Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7314/2025 21.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərfindən Cavabdeh MMC -yə verilmiş malların dəyərinin ödənilməməsi nəticəsində yaranmış 13479,61 (on üç min dörd yüz yetmiş doqquz manat altmış bir qəpik) manat borcunun ,132 manat dövlət rüsumunun və 300 manat vəkil xidmətinə görə ödənilmiş məbləğin, cəmi 13911,61 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC -dən tutularaq İddiaçı Fostanpak MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə müəssisəmiz tərəfindən istehsal olunan və xaricdən idxal olunmuş malların satılması və dəyərinin ödənilməsi razılaşdırılmışdır. Müqavilə şərtlərinə əsasən İddiaçı tərəfindən verilmiş malların dəyəri 15 (on beş) iş günü müddətində ödənilməsi müəyyən edilmişdir. FST-25-1011 nömrəli və xx.xx.2025 ci il tarixli Müqavilə əsasında xx.xx.2025 ci il tarixli MT2507 11205822 saylıelektron qaiməyə əsasən 2705,08 (ikimin yeddi yüz beş manat səkkiz qəpik) manat əsas və 486,91 (dörd yüz səksən altımanat doxsan bir qəpik) manat ədv, xx.xx.2025 ci il tarixli MT2507 11205836 saylıelektron qaiməyə əsasən 3172,90 (üç min yüz yetmiş ikimanat doxsan qəpik) manat əsas və 571,12 (beş yüz yetmiş bir manat on iki qəpik) manat ədv, xx.xx.2025 ci il tarixli MT2507 11205847 saylı elektron qaiməyə əsasən 2705,09 (iki min yeddi yüz beş manat doqquz qəpik) manat əsas və 486,92 (dörd yüz səksən altı manat doxsan iki qəpik) manat ədv və xx.xx.2025 ci il tarixli MT2507 11205866 saylı elektron qaiməyə əsasən 2840,33 (iki min səkkiz yüz qırx manat otuz üç qəpik) manat əsas və 511,26 (beş yüz on bir manat iyirmialtı qəpik) manat ədv məbləğində malların dəyəri, tərəfinizdən ödənilməmişdir. Sizin sifarişinizəsasında yuxarıda qeyd etdiyim müqavilə əsasında ödənilməyən borc məbləği 13479,61 (on üç min dörd yüz yetmiş doqquz manat altmış bir qəpik) manat məbləğindədir. Müqavilə öhdəliklərinizi qısa müddətdə yerinə yetirməyi, borclu olduğunuz məbləği müqavilə şərtlərinə əməl etməklə ödəmənizlə bağlı Pretenziya göndərilmiş,lakin hər hansı tədbir görülməmişdir. Cavabdehin 13479,61 (on üç min dörd yüz yetmiş doqquz manat altmış bir qəpik) manat borcunun olduğu təsdiq edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025 ci il tarixli, FST-25-1011 nömrəli alqı-satqı müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya “e-qaimə faktura” vasitəsilə (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış şərtlərlə Malın dəyərini “Satıcı”-ya bu müqavilədə nəzərdə tutulmuş müddətdə ödəyir.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən mal-materiallann satışı satış tarixinə qüvvədə olan qiymətlər əsasında həyata keçirilir. Malları təhvil almış “Alıcı”, aldığı malın dəyərini bu müqavilədə və qaimədə nəzərdə tutulan qiymətlə, müqavilədə müəyyən edilmiş müddətdə ödəməlidir.
10. Müqavilənin 2.2-ci bəndinə əsasən mal-materiallar “Alıcı”ya tam təhvil verildikdən sonra “Alıcı” “10” (on) təqvim günü ərzində Mal-materialın dəyərini tam həcmdə ödəməlidir.
11. Müqavilənin 2.2.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş ödəniş şərtləri pozulduqda, “Alıcı” “Satıcı”ya 14 (on dörd) günlük güzəşt müddətindən sonra hər gecikmə günü üçün gecikdirilmiş ödəmənin 1 %-i həcmində cərimə ödəyəcəkdir.
12. Müqavilənin 2.3-cü bəndinə əsasən “Alıcı” “Satıcı”dan malları razılaşdırılmış qiymət əsasında bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə alır.
13. Müqavilənin 2.4-cü bəndinə əsasən “Tərəflər” razılaşırlar kı, mal-materialların dəyəri ödəniş günü qüvvədə olan müvafiq maliyyə göstəricilərinə əsasən hesablanacaq və ödəniləcəkdir.
14. Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı” verilmiş mal-materialların müqavilədə nəzərdə tutulan müddətdə ödənişini təmin etmədiyi halda, gecikdirilmiş məbləğə görə “Satıcı” malın müqaviləyə görə ödəniləcəyi günüdən faktiki ödənilən günədək vurulmuş maddi zərərin və çəkilmiş xərclərin ödənilməsini tələb edə bilər.
15. Müqavilənin 3.1-ci bəndinə əsasən “Satıcı”nın aşağıdakı hüquqları vardır:
16. Müqavilənin 3.1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş şərtlərə əsasən ödənişin həyata keçirilməsini “Alıcı”dan tələb etmək,
17. Müqavilənin 3.1.2-ci bəndinə əsasən bu Müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hüquqlar;
18. Müqavilənin 3.2-ci bəndinə əsasən “Satıcı”-nın aşağıdakı vəzifələri vardır:
19. Müqavilənin 3.2.1-ci bəndinə əsasən müqavilə imzalandığı vaxtdan alqı-satqı müqaviləsində nəzərdə tutulan mal-materiallan “Alıcı”-nın mülkiyyətinə vermək;
20. Müqavilənin 3.2.2-ci bəndinə əsasən “Alıcı”-ya tərəflərin razılaşdırdıqları çeşiddə malmaterialları təqdim etmək,
21. Müqavilənin 3.2.3-cü bəndinə əsasən “Alıcı”-ya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn mal-materialları vermək,
22. Müqavilənin 3.2.4-cü bəndinə əsasən “Alıcı”-ya mal-materiallari onların daşınması və saxlanması üçün zəruri olan şəkildə qablaşdıraraq təqdim etmək.
23. Müqavilənin 3.3-cü bəndinə əsasən “Alıcı”-nın aşağıdakı hüquqları vardır.
24. Müqavilənin 3.3.1-ci bəndinə əsasən “Satıcı”-dan aldığı mal-materıalların keyfiyyətini, miqdarını və ölçüsünü yoxlamaq;
25. Müqavilənin 3.3.2-ci bəndinə əsasən əgər “Satıcı” satılmış mal-materıallan təqdim etməkdən imtina edərsə, Müqaviləni imzalamaqdan imtina etmək;
26. Müqavilənin 3.3.3-cü bəndinə əsasən “Satıcı” Müqavilədə nəzərdə tutulan malmateriallan Müqaviləyə uyğun olmayan çeşiddə təqdim etdikdə onları qəbul etməkdən imtina etmək;
27. Müqavilənin 3.3.4-cü bəndinə əsasən çeşid haqqında şərtə uyğun olmayan malmaterıalların müqavilədə nəzərdə tutulan çeşiddə olan mal-materiallarla əvəz olunmasını tələb etmək;
28. Müqavilənin 3.3.5-ci bəndinə əsasən əgər “Satıcı” əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan mal-materiallar vermişsə “Satıcf’nın təqsiri olub-olmamasından asılı olmayaraq, “Satıcı”-dan öz seçimi ilə malmateriallann qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasım, malmaterialların qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək;
29. Müqavilənin 3.4-cü bəndinə əsasən “Alıcı”-nın aşağıdakı vəzifələri vardır:
30. Müqavilənin 3.4.1-ci bəndinə əsasən mal-materialları qəbul edib əvəzində bu müqavilə ilə müəyyən edilmiş məbləği müqavilədə nəzərdə tutulmuş müddətdə ödəmək;
31. Müqavilənin 3.4.2-ci bəndinə əsasən müqavilə imzalanarkən ünvanı barədə göstərdiyi məlumatların doğruluğunu təsdiq etmək və “Satıcı” tərəfindən həmin ünvana göndərilən bildiriş, xəbərdarlıq və digər məktubların həmin ünvana çatdırılmış hesab ediləcəyim qəbul etmək;
32. Müqavilənin 3.4.3-cü bəndinə əsasən bu Müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.
33. Müqavilənin 4.1-ci bəndinə əsasən “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən mal-materialların alınmasına dair razılaşmalar başa çatdıqdan sonra malmateriallan “Alıcı”-ya təhvil verməyi öhdəsinə götürür.
34. Müqavilənin 4.2-ci bəndinə əsasən mal-materialların təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski “Satıcı”-nın mal-materialları “Alıcı”-ya təqdim etdiyi andan etibarən “Alıcı”-ya keçir Malın “Alıcı”-ya təqdim edilməsi anı, həmin qaimədə göstərilən malın alınmasına dair sənədə “Alıcı” və ya onun nümayəndəsi tərəfindən imza atıldığı vaxt hesab olunur.
35. Müqavilənin 4.3-cü bəndinə əsasən “Satıcı” tərəfindən e-qaımə təqdim edildikdən sonra beş gün müddətində mallardan imtina edilmədiyi halda həmin malların dəyərini şərtsiz olaraq tam ödəməyi öhdəsinə götürür.
36. Müqavilənin 4.4-cü bəndinə əsasən hüquqi və ya rəsmi qeydə alınmış ünvanda dəyişiklik edən tərəf digər tərəfi bu barədə dərhal xəbərdar etməlidir. Əks təqdirdə, son məlum ünvana göndərilmiş müraciətlər həmin tərəfə çatdırılmış hesab olunacaq.
37. Müqavilənin 4.5-ci bəndinə əsasən “Alıcı” Azərbaycan Respublikasının Vergilər Nazirliyinə ticarət fəaliyyətinin dayandırılması ilə bağlı müraciət etdikdə, bu barədə “Satıcı”-nı dərhal xəbərdar etməlidir. Əks təqdirdə, məlum ünvana göndərilmiş mallar “Alıcı”-ya çatdırılmış hesab olunacaq.
38. 028141 saylı təhvil-təslim qaiməsinə əsasən 3744,02 manat məbləğində, 028134 saylı təhvil-təslim qaiməsinə əsasən 3351,59 manat məbləğində, 028137 saylı təhvil-təslim qaiməsinə əsasən 3192 manat məbləğində, 028140 saylı təhvil-təslim Aktına əsasən 3192 manat məbləğində mallar İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir.
39. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə malların satışına dair xx.xx.2025-ci il tarixli MT**********47 nömrəli - 3192 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********22 nömrəli – 3191,99 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********66 nömrəli – 3351,58 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********36 nömrəli 3744,01 manat məbləğində e-qaimələr göndərilmişdir.
40. 15 iyul 2025-ci il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi Aktına əsasən "xxxx" MMC-nin İddiaçı MMC-yə 11423,40 manat əsas borcunun və 2056 manat ƏDV üzrə borcunun olduğu göstərilmiş, akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
41. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
43. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
44. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
45. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
46. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
47. Göründüyü kimi tərəflər arasında xx.xx.2025 ci il tarixli, FST-25-1011 nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya “e-qaimə faktura” vasitəsilə satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış şərtlərlə Malın dəyərini “Satıcı”-ya bu müqavilədə nəzərdə tutulmuş müddətdə ödəyir. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 13479,61 manat ödənilməmiş borcu qalmışdır. Borcun mövcüdluğu üzləşmə aktı ilə öz təsdiqini tapmışdır.
48. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimələr,təhvil-təslim aktı, qarşılıqlı borcların üzləşmə aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin əsas borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
49. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 13479,61 manat bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən 13479,61 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
50. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 132 manat dövlət rüsumu və hüquqi yardım xərci olaraq 300 manat ödənilmişdir.
51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün 132 manat dövlət rüsumunun və 300 manat vəkil xərcinin əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 13479,61 manat borc məbləği, vəkil xərcinin əvəzi olaraq 300 manat və dövlət rüsumunun əvəzi olaraq 132 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova