Məhkəmə qərarları › İş №e-2-2(113)-734/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-734/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-734/2024 15.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X3” MMC-yə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “X3” MMC-dən 4627,11 manat məbləğində borcun və 100 manat mediasiya xərcinin onun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər:

1. Bu barışıq müqaviləsinə əsasən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 734/2024 kommersiya işini barışıq sazişi ilə yekunlaşdırılmasına dair razılığa gəlirlər.

2. Cavabdeh “X3” MMC 4627,11 (dörd min altı yüz iyirmi yeddi manat on bir qəpik) manat məbləğində borcun və 100 (bir yüz) manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini qəbul edir.

3. “X3” MMC tərəfindən ilkin olaraq 500 (beş yüz) manat ödəniş edilir.

4. “X3” MMC tərəfindən 4227,11 (dörd min iki yüz iyirmi yeddi manat, 11 qəpik) manat qalıq borc məbləği 2024-cü ilin mart ayından başlamaqla 12 (on iki) ay müddətində hər ayın 20-30 aralığında İddiaçı MMC-yə hər ay 352,26 (üç yüz əlli iki manat iyirmi altı qəpik) manat ödəniş ediləcək.

5. “X3” MMC tərəfindən 4-cü bənddə göstərilən ödəniş məbləği bir aydan artıq gecikmə olduğu təqdirdə barışıq sazişinin təsdiqi barədə qərardada əsasən məcburi qaydada icra edilməsi üçün icra sənədi icra edilməsi üçün müvafiq icra xidmətinə göndəriləcəkdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı MMC-nin cavabdeh “X3” MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Bu barışıq müqaviləsinə əsasən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 734/2024 kommersiya işini barışıq sazişi ilə yekunlaşdırılmasına dair razılığa gəlirlər.

2. Cavabdeh “X3” MMC 4627,11 (dörd min altı yüz iyirmi yeddi manat on bir qəpik) manat məbləğində borcun və 100 (bir yüz) manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini qəbul edir.

3. “X3” MMC tərəfindən ilkin olaraq 500 (beş yüz) manat ödəniş edilir.

4. “X3” MMC tərəfindən 4227,11 (dörd min iki yüz iyirmi yeddi manat, 11 qəpik) manat qalıq borc məbləği 2024-cü ilin mart ayından başlamaqla 12 (on iki) ay müddətində hər ayın 20-30 aralığında İddiaçı MMC-yə hər ay 352,26 (üç yüz əlli iki manat iyirmi altı qəpik) manat ödəniş ediləcək.

5. “X3” MMC tərəfindən 4-cü bənddə göstərilən ödəniş məbləği bir aydan artıq gecikmə olduğu təqdirdə barışıq sazişinin təsdiqi barədə qərardada əsasən məcburi qaydada icra edilməsi üçün icra sənədi icra edilməsi üçün müvafiq icra xidmətinə göndəriləcəkdir. İddiaçı MMC-nin cavabdeh “X3” MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar