Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-734/2021 30.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 28263,95 manat əsas borc. 1413,20 manat penya borcunun, 1000 manat hüquqi xidmət haqqının, 30 manat ödənilmiş dövlət rüsumu cəmi 30707,15 manat pulun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“xxxx MMC”-nin hüquqi varisi) ilə Cavabdeh MMC arasında bağlanılmış 20**-AH-*** saylı, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh, “xxxx” MMC-dən müxtəlif inşaat məhsulları almışdır. Müqavilənin şərtlərinə əsasən təhvil verilmiş malların dəyəri sifariş tarixindən etibarən, sabit limit olaraq 100000 manat məbləğində, hesab faktura təqdim edilən gündən 60 gün müddətində ödənilməsi, həmçinin gecikmə halında isə hər gecikən gün üçün ödəmə müddəti keçmiş məbləğin 0.01% peniya ödənilməsi razılaşdırılmışdır. “xxxx” ASC-yə göndərilmiş xəbərdarlıq məktublarına baxmayaraq hal – hazıradək 28263,95 manat əsas borc və 1413,20 manat penya ödənilməmiş və xəbərdarlıq məktublarına cavab verilməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il dövrünü əhatə edən müddət ərzində cavabdehə onun təhvil almasına dair “Mal - materialın çıxış qaimə”lərinə imza etməklə aldığı mallar üzrə hesab fakturalar verilsə də ödənişlər həyata keçirilməmişdir. İddiaçı hüquqi xidmət göstərilməsi üçün nümayəndəyə 1000 manat ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - xx.xx.2018-ci il tarixli, 2018-AH saylı alqı-satqı müqaviləsinə əsasən tərəflər arasında tərtib edilmiş protokollarda göstərilən inşaat kimyəvi məhsulların müqavilə müddəti dövründə satıcı tərəfindən alıcının mülkiyyətinə vermək və alıcı tərəfindən isə həmin malların dəyərinin bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada satıcıya ödənilməi ilə bağlı münasibətlərin tənzimlənməsini təşkil edir. - xx.xx.2020-cı il tarixli xx.xx.2018-ci il tarixli, 2018-AH saylı alqı-satqı müqaviləsinə əlavəyə əsasən tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin qüvvədə qalma müddəti xx.xx.2020-ci il tarixinədək müəyyən edilmişdir. Əlavənin 2.1-ci bəndinə əsasən satıcı sabit limit olaraq 150000 manat mbləğində malı alıcıya verməyi, alıcı ilə malın dəyərini qamiə-faktura əsasında təhvil alındığı tarixdən etibarən 60 gün müddətində satıcıya nəğd və ya köçürmə şəklində ödəməyi, gecikmə halında alıcı hər gecikən gün üçün müddəti keçən məbləğin 0.1% peniya ödəməyi qəbul və təsdiq etmişdir. - xx.xx.2019-cu il tarixli, 161731 saylı EBAD seriyalı və xx.xx.2019-cu il tarixli 162183 saylı, İİ seriyalı elektron qaiməyə əsasən 3363 manat dəyərində mal xx.xx.2019cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli, 163889 saylı EBAD seriyalı və xx.xx.2019-cu il tarixli 162184 saylı, İİ seriyalı elektron qaiməyə əsasən 2242 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli, 064932 saylı EBAD seriyalı və xx.xx.2019-cu il tarixli 537757 saylı, İİ seriyalı elektron qaiməyə əsasən 3363 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli, 064932 saylı EBAE seriyalı və xx.xx.2019-cu il tarixli 951929 saylı, İİ seriyalı elektron qaiməyə əsasən 3363 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli, 427013 saylı, EBAE seriyalı və xx.xx.2019-cu il tarixli 213716 saylı, İJ seriyalı elektron qaiməyə əsasən 2242 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli, 428966 saylı EBAE seriyalı və xx.xx.2019-cu il tarixli 213717 saylı, İJ seriyalı elektron qaiməyə əsasən 2242 manat dəyərində mal xx.xx.2019-cu il tarixli malmaterialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli, 531923 saylı EBAE seriyalı və xx.xx.2019-cu il tarixli 235715 saylı, İJ seriyalı elektron qaiməyə əsasən 3363 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2020-ci il tarixli 706410 saylı, EBAE seriyalı elektron qaiməyə əsasən 958,75 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2020-ci il tarixli 919070 saylı, EBAE seriyalı elektron qaiməyə əsasən 3363 manat dəyərində mal xx.xx.2020-ci il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2020-ci il tarixli 460457 saylı, EBAF seriyalı elektron qaiməyə əsasən 2242 manat dəyərində mal xx.xx.2020-ci il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2020-ci il tarixli 476947 saylı, EBAG seriyalı elektron qaiməyə əsasən 4484 manat dəyərində mal xx.xx.2020-ci il tarixli mal-materialın çıxışı qaiməsi ilə Cavabdeh MMC-yə təhvil verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş satıcının standart şərtlərinin qiymət və ödəmə şərtlərindən malın dəyərini satış tarixində və ya malın təslimi tarixinə verilən faktura tarixindən sonra 60 gün ərzində satıcının kassasına ödəməli olduğu nəzərdə tutulmuş, yəni, öhdəliyin icrası müddəti göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada - elektron qaimə-faktura əsasında, həmçinin, əmtəə-nəqliyyat qaimələri əsasında təhvil verilmişdir. Qeyd olunanlara əsasən və alınmış malların dəyərinin tam ödənilməməsi, borcla bağlı hər hansı bir sübut təqdim olunmadığından məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi hissəsində təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 28263,95 manat əsas borca 1413,20 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 1413,20 manat dəbbə pulunun miqdarı azaldılaraq 200 manat miqdarında müəyyən edilməlidir. Bundan başqa məhkəmə 1000 manat vəkil xidməti ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, işin araşdırılan hallarından və məhkəmə prosesi zamanı iddiaçı tərəfindən belə xərcin çəkilməsini sübut edən hesabdan çıxarış və ya ödənişi təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 28 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 28263,95 manat məbləğində əsas borc, 200 manat məbləğində cərimə olmaqla ümumilikdə 28463,95 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 28 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-734/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-734/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver