Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-731/2025 10.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul” tələbinə qarşılıqlı iddia ərizəsi ilə bağlı kommersiya mübahisəsi (açar sözlər:) (alqı-satqı müqaviləsi, müqavilənin ləğvi, dəymiş ziyanın ödənilməsi, sübutetmə yükü) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, İlkin iddia üzrə iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12880 manat məbləğində borc, 25.6 manat məbləğində cərimənin və 128.82 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malı iddiaçıdan sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. Müqaviləyə və qiymətlərin razılaşma protokoluna əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 20000 manat olmaqla mal almışdır. Həmin məbləğin 2000 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləğdən, yəni 18000 manatdan 4720 manat ödəniş etmiş, 400 manat məbləğ qalıq borcundan güzəşt olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli X2 qrafikə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq qalıq məbləği ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləg üzrə qalıq borcu 12880 manat, cərimə borcu isə 25.6 manat təşkil edir. Bununla bağlı olaraq cavabdehin elektron kabinetinə bildiriş və pretenziya məktubu da göndərilmişdir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sonra “Alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1%həcmində “Satıcı”ya cərimə ödəyir. Həmin müqavilənin 5.5-ci maddəsinə əsasən 1.1-ci bəndində qeyd olunan mala dair mülkiyyət hüququ malın dəyəri “Alıcı” tərəfindən tam ödənilənədək “Satıcı”nın özündə qalır.”Alıcı” mükiyyət hüququ ona keçənədək əşyanı özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. ”Alıcı” malın dəyərini müqavilədə qeyd olunmuş şərtlər əsasında qrafikə uyğun olaraq vaxtında ödəmədikdə və ya müqavilə üzrə götürdüyü öhdəlikləri pozduqda “Satıcı” istənilən vaxt malı “Alıcı”dan geri götürə bilər.
3. xx.xx.2024-cü il tarixdə Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 000255 nömrəli nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə üzrə ödədiyi 7,440 AZN, dəymiş ziyana görə 6,666 AZN və 132 AZN dövlət rüsumu olmaqla ümumilikdə 14,238 AZN pul vəsaitinin İddiaçı MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 000255 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən, alqı-satqı məbləğinin hissə-hissə ödənilməsi şərti ilə 1 ədəd “A7” lazer epilyasiya avadanlığı sahibliyinə və istifadəsinə verilmişdir. Müqavilə ilə “A7” lazer epilyasiya avadanlığının ümumi satış qiyməti 20.000 manat təşkil etmişdir. Avadanlıq istifadəyə yarasız olduğundan istifadədən bir neçə gün sonra çoxsaylı şikayətlər daxil olmağa başladı. Belə ki, bəzi müştərilər epilyasiya sonrası dərilərində yanıq izləri və ləkələrlə rastlaşdıqlarını və bunun ağrıya səbəb olduqlarını bildirdilər. Dəri yanıq və zədələrinin fotoşəkilləri ərizəyə əlavə edilmişdir. Belə olduqda, o İddiaçıdən cihazın uyğunluq sertifikatını tələb etmiş və ona İddiaçıin deyil, "AZ ESTETİK GROUP” MMC-nin istifadə müddəti xx.xx.2024-cü ildə bitmiş olan, “Certus MMC” adlı sertifikatlaşdırma orqanından almış olduqları AZ 031.xx.xx.01786.23 nömrəli sertifikatı təqdim etdilər. Aydın oldu ki, aldığı cihazın mənşəyi, SN nömrəsi, istehsal tarixi və kim tərəfindən istehsal olunduğu kimi vacib məlumatlar cihazın üzərində yoxdur. Cihazın ölkəyə hansı adda və necə idxal olunduğu da məlum deyil. Həmçinin digər alıcılara satılmış eyni model cihazlarda da bu məlumatlar yox idi. Ona satılan cihaz İddiaçı tərəfindən verilən məlumata görə Amerika istehsalı və 1500 vatt gücünə malikdir. Bu səbəbdən 12,000 manat deyil, 20,000 manatdır. Cihazın orijinal olduğu bildirilmişdi. Cihazın çatdırılması zamanı ona hədiyyə olunan və hazırda otaqda dayanan Rolapda da eyni məlumatlar yazılmaqdadır. Əlavə olaraq bildirir ki, cihaza sonradan baxış zamanı onun Cavabdeh öncə açıldığı, yenidən yığıla bilmədiyindən kənarlarının yonulduğu, daxilinə gizlin şəkildə kustar üsulla uzaqdan idarəedici qurğu yerləşdirildiyinin şahidi olmuşdur. Cihazın daxilində mobil operatora aid sim kartın yerləşdirilməsinin səbəbi məlum deyildir. Bildirir ki, kredit yolu ilə əldə etdiyi cihazın ilkin ödəniş məbləğinin və aylıq ödənişlərinə dair heç bir sənəd əldə edə bilməmişdir. Eyni adamın adına rəsmiləşdirilmiş bu iki şirkətin əməkdaşları hələ də dəqiqləşdirə bilmirlər ki, avadanlığı kim idxal edib, kim kimə satıb, kim kimdən alıb. Şifahi olaraq bildirdilər ki, "xxxx" MMC malı gətirib idxal edib, daha sonra “Laser Cosmetic”ə satıb, o da öz növbəsində Cavabdehla alqı-satqı müqaviləsi bağlamışdır. Ona satılan cihaz müqavilənin şərtlərinə uyğun deyil, tamamilə keyfiyyətsizdir. Müqavilənin 2.1.2-ci bəndinə əsasən satıcı Alıcıya lazım olan keyfiyyətə uyğun gələn saz vəziyyətdə mal verir. Bu cihazdan istifadə nəticəsində müştəriləri qarşısında işgüzar nüfuzu da zədələnmişdir. Müştəri dairəsinin azalmasına səbəb olmaqla böyük maddi itkilərin yaranmasına gətirib çıxarmışdır. Saxta məhsulun alqı-satqısı üzrə ona külli miqdarda ziyan dəymişdir. Ziyanın məbləği 6,666 AZN təşkil edir. Buna görə də itirilmiş gəlirin hazırda kompensasiya şəklində şirkətdən tutulması zərurəti yaranmışdır. Bu səbəbdən də, müqavilə üzrə ödədiyi məbləğin geri qaytarılması və dəymiş ziyanın ödənilməsi üçün əsas yaranmışdır.
5. Daha sonra qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 11 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, yanlışlığa yol verildiyini və müqavilənin ləğv edilməsi tələbi əvəzinə müqavilənin etibarsızlığının tələb edildiyi bildirilmişdir.
6. xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə yazılı surətdə etiraz ərizəsi ünvanlamışdır.
7. Etiraz onunla əsaslandırılmışdır ki, əlavə 6-7000 manata daha baha məhz bu model avadanlığın alınması səbəbi mübahisəli “A7” lazer epilyasiya avadanlığının ABŞ Coherent zavoduna məxsus Stack qurğusu ilə təchiz edilməsi və lazer gücünün 1500 watt olması olmuşdur. Satış mərkəzində avadanlığa dair bütün reklam və təqdimatlarda avadanlığın lazer gücü 1500 watt gücündə təqdim edilmişdir. Stack qurğusu bu tip avadalıqlarda ən bahalı hissə olmaqla və lazer gücünün vacibliyi nəzərə alınaraq Cavabdeh Çin deyil, məhz ABŞ istehsalı ilə təchiz edilmiş avadanlığın alınması şərtinə razılaşaraq hazırkı avadanlığı əldə etmişdir. İlk 15 gün istifadə zamanı avadanlıqda nasazlıqlar başlanmış, su dövriyyəsi pozulmuş, isitmə və soyutma sistemində nasazlıqlar yaranmış, keyfiyyətsiz epilyasiya prosesi və dəridə müxtəlif dərəcəli yanmalar müşahidə edilməyə başlamış. Dəfələrlə şifahi müraciətlər edilərək etirazlar və narazılıqlar bildirilmiş, Qanuni nümayəndəla yazışmalar davam edə-edə bir neçə dəfə servis xidməti dəvət edilmişdir. Təqdim edilən video görüntüdə növbəti servis zamanı servis nümayəndələri tərəfindən avadanlığa baxış keçirilir və video çəkiliş aparılır. Servis nümayəndələri 2.43 saniyəlik video görüntünün 10-cu saniyəsində Stack qurğusunun DVS olduğunu, 53-55-cü saniydə DVS embleminin Coherentə aid olduğunu göstərir, 2.38-2.42 saniyədə DVS-in Coherent zavodunun istehsalı olduğunu və buna dair sənədin də təqdim edildiyini bir neçə dəfə təkrar olaraq bidirmişlər. Servis xidmətindən sonra da avadanlığın lazımi səviyyədə, keyfiyyətli işləməsində dəyişiklik olmadığından məcbur olaraq Cavabdeh xx.xx.2023-cü il tarixdə, yəni avadanlıq aldıqdan cəmi 2 ay 21 gün sonra "xxxx" və "xxxx" MMC-nin rəhbərinə artıq yazılı müraciət etmişdir. xx.xx.2023-cü il tarixli müraciətdə Cavabdeh avadanlığa müdaxilə edildiyini, mühüm şərtlərin pozulduğunu və aldadıldığını bildirərək pulunun qaytarılmasını tələb edir. xx.xx.2023-cü il tarixdə Qanuni nümayəndə pretenziyaya cavab olaraq həqiqətə uyğun olmayan cavab yazaraq bildirir ki, avadanlıq neçə watt gücündə olması əyani göstərilərək təqdim edilmişdir. Göründüyü kimi texniki pasportla yox, əyani işlədilərək güc göstərildiyi etiraf edilir. Ancaq mütəxəssisləri yerində müayinə zamanı hazırkı avadanlığın gücünün servis şəraitində müəyyən edilməsinin mümkün olmadığını bildirmişlər. xx.xx.2023-cü il tarixli cavab məktubuna qoşma olaraq Qanuni nümayəndə bir daha “A7” lazer epilyasiya avadanlığının ABŞ Coherent zavoduna məxsus Stack qurğusu ilə təchiz edilməsinə sübut olaraq bir vərəqli ABŞ Coherent zavodunun X8 Sheet (istehsal test məlumat vərəqəsi) əlavə edirlər. Məlumat vərəqəsinin avadanlığa quraşdırılan 1500 watt lazer gücü kimi təqdim edilən Stack qurğusu ilə nə əlaqəsi var məlum deyildir. Məhkəmənin hazrlıq iclasları zamanı İddiaçı MMC tərəfindən texniki pasport əvəzinə Shenzhen DL X9. LTD tərəfindən hazırlanan 12-xx.xx.2022-ci il tarixdə tərtib edilən TEST REPORT (Test Hesabatı) təqdim edilir. Hesabat yalnız A8 avadanlığına aiddir. Təqdim edilən TEST REPORT-un 1-ci vərəqəsinin sonunda qeyd verilir ki, bu sınaq hesabatı yuxarıda sadalanan məhsulun bir sadə qiymətləndirilməsinə əsaslanır, Shenzhen DL X9. LTD-nin yazılı razılığı olmadan çıxarışda dublikat edilməsinə icazə verilmir. Testin tarixinin, testə təqdim edilən modelin A8 avadanlığının olması, yalnız bir sadə məhsulun qimətləndirməsinin hazırkı avadanlıqla əlaqəsi və mübahisəyə aidiyyəti məlum deyildir. Məhkəmə tərəfindən təqdim edilən Test Reportun tərcümə edilib təqdim edilməsi təklif edilsə də, qarşı tərəf bunun əvəzində Texniki Pasport adı altında İstifadə Təlimatı təqdim edmişdir. İstifadə Təlimatında avadanlığın təchiz edildiyi hissələri, istehsal və s barədə heç bir məlumat olmasa da, texniki parametr hissəsində nəhayət lazer gücü barədə rəsmi məlumat təqdim etmişlər. Məlum olur ki, ümumiyyətlə A7 avdanlığı nəinki 1500 Watt, yalnız 300, 600 və 1200 Watt ola bilər seçimə görə, ancaq mübahisəli avadanlıq neçə Wattdır məlum deyil. 2024-cü ilin əvvəlində video çəkilişdən də görünür ki, mübahisəli avadanlığın üzərindəki Stack qurğusu DVC 1010Aİ modeldir. İş materiallarına əlavə edilən internet resurslarından çıxarışlardan müəyyən olunur ki qeyd edilən DVC 1010Aİ model Stack qurğusu ÇİN istehsalı olmaqla 500 watt lazer gücündən artıq deyildir. Tərəfin faktiki satdığı avadanlıq parametrləri ilə təqdim etdiyi sənədlər belə uyğun gəlmir. 2024-cü ildə servisə baxış zamanı təqdim edilən video çəkilişdən də görünür ki, mübahisəli avadanlığa baxış zamanı servis nümayəndələri Stack qurğusunun Coherent zavodunun istehsalı olduğunu bildirirlər. Məhkəmə prosesi gedişində İddiaçı MMC tərəfindən növbəti həqiqətə uyğun olmayan sənədlər təqdim edilir. Belə ki, işə əlavə edilən uyğunluq Sertifikatından görünür ki bu sertifikat İddiaçı MMC-yə deyil, "xxxx" MMC-yə verilmişdir. Bundan başqa sertifikat xx.xx.2023-cü il tarixdə verilmişdir. A7 avadanlığının ölkəyə daxil olmasına dair İnvoysdan görünür ki, avadanlığa dair Uyğunluq sertifikatı verilərkən ümumiyyətlə ölkəyə gətirilməmişdir. Əlavə olaraq Uyğunluq sertifikatının verilməsinə əsas olan sənədlər bu tip sertifikatların verilməsi üçün əsas deyildir. Bu səbəbdən sübut olaraq qəbul edilməməldir. Yerli müayinə zamanı eyni servisin eyni mütəxəssisi Stack qurğusunun Çin istehsalı olduğunu, lakin lazer gücünün ölçülməsinin texniki cəhətdən mümkün olmadığını bildirdi. Yerli müayinədə iştirak edən nümayəndə isə hazırkı modeldə Stack qurğusunun 300,600 və 1200 Watt lazer gücünün olduğunu, hazırkı modeldə məhz hansı lazer gücünün olduğunu bildirə bilməmiş, bunun istehsalçı şirkətə aid olduğunu qeyd etmişdir. Mesa Servisin yerli müayinədə iştirak edən mütəxəssisi Ağa İsmayılov xx.xx.2025-ci il tarixdə avadanlığa baxış keçirmiş, lakin sonradan verdiyi rəy "xxxx" MMC məlumat verdikdən sonra işlədiyi şirkət tərəfindən müraciət olunaraq sübutlar siyahısından çıxarılması xahiş edilmişdir. xx.xx.2025-ci il tarixdə yerli müayinədən sonra həm “Az Estetik “MMC-nin mütəxəssisi, həm də Mesa Servisin eyni adlı mütəxəssisi əvvəlki mövqelərindən tam fərqli və ziddiyyətli və mübahisəyə aidiyyatı olmayan lakin müzakirəyə səbəb olan Rəy təqdim etmişlər. Həm 2024-cü ildə servis nümayəndəsi olaraq baxış zamanı, həm hazırkı rəydə mütəxəssis Amir Həsənli avadanlığı açaraq barın ABŞ Coherent zavodunun itehsalı olduğunu iddia edir. Lakin video görüntüdən də görünür ki, barın ABŞ Coherent zavoduna məxsus olmasına dair heç bir sübut olmadığı halda həqiqətə uyğun olmayan məlumat təqdim edilir. Müayinəinin keçirilməsi məqsədi mövcud avadanlığa təchiz edilən hissələrin texnik pasporta uyğun olub olmamsının müəyyən edilməsi, aldatma olub-olmamasının müəyyən edilməsi, istehsal və istismar qüsurlarının müəyyən edilib edilməməsi olduğu halda "xxxx" MMC-nin mütəxəssisi həm də Mesa Servisin mütəxəssisi qərəzli olaraq buna dair rəy verməmişlər. "xxxx" MMC-nin mütəxəssisinin rəyindən müəyyən olunur ki, avadanlıq lazımi keyfiyyətdə işləmir, Avadanlığın Lazer gücü 500 olan DVC 1010Aİ model Stack qurğusu ilə təchiz edilməsi istehsal qüsurudur, avadanlıqdan istifadə zamanı təhlükə yarada bilməsi istehsalçının qüsurudur. İstehlakçının avadanlığa müdaxilə edilməsinin müəyyən etməsi texniki olaraq mümkün deyildir, xüsusi bilik tələb edən şəxslər tərəfindən və yalnız avadanlq açılmaqla aşkar edilməsi mümkündür.
İİ Tərəflərin mövqeləri:
8. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, o 20 ildən artıqdır ki, Azərbaycanda gözəllik sahəsində xidmət göstərir. Hazırda mövcud olan hal ilə 2-3 ildir ki, qarşılaşırlar. Bu hal təkcə Elvinlə bağlı yaranmayıb. Hesab edir ki, bu onlara qarşı məqsədyönlü şəkildə görülən tədbirdir və şirkəti qaralamaq məqsədi daşıyır.Onlar müştəriləri məmnun etmək üçün üçün əllərindən gələni etmişlər. Onlarda 600 wattdan 2000 watta qədər avadanlıqlar var. Hər birinin öz qiyməti var. Məntiqi olaraq 1500 wattlıq avadanlıq 1200 wattlıq avadanlıqdan ucuz satıla bilməz. Mübahisəli avadanlığın 1500 watt olması barədə heç vaxt fikir irəli sürməmişlər. Cavabdeh həmçinin aparatın Amerika deyil, Çin istehsalı olmasını mübahisələndirir. Amerika (Coherent) istehsalı olan bar Çin istehsalı olan bardan fərqlənir. O, bunu Elvinə izah etməyə çalışmış, lakin bu avadanlığın ona başqa yerdə 12000 manata təklif edildiyini bildirmişdir. Onlarda satılan avadanlıqda problem ola bilər. O, həmin problemin arxasında dayanmasa onda ittiham edilə bilər. Bu avadanlıqda problem suyun çox tökülməsi olmuşdur. Mütəxəssislər gedərək problemi aradan qaldırmışlar. Avadanlıqları Azərbaycana gətirəndə təkrar test edirlər. Bəzən açaraq içində müəyyən düzəlişlər edə bilirlər. Çünki avadanlıq Azərbaycana gətirilərkən yolda tərpənə bilir. Lakin bu avadanlığın açılması və ya işlənmiş olması qənaətinə gəlməyə əsas vermir. Aparatın işlənib-işlənməməsi faktını atış sayı müəyyən edir. Əlavə olaraq bildirir ki, bu avadanlığı heç vaxt 1500 watt adı ilə satmamışlar. Bannerlərlə bağlı qeyd edir ki, bəzi müştərilərə əməkdaşlıq zaman bannerlər təqdim edirlər. Lakin cavabdehin istinad etdiyi banner onların verdiyi banner deyil. Belə ki, onlar heç vaxt bannerlərində watt gücünü qeyd etmirlər. Ümumiyyətlə onlar 1500 wattlıq avadanlıq satmamışlar. Watt gücü bir qayda olaraq cüt rəqəmlərlə göstərilir, məsələn 1200, 1800, 2000.
9. Məhkəmə iclasında iştirak edən İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbinin məzmununa uyğun izahat verərək təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh verdiyi izahatda bildirdi ki, təhvil aldıqdan 15-20 gün keçdikdən sonra aparatın su buraxmağa başladığını görmüşdür. Qarşı tərəflə əlaqə saxlayıb bu barədə məlumat vermiş, servis əməkdaşları gəlib baxış keçirtmişlər. Baxış həyata keçirilən zaman akt tərtib edilməmiş, video-çəkiliş olunmuşdur. Daha sonra Rəşad müəllimlə görüşüb cihazın yeni cihaz olmadığını bildirmişdir. Rəşad müəllim Çin şirkətindən bir əməkdaşın nömrəsini göndərmiş, Rəşad müəllimə çinli ilə danışa bilməyəcəyini bildirdi. 21 apreldə hüquqi şəxsə onlara yazılı şikayət ünvanlanmış, hazırki tələblə məhkəməyə müraciət etmək üçün maddi imkanı olmamamışdır. Bar barədə məlumatı olmamışdır. Yalnız cihazın iş prinsiplərini araşdırmışdır. Malın üzərində ona banner hədiyyə edilmişdir. Hüquqi şəxsin işçisi olan bir xanım avadanlığı ona 1500 wattlıq cihaz kimi satmışdır. MMC bütün cihazların üzərində həmin banneri təqdim edir. Google da o barı idxal edən şirkətin saytından baxdıqdan sonra cihazın barının 1500 watt olmadığı qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasınuda iştirak edən ilkin iddia tələbi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsinin və yazılı etirazın məzmununa uyğun izahat verərək qarşılıqlı iddia tələbinin təmin və ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İİİ Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Satıcı qismində İddiaçı MMC, alıcı qismində isə Cavabdeh arasında bağlanmış 30 yanvar 2024-cü il tarixli, 000255 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, satıcı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X4 (Əlavə 1) əks olunan texniki avadanlıqları alıcıya satmağı, alıcı isə malı qəbul edib qiymətini bu müqaviləyə uyğun olaraq nağd və ya hissə-hissə, Əlavə 1-də əks olunmuş formada satıcıya ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, Alıcıya satılan malların xüsusiyyətləri (ölçü, miqdarı, qiyməti, rəngi və s.) tərəflər arasında əvvəlcədən razılaşdırılmış təhvil-təslim aktında öz əksini tapır. 1.3-cü bəndinə əsasən, Satılan mallar tərəflər arasında tərtib olunmuş və imzalanmış Əlavə 2 əsasında təhvil verilir. 2.1.11-ci bəndinə əsasən, Müqavilənin qüvvədə olduğu müddət ərzində ödəmə şərtləri alıcı tərəfindən ardıcıl olaraq iki dəfə üzrsüz səbəbdən pozularsa və bu barədə əvvəlcədən məlimat verilməzsə satıcı xəbərdarlıq etmədən alıcının istifadəsində olan və dəyəri tam ödənilməmiş avadanlıqdan istifadəni mala quraşdırılmış cihaz vasitəsilə istənilən zaman dayandırmaq hüququna malikdir. Cihazın yenidən aktiv hala gətirilməsi yalnız alıcı tərəfindən ödəniş edildikdən və bu barədə təsdiqedici sənəd (ödəniş qəbzi və ya ödəniş tapşırığı) satıcıya təqdim etdikdən sonra dərhal və ya ən geci 24 saat ərzində satıcı tərəfindən yerinə yetiriləcəkdir. 2.2.3-cü bəndinə əsasən, Alıcı malı yoxlayaraq lazım olan keyfiyyətə uyğun gələn saz vəziyyətdə bu müqavilənin 2.1.3-cü bəndində təsbit edilmiş vəziyyətdə satıcıdan qəbul edir. 2.2.4-cü bəndinə əsasən, Satılan malın dəyərinin ilkin ödənişi edildikdən sonra qalıq məbləğini bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-də göstərilmiş qaydada və müddətdə satıcıya ödəyir. 2.2.5-ci bəndinə əsasən, mal təhvil-təslim aktı əsasında qəbul edildikdən sonra 14 gün müddətində malda istehsal qüsuru aşkar edilərsə bu barədə müvafiq qüsur aktı tərtib edilib 24 saat müddətində dərhal satıcıya məlumat verməklə aşkar edilmiş qüsurun aradan qaldırılmasını və ya malın yenisi ilə əvəz edilməsini tələb edə bilər. 5.2-ci bəndinə əsasən, alıcı malın ona verildiyi andan 14 gün ərzində aldığı malı satıcının alış yerində başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilə bilər ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sənədləri olsun.
14. xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə dair verilmiş zəmanət talonuna əsasən ”Laser Cosmetics” MMC tərəfindən avadanlığa zəmanət verilən hissələr və müddətə aşağıdakılar daxildir: “Foto” tipli avadanlıqlarda istifadə olunan bütün lampalara 300 000, FQ A31 Quartet və FQ A32 Melissa modellərinin lampalarına isə 500 000 atış sayı zəmanət verilir. “Diod” sistemli lazer avadanlıqlara istehsalçının zəmanət verdiyi atış sayına uyğun olaraq 1 il zəmanət verilir. (Cihazlar üzrə atış sayları: “Vintex” və “Honkon” -10000.000, “Sapphire” (İCE, İCE X, Platina)-20.000.000 Sapphire Harmony-25 000.000 ND-YAG platformalı (FQ Qswitched;Sapphire Switched) cihazlarda optic başlıqlar istisna olmaqla FQQswitched6 ay və ya 700 000 atış sayına , Sapphire Q Switched 1 il və ya 700 000 atış sayına qədər zəmanət verilir. Servisə qəbul olunmuş avadanlıqlarda təmir işləri 1-15 gün aralığında aparılır. Təmir müddəti dövründə ehtiyac yaranarsa müştəri müvəqqəti əvəzedici aparatla təmin olunur. Şirkət tərəfindən satılmış bütün növ stomatoloji avadanlıqlara 1 il zəmanət verilir. Satılmış bütün gözəllik salonu və bərbər avadanlıqlarına 1 il zəmanət verilir. İkinci əl avadanlıqlara yuxarıdakı qaydalara müvafiq olaraq ümumi atış sayı və zəmanət müddətinə uyğun olaraq 50 % həcmində zəmanət verilir. Avadanlıqların zəmanətə daxil olmayan hissələri aşağıdakılardır: Bütün lazer avadanlıqlarında şüşə filtrlər, sapfir başlıqlar, optik hissələri, qolun çərçivəsi, atış düyməsi, qoruyucu boru Bütün cihazların pedalları “Vibro Masaj” avadanlığının hərəkətili başlıq hissəsi.
15. xx.xx.2024-cü il tarixli, 000048 nömrəli alqı-satqı müqaviləsinə dair X3 (1 saylı Əlavə) əsasən Cavabdeh tərəfindən ilkin ödəniş 2000 manat olmaqla İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixə qədər hər ay 720 manat olmaqla 25 ay müddətində ümumilikdə 20000 manat məbləğində ödəniş həyata keçirilməlidir.
16. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə dair (təhvil-təslim aktından) görünür ki, 1 ədəd kasmetoloji xalat, 1 ədəd Rollup A7, 1 ədəd Lupa led, 2 ədəd Aqua gel, 1 ədəd şpatel taxta, 1 ədəd distillə su, 1 ədəd 80 metrlik kuşetka örtüyü, 1 ədəd kuşetka, 1 ədəd kosmetoloji stol və A7 lazer epilyasiya cihazı Cavabdeh tərəfindən təhvil alınmışdır
17. X5 CO., LTD tərəfindən verilmiş bəyannamə məktubunda göstərilmişdir ki, eksklüziv distribyutor “ Az Estetik” X10 A7 və A8 maşınlarının bütün Lazer çubuqları ABŞ Coherent Şirkətindən idxal olunur və bütün maşınlar Çində yüksək keyfiyyətli istehsal olunur, keyfiyyət, istifadənin və sabitliyin ən yaxşı performansını təmin edə bilər.
18. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə şikayət ünvanlanaraq bildirilmişdir ki, xx.xx.2024-cü il tarixində şirkətdən A7 adında diod lazer epilyasiya cihazı alımışdır. Qısa zaman sonra avadanlığın hüquqi şəxs tərəfindən ınə zamansa açıldığı, daxilinə idarəedici qurğu quraşdırıldığının, avadanlıq başlığının nasazlıq səbəbindən nə zamansa açıldığının şahidi olmuşdur. Həmçinin cihazı ona satarkən və etdiyi şəbəkə reklamlarında olduğu kimi ona bar qurğusunun 800 watt gücündə Amerika istehsalı Coherent bar olduğu bildirilmişdir. Müraciəti əsasında əməkdaşlar obyektinə gəldi, cihaza baxış keçirildi və onun dediklərinin şahidi oldular. Maraqlı tərəf odur ki, baş verənlərə dair suallar ünvanlasa da, əməkdaşların fərqli cavablar verməsi və cavablarının üst-üstə düşməməsi onu məyus etmişdir. Baş verən hadisələrə və şahidi olduqlarına dayanaraq bu məsələyə dair tədbir görüləcəyi ümidi olaraq şikayəti ünvanlamış, ödənilmiş ödənişin geri qaytarılması və cihazın sahiblənilməsi xahiş edilmişdir.
19. Qeyd edilən şikayətə cavab olaraq "xxxx" MMC tərəfindən bildirilmişdir ki, həmin şikayət məktubunda olan məqamlar, həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2024-cü il tarixli 000255 saylı müqaviləyə əsasən satıcı qismində çıxış edən MMC tərəfindən malın (cihazın) keyfiyyətinin və saxlanılma vəziyyətinin göstərici keyfiyyətinin yoxlanılması məqsədi ilə olmuş olan istehsal qutulaşmasından azad olunur. Bu faktiki alqı-satqı prosesində “alıcı” tərəf olduğundan, bu prosesin Cavabdehla da aparıldığı aşkardır və bu faktı təsdiq edəcək sübutlar mövcuddur. Bununla da irad əsassızdır. Alqı-satqı prosesində hər iki tərəf arasında imzalanmış alqı-satqı müqaviləsi ilə hüquq sənəd olaraq təsdiqlənir, orada qeyd olunmuş olan müddəalar əvvəlcədən hər iki tərəf arasında dəqiq qiymətləndirilirvə imzalanır. Müqavilənin 2.1.10-cu bəndində göstərildiyi kimi satıcı malın alıcının sahiblik və istifadəsində olduğu müddət ərzində satıcı qismində çıxış edən hüquqi şəxs tərəfindən 30 yanvar 2024-cü il tarixində satın aldığı malın keyfiyyətinin və saxlanılma vəziyyətinin, ödəmə qabiliyyətinin yoxlanılması məqsədilə monitorinqyoxlamalar aparıla bilər və bu məqsədlə malı yoxlamaq və kənardan istifadəsini məhdudlaşdırmaq funksiyasına malik cihazla təchiz etmək hüququna malikdir. Həmçinin həmin müqavilənin 2.1.10-1-ci bəndinə əsasən alıcı tərəfindən bu müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən və satılan mal alıcının mülkiyyətinə keçdikdən sonra bu müqavilənin 2.1.10-cu bəndində qeyd edilən cihaz satıcı tərəfindən maldan kənarlaşdırılır. Əlavə olaraq istehsalçı məktubu əlavə olunurş Sənədin tam leqal hüquqa malik olması barədə onun üzərində ki, istehsal şirkətinə məxsus möhürü ilə təsdiqlənmişdir. Faktiki olunmuş ödəniş vəsaitinə şirkət tərəfindən xüsusi güzəşt qeyd olunmuş idi: xx.xx.2024-cü il tarixi üçün 400 manat təşkil edir.
20. Laser Cosmetics MMC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən 2000 manat ilkin ödəniş edilmiş, 4720 manat ödəniş edilmiş, 400 manat güzəşt olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 12880 manat əsas borc, 25.6 manat cərimə borcu vardır.
21. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş İddiaçı MMC-nin hesabından çıxarışa əsasən hüquqi şəxsin hesabına xx.xx.2024-cü il tarixdə 720 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 480 manat, xx.xx.2024-cü il tarixdə 20 manat məbləğində pul köçürülmüşdür.
22. Mesa Service adından xx.xx.2025-ci il tarixdə tərtib edilmiş qəbzdən görünür ki, lazer aparatına baxış həyata keçirilmiş və müvafiq qüsurlar aşkar edilmişdir. 23."xxxx" MMC-nin X1 tərəfindən 16.01.205-ci il tarixdə məhkəməyə məktub ünvanlanaraq bildirilmişdir ki, şirkət adından Cavabdeh adlı vətəndaşın müraciəti əsasında onun direktor olaraq xəbəri olmadan servis şöbəsinin Ağa İsmayılov adlı əməkdaşı tərəfindən avadanlığa dair xx.xx.2024-cü il tarixli servis çeki tərtib edilərək verilmişdir. Həmin çekin tərtib olunmasından, məhkəməyə sübut qismində təqdim edilməsindən xx.xx.2024-cü il tarixdə məlumatı olmuşdur. Bununla əlaqədar bildirir ki, şirkətin servis bölməsinin adından təqdim edilmiş həmin çek etibarsız sayılmalı və sübut qismində şirkətin adı hallanaraq istinad olunmamalıdır. Belə ki, əvvəla çeki təqdim etmiş əməkdaşın avadanlığa çekdə qeyd edilənlərə dair yoxlama həyata keçirmək səlahiyyəti olmamış və çekdə öz əksini tapan ifadələr İddiaçı şirkətinə qarşı yönləndirici və qüsur görüntüsü yaratmaq məqsədi daşımışdır. Əməkdaş verdiyi izahatında həmin ifadələrin Cavabdeh tərəfindən öncədən hazırlanmış kağızdan oxuyaraq çekə daxil edilməsini istədiyini və bunu guya xaricdəki şirkətə qarşı istifadə edəcəyini bildirmişdir. Çekin etibarsızlığını göstərən digər amillərdən biri də çekdə şirkətin möhürünün olmamasıdır. Şirkətin möhürü olmadan texniki servisə müraciət etmiş heç bir müştəriyə o cür çek verilmir. Bundan başqa bildirir ki, ümumilikdə istər özlərinin mal satdığı, istərsə də, digər müştərilərə xidmət olaraq həyata keçirdiyi texniki servis işləri müştərinin istifadəsi nəticəsində avadanlığın zahiri görünüşündə hər hansı dəyişikliyə, onun zavoddan buraxılış vəziyyətinə və ya detallarına baxış keçirməkdən deyil, təqdim olunmuş avadanlığn texniki sazlığının yoxlanılması, avadanlıqda yaranmış hər hansı problemin aradan qaldırılması və ya təmir edilməsindən ibarətdir. Digər qeyd olunan məsələlər malın satıcısı ilə alıcısı arasındakı müqavilə və zəmanət şərtləri ilə tənzimlənir. Həmin çekin sübutlar siyahısından çıxarılması xahiş edilmişdir.
24. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, Laser Cosmetics MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinin hesabına 128.82 manat dövlət rüsumu ödənilmişdir.
25. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 000255 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Hazırda ilkin iddia tələbi üzrə iddiaçı alqı-satqı müqaviləsinə əsasən yaranmış 12880 manat məbləğində qalıq borcun tutulması tələbi ilə çıxış edir, qarşılılıq iddia tələbi üzrə iddiaçı isə ona müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə olmayan malın satıldığına istinad edərək tərəflər arasında bağlanmış müqavilənin ləğvi, ödənilmiş məbləğin geri qaytarılması və işgüzar nüfuza dəymiş zərərin əvəzinin ödənilməsi tələbini irəli sürür. İlkin iddia tələbinə münasibətdə məhkəmənin mövqeyi:
26. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında 30 yanvar 2024-cü il tarixdə 00025 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı MMC müqavilə üzrə ümumi dəyəri 20 000 manat təşkil edən A 7 Lazer Epilyasiya cihazını Cavabdeh satmağı, sonuncu isə ilkin ödəniş 2000 manat olmaqla, 25 ay müddətinə hər ay 720 manat məbləğində ödəniş edilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Hüquqi şəxs alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək, avadanlığı xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı (2 saylı Əlavə) əsasında satıcıya təhvil vermiş, alıcı tərəfindən ümumilikdə 6720 manat məbləğində ödəniş həyata keçirilmiş, 400 manat məbləğində qalıq borcundan güzəşt edilmişdir. Məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia ərizəsində, eyni zamanda Cavabdeh məhkəməyə verdiyi izahatda lazer cihazının ona təhvil verildiyini və müqavilə üzrə yaranmış borc məbləğinin ödənişinin tam həyata keçirilmədiyini təkzib etməmiş, tələb edilən məbləğə hər hansı bir etiraz bildirməmişdir. Beləliklə də, İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ümumilikdə 12880 manat məbləğində borcun ödənilmədiyi faktı öz təsdiqini tapmışdır. Avadanlıq hazırda Cavabdeh sahibliyində və istifadəsindədir.
27. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
28. Bundan əlavə İddiaçı MMC alqı-satqı müqaviləsinin 4.2-ci maddəsinə istinad edərək 25.6 manat cərimə məbləğinin ödənilməsini tələb edir.
29. Belə ki, xx.xx.2024-cü il tarixli müqavilənin 4.2-ci bəndinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sonra “Alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1%-i həcmində satıcıya cərimə ödəyir.
30. Lakin məhkəmə ilkin iddia tələbinin təmin edilməsi ilə bağlı qənaətə gəlməmişdən öncə onunla əlaqəli olduğunu və nəticəsinə təsir imkanını nəzərə alaraq, qarşılıqlı iddia tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir:
Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmənin mövqeyi:
31. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən göründüyü kimi qarşılıqlı iddia tələbi aşağıdakılardan ibarətdir:
1. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 000255 nömrəli nisyə alqısatqı müqaviləsinin ləğv edilməsi;
2. Müqavilə üzrə ödənilmiş 7440 manat pulun geri qaytarılması və dəymiş ziyana görə 6666 manat məbləğində pulun ödənilməsi
32. Tələbin müqavilənin ləğvi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verilməsini nəzərdə tutur. Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır
33. Hazırda qarşılıqlı iddia tələbi üzrə iddiaçı alqı-satqı müqaviləsinin ləğvini tələb edərkən AR Mülki Məcəlləsinin 581 və 587-ci maddələrinə istinad etmişdir.
34. Belə ki, AR Mülki Məcəlləsinin: 581.1-ci bəndinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci bəndinə əsasən, alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3-cü bəndinə əsasən, əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4-cü bəndinə əsasən, Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. 587.2-ci bəndinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
35. Mübahisəli lazer avadanlığının müqavilə şərtlərinə uyğun olmaması və əşyanın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulmasına əsaslanan qarşılıqlı iddiaçı avadanlığın keyfiyyətsizliyini aşağıdakılarla əlaqələndirir: 1. Bar gücünün nəzərdə tutulmuş qaydada (1500 watt) olmaması, 2. dəridə müxtəlif yanıqlar əmələ gətirdiyi üçün aparatdan təyinatı üzrə istifadə edilə bilməməsi, 3. yeni cihazın deyil, əvvəllər istifadə edilmiş (işlənmiş) cihazın satılması, 4. cihazın açılaraq üzərində müxtəlif müdaxilələr aparılması, 5. avadanlığın ABŞ deyil, Çin istehsalı olması.
36. Məhkəmə qeyd edir ki, ilkin iddiaçı müqavilə üzrə təhvil verdiyi malın dəyərini tələb etdiyindən, ilkin iddia üzrə cavabdeh isə malın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulduğuna istinad edərək müqavilənin ləğvi və ödədiyi məbləğin geri qaytarılmasını tələb etdiyindən AR MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından müqavilə şərtlərinə uyğun olmayan malın satılmasını sübut etmək vəzifəsi qarşılıqlı iddiaçının üzərinə düşür.
37. Lakin Cavabdeh istinad etdiyi hallara dair təsdiq edici sənədləri məhkəməyə təqdim edə bilməmiş, bununla da tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyin lazımi qaydada icrasını məhkəmədə sübuta yetirə bilməmişdir.
38. Məhkəmə hazırkı iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar olan avadanlığın texniki sənədlərdəki keyfiyyət, texniki və funksional xüsusiyyətlərə uyğunluğu, cihazda qüsurun mövcud olub-olmaması, qüsur olduğu təqdirdə onun xarakterinin (istehsalistismar) müəyyən edilməsi, “A7” lazer-epilyasiya avadanlığının keyfiyyətinin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə cavab verib-verməməsi və müəyyən olunmuş qüsurların lazer avadanlığının təyinatı üzrə istifadəsinə maneə törədib-törətməməsinin müəyyən edilməsi məqsədilə xx.xx.2025-ci il tarixli qərardada əsasən mütəxəssis cəlb etməklə mühəndis-texniki ekspertizası təyin etmiş, lakin xüsusi təyinatlı avadanlıqlar və onların istismarına dair suallar üzrə tədqiqatların aparılması üçün xüsusi biliyi və dərəcəsi olan ekspertin mövcud olmaması əsası ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
39. Məhkəmə ekspertizasının aparılmasında imtina edilməsini və sadalanan halları mütəxəssis rəyi olmadan müəyyən etməyin mümkün olmadığını nəzərə alaraq 18 mart 2025-ci il tarixdə ilkin iddia tələbi üzrə cavabdeh tərəfin və mütəxəssislərin ("xxxx" MMCnin mütəxəssisi L.Laçınov, "xxxx" MMC-nin mütəxəssisi A.Həsənli və "xxxx" MMC-nin mütəxəssisi K.İsmayılovun) iştirakı ilə “A7” lazer-epilyasiya avadanlığına yerində baxış həyata keçirilmişdir.
40. Baxış zamanı cihazın barının neçə watt gücündə olması ilə bağlı mütəxəssislərin fikirləri öyrənilmiş, onlar tərəfindən qeyd edilən məlumatın yalnız avadanlığı istehsal edən zavod tərəfindən müəyyən edilməsi və texniki sənəddə əks edildiyi bildirilmişdir. Mütəxəssislər tərəfindən son olaraq cihazın neçə watt olduğunu sübut edən əsas göstəricinin məhz texniki sənəd olması qənaətinə gəlindiyindən yerində baxış keçirilərkən avadanlığın bar gücünün müəyyən edilməsi mümkün olmamışdır.
41. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, nə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi və ona uyğun razılaşmalarda, nə də avadanlıqla bağlı təqdim edilmiş sənədlərdə 1500 watt gücündə avadanlığın satılması və təhvil verilən avadanlığın ABŞ istehsalı olması barədə qarşılıqlı razılığa dair hər hansı bir şərt göstərilməmiş, yerində baxış zamanı qarşılıqlı iddiaçı özü də avadanlığın gücü ilə bağlı məhkəmənin sualına cavabında bu barədə razılığın şifahi formada olduğunu və bu məlumatın yalnız elanlarda (reklamlarda) öz əksini tapdığını təsdiq etmişdir.
42. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsləri əqd bağlamağa vadar edən, yaxud onlarda əqdin bağlanmasına meyl yaradan motiv əqdin elementlərindən biri olsa da, o əqdin məcburi və əsas elementi deyil, fakultativ (qeyri-zəruri) elementi hesab edilir və bağlanan əqdin hüquqi nəticəsinə hər hansı bir təsir göstərmir. Əqdin iştirakçılarının razılığı ilə motivə o zaman hüquqi əhəmiyyət verilə bilər ki, motiv əqdin şərti kimi çıxış etsin. Hazırkı işdə isə tərəflər arasında bağlanan əqdə avadanlığın bar gücünün 1500 watt olmasına dair hər hansı bir şərt daxil edilməmişdir. Digər tərəfdən İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə verdiyi izahatda şirkətdə ümumiyyətlə 1500 wattlıq lazer avadanlığı satılmadığnı bildirmişdir.
43. Bundan əlavə Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli şikayət məktubunda fiziki şəxs ona cihaz satılarkən və hüquqi şəxsin etdiyi şəbəkə reklamlarında bar qurğusunun 800 watt gücündə olması barədə məlumat verildiyini göstərsə də, qarşılıqlı iddia ərizəsində və verdiyi izahatlarda watt gücünün 1500 olması ilə bağlı məlumat verildiyini iddia etmiş, öz iddiasının təsdiqi olaraq üzərində hüquqi şəxsin adının, lazer cihazının markasının və bar gücünün təsvir olunduğu banneri təqdim etmişdir.
44. Banner ilə bağlı məhkəmə qeyd edir ki, ilkin iddiaçı satılmış lazer avadanlığının üzərində qeyd edilən bannerin verilmədiyinə və onlar tərəfindən təqdim edilən bannerlərdə ümumiyyətlə avadanlığın watt gücünün göstərilmədiyinə istinad edərək həmin sübutu təkzib etdiyindən, qarşılıqlı iddiaçı bannerin həqiqətən də onun İddiaçı MMC-yə məxsusluğunu sübuta yetirə bilmədiyindən həmin bannerin hazırkı işə aidiyyəti digər sübutlarla öz təsdiqini tapmamışdır.
45. Avadanlığın istehsal olunduğu ölkəyə münasibətdə isə qeyd edilməlidir ki, tərəflərdən biri (qarşılıqlı iddiaçı) avadanlığın Çin istehsalı olmasına istinad etdiyindən, digər tərəf (ilkin iddiaçı) isə bu faktı təkzib etdiyindən məhkəmə hesab edir ki, avadanlığın istehsalı olunduğu ölkəni müəyyən edən əsas mötəbər sübut onun texniki gösəricilərini əks etdirən sənəddir (texniki passportdur), lakin Cavabdeh həmin sənədi iş materiallarına əlavə etməmiş, izahatında texniki passportun mövcud olmadığını bildirmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında ümumiyyətlə ABŞ istehsalı olan avadanlığın satılmasına dair şərt müqavilədə, təhvil-təslim aktında və digər razılaşmalarda mövcud olmamışdır. Tərəflərin təqdim etdiyi digər sənədlərə (istifadəçi təlimatı, video-görüntülər) münasibətdə məhkəmə qeyd edir ki, onlar avadanlığa dair əsas göstərici olan texniki passportu əvəz edə bilmədiyindən, avadanlığın hansı ölkədə istehsal olunması faktını təsdiq etməyə əsas vermir.
46. Qarşılıqlı iddia üzrə iddiaçının dəridə yanıqlar əmələ gətirdiyinə görə cihazdan təyinatı üzrə istifadənin mümkün olmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd edilməlidir ki, yerində baxış zamanı bu halın müəyyən edilməsi məqsədilə avadanlıq işlək vəziyyətə gətirilərək mütəxəssilər üzərlərində test edilmiş, lakin hər hansı bir xəsarət (yanıq) müşahidə olunmamışdır. İş materiallarına əlavə olunan yanıqlara dair fotoşəkillərə münasibətdə məhkəmə hesab edir ki, həmin şəkillər dəridə əmələ yanıqların mübahisələndirilən avadanlıq tərəfindən əmələ gəlməsini sübuta yetirilməsi üçün kifayət etmir.
47. Məhkəməyə təqdim edilmiş video görüntülər ilə bağlı qeyd edilməlidir ki, həmin görüntülərdə əks olunmuş cihazın üzərində olan məlumatların “Google” internet səhifəsində axtarışı vasitəsilə də bar gücünün müəyyən edilməsinin mümkünlüyünü iddia etmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi həmin məlumatlar (görüntülər) cihazın bar gücünü təsdiq edən texniki sənədi (passportu) əvəz edə bilməz.
48. Bundan əlavə cihaza müdaxilə olunması ilə bağlı məhkəmə qeyd edir ki, yerində baxış keçirilən zaman cihaz açılmışdır. Cavabdeh cihazı aldıqdan 15-20 gün sonra hazırda "xxxx" MMC-nin nümayəndəsi qismində çıxış edən A.Həsənli tərəfindən cihaza baxıldığını və müvafiq qüsurlar aşkar olunduğunu iddia etsə də, sözügedən şəxs avadanlığın həmin vaxt işlək vəziyyədə olduğunu, yalnız zavod tərəfindən müdaxiləyə yol verildiyi bildirmişdir.
49. İlk növbədə qeyd olunmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatının əsas vəzifəsi hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
50. Bu baxımdan mülki prosessual qanunvericiliyin tələblərinə görə mülki işlər üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır
51. Qeyd edilməlidir ki, çəkişmə prinsipi onun əsasını təşkil edən tərəflərin hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Məhz bərabər hüquq və vəzifələr tərəflərə məhkəmə qarşısında çəkişmək imkanı verir və onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən istifadə etmək imkanına malik olurlar.
52. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir.
53. Mülki Prosessual Məcəllədə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar.
54. Beləliklə, mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur: - işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi; - məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi
55. Azərbaycan Respublikası MPM-in: 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımı sübutların əsli və ya lazımı qaydada təsdiq olunmuş sürəti təqdim edilir. Belə ki, iddia ərizəsi yazılı sübutlara (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir. Əgər maraqlı şəxs iddianın təqdim edilməsi hüququna malikdirsə hakim bu hüququn həyata keçirilməsi şərtlərinə əməl olubolmamağını yoxlamalıdır. Qeyd olunanlara riayət edilməyibsə, məhkəmənin iddianın təmin edilməsi barədə qərar qəbul etmək üçün sübut etmə bazasının olmaması deməkdir.
56. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qətnaməsi quman olunan nəticələrə, mülahizələrə və işin halları barədə ehtimallara əsaslana bilməz.
57. Həmçinin qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən edib: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.
58. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf istinad etdiyi halları sübuta yetirmək öhdəliyi daşıyır. Hazırda qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh bu öhdəliyini yerinə yetirə bilməmiş, tərəflər arasında bağlanmış xx.xx.2024cü il tarixli alqı satqı müqaviləsinin icrasından imtina ilə bağlı sadaladığı hallarla bağlı əsaslı sübutlar təqdim edə bilməmişdir və xx.xx.2024-cü il tarixli, 000255 nömrəli nisyə alqı-satqı müqaviləsinin ləğv olunmasını tələb etsədə, Mülki Məcəllənin 421-422-cü maddələrində müqavilənin ləğv edilməsi üçün Cavabdeh tərəfindən müqavilələrin hansı şərtlərini əhəmiyyətli dərəcədə pozduğunu sübut edə bilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı və cavabdehin vicdanlılıq prinsipini rəhbər tutmaqla müqavilələrin ləğv edilməsi üçün MM-nin 421-422-ci maddələrində göstərilən halların mövcud olması faktı müəyyən edilməmişdir.
59. Əlavə olaraq məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin 2.2.5-ci bəndinə əsasən, tərəflər mal təhvil-təslim aktı əsasında qəbul edildikdən sonra 14 gün müddətində malda istehsal qüsuru aşkar edilərsə bu barədə müvafiq qüsur aktı tərtib edilib 24 saat müddətində dərhal satıcıya məlumat verməklə aşkar edilmiş qüsurun aradan qaldırılmasını və ya malın yenisi ilə əvəz edilməsi barədə razılığa gəlmişlər.
60. İşin hallarından isə məlum olur ki, lazer avadanlığı elə müqavilənin bağlandığı tarixdə, yəni xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı əsasında Cavabdeh təhvil verilmişdir. Cavabdeh məhkəmə icraatının gedişində avadanlıqda istifadəyə başladıqdan 2 həftə sonra qüsur yarandığını və təyinatı üzrə istifadə oluna bilmədiyini qeyd etsə də, həmin tarixdən təqribən 3 ay sonra xx.xx.2024-cü ildə İddiaçı MMC-yə şikayət məktubu ünvanlanmışdır. Məhkəməyə isə ümumiyyətlə müraciət etməmiş, yalnız ona qarşı iddia irəli sürüldükdən sonra qarşılıqlı iddia təqdim etmişdir. Beləliklə qarşılıqlı iddiaçı 14 gün ərzində qüsurun aradan qaldırılması və malın yenisi ilə əvəz olunması imkanından imkanlardan istifadə etməmiş, həmçinin istinad etdiyi qüsurları hər hansı aktla rəsmiləşdirməmişdir.
61. Qeyd edilənləri nəzərə alaraq məhkəmə qarşılıqlı iddia tələbi üzrə irəli sürülmüş xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin ləğvi və ödənilmiş 7440 manat məbləğində ödənişin geri qaytarılması ilə bağlı hissədə iddia tələbini əsassız hesab edərək rədd edilməsi qənaətinə gəlir.
62. Qarşılıqlı iddia tələbinin 6666 manat məbləğində dəymiş ziyanın ödənilməsi hissəsi bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı həmin məbləği tələb edərkən AR Mülki Məcəllənin 21-ci və 1096, 1097-ci maddələrinə istinad etmişdir.
63. Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra-MM) zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə (21.2-ci maddə) hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
64. İşdən göründüyü kimi, delikt üzrə məsuliyyətin yaranmasının şərti - zərərin mövcudluğu öz təsdiqini tapmır. Maddi zərər, zərərə məruz qalmış şəxsin əmlakında zərər vurulduqdan sonra meydana gələn vəziyyətlə bu zərər vurmadan əvvəl mövcud olan vəziyyət arasındakı fərqi ifadə edir. Maddi zərərin mövcudluğu üçün zərər vurmadan əvvəlki vəziyyətə nəzərən zərər vurmadan sonra şəxsin əmlakında bir azalmanın meydana gəlməsi tələb olunur (MM-in 21 və 1096-cı maddələr). Bir sözlə, maddi zərər şəxsin əmlak vəziyyətində hüquqa zidd əməl nəticəsində yaranmış itkini nəzərdə tutur və maddi zərərin əvəzinin ödənilməsi məhz bu itkinin aradan qaldırılmasına istiqamətlənməklə şəxsin əmlak vəziyyətində zərər vurulan anadək mövcud olmuş vəziyyətin bərpasına xidmət edir.
65. Son olaraq məhkəmə ilkin iddia tələbinin dəbbə pulunun tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir:
66. Məhkəmə bununla bağlı bildirir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi).
67. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, ilkin iddia üzrə iddiaçının mənafeyini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını nəzərə alaraq 25.6 manat dəbbə pulunun tutulması hissəsində də ilkin iddia tələbini əsaslı hesab edir.
68. Məhkəmə işin hallarını, sadalanan qanunvericilik normalarını, ilkin iddia tələbi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə ilkin iddia tələbi üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə ilkin iddia üzrə iddiaçının borcun ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh 12880 manat əsas borc, 25.6 manat dəbbə pulu olmaqla, ümumilikdə 12905.60 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir.
69. Məhkəmə xərclərinə dair hissədə isə məhkəmə qeyd edir ki, ilkin iddia tələbi təmin edildiyindən ödənilmiş 128.82 manat məbləğində dövlət rüsumu ilkin iddia tələbi üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməli, qarşılıqlı iddia tələbi rədd edildiyindən ödənilmiş 134 manat dövlət rüsumu qarşılıqlı iddia tələbi üzrə iddiaçının özünə aid edilməlidir.
70. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
71. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia təmin edilsin. Cavabdeh 12880 manat əsas borc, 25.6 manat dəbbə pulu olmaqla, cəmi 12905.60 manat (on iki min doqquz yüz beş manat altmış qəpik) və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 128.82 manat pul məbləği iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov