinə sahib protokolun) etibarsızlığı üçün 1 illik müddəti ötürməklə yanaşı dəflərlə araşdırılmış Məıhkəmə aktı ilə qiymət verilmişdir. Hərracın qanuni və əsaslı keçiridiyi iddiaçıyada yaxsı məlum olduğunu hesab edirik. İddia veməkdə məqsədi qanunu qüvvəyə minmiş məhkəmə aktının icrasını uzatmaq və qanunvericiliyin verdiyi huquqlarından sui -istifadə etməkdir. - Yuxarıda qeyd edilənləri nəzər alıb iddia tələbinə etiraz edir və rədd edilməsin.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X14 14 saylı Şamaxı Ərazi İdarəsinin 21 iyun 2025-ci il tarixli məktubunun məzmunun görünür ki, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 104 kv.m olan fərdi yaşayış evinin kimlərin mülkiyyətində və istifadəsində olması (ilkin olaraq kimlərin mülkiyyətində və istifadəsində olub, hal-hazırda kimin mülkiyyətində), hansı əsaslarla və hansı tarixdə həmin şəxslərin adına keçməsi barədə məlumatların, bunu təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərinin göndərilməsi haqqında məktubunuza “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14nin 14 saylı Şamaxı Ərazi İdarəsində baxılmışdır. Məktuba cavab olaraq bildiririk ki, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 104 kv.m olan fərdi yaşayış evi ilkin olaraq xx.xx.1994-cü il tarixdə X3 adına qeydiyyata alınmışdır. Sözügedən ev X6 tərəfindən 02 avqust 2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilərək X4 adına qeydiyyata alınmışdır. 4Ə-210 reyestr nömrəli xx.xx.2010-cu il tarixli bağışlanma müqaviləsinə əsasən həmin evi X7, oğlu, İddiaçı bağışlamışdır. Həmin ev İddiaçı tərəfindən ipoteka predmeti edildiyi və öhdəliyini yerinə yetirmədiyi üçün açıq hərracın nəticələrinə dair yekun protokol əsasında "xxxx" QSC-nin mülkiyyətinə verilmişdir. 4Ə- 629 reyetsr nömrəli xx.xx.2023-cü il tarixində Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu ttərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən sözügedən ev özgəninkiləşdirilərək X1 və hal-hazırda sonuncunun mülkiyyətindədir.

9. Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış 07 sentyabr 2010-cu il tarixli, 17L000000524 saylı kredit xətti müqaviləsi, 30 aprel 2014-cü il tarixli kredit razılaşması, 15 iyul 2015-ci il tarixli, 17R000006488 S saylı və 04 sentaybr 2015-ci il tarixli 17 R000006488 S saylı sazişlər ləğv edilmiş, cavabdehlər İddiaçı və X5 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 21959,22 ABŞ dolları məbləğində kredit borcu, 5323,59 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 27382,81 ABŞ dolları (qətnamənin icra olunduğu günə manatın məzənnəsi ilə) məbləğində borc, iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının tutulması, tələbin Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində İddiaçı mülkiyyətində olan 104 kv.m. ümumi sahəsi olan 1 mərtəbəli, 3 otaqlı (həyətyanı tikili və qurğularda daxil olmaqla) 39 a saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 45000 manat müəyyən edilməklə, açıq hərracdan satılması və cəmi 27382,81 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 21 manat xidmət haqqı həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin İddiaçı və X5 ümumi qaydada tutulması və Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində İddiaçı mülkiyyətində olan 104 kv.m. ümumi sahəsi olan 1 mərtəbəli, 3 otaqlı (həyətyanı tikili və qurğularda daxil olmaqla) 39 a saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra, İddiaçı fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və "xxxx" QSC-yə təhvil verilməlidir. 2. Həmin icra sənədi tam icra olunduğundan, icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilmişdir.

10. İddiaçı cavabdehlər Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə və "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Babək İsmayılovun “Borclu İddiaçı 3258,55 manat məbləğində icra ödənişinin alınması, icra ödənişinin məbləğinin 25%-nin dövlət büdcəsinə, qalan hissəsinin icra məmurlarının xüsusi fonduna köçürülməsi” haqqında 16 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi, Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində yerləşən 104 kv.m. ümumi sahəsi olan, 1 mərtəbəli, 3 otaqlı, 39 a saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməklə, açıq hərracdan satışdan əldə olunan məbləğdən məhkəməyə qədər ödədiyi 18.640 ABŞ dolları və məhkəmə qətnaməsindən sonra ödədiyi 9.200 manat nəzərə alınmaqla, cavabdeh "xxxx" QSC-yə 40888,40 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1018/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının cavabdehlərə qarşı iddia tələbinin “cavabdeh Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Babək İsmayılovun qəbul etdiyi “Borclu İddiaçı 3258,55 manat məbləğində icra ödənişinin alınması, icra ödənişinin məbləğinin 25 faizinin dövlət büdcəsinə, qalan hissəsinin icra məmumurlarının xüsusi fonduna köçürülməsi” haqqında 16 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

12. Şamaxı Rayon Məhkəməsinin (hakim Fərid Yaqubov) 2(074)-1018/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə isə Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində yerləşən 104 kv.m. ümumi sahəsi olan, 1 mərtəbəli, 3 otaqlı, 39 a saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməklə, açıq hərracdan satışdan əldə olunan məbləğdən məhkəməyə qədər ödədiyi 18.640 ABŞ dolları və məhkəmə qətnaməsindən sonra ödədiyi 9.200 manat nəzərə alınmaqla, cavabdeh "xxxx" QSCyə 40888,40 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə İddiaçı iddiasının təmin olunmaması qət edilmişdir.

13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-201/2025 nömrəli, 14 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ayaz Mahmudov-sədrlik edən və məruzəçi, Səyyad Qafari və Afiq Hüseynzadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-201/2025 saylı qətnaməsinin ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-201/2025 nömrəli, 14 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

17. “X8” MMC xx.xx.2018-ci il tarixli bildirişlə Şamaxı rayon icra və probasiya şöbəsinə müraciət edərək sifarişçi Şamaxı rayon icra şöbəsi (sifarişçi), "xxxx" QSC (ipoteka saxlayan) və İddiaçı (ipoteka qoyan) müraciət edərək 17 dekabr 2018-ci il tarixində saat 11:00-da Bakı şəhəri,Nərimanov rayonu,N.Nərimanov küçəösi 5D ünvanında keçiriləcək açıq hərrac barədə məlumatlanıdırlmışdır.

18. X8” MMC xx.xx.2018-ci il tarixli bildirişlə Şamaxı rayon icra və probasiya şöbəsinə müraciət edərək sifarişçi Şamaxı rayon icra şöbəsi (sifarişçi), "xxxx" QSC (ipoteka saxlayan) və İddiaçı (ipoteka qoyan) müraciət edərək 24 yanvar 2019-cu il tarixində saat 11:00-da Bakı şəhəri,Nərimanov rayonu,N.Nərimanov küçəösi 5D ünvanında keçiriləcək açıq hərrac barədə məlumatlanıdırlmışdır.

19. “Kaspi”qəzətində “X8” MMC tərəfindən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın açıq hərraca çıxarılması barədə məlumat yerləşdirilmişdir. V. Tətbiq edilən hüquq:

20. AR Mülki Məcəlləsinin: -415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə görə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. -

1. “İpoteka haqqında” Qanunun (hərrac keçirilən zaman qüvvədə olan redaksiya): - 41-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; - 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir; - 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

2. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Vİ.Məhkəmənin mövqeyi:

21. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.

22. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

23. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(074)-24/2018 nömrəli qətnaməsi ilə İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2010-cu il tarixli 17L000000524 saylı kredit xətti müqaviləsi, xx.xx.2014-cü il tarixli kredit razılaşması, xx.xx.2015-ci il tarixli 17R000006488 S saylı və xx.xx.2015-ci il tarixli 17R000006488 S saylı sazişlərin ləğv edilməsi, cavabdehlər İddiaçı və X5 müştərək qaydada müvafiq borc məbləğin və s. "xxxx" QSC-nin xeyrinə tutulması, tələbin Şamaxı şəhəri Yavər Kələntərli küçəsində İddiaçı mülkiyyətində olan 104 kv.m. ümumi sahəsi olan 1 mərtəbəli 3 otaqlı 39a saylı fərdi yaşayış evinə yönəldilməsi və s. qət edilmişdir.

25. Beləliklə, hazırda İddiaçı keçirilmiş hərracın nəticələrini mübahisəndirir və iddiasına əsas kimi iki faktiki hala - ipoteka predmeti olan əmlakın düzgün qiymətləndirilməməsinə və hərracın onun xəbəri olmadan keçirilməsinə istinad etmişdir.

26. Birinci halla bağlı məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Odur ki, iddiaçı MPM-in 82.3-cü maddəsinin tələbləri baxımından həmin qiyməti mübahisələndirmək hüququna malik deyildir.

27. İkinci hala, yəni iddiaçıya keçiriləcək hərrac barədə məlumat verilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sübutlarla müəyyən edilir ki, hərrrac keçirilən zaman qüvvədə olan “İpoteka haqqında” Qanunun müddəalarına uyğun olaraq xx.xx.2018-cü il tarixdə hərracın və xx.xx.2019-cu il tarixdə təkrar hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində elanlar dərc edilmişdir. Eyni zamanda Cavabdeh MMC tərəfindən İddiaçı hərracların vaxtı və yeri barədə məlumat verilməsi məqsədilə sifarişli məktublarla bildirişlər göndərilmişdir.

28. Bununla bağlı məhkəmə qeyd edir ki, ilkin hərracın keçirilməsi ilə bağlı bildiriş “bina sökülüb”,təkrar hərracın keçriilməsi ilə bağlı bildiriş isə “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır.

29. Odur ki, Cavabdeh MMC hərraclar barədə kütləvi informasiya vasitələrində elanlar dərc etdirməklə, eləcə də ipoteka qoyana bildirişlər göndərməklə hərrac barəsində məlumatlandırma ilə bağlı qanunda nəzərdə tutulmuş vəzifələrini icra etmişdir. Belə olan halda birinci hərracla bağlı göndərilmiş bildirişin iddiaçıya çatdırılmaması ehtimal edilsə də, həmin hal hərrac təşkilatı tərəfindən qanun pozuntusuna yol verilməsi barədə nəticəyə gəlməyə əsas vermir.

30. Digər tərəfdən o da qeyd edilməlidir ki, ilkin hərrac barədə bildirişin iddiaçıya çatdırılmaması hərrac prosedurunun pozuntusu kimi dəyərdirilsə belə sözügedən hal hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün yetərli əsas deyildir. Belə ki, hərrac keçirilərkən yol verilmiş istənilən formal pozuntunun hərracın nəticələrinin etibarsız hesab edilməsinə səbəb olması mülki dövriyyənin sabitliyi pozmaqla hərracın digər iştirakçılarının, o cümlədən hərrac nəticəsində əmlakın əldə etmiş şəxsin qanuni maraq və hüquqlarının pozulması ilə nəticələnə bilər. Odur ki, yalnız maraqlı şəxsin qanunla qorunan hüquqlarının əhəmiyyətli dərəcədə pozan və hərracın nəticələrinə təsir göstərən pozuntular hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas qismində çıxış edə bilərlər.

31. Bundan əlavə iddiaçının cavabdehlər Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə və "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Babək İsmayılovun “Borclu İddiaçı 3258,55 manat məbləğində icra ödənişinin alınması, icra ödənişinin məbləğinin 25%nin dövlət büdcəsinə, qalan hissəsinin icra məmurlarının xüsusi fonduna köçürülməsi” haqqında 16 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi, Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində yerləşən 104 kv.m. ümumi sahəsi olan, 1 mərtəbəli, 3 otaqlı, 39 a saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməklə, açıq hərracdan satışdan əldə olunan məbləğdən məhkəməyə qədər ödədiyi 18.640 ABŞ dolları və məhkəmə qətnaməsindən sonra ödədiyi 9.200 manat nəzərə alınmaqla, cavabdeh "xxxx" QSC-yə 40888,40 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə qətnamə çıxarılması barədə iddiaə tələbi ilə məhkəməyə müraciət etməsi hərracın keçirilməsi ilə bağlı məlumatlı olduğunundan dəlalət edir.

32. Hazırkı halda iddiaçı hərrac barədə məlumatlı olduğundan təkrar hərracda iştirak etmək, iştirak üçün beh ödəmək və ya həmin hərracda iştirak etməkdə maraqlı olması barədə hərrac təşkilatına hər hansı bir formada məlumat vermək imkanına malik olmuşdur. İddiaçının göstərilən hüquqlarından heç birindən istifadə etməməsi, hərracda iştirak etmək niyyətinin olmamasına və belə olan halda ilkin hərrac barədə bildirişin iddiaçıya çatdırılmasının hərracın nəticələrinə təsir etməyəcəyinə dəlalət edir.

33. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı X2 Cavabdeh MMC-yə qarşı “hərracın nəticələri haqqında yekun ptorokolun və həmin tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar