Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7326/2022 29.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, Maraqlı şəxs nümayəndəsi, Vəkil iştirakı ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinın Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə xüsusi icraat qaydasında ərizəsi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyi tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 40 manat, dövlət sosial müdafiə fonduna olan 7761,50 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət sosial müdafiə fonduna 7761,50 manat, “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin (VÖEN: **********) dövlət büdcəsinə 40 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 40 manat) olmaqla, ümumilikdə 7801,50 manat borcu vardır. Maraqlı şəxs nümayəndəsi, Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində bildirmişdir ki, "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs deyil. Mülki Prossesual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və yə hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddənin məzmunundan da aydın olur ki, hüquqi şəxsin icra orqanının rəhbbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından söhbət gedir. xx.xx.2022-ci il tarixli reyster məlumatlarına əsasən "xxxx" MMC-nin icra orqanın rəhbəri X1r. Odur ki, "xxxx" MMC-nin borcu ilə bağlı olaraq Maraqlı şəxs barədə təqdim edilmiş ərizə həmin hissədə rədd edilməlidir. Həmçinin bildirmək istəyirik ki, Ərizədə göstərilən “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” ictimai Birliyinin dövlət büdcəsinə olan 40 manat borcu tərəfimizdən ödənilmişdir. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, ərizənin təmin edilməsini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi, Vəkil ərizəyə uyğun izahat verərək ərizənin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Maraqlı şəxs "xxxx" MMC-nin əvvəlki qanuni təmsilçisi, X2 isə hazırki qanuni təmsilçisidir. 28 dekabr 2022-ci il tarixli 14380 nömrəli qəbzdən görünür ki, Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” ictimai Birliyinin dövlət büdcəsinə olan 40 manat borcu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə ərizə ilə bağlı qeyd edir ki, ərizədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC-nin icra orqanının rəhbəri kimi Maraqlı şəxs göstərilsə də, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC-nin hazırki qanuni təmsilçisi X1r. Maraqlı şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi olmadığını, həmçinin “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin borcu ödənildiyini nəzərə alan məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Odur ki, Maraqlı şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi olmadığını və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin borcunun ödənilməsini nəzərə alan məhkəmə hesab edir ki, hüquqi şəxslərin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-7326/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7326/2022
29.12.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver