Məhkəmə qərarları › İş №e-2-2(113)-7302/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7302/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7302/2025 14.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı olan İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 008/24 nömrəli alqı-satqı müqaviləsi üzrə əsas 36.272,64 manat borcun, 6.529,08 manat ƏDV olmaqla, cəmi 42.801,72 manat borcun, 2.141 manat əlavə cərimə ödənişinin, 225 manat dövlət rüsumunun, 300 manat vəkil xərcinin Cavabdeh QSC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər, lakin tərəflər xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə məhkəməyə elektron qaydada ərizələr ünvanlayaraq iş üzrə tərəflər arasında qarşılıqlı razılıq əldə olunaraq barışıq sazişi imzalandığını bildirmişlər, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini təmin edərək, barışıq sazişinin təsdiqlənməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC və Cavabdeh QSC arasında xx.xx.2025-ci il tarixdə aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər:

1. Sazişin predmeti 1.1. Cavabdeh (Cavabdeh QSC) Sazişi imzalamaqla aşağıdakıları bəyan edir və öhdəsinə götürür: Şirkətlər qarşılıqlı olaraq yekun maliyyə məlumatları ilə bağlı uyğunsuzluğu məhkəmədən kənar müzakirə edərək, qarşılıqlı öhdəliklərinə aydınlıq gətirmişdir. Cavabdeh (Cavabdeh QSC) 42.801,72 manat əsas borc məbləği, 300 manat vəkil xərci və 225 manat Bakı Kommersiya Məhkəməsinə ödənilmiş dövlət rüsumu ilə birlikdə 43.326,72 manat borcu olduğunu etiraf edərək, həmin məbləği hissə-hissə 2025-ci ilin 28 noyabr tarixində - 21 663,36 manat, 2025-ci ilin 28 dekabr tarixində - 21 663,36 manat ödəməyi öhdəsinə götürərək mübahisənin barışıq yolu ilə həll edilməsini təklif etmiş və iddiaçının nümayəndəsi mübahisənin barışıq yolu ilə həll edilməsində maraqlı olduğunu bildirmişdir. Tərəflər xx.xx.2025-ci il tarixindən etibarən İddiaçı MMC ilə "xxxx" QSC əməkdaşlığı nəzərə alaraq, bu barışıq sazişini təsdiqləyirlər. 1.2. İddiaçı hazırkı Saziş imzalandıqdan dərhal sonra məhkəmə icraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək; 1.3. İddiaçı (İddiaçı MMC) və cavabdeh (Cavabdeh QSC) razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 10 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə həmin günə olan qalıq məbləğinin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" QSC-nə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək.

2. Sazişin hüquqi qüvvəsi Hazırkı Saziş müvafiq Məhkəmə qərardadı ilə təsdiq edilmədiyi halda hüquqi qüvvəsini itirəcəkdir. 3.Xərclər Tərəflərin Saziş və Məhkəmə İcraatı ilə əlaqədar xərcləri cavabdehə aid edilir. 4.Tətbiq edilən hüquq və mübahisələrin həlli qaydası Sazişə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir və Saziş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təfsir edilir. Sazişdən irəli gələn və ya Sazişlə əlaqədar hər hansı mübahisə Azərbaycan Respublikası məhkəmələrinin aidiyyətindədir.

5. Digər müddəalar 5.1 Saziş Azərbaycan hər biri əsl olan və eyni razılaşmanı ehtiva edən 3 (üç) nüsxədə imzalanır. Tərəflərdən hər biri bu nüsxələrdən birini əldə edir. Digər nüsxə isə Məhkəməyə təqdim edilməlidir. 5.2 Sazişə edilən hər hansı əlavə və ya dəyişiklik yazılı şəkildə olmalı və tərəflər tərəfindən imzalanmalıdır. Sazişin hər hansı müddəası etibarsız hesab edildikdə, həmin müddəa Sazişdən çıxarılmış hesab olunur və Sazişin digər müddəaları tam hüquqi qüvvədə qalır. Tərəflər vicdanla hərəkət edərək çalışmalıdırlar ki, hər hansı belə bir müddəa etibarlı, Sazişin məqsədinə və təbiətinə uyğun gələn başqa bir müddəa ilə əvəz olunsun. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna və həmin sazişi imzalamağa tərəflərin nümayəndələrinin səlahiyyətləri olduğuna görə, həmçinin həmin saziş qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Sazişin predmeti 1.1. Cavabdeh (Cavabdeh QSC) Sazişi imzalamaqla aşağıdakıları bəyan edir və öhdəsinə götürür: Şirkətlər qarşılıqlı olaraq yekun maliyyə məlumatları ilə bağlı uyğunsuzluğu məhkəmədən kənar müzakirə edərək, qarşılıqlı öhdəliklərinə aydınlıq gətirmişdir. Cavabdeh (Cavabdeh QSC) 42.801,72 manat əsas borc məbləği, 300 manat vəkil xərci və 225 manat Bakı Kommersiya Məhkəməsinə ödənilmiş dövlət rüsumu ilə birlikdə 43.326,72 manat borcu olduğunu etiraf edərək, həmin məbləği hissə-hissə 2025-ci ilin 28 noyabr tarixində - 21 663,36 manat, 2025-ci ilin 28 dekabr tarixində - 21 663,36 manat ödəməyi öhdəsinə götürərək mübahisənin barışıq yolu ilə həll edilməsini təklif etmiş və iddiaçının nümayəndəsi mübahisənin barışıq yolu ilə həll edilməsində maraqlı olduğunu bildirmişdir. Tərəflər xx.xx.2025-ci il tarixindən etibarən İddiaçı MMC ilə "xxxx" QSC əməkdaşlığı nəzərə alaraq, bu barışıq sazişini təsdiqləyirlər. 1.2. İddiaçı hazırkı Saziş imzalandıqdan dərhal sonra məhkəmə icraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək; 1.3. İddiaçı (İddiaçı MMC) və cavabdeh (Cavabdeh QSC) razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 10 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə həmin günə olan qalıq məbləğinin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" QSC-nə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək.

2. Sazişin hüquqi qüvvəsi Hazırkı Saziş müvafiq Məhkəmə qərardadı ilə təsdiq edilmədiyi halda hüquqi qüvvəsini itirəcəkdir. 3.Xərclər Tərəflərin Saziş və Məhkəmə İcraatı ilə əlaqədar xərcləri cavabdehə aid edilir. 4.Tətbiq edilən hüquq və mübahisələrin həlli qaydası Sazişə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir və Saziş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təfsir edilir. Sazişdən irəli gələn və ya Sazişlə əlaqədar hər hansı mübahisə Azərbaycan Respublikası məhkəmələrinin aidiyyətindədir.

5. Digər müddəalar 5.1 Saziş Azərbaycan hər biri əsl olan və eyni razılaşmanı ehtiva edən 3 (üç) nüsxədə imzalanır. Tərəflərdən hər biri bu nüsxələrdən birini əldə edir. Digər nüsxə isə Məhkəməyə təqdim edilməlidir. 5.2 Sazişə edilən hər hansı əlavə və ya dəyişiklik yazılı şəkildə olmalı və tərəflər tərəfindən imzalanmalıdır. Sazişin hər hansı müddəası etibarsız hesab edildikdə, həmin müddəa Sazişdən çıxarılmış hesab olunur və Sazişin digər müddəaları tam hüquqi qüvvədə qalır. Tərəflər vicdanla hərəkət edərək çalışmalıdırlar ki, hər hansı belə bir müddəa etibarlı, Sazişin məqsədinə və təbiətinə uyğun gələn başqa bir müddəa ilə əvəz olunsun. İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar