Məhkəmə qərarları › İş №e-2-2(113)-734/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-734/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-734/2025 11.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış 102/21/SA saylı 18 noyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə ödənilməli olan 46260.18 (qırx altı min iki yüz altmış manat on səkkiz qəpik) manat manat (ƏDV daxil) məbləğin, Dəbbə pulu olaraq4626.01 manat (dörd min altı yüz iyirmi altı manat bir qəpik) manat məbləğin və İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 243 (iki yüz qırx üç) manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: 1.SAZİŞİN PREDMETİ 1.1.Bu “Saziş” Cavabdeh və İddiaçı arasında olan kommersiya mübahisəsi üzrə məhkəmə işinin qarşılıqlı razılıq əsasında həlli məqsədi ilə bağlanılır. 2.BARİŞİĞ ŞƏRTLƏRİ 2.1. İddia tələbi üzrə e-2-2(113)-734/2025 saylı kommersiya mübahisəsi hazırda Bakı Kommersiya Məhkəməsində (bundan sonra “Məhkəmə” adlanacaq), X3 Zakir oğlunun icraatındadır. Cavabdeh isə 46833.90 (qırx altı min səkkiz yüz otuz üç manat doxsan qəpik) manat (ƏDV daxil) borc məbləğini 3 (üç) ay müddətində İddiaçı-a ödəməyi öz öhdəsinə götürür. 2.2.Tərəflər bu “Saziş”in təsdiq edilməsi və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-734/2025 saylı kommersiya mübahisəsi üzrə icraata xitam verilməsinə dair ərizə ilə müraciət edəcəklər. 2.3. Hazırda “Tərəflər” bu “Sazişi” imzalamaqla kommersiya mübahisəsinin razılaşma (danışıqlar) yolu ilə həllinə nail olmuşlar. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinin tələbləri nəzərə alınmaqla, “Tərəflər’in qarşılıqlı razılığına əsasən Cavabdeh 46833.90 (qırx altı min səkkiz yüz otuz üç manat doxsan qəpik) manat (ƏDV daxil) borc məbləğim 3 (üç) ay müddətində olmaqla aşağıdakı qrafik üzrə “AK Piping Matcrials”-a ödəməyi öz öhdəsinə götürür: Aylar üzrə ödəniş Ödəniləcək borc məbləğləri s/s tarixləri (AZN ilə) (ƏDV daxil) 1 20 fevral 2025-ci il 15.611,30 AZN 2 20 mart 2025-ci il 15.611,30AZN 3 20 aprel 2025-ci il 15.611,30 AZN 2.4.Saziş in imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq “Tərəflər” üçün yalnız “Saziş”in şərtləri etibarlı olur. 2.5.Tərəflər yuxanda qeyd olunan “Alğı-satqı” müqaviləsi bağlandığı andan halhazıradək bir-biriləri barədə əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri, həmçinin bu “Saziş”in şərtlərini məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. Hazırkı bəndin tələbləri “Saziş” qüvvədən düşdükdən sonra 5 (beş) il ərzində qüvvədə qalacaqdır. 3.SAZİŞİN MÜDDƏTİ 3.1. Bu “Saziş” imzalandığı gündən qüvvəyə minir və son ödəniş həyata keçirildikdən sonra qüvvədən düşəcəkdir. 4.TƏRƏFLƏRİN MƏSULİYYƏTİ 4.1. “Tərəflər” “Saziş”də nəzərdə tutulan öhdəliklərin icra edilməməsi üçün məsuliyyət daşıyırlar. 5.SAZİŞƏ XİTAM VERİLMƏSİ 5.1. Bu “Sazişə” Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada və hallarda xitam verilə bilər. 6.YEKUN MÜDDƏLAR 6.1. Hazırkı “Saziş” ilə tənzimlənməyən müddəalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nizamlanır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iş üzrə tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 1.SAZİŞİN PREDMETİ 1.1.Bu “Saziş” Cavabdeh və İddiaçı arasında olan kommersiya mübahisəsi üzrə məhkəmə işinin qarşılıqlı razılıq əsasında həlli məqsədi ilə bağlanılır. 2.BARİŞİĞİN ŞƏRTLƏRİ 2.1. İddia tələbi üzrə e-2-2(113)-734/2025 saylı kommersiya mübahisəsi hazırda Bakı Kommersiya Məhkəməsində (bundan sonra “Məhkəmə” adlanacaq), X3 Zakir oğlunun icraatındadır. Cavabdeh isə İddiaçı- 46833.90 (qırx altı min səkkiz yüz otuz üç manat doxsan qəpik) manat (ƏDV daxil) borc məbləğini 3 (üç) ay müddətində İddiaçıödəmayi öz öhdəsinə götürür. 2.2.Tərəflər bu “Saziş”in təsdiq edilməsi və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(l 13)-734/2025 saylı kommersiya mübahisəsi üzrə icraata xitam verilməsinə dair ərizə ilə müraciət edəcəklər. 2.3. Hazırda “Tərəflər” bu “Sazişi” imzalamaqla kommersiya mübahisəsinin razılaşma (danışıqlar) yolu ilə həllinə nail olmuşlar. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinin tələbləri nəzərə alınmaqla, “Tərəflər’in qarşılıqlı razılığına əsasən Cavabdeh 46833.90 (qırx altı min səkkiz yüz otuz üç manat doxsan qəpik) manat (ƏDV daxil) borc məbləğim 3 (üç) ay müddətində olmaqla aşağıdakı qrafik üzrə “AK Piping Matcrials”-a ödəməyi öz öhdəsinə götürür: Aylar üzrə ödəniş Ödəniləcək borc məbləğləri s/s tarixləri (AZN ilə) (ƏDV daxil) 1 20 fevral 2025-ci il 15.611,30 AZN 2 20 mart 2025-ci il 15.611,30AZN 3 20 aprel 2025-ci il 15.611,30 AZN 2.4.Saziş in imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq “Tərəflər” üçün yalnız “Saziş”in şərtləri etibarlı olur. 2.5.Tərəflər yuxanda qeyd olunan “Alğı-satqı” müqaviləsi bağlandığı andan halhazıradək bir-biriləri barədə əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri, həmçinin bu “Saziş”in şərtlərini məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. Hazırkı bəndin tələbləri “Saziş” qüvvədən düşdükdən sonra 5 (beş) il ərzində qüvvədə qalacaqdır. 3.SAZİŞİN MÜDDƏTİ 3.1. Bu “Saziş” imzalandığı gündən qüvvəyə minir və son ödəniş həyata keçirildikdən sonra qüvvədən düşəcəkdir. 4.TƏRƏFLƏRİN MƏSULİYYƏTİ 4.1. “Tərəflər” “Saziş”də nəzərdə tutulan öhdəliklərin icra edilməməsi üçün məsuliyyət daşıyırlar. 5.SAZİŞƏ XİTAM VERİLMƏSİ 5.1. Bu “Sazişə” Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada və hallarda xitam verilə bilər. 6.YEKUN MÜDDƏLAR 6.1. Hazırkı “Saziş” ilə tənzimlənməyən müddəalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nizamlanır. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar