Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7346/2025 23.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alğı-satqı,pul) X7 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul”tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X8”Məhdud Məsuliyyətli Cəmiyyətindən 228 816.17 (iki yüz iyirmi səkkiz min səkkiz yüz ona altı manat on yeddi qəpik) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 518,82 (beş yüz on səkkiz manat səksən iki qəpik) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hüquqi şəxs İddiaçı MMC-nin direktoru X2 (satıcı) ilə “X8”Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 (alıcı) arasında25 sentyabr 2024-cü il tarixində “AS/24-02” nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən razılaşdırılan Malların satın alınması barədə Alıcının təklifini qəbul edir və onu Mallar ilə təmin edir, alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən müqavilə üzrə bütün öhdəliklər yerinə yetirilərək alıcıya363 972.49 manat dəyərində mallar təqdim edilmişdir. Cavabdeh tərəfindən yalnız 135 156.32 manat məbləğində ödəniş olunmuşdur. Həmin mallar alıcıya müxtəlif tarixlərdə, yəni xx.xx.2024-cü il tarixli MT2409 seriyalı 11767397 nömrəli elektron qaiməyə əsasən 28329.14 manat dəyərində, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı, 10303971 nömrəli elektron qaiməyə əsasən 31869,27 manat dəyərində, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı, 11020468 nömrəli elektron qaiməyə əsasən 18319,51 manat dəyərində, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı, 11166248 nömrəli elektron qaiməyə əsasən 9440,27 manat dəyərində, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 11344679 nömrəli elektron qaiməyə əsasən 8214,40 manat dəyərində, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı, 11902026 nömrəli elektron qaiməyə əsasən 29498,11 manat dəyərində, xx.xx.2024-cü il tarixli MT2411 seriyalı, 10012476 nömrəli 70841,34 manat dəyərində, xx.xx.2024-cü il tarixli MT2411 seriyalı, 10012892 nömrəli elektron qaiməyə əsasən 26981,77 manat dəyərində, xx.xx.2024-cü il tarixli saat MT2411 seriyalı, 10127372 nömrəli 26845,23 manat dəyərində, xx.xx.2024-cü il tarixli MT2411 seriyalı, 10166647 nömrəli 65068,62 manat dəyərində, xx.xx.2024-cü il tarixli MT2411 seriyalı, 10170125 nömrəli 25249,20 manat dəyərində, xx.xx.2024-cü il tarixli MT2411 seriyalı, 10173109 nömrəli elektron qaiməyə əsasən 9005,55 qəpik dəyərində, xx.xx.2024-cü il tarixli MT2411 seriyalı 10177649 nömrəli elektron qaiməyə əsasən 22524,32 manat dəyərində mallar təqdim olunmuşdur. 25 sentyabr 2024-cü il tarixində “AS/24-02” nömrəli alqı-satqı müqaviləsinin 2.3-cü bəndinə əsasən satıcı tərəfindən Alıcıya təqdim olunan Malların dəyəri Alıcı tərəfindən ona təqdim edilmiş elektron qaiməfakturaya əsasən, 10 (on) iş günü ərzində Satıcının bu müqavilədə göstərilən bank hesabına ödənilir. Göründüyü kimi iddiaçı alqısatqı müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmiş, borclu isə müqavilənin tələblərini pozaraq ona təhvil verilən 363 972.49 manat dəyərində malı təhvil almasına baxmayaraq sadəcə 135 156.32 manatını ödəmiş, iddiaçıya olan 228 816.17 (iki yüz iyirmi səkkiz min səkkiz yüz ona altı manat on yeddi qəpik) manat borcunu ödəməmişdir. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi barədə “X8” MMC-dən müqavilənin icrası, borcun qaytarılması tələb edilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh pulunun olmamasını, yaxın zamanda ödəyəcəyini bildirərək müqavilə üzrə öhdəliklərini artıq uzun müddətdir ki, icra etməkdən qəsdən yayınmışdır. Eyni zamanda cavabdeh hüquqi şəxsin qanunsuz hərəkətləri iddiaçı hüquqi şəxs İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətinə həddindən çox mənfi təsir göstərir. Odur ki, nəticədə məhkəməyə müraciət etmək qərarına gəlinmişdir. Odur ki, 228 816.17 (iki yüz iyirmi səkkiz min səkkiz yüz ona altı manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı MMC-yə cavabdeh tərəfindən ödənilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı MMC (bundan sonra “İddiaçı”) və "xxxx" MMC (bundan sonra C“avabdeh”) arasında malların alğı-satqısına dair 25 sentyabr 2024-cü il tarixli “AS/24-02” saylı müqavilə bağlanmışdır. Müqavilənin: -1.1-ci bəndinə əsasən satıcı Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən razılaşdırılan Malların satın alınması barədə Alıcının təklifini qəbul edir və onu Mallar ilə təmin edir. - 1.2-ci bəndinə əsasən aıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Malların Satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.. - 2.1- ci bəndinə əsasən müqavilənin ümumi dəyəri il ərzində verilən sifariş əsasında (vergilər daxil) formalaşır. - 2.2-ci bəndinə əsasən malların qiyməti Tərəflər arasında qarşılıqlı razılaşdırılır. - 2.3- cü bəndinə əsasən satıcı tərəfindən Alıcıya təqdim olunan Malların dəyəri Alıcı tərəfindən ona təqdim edilmiş elektron qaimə-fakturaya əsasən, 10 (on) iş günü ərzində Satıcının bu müqavilədə göstərilən bank hesabına ödənilir. - 3.2.2-ci bəndinə əsasən alıcı satıcıdan alınmış Malların dəyərinin Müqavilənin 2.3-cü bəndinə uyğun olaraq 10 (on) iş günü ərzində Satıcının Müqavilədə göstərilən bank hesabına ödənilməsini təmin edir. - 7.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 25 sentyabr 2025-ci il tarixinədək qüvvədə qalır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. İddiaçı tərəfindən cavabehə MT2409 11767397 nömrəli xx.xx.2024-cü il tarixli 28329.14 manat,MT2410 10303971 nömrəli xx.xx.2024-cü il tarixli 31869.27 manat,MT2410 11020468 nömrəli xx.xx.2024-cü il tarixli 18319.51 manat,MT2410 11166248 nömrəli xx.xx.2024-cü il tarixli 9440.27 manat,MT2410 11344679 nömrəli xx.xx.2024-cü il tarixli 8214.40 manat, MT2410 11902026 nömrəli xx.xx.2024-cü il tarixli 29498.11 manat, MT2411 10012476 nömrəli xx.xx.2024-cü il tarixli 70841.34 manat, MT2411 10127372 nömrəli xx.xx.2024-cü il tarixli 26845.23 manat, MT2411 10166647 nömrəli xx.xx.2024-cü il tarixli 65068.62 manat, MT2411 10170125 nömrəli xx.xx.2024-cü il tarixli 25249.30 manat, MT2411 10173109 nömrəli xx.xx.2024-cü il tarixli 9005.55 manat, MT2411 10177649 nömrəli xx.xx.2024-cü il tarixli 22524.32 manat məbləğində elektron qaimə göndərilmişdir.
10. "xxxx" ASC tərəfindən verilmiş İddiaçı MMC-yə aid hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh tərəfindən müxtəlif vaxtlarda müxtəlif məbləğdə ödənişlər edilmişdir.
V. Tətbiq edilən hüquq:
11. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
12. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
14. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
15. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 228816.17 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş, alğı-satqı müqaviləsi,elektron qaimə, hesabdan çıxarış ilə təsdiq edilir. Cavabdehə rəsmi qaydada məlumat versə də, məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
17. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərindən – 228816.17 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən 228816.17 manat məbləğində pul vəsaitini tələb etdiyini və cavabdehin yaranmış borcun məhkəmə iclasında etiraf etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 228816.17 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
18. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 518.82 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.
19. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 518.82 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh “X8” MMC-dən 228816.17 (iki yüz iyirmi səkkiz min səkkiz yüz on altı manat on yeddi qəpik) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumu kimi 518.82 (beş yüz on səkkiz manat səksən iki qəpik) manat məbləğin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova