Məhkəmə qərarları › İş №e-2-2(113)-7323/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7323/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7323/2024 10.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X1 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli Masallı-025 nömrəli üçtərəfli Sazişə əsasən 940,56 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə və tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli Müqavilənin və xx.xx.2020-ci il tarixli Sazişin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, e-2(113)-7323/2024 saylı iş üzrə Cavabdeh İddiaçı ASC qarşısında iddianın əsası olan müqavilə üzrə bu günədək olan qrafik üzrə öhdəliklərini icra etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ASC iddia ərizəsinin qaytarılması haqqında vəsatət verdiyindən Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul”tələbinə dair ərizəsi dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. ********** nömrəli qəbz üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar