Məhkəmə qərarları › İş №e-2-2(113)-7311/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7311/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7311/2025 04.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alğı-satqı,pul) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Şirkətinin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı şirkəti (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 61593.22 (altmış bir min beş yüz doxsan üç dollar, 22 sent) ABŞ dollarının Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə Cavabdehin üzərinə öhdəlik qoyulsun. (3) Öhdəliyin icrasının gecikdirildiyi dövr üçün 09 yanvar 2024-cü il tarixindən hesablanmaqla Cavabdeh tərəfindən ödənişin edildiyi tarixədək illik 5% miqdarında faizlərin ödənilməsi borc məbləğindən əlavə İddiaçıya ödənilməsi barədə Cavabdehin üzərinə öhdəlik qoyulsun (4) İddiaçının hüquqlarının müdafiəsi məqsədilə çəkdiyi xərcin əvəzi olaraq 4400 (dörd min dörd yüz) ABŞ dolları məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 411 (dörd yüz on bir) manat məbləğində pulun Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, Ekvador Respublikasında qurulmuş, baş ofisi Guayaquildə olan, beynəlxalq səviyyədə tanınmış banan ixracatçısı olan İddiaçı şirkəti (bundan sonra “İddiaçı”) Ekvador ərazisində 2500 hektardan çox banan plantasiyalarını idarə etməklə Avropa, Asiya, Yaxın Şərq və Afrika üzrə 20-dən çox ölkəyə həftəlik 120.000 qutudan çox banan ixrac edən bir biznes subyektidir. 2. İddiaçı həmçinin Azərbaycan Respublikasında yaradılmış və fəaliyyət göstərən Amotrade MMC (bundan sonra “Cavabdeh”) ilə banan alqı-satqısı üzrə işgüzar münasibətlər aparırdı. Lakin tərəflər arasında razılaşdırılmış şərtlərə uyğun olaraq İddiaçı tərəfindən malların düzgün və vaxtında çatdırılmasına baxmayaraq, Cavabdeh ödəmə öhdəliklərini yerinə yetirməmiş, bununla da İddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Malların göndərilməsi barədə təsdiqedici sənədlər iddia ərizəsinə əlavə olunur. 3. Belə ki, həmin sənədlərdən aydın olur ki, xx.xx.2023-cü il tarixində hər bir qutu 15.5 və ümumi dəyəri 93000.00 ABŞ dolları olmaqla 1200 qutuluq 5 tara və xx.xx.2023-cü il tarixində tarixində hər bir qutu 14.2 və ümumi dəyəri 170400.00 ABŞ dolları olmaqla 1200 qutuluq 10 tara banan İddiaçı tərəfindən Cavabdehə göndərilmişdir. Bundan əlavə tərəflər arasında əvvəlki əməliyyatlardan qalma Cavabdehin 712.32 ABŞ dolları məbləğində borcu olmuşdur. Ümumi borc məbləğindən 92009.10 və 110510.00 ABŞ dolları Cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda İddiaçıya ödənsə də, yerdə qalan 61593.22 ABŞ dolları borc hələ də bugünə kimi qalmaqda və Cavabdeh tərəfindən ödənilməməkdədir. Odur ki, hal-hazırda Cavabdehin İddiaçıya 61593.22 (altmış bir min beş yüz doxsan üç dollar, 22 sent) ABŞ dolları məbləğində borcu qalmaqdadır. 4. İddiaçı dəfələrlə Cavabdehə müraciət edərək ödənişlərin yerinə yetirilməsini xahiş etmiş, Cavabdeh müxtəlif tarixlər üçün vədlər verməklə hər dəfə İddiaçını aldatmış və vədlərini yerinə yetirməmiş, müqavilə öhdəliklərini pozmuşdur. Bunları təsdiq edən Vatsapp və mail yazışmaları iddia ərizəsinə əlavə olunur. Həmin yazışmalardan Cavabdehin borcunu etiraf etməsi və ödəyəcəyini vəd etməsi aydın şəkildə görünür. II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək,iddia ərizəsinin təmin edilməsini xahiş etdi.

4. 30.10.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi (qanuni təmsilçi)tərəflər arasındakı işgüzar münasibətləri və İddiaçı tərəfindən bananların göndərilməsini, eləcə də çatdırılmasını, eləcə də təqdim edilən Vatsapp yazışmalarının həqiqiliyini etiraf etmiş, malların həcmi və borc məbləği ilə bağlı isə heç bir etiraz irəli sürməmişdir. Yalnız Həmin təqdim edilmiş banan əhsulunun keyfiyyətinin aşağı olmasını qeyd etmiş və buna dail dəlilllər irəli sürəcəyini bildirsə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. 5. III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. MEDUGY666455v saylı yük gömrük bəyannəməsi ilə təsdiq edilir ki, İddiaçı (göndərən) tərəfindən göndərilən 12 000 ədəd mal (banan) Amotrade LLC tərəfindən müxtəlif vaxtlarda bəyan edilmişdir.

9. İddiaçı tərəfindən təqdim edilmiş whatsapp yazışmaları məhkəmə iclasında tədqiq edilmişdir.

10. İddiaçı Şirkəti tərəfindən Cavabdeh MMC-yə 93 000 ABŞ dolları məbləğində hesabfaktura göndərilmişdir.

11. İddiaçı Şirkəti tərəfindən Cavabdeh MMC-yə 712.32 ABŞ dolları məbləğində hesabfaktura göndərilmişdir.

12. "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarış məlumatlarına əsasən iddiaçı tərəfindən TG Councel LLC-yə 2648 ABŞ dolları (4501 manat) ödənilmişdir. V. Tətbiq edilən hüquq:

13. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun:

16. - 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.

17. - 24.1-ci maddəsinə görə müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.

18. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

19. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

20. Hazırkı mübahisə xarici elementli olduğundan (iddiaçı xarici ölkədə təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olduğundan) məhkəmə tərəfindən ilk növbədə AR Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.

21. Göstərilən məsələ ilə bağlı məhkəmə əvvəla qeyd edir ki, hazırkı iddia Azərbaycan hüquqi şəxsi Cavabdeh MMC ilə Ekvadorda təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olan İddiaçı şirkəti arasında bağlanılmış şifahi alqı-satqı müqaviləsindən irəli gələn tələblərindən ibarətdir. Hazırkı halda isə iş üzrə cavabdeh AR-də təsis edilmiş və fəaliyyət göstərən Cavabdeh MMC-dir. Odur ki, Bakı Kommersiya Məhkəməsi hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidir.

22. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.

23. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikasının mülki qanunvericiliyi tətbiq edilməlidir.

24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “Freskbana” S.A-ilə cavabdeh "xxxx" MMC arasında şifahi alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müqavilə üzrə nəzərdə tutulan malları (banan) cavabdehə təqdim etmişdir. Tərəflər arasında şifahi alğı-satqı münasibətlərinin olması, iddia ərizəsində qeyd edilən miqdarda malın cavabdehə təhvil verilməsi və cavabdeh tərəfindən həmin mallların dəyərinin ödənilməməsi işin mübahisəsiz halıdır, belə ki, iddiaçının qanuni təmsilçisi özü məhkəmə iclasında bu halı təsdiq etmişdir. Həmçinin iddiaçının həmin malları cavabdehə təqdim etməsi hesab-faktura, yük gömrük bəyannamələri,habelə cavabdehin nümayəndəsinin etirafı ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Tərəflər arasında mübahisəli olan hal, yalnız təhvil verilən malların keyfiyyətsiz olması ilə bağlıdır və cavabdehə sübut təqdim edilməsi üçün kifayət qədər vaxt verilsə də, cavabdeh tərəfində heç bir sübut təqdim edilməmişdir. Belə olan hhalda, məhkəmə hesab edir ki, iddia əsas borca dair hi8ssədə tam təmin edilməlidir.

25. «…Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir (“M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarı)

26. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 61593.22 ABŞ dolları məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, məhkəmə cavabdeh tərəfindən məhkəmə hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 61593.22 ABŞ dolları manat məbləğində pul tutularaq “Freskbana” S.A-ya ödənilməlidir.

27. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış məbləğində cavabdehdən tutulmasını tələb etmişdir.

28. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti, yəni xx.xx.2024-cü il tarixdən (pretenziya məktubu göndərilən tarix) keçən müddəti və 61593.22 ABŞ dolları əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 3000 ABŞ dolları cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 600 ABŞ dolları məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

30. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 400 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 61593.22 ABŞ dolları (ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən) məbləğində əsas borc, illik 5%-lə hesablanmış 3000 ABŞ dolları məbləğində gecikdirmə borcu, 600 ABŞ dolları məbləğində hüquqi xidmət üçün haqq və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “Freskbana” S.A-nın xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar