Məhkəmə qərarları › İş №e-2-2(113)-735/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-735/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-735/2025 14.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, öhdəliklərin ötürülməsi) X4 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “X5“ ASC-nin Cavabdeh MMC-yə qarşı “lizinq müqaviləsinin xitamı, lizinq müqaviləsi üzrə borcun, lizinq mükafatının, cərimə borcunun və dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi, sona isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 207/22 saylı Daxili Lizinqi müqaviləsinə və İddiaçı QSC, X1 və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL/M 207-1/23 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə xitam verilməsi; Lizinq alandan Lizinq predmetinin dövlət yol polisində təhvil götürüldüyü tarixə xx.xx.2024cü il tarixinə Daxili lizinq müqaviləsi üzrə 5037,38 manat əsas, 3032 manat lizinq mükafatı, 250 manat cərimə borcun, 8000 manat dəymiş zərərin, vəkil xidmətlərinə görə ödənilmiş 500 xidmət haqqı, 146 manat dövlət rüsumu əvəzinin Cavabdeh MMC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə X1 arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 207/22 saylı Daxili Lizinqi müqaviləsinə əsasən, “JAGUAR XJ” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cəmi 55000 manata 36 aylıq müddətinə illik 23 %-lə lizinq alanın istifadəsinə verilmişdir. İddiaçı QSC, X1 və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL/M 207-1/23 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, lizinq alan yuxarıda qeyd edilən müqavilə üzrə öhdəliklərini Cavabdeh MMC-yə ötürür, o isə bunu qəbul edir, Lizinq verən isə bunu təsdiq etmişdir. Eyni zamanda lizinq predmeti olan nəqliyyat vasitəsi də sonuncunun müvəqqəti istifadəsinə verilmişdir. Sözügedən “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən yeni lizinq alan Cavabdeh MMC bu öhdəlikləri qəbul etmişdir. Lakin bir müddət sonra Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina etmişdir. Bununla bağlı lizinq verən onu dəfələrlə həm yazılı, həm şifahi, həm də elektron qaydada xəbərdar etmişdir. Artıq lizinq alan öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, tərəfə müqavilənin xitamına dair bildiriş həm poçt vasitəsi ilə, həm də elektron mühasibatçılıq kabineti vasitəsi ilə göndərilmişdir. 07 yanvar 2024-cü il tarixində Lizinq alan tərəfindən lizinq predmeti - ‘‘JAGUAR XJ” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Lizinq verənin Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən ofis binasının önünə “evukuator” vasitəsi ilə gətirilərək park edilmişdir. Nəqliyyat vasitəsi təhvil alınan zaman ona təqribən 8000 manat zərərin dəydiyi müəyyən edilmişdir. Həmçinin həmin tarixə lizinq alanın 13.02.23-cü il tarixli, CL/M 207-1/23 saylı müqavilə üzrə lizinq verənə 5037,38 manat əsas, 3032 manat lizinq mükafatı, 1816 manat cərimə borcu olmuşdur. Eyni zamanda məhkəmədə iddianın müdafiə edilməsi üçün Arbitrium Vəkil Bürosunun üzvü Vəkil ilə də 500 manat məbləğində vəkil xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 10.1-ci bəndinə əsasən, Lizinq alan müqaviləyə əlavə edilmiş cədvəl üzrə lizinq ödənişlərini vaxtı vaxtında icra etməlidir. 10.2-ci bəndinə əsasən, Lizinq alan lizinq ödənişlərini vaxtında və lazımınca icra etmədiyi halda gecikdirilmiş məbləğ üçün günlük 0.5% cərimə ödəyir. 14-cü bəndinə əsasən, lizinqalan nəqlyyat vasitəsinin cari və əsaslı təmir edilməsi ilə bağlı öhdəlikləri icra edəcəkdir. 15-ci bəndinə əsasən, lizinqalan əmlakın hərcürə zədələnməsi və dağılmasına görə məsuliyyət daşıyır. 16-ci bəndinə əsasən, Lizinq alan lizinq predmetini Lizinq verənin razılığı ilə icarəyə və üçüncü şəxslərin istifadəsinə verə bilməz 21-ci bəndin B yarımbəndinə əsasən, Lizinq müddəti ərzində ödəmə cədvəlinə uyğun olaraq lizinq ödənişini icra etməzsə, lizinq müqaviləsinə Lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər. İddiçı iddia tələbinin maddi hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 385.1, 389.1, 421.2, 430.1, 442, 445.1, 449.1, 747.1, 748-1.5, 748-1.8, 748-1.12.1, 748-1.12.4, 748- 10.1, 748-2.1, 748-7.1, 1097.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin olunmasını xahiş etmişdir. Suallara cavab olaraq o, bildirmişdir ki, lizinq predmeti cavabdehə verildikdən sonra qısa müddət ərzində ödənişlər edilmişdir. Daha sonra isə ödənişlər dayandırılmışdır. Cavabdehə ödənişlərin icra edilmədiyi təqdirdə nəqliyyat vasitəsini təhvil verməli olduğu və ya ödənişləri bərpa etməli olduğu barədə xəbərdar etmişlər. 27 yanvar 2024-cü il tarixdə cavabdeh lizinq müqaviləsinin predmetini Bakı şəhəri, Nizami rayonu Babək pr-ti 42 A ünvanında lizinq verənə təhvil vermiş, lakin təhvil-təslim aktına imza etməkdən imtina edərək qısa müddət ərzində bütün borcu ödəyib lizinq predmetini geri alacağını bildirmiş, lakin heç bir ödəniş etməmişdir. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: xx.xx.2022-ci il tarixli 207/22 saylı X3 müqaviləsinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş və bu müqaviləyə «əlavə 2» -də qeyd olunmuş, ətraflı təsviri verilmiş (Şəxsiyyət vəsiqəsi: AZE14609843,xx-xx-2014 il tarixində ASAN4 tərəfindən verilmişdir) məxsus əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və Lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq Lizinqalanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür; 3.1-ci bəndinə əsasən qiymətin 18350 manat hissəsi avtomaşının sənədləri alıcıya verildikdən sonra avans şəklində satıcıya ödənilir. Qalan məbləği 55000 manat hissəsi, tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra alıcı tərəfindən ödənilir; 3.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən lizinq verən tərəfindən lizinq obyektinin satın alınması üçün çəkdiyi bütün xərclər lizinq üzrə kredit məbləği hesab edilir. Lizinq haqları həmin kredit məbləğinə lizinq verənin gəliri olaraq qalıq dəyərinə illik 23 % faiz dərəcəsi əlavə etməklə sabit lizinq haqları olaraq hesablanır; 3.4-cü bəndinə əsasən lizinq obyektindən istifadəyə edilməsinə görə lizinq ödənişlərinin ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəmə cədvəli”ndə (əlavə 1) tam əks edilir; 7.1-ci bəndinin “c” yarımbəndinə əsasən lizinqalan bütün zəruri vergilərin, məsrəflərin, xərclərin, təzminatların, Lizinqalanın hər hansı digər səbəbdən Əmlakı alması, verməsi, işlətməsi, istifadə etməsi nəticəsində ödənilməli olan hər hansı faizlərə və cərimələrə məsuliyyət daşıyır; 8.1-ci bəndinə əsasən müqavilənin müddəti ərzində Lizinq alan, müvafiq qanunlarda “Operator” məfhumuna verilən mənalara uyğun olaraq, Əmlakın operatoru sayılır, və o, Dövlət və ya üçüncü tərəflər və Lizinq verən qarşısında Əmlakdan və/və ya onun işlədilməsi yaxud istifadəsi nəticəsində Dövlətə, üçüncü tərəflərə yaxud Lizinq verənə, ətraf mühitə yaxud təbiətə dəymiş hər hansı dərəcədə və hər növ zərərə görə məsuliyyət daşıyır; 10.1-ci bəndinə əsasən lizinq alan lizinq haqqını lizinq verənə ödəmə cədvəlinə uyğun olaraq ödəməlidir, və əmlakın gətirilməsi və ya təhvili və ya işlədilməyə hazırlıq zamanı hər hansı gecikmə, texniki nasazlıq və bu kimi səbəblərə görə ödəməmək ixtiyarında deyil; 11.1-ci bəndinə əsasən ödəmə cədvəlində (bu müqaviləyə əlavə 1 qismində qoşulmuş) göstərildiyi tarixdə lizinqalan lizinq haqqını lizinq verənin hesabına ödəməzsə ödənişin pozulması baş verir. Bununla lizinq alan razılıq verir və öhdəsinə götürür ki, pulun ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı müddətə hər gecikdirilmiş gün üçün 0,5% dərəcə ilə cərimə faizi, ödəyəcək; 14.1ci bəndinə əsasən bununla Lizinq alan razılıq verir və öhdəsinə götürür ki, Əmlaka xidmət edilməsi, eləcə də cari və əsaslı təmir və buna oxşar digər xidmətlər onun hesabına olmalıdır, Lizinq verənlə razılaşdırılmış və belə işlərə buraxılışı olan xidmət strukturları və ya Lizinq verənin bəyəndiyi digər təşkilatlar tərəfindən, saf ehtiyat hissələrinin istifadə edilməsi ilə, həyata keçiriləcəkdir. Lizinq alan Lizinq verənin yazılı razılığı ilə lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu, lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan, lizinq müqaviləsi bu yaxşılaşdırılmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malik deyildir; 21.1-ci bəndinə əsasən lizinqalan lizinq müddəti ərzində ödəmə cədvəlinə uyğun olaraq iki dəfə lizinq haqqını ödəməzsə lizinq verən bu müqaviləni xitam edə bilər. Lizinqverən “X5“ ASC-nin Tərəf-1 Cavabdeh MMC və Tərəf-2 X1 arasında xx.xx.2023-cü il tarixli, CL/M 207-1/23 saylı Öhdəliklərin verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Tərəf-2,İddiaçı ASC ilə bağladığı 22 noyabr 2022-ci il tarixli 207/22 saylı X3 müqaviləsi üzrə öhdəliklərini, lizinq obyektini, hüquqlarını Tərəf-1-ə verir, Tərəf-1 isə bunları qəbul edir. 1.2-ci bəndinə əsasən Tərəf-1 22 noyabr 2022-ci il tarixli 207/22 saylı X3 müqaviləsinin müddəaları ilə tanışdır. 1.3-cü bəndinə əsasən bu müqavilə imzalandığı andan Tərəf-1 22 noyabr 2022-ci il tarixli 207/22saylı X3 müqaviləsi üzrə lizinqalan qismində çıxış edəcək və lizinqalana aid olan bütün hüquq və öhdəlikləri daşıyacaqdır. 3.2-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən 1.1.-ci maddədə göstərilən öhdəlikləri icra etməməsi və ya lazımi qaydada icra etməməsinə görə Lizinqverən qarşısında məsuliyyəti Tərəf-1 daşıyır. xx.xx.2022-ci il tarixli, BB 327955 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Jaguar XJ” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçı ASC-dir. 22 noyabr 2022-ci il tarixli 207/22 saylı “X3” müqaviləsi və xx.xx.2023-cü il tarixli “Öhdəliklərin verilməsi” haqqında müqaviləsinin şərtlərinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, CL/M-207-1/23 təhvil-təslim aktından görünür ki, 1 ədəd JAGUAR XJ markalı minik avtomobil (ban nömrəsi: SAJAA12M6FPV83358, mühərrik: 1999 sm3; rəngi: ağ; buraxılış ili: 2016) X1 təslim edib və “RX Construction » MMC-nin (VÖEN: **********) direktoru Nümayəndə təhvil almışdır. xx.xx.2024-cü il tarixli ZD-1010/ME saylı qiymətləndirməyə dair hesabata əsasən "X5" ASC-yə məxsus JAGUAR XJ markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 8000 manat (ehtiyyat hissələri 5800 manat və işçilik 2200 manat) təşkil etmişdir. 22 noyabr 2022-ci il tarixli 207/22 saylı “X3” müqaviləsinə 2 saylı Əlavə olaraq tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, lizinq məbləği 53447,39 manat, olan 34 ay müddətinə lizinq predmetinə görə Cavabdeh MMC xx.xx.2023-cü il tarixindən xx.xx.2025ci il tarixinədək hər ay 2153,89 manat (cəmi 19786,19 manat faiz məbləği) ödəməlidir. “X5“ ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh MMCnin xx.xx.2024-cü il tarixə olan əsas borcu 5037,38 manat, lizinq mükafatı 3032,70 manat, cərimə borcu 1816,06 manat, lizinq obyektinə dəymiş zərər 8000 manat, cəmi borcu 17886,14 manat təşkil edir. 566878 saylı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Arbitrium Vəkil Bürosunun "xxxx" ASC-də olan hesabına 500 manat köçürmə edilmişdir. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə iddia tələbindəki borc məbləğini 3 gün ərzində ödəməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmiş, həmin pretenziya xx.xx.2024-cü il tarixdə cavabdehin internet vergi sistemindəki kabinetinə yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixli **********77 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 146 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 526-cı maddəsinə əsasən əgər kimsə müqaviləyə əsasən başqa şəxsin əmlakını qəbul edirsə, həmin şəxsin kreditorları əvvəlki borclunun məsuliyyətinin davam etməsinə baxmayaraq, müqavilənin bağlandığı andan özlərinin həmin vaxtadək mövcud olmuş pretenziyalarını əmlakı qəbul edənə qarşı irəli sürə bilərlər. Əmlakı qəbul edənin məsuliyyəti alınmış əmlakın tərkibi və müqavilə üzrə ona mənsub olan tələblər ilə məhdudlaşır. Əmlakı qəbul edənin məsuliyyəti onunla əvvəlki borclu arasındakı razılaşmaya əsasən istisna edilə və ya məhdudlaşdırıla bilməz. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748.2.9-cu maddəsinə əsasən lizinq müqaviləsində lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məbləği göstərilməlidir. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “...Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir.....Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur...”. Həmçinin həmin Qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında X3 müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, lizinq verən İddiaçı QSC ilə lizinq alan X1 arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 207/22 saylı Daxili Lizinqi müqaviləsinə əsasən “JAGUAR XJ” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cəmi 55000 manata 36 aylıq müddətinə illik 23 %-lə lizinq alanın istifadəsinə verilmiş, İddiaçı QSC, X1 və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL/M 207-1/23 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən lizinq alan yuxarıda qeyd edilən müqavilə üzrə öhdəliklərini Cavabdeh MMC-yə ötürmüş, sonuncu bunu qəbul etmiş və lizinq verən bunu təsdiq etmişdir. Cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək aylıq ödənişlərini ödəmədiyi üçün iddiaçı avtomobili xx.xx.2024-cü il tarixdə cavabdehdən təhvil alıb, xx.xx.2024-cü il tarixdə xitam bildirişi göndərməklə faktiki olaraq müqavilə münasibətlərinə xitam vermişdir. Həmçinin avtomobil iddiaçı tərəfindən təhvil alınarkən avtomobildə normal köhnəlməyə aid olmayan 8000 manat məbləğində ziyan dəydiyi müəyyən olunmuşdur. Bu hallar iş üzrə tədqiq olunmuş sübutlarla (aktlar) da öz təsdiqini tapmışdır. Buna görə də iddiaçı cavabdehdən öhdəliyin icra edilməsini və dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin birinci hissəsi icarə müqaviləsinin ləğv edilməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərinə faktiki olaraq pretenziyanın cavabdehə çatdığı xx.xx.2024-cü il tarixdən xitam verildiyindən və davam etmədiyindən, cavabdeh müqaviləni əhəmiyyətli dərəcə pozduğu üçün müqavilə münasibətlərinə xitam verildiyindən tərəflər arasında imzalanmış xx.xx.2022-cü il tarixli Daxili lizinq müqaviləsi və xx.xx.2023-cü il tarixli Öhdəliklərin verilməsi haqqında müqavilə xx.xx.2024-cü il taixdən xitam verilmiş hesab edilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Buna görə də xx.xx.2024-cü il tarixinə Daxili lizinq müqaviləsi üzrə 5037,38 manat əsas, 3032 manat lizinq mükafatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında olan lizinq müqaviləsinə əsasən 250 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də kreditorun mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 250 manat məbləğində cərimə məbləği tutulmalıdır. Həmçinin iddiaçı avtomobilə dəymiş ziyana görə 8000 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış lizinq müqaviləsinə əsasən lizinq əmlakının istifadəsi nəticəsində lizinq verənə dəyən ziyan üçün lizinq alanın məsuliyyət daşıması nəzərdə tutulmuşdur. Müqavilədə nəqliyyat vasitəsinin texniki sazlığı və ümumi vəziyyətinə birbaşa təsir göstərən halla əlaqədar lizinq alan qarşısında konkret öhdəlik nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının əmlakına cavabdeh tərəfindən 8000 manat məbləğində zərər vurulduğundan, iddiaçının MM-in 1097.1-ci maddəsinə əsasən vurulmuş zərərin əvəzini cavabdehdən tələb etmək hüququ vardır. Buna görə də məhkəmə iddiaçının əmlakına cavabdehin hərəkətləri nəticəsində ziyan dəydiyini nəzərə alaraq hesab edir ki, avtomobilə vurulmuş 8000 manat məbləğində ziyan da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğundan 500 manat xidmət haqqı, eyni zamanda, iddia tələbi təmin edildiyi üçün ödənilmiş 146 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, 207/22 saylı Daxili maliyyə lizinq müqaviləsinə və xx.xx.2023cü il tarixli, CL/M 207-1/23 saylı “Öhdəliklərin verilməsi haqqında” müqaviləyə xx.xx.2024cü il tarixdən xitam verilmiş hesab edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixinə Daxili maliyyə lizinq müqaviləsi üzrə 5037,38 manat əsas borc, 3032 manat lizinq mükafatı, 250 manat cərimə, 8000 manat dəymiş zərər, cəmi 16319 (on altı min üç yüz on doqquz) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul vəsaiti, habelə vəkil xidmətlərinə görə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqının və ödənilmiş 146 (yüz qırx altı) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar