Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-736/2023 10.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, iddiaçı “Azərbaycan X1” İctimai Birliyinin Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) pul tutulması və müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retransliyasiyasının həyata keçirilməsinin qadağan edilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “Azərbaycan X1” İB Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 saylı Qərarına əsasən cavabdehdən 2019-ci il 29 dekabr tarixindən 29 dekabr 2022-ci ilədək olan dövr (3 il) ərzində, audiovizual əsərlərin icazəsiz retranslyasiyasını həyata keçirdiyinə görə hər ay üçün 2000 manat olmaqla ümumilikdə 72.000 manat məbləğində qonorar alınaraq Azərbaycan X1nın xeyrinə ödənilməsi, iddia ərizəsi məhkəməyə verildiyi gündən, məhkəmə icraatı zamanı və məhkəmə qətnaməsi qüvvəyə minənədək olan dövr üçün ümumilikdə 20.000 manat qonorar alınaraq Gildiyanın xeyrinə ödənilməsi və iddiaçı “X1” İctimai Birliyi ilə müqavilə bağlananadək Cavabdeh MMC tərəfindən “Azərbaycan X1” İctimai Birliyinə üzv müəlliflərin audiovizualəsərləri üzrə TV kanalların retransliyasiyasının həyata keçirilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan X1 əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat kimi Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun müvafiq maddələri əsasında qeydiyyata alınaraq yaradılıb və fəaliyyət göstərir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Azərbaycan X1 İctimai Birliyi xx.xx.1999-cu il tarixdə 1156 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Qanunun 41.3 maddəsinə əsasən, dövlət qeydiyyatına alınmış əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan (akkreditasiyadan) keçirlər. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən “Azərbaycan Proffessional Kinorejissorlar Gildiyası” İctimai Birliyi 2018-ci il 12 dekabr tarixli 164/1 nömrəli Əmri ilə 5 il müddətinə yenidən qeydiyyatdan (akkreditasiyadan) keçirilmişdir. Gildiyanın hüquq və vəzifələri sözügedən Qanunun 42 və 43-cü maddələrində təsbit olunmuşdur. Belə ki, həmin maddələrdən görünür ki, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir; lisenziya üzrə və lisenziya vermədən nəzərdə tutulmuş qonorarı yığır; yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir; idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir. Həmçinin, o, yığılmış qonorarı müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölmək və qanuni sahiblərinə ödəmək; qonorarı ödəməklə birlikdə müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinə onların hüquqlarından istifadə barədə məlumat vermək vəzifələri vardır. Kinоrejissоrlar Gildiyasının dəfələrlə rəsmi və qeyri-rəsmi müraciətlərinə baхmayaraq, cavabdeh Azərbaycan filmlərinin istifadəsinin hüquqi əsaslarını yaratmadan - yəni hüquq sahibləri ilə, həmçinin kollektiv təşkilat olan Prоfessiоnal Kinоrejissоrlar Gildiyası ilə müqavilə bağlamadan və müəllif qоnоrarı ödəmədən, hüquqlarının qorumasını kоllektiv idarəçilik təşkilatı olan Kinоrejissоrlar Gildiyasına vermiş studiyaların, müəlliflərin rejissorların, ssenaristlərin, operatorların, rəssamların və bəstəkarların müəllifi olduğu filmlərin retransliyasiyasını qanuna zidd olaraq həyata keçirir. Cavabdeh bu hərəkətləri ilə «Müəlliflik huququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası qanununun 12, 15, 30 və 42-ci maddələrinin tələblərini pоzaraq müəlliflərə və müstəsna hüquq sahiblərinə maddi zərər vurur və bununla da həmin qanunun 47-ci maddəsinə uyğun оlaraq mülki məsuliyyətə cəlb edilməlidir. Prоfessiоnal Kinоrejissоrlar Gildiyası xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixlərində Cavabdeh MMC yolladığı məktublarda, audiovizual əsərlərin qanuna uyğun istifadəsinin təmin edilməsini xahiş edərək, məktuba hüquq sahibi ilə müqavilə layihələrini əlavə edərək cavabdehə göndərmiş, audiovizualəsərlərin istifadəsinin qanuni əsaslarının yaradılması məqsədi ilə əməkdaşlıq təklif etmişdir. Kinorejissorlar Gildiyasının bu təklifi cavabsız qalmışdır. Həmçinin xx.xx.2022-ci il tarixində cavabdehə göndərilmiş pretenziya məktubuna da hər hansı bir cavab verilməmişdir. İddiaçıAzərbaycan X1 xx.xx.2022-ci il tarixində cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. Lakin cavabdeh 23 dekabr 2022-ci ildə keçirilmiş ilkin mediasiya sessiyasında iclasın tarixi barədə məlumat ona göndərilsə də, iştirak etməmişdir. Cavabdeh MMC kommersiya təşkilatı olub, 2009-cu ildən etibarən fəaliyyət göstərir. Fəaliyyətinin əsası kabel operatoru kimi efir telekanalların yayımının retranslyasiyasını həyata keçirilməsidir. Onun heç bir icazə olmadan və qonorar ödəmədən audiovizual əsərlərin kommersiya məqsədilə retransliyasiyasını həyata keçirməsi müəlliflərin və hüquq sahiblərinin hüquqlarını kobudcasına pozur. Gildiya müəlliflərin hüquqlarını kollektiv əsasda idarə edən təşkilat kimi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun, Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 saylı Qərarı, Azərbaycan Respublikasının 1998-ci ildə qoşulduğu Bern Konvensiyasını əsas götürərək, Cavabdeh MMC-nin 2019-ci il dekabr ayından 2022-ci ilin dekabr ayınadək icazəsiz retranslyasiya fəaliyyətini həyata keçirdiyinə görə aylıq 2000 manat olmaqla ümumilikdə 72.000 manat məbləğində pul vəsaitinin, həmçinin iddia ərizəsi məhkəməyə verildiyi gündən, məhkəmə icraatı zamanı və məhkəmə qətnaməsi qüvvəyə minənədək olan dövr üçün ümumilikdə 20.000 manat məbləğin cavabdehden alınaraq ona ödənilməsini tələb edir. Nəzərə almaq lazımdır ki, müəlliflərin qonorar almaq hüququnun əsası kimi Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş minimum qonorarın miqdarı faiz göstəricisi ilə əks olunmuşdur. Belə ki, Mülki Prosessual Məcəlləsinin 112.1, 149.2.3 və 222.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, iddia ərizəsində cavabdehdən tutulması xahiş edilən məbləğ dəqiq göstərilməlidir. Bu o deməkdir ki, iddianın qiyməti faiz dərəcəsi ilə deyil, dəqiq və konkret müəyyənləşdirilməlidir. Beləliklə, Gildiya aşağıdakıları nəzərə alaraq aylıq 2000 manat məbləğində qonorar ödənilməsinə dair iddia tələbini irəli sürmüşdür; 1. Kabel yayımçısının abonentlərinin təqribi sayı; 2. Kabel yayımçısının fəaliyyət göstərdiyi ərazi əhatəsi. AR MPM-in 112.1.4.-cü maddəsində əks olunmuşdur ki, müddətli verilmə və ya ödəmə haqqındakı iddialarda iddianın qiyməti bütün vermə və ya ödəmələrin məcmusu ilə, lakin 3 ildən artıq olmamaqla müəyyən edilir. Bu maddəyə əsasən son 3 ildə Cavabdeh MMC tərəfindən idiaçıya ödəməli olduğu məbləğin yəni 72.000 manat məbləğində pul vəsaitinin ödənilməsi cavabdehdən tələb olunur. Cavabdeh MMC 2009-cu ildən fəaliyyət göstərir və o, kabel, efir-kabel televiziya yayımı ilə Audiovizual Şuranın verdiyi xüsusi icazə (lisenziya) əsasında məşğul olur. Milli Televiziya və Radio Şurasının (Audiovizual Şura) “Kabel televiziyasısahəsində fəaliyyət Qaydaları”-da kabel sisteminin əhatə dairəsi və təxmini abonentlərinin sayı əks olunmuşdur. Belə ki, Qaydalara əsasən nəzərdə tutulan abonentlərin minimum sayı ((50.000 və cavabdehin müəyyənləşdirdiyi abonent haqlarının minimum miqdarı (10 manat) vurularaq Nazirlər Kabinetinin Qərarına əsasən, həmin məbləğin 0,5%-i hesablanır. Nəticədə qonorarın miqdarı 2000 manat təşkil edir. Bu da ona əsas verir ki, Gildiya 2000 manat məbləğində qonorarı, müəlliflərin və ona müəlliflik hüquqlarını vermiş digər şəxslərin qonorar almaq hüquqlarını təmin etmək üçün tələb etsin. İddia tələbinin ikinci hissəsi isə Gildiya ilə müqavilə bağlananadək Cavabdeh MMC tərəfindən “X1” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsi qadağan edilməsidir. Belə ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 15-ci maddəsinə əsasən, müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır. Əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir: əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ); əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsaledilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ); əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ); əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ); kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla) (kütləvi bildiriş hüququ); əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə kütləvi bildiriş hüququ); kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kabellə kütləvi bildiriş hüququ) və s. Göründüyü kimi, müəlliflərin müstəsna hüququ kimi, müəllifin öz əsərlərinin efir və ya kabel vasitəsilə yayımlanmasını (retranslyasiyasını) qadağan etmək hüququ Qanundan irəli gəlir. Belə ki, cavabdeh retlyansiyasiyanı həyata keçirmək üçün Gildiya ilə müqavilə bağlamalı və ona ədalətli haqq-qonorar ödəməlidir. Hansı ki, yuxarıda qeyd edildiyi kimi, ödənməli olunan qonorarın minimum miqdarı Nazirlər Kabinetinin Qərarı ilə 0,5% dərəcəsində müəyyənləşdirilmişdir. Müqavilə bağlamadan və qonorar ödəmədən retransliyasiyanı həyata keçirmək müəlliflərin hüquqlarını birbaşa şəkildə pozur. Bu səbəblə, Gildiya, ona üzv olmuş müəlliflərin hüquqlarını müdafiə etmək və onları həyata keçirmək məqsədilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi vəsatət verərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyini hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etdi. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, iddiaçı Azərbaycan Professonal Kinorejissorlar Gildiyasının Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 466 saylı qərarına əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixə qədər olan dövr ərzində qonorarın ödənilməsi və müəlliflərin auiovizual əsərləri üzrə TV kanalların retransliyasiyasının həyata keçirilməsinin qadağan edilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi məhkəməyə 03 mart 2023-cü il tarixli ərizə ünvanlayaraq aşağıdakıları bildirmişdir: “Azərbaycan X1” İctimai Birliyi müvafiq qaydada təsdiq edilmiş Nizamnaməsinə uyğun olaraq, “yaradıcı əməyi ilə audiovizual sənət əsəri yaradan, müəllif və əlaqəli hüquqların obyektlərinə müəllif hüquqlarına malik olan Azərbaycan Respublikasının vətəndaşlarıprofessional kino və televiziya filmlərinin rejissorları tərəfindən yaradılmışdır”, audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini həyata keçirir və audiovizual əsərlərdən istifadəyə görə qonorarı yığır və hüquq sahiblərinə çatdırır. İddiaçı haqlı olaraq iddia irəli sürmüşdür. Gildiya özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini, eləcə də CİSAC-a üzv olan 121 ölkəni təmsil edən 239 müəllif cəmiyyətinin üzvləri olan xarici ölkə müəlliflərini təmsil edə və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilər. “Audiovizual əsərlər” müəlliflik hüququnun obyektidir. Qanunun 12-ci maddəsinə əsasən, audiovizual əsərin şərikli müəllifləri olan quruluşçu rejissor; ssenari müəllifi; quruluşçu rəssam; quruluşçu operator və bəstəkarın Qanunun 15-ci maddəsinin 1-ci hissəsinə əsasən əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ, eləcə də həmin maddənin 4-cü hissəsinə əsasən əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüququ). Qanunun 12-ci maddəsinin 4-cü hissəsinin normasına görə “audiovizual əsərin müəlliflərinin audiovizual əsərin orijinalının və ya nüsxələrinin kommersiya məqsədi ilə kirayəyə verilməsinə və ya digər üsullarla istifadə edilməsinə görə qonorar almaq hüququ vardır. Həmin qonorar bu əsərə hüquq sahibi və ya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçi arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq ödənilir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarı (bundan sonra-Qərar) ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” adlanan 3 nömrəli Əlavəsinin 38-ci hissəsinə əsasən “audiovizual əsərlərin kabel televiziyası ilə yayımlanmasına görə” minimum məbləğ kimi “0,5 faizlə müəyyən edilmişdir. Analoji iş ilə bağlı Bakı Kommersiya Məhkəməsimnin yekun qərarı var. Digər tərəfdən, “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1-ci maddəsinə əsasən, “Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərindən mediada istifadəyə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə yol verilir.” Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddia tələbini əsaslı hesab edərək, 03 mart 2023-cü il tarixli ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatı haqqında 1/2018 saylı şəhadətnaməyə əsasən müəyyən edilir ki, xx.xx.1999-cu il tarixində dövlət qeydiyyatından keçmiş “Azərbaycan X1” İB audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi məqsədi ilə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində yenidən qeydiyyatdan (akkreditasiyadan) keçmişdir. - “Azərbaycan X1” İB-nin nizamnaməsinə əsasən müəyyən edilir ki, İctimai Birlik intellektual, yaradıcı əməyi ilə audiovizual sənət əsəri yaradan, müəllif və əlaqəli hüquqların obyektlərinə, müəllif hüquqlarına malik olan Azərbaycan Respublikası vətəndaşları-professional kino və televiziya filmlərinin rejissorları tərəfindən yaradılmış, audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini həyata keçirərək əsərlərin kütləvi istifadəsinə və ya efir və kabel televiziyasında, o cümlədən retranslyasiya yolu ilə yayımına görə qonorarın alınmasını təmin edir. Cavabdeh MMC-nin saytından çıxarışdan görünür ki, Cavabdeh MMC təkraryayım şirkəti AZTV, İctimai TV, Mədəniyyət, Xəzər TV, Space, ATV kimi kanalları təkrar yayımlayır. Azərbaycan Respublikasının Audiovizual Şurasının saytından çıxarışdan görünür ki, Cavabdeh MMC xx.xx.2015-ci il tarixli müddətsiz lisenziya əsasında kabel şəbəkəsi yayımını həyata keçirir. Elektron qaimələr, hesablar və aktlarla təsdiq edilir ki, 2020-2022-ci illər üzrə müxtəlif vaxtlarda AZTV, İctimai TV, Xəzər TV və ATV kimi telekanallarda “Azərbaycan X1” İB-yə üzv olan müəlliflərin audiovizual əsərləri göstərilmiş (hesablarda əsərlərin siyahısı və yayımlama vaxtları qeyd edilmişdir) və sözügedən əsərlərin yayımlanmasına görə müəllif qonorarlarının ödənilməsi üçün İB tərəfindən elektron qaimələr, hesablar və aktlar tərtib edilərək adlarıçəkilən telekanallara göndərilmişdir. İddia tələbi 3 hissədən ibarətdir: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli, 466 saylı qərarına əsasən, 2019-ci il 29 dekabr tarixindən 29 dekabr 2022-ci ilədək olan dövr (3 il) ərzində, audiovizual əsərlərin icazəsiz retranslyasiyasını həyata keçirdiyinə görə aylıq büdcəsinin 0,5%-nin, yəni hər ay üçün 2000 manat məbləğində qonorarın ödənilməsi; - məhkəmə icraatı dövrü və məhkəmə qərarı qanuni qüvvəyə minənədək olan dövr üçün 20000 manat məbləğində qonorarın ödənilməsi; - müqavilə bağlananadək Cavabdeh MMC ("xxxx" MMC) tərəfindən “X1” İctimai Birliyinə üzv müəlliflərin audiovizualəsərləri üzrə TV kanalların retransliyasiyasının həyata keçirilməsinin qadağan olunması. Hər 3 tələbin mahiyyətini “X1” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsi təşkil etdiyindən məhkəmə hesab edir ki, ilk növbədə iddianın “müqavilə bağlananadək Cavabdeh MMC tərəfindən “X1” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan olunması” hissəsinin əsaslı olub - olmaması aydınlaşdırılmalıdır. İşin faktiki hallarından görünür ki, “Azərbaycan X1” İctimai Birliyi 1999-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. Gildiyanın 28 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Nizamnaməsinə əsasən intellektual, yaradıcı əməyi ilə audiovizual sənət əsəri yaradan, müəllif və əlaqəli hüquqların obyektlərinə müəllif hüquqlarına malik olan Azərbaycan Respublikasının vətəndaşları professional kino və televiziya filmlərinin rejissorları tərəfindən yaradılmışdır, audioviziual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini həyata keçirərək əsərlərin kütləvi istifadəsinə və ya efir və kabel televiziyasında, o cümlədən retranslyasiya yolu ilə yayımına görə qonararın alınmasını təmin edir. “Azərbaycan X1” İctimai Birliyi iddiasını audiovizual əsər istehsalçıları və filmlərin müəllifləri-rejissor, ssenarist, operator, rəssam və bəstəkarların öz hüquqlarının idarə olunması, qorunması və müdafiəsi məqsədilə Kinorejissorlar Gildiyasına kollektiv idarəçiliyə verməsinə, Cavabdeh MMC-nin ("xxxx" MMC) Gildiya ilə müqavilə bağlamadan və müəllif qonorarı ödəmədən, hüquqların qorunmasını kollektiv idarəçilik təşkilatı olan Kinorejissorlar Gildiyasına verilmiş, müəlliflərinrejissorların, ssenaristlərin, operatorların, rəssamların və bəstəkarların müəllifi olduğu filmləri kabel televiziyası vasitəsilə retranslyasiya yolu ilə nümayişini qanunazidd olaraq həyata keçirməsinə istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlarının olması həm qanunun tələbindən irəli gəlir, həm də iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması onun yuxarıda qeyd olunan Nizamnamə üzrə fəaliyyət istiqamətlərinə uyğun olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1-ci maddəsinə əsasən müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərindən mediada istifadəyə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə yol verilir, yəni müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərindən mediada istifadə olunarkən məhz bu Qanunun tələblərinə riayət olunmalıdır. “Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunun: - 6-cı maddəsinə əsasən audiovizual əsərlər (kino, tele və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər) müəlliflik hüququnun obyektidir. - 12-ci və 15-ci maddələrinin tələblərinə əsasən audiovizual əsərin şərikli müəllifləri olan quruluşçu rejissor; ssenari müəllifi; quruluşçu rəssam; quruluşçu operator və bəstəkarın əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ, eləcə də əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır. - 12.2-ci maddəsinə əsasən audiovizual əsərin yaradılmasına dair müəlliflərlə filmin istehsalçısı (prodüseri) arasında bağlanmış müəllif müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, müəlliflər tərəfindən bu müqaviləyə əsasən audiovizual əsərin istehsalçısına (prodüserinə) həmin əsərin surətinin çıxarılması, yayılması, kütləvi ifası, kütləvi nümayişi, kabel televiziyası ilə kütləvi bildirişi, efirə verilməsi və ya hər hansı başqa şəkildə kütləvi bildirişi, həmçinin mətnin subtitrləşdirilməsi və dublyaj edilməsi üçün müstəsna hüquqlar verilmiş olur. Göstərilən hüquqlar audiovizual əsərə müəlliflik hüququnun qüvvədə olduğu müddətdə qüvvədə qalır. Audiovizual əsər istehsalçının həmin əsərdən hər hansı şəkildə istifadə olunarkən özünün və ya təşkilatın adını göstərmək, yaxud göstərilməsini tələb etmək hüququ vardır. - 12.4-cü maddəsinə əsasən audiovizual əsərin müəlliflərinin audiovizual əsərin orijinalının və ya nüsxələrinin kommersiya məqsədi ilə kirayəyə verilməsinə və ya digər üsullarla istifadə edilməsinə görə qonorar almaq hüququ vardır. Həmin qonorar bu əsərə hüquq sahibi və ya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçi arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq ödənilir. - 31-ci maddəsinə əsasən müəllif müqaviləsində aşağıdakılar müəyyən olunmalıdır: əsərdən istifadə üsulları (belə müqavilə üzrə verilən konkret hüquqlar); hüquqların verildiyi müddət və ərazi; qonorarın məbləğlərinin və (və ya) əsərdən istifadənin hər növünə görə qonorarın məbləğlərinin müəyyən edilməsi qaydaları; ödəniş qaydaları və müddəti, həmçinin tərəflərin mühüm hesab etdikləri digər şərtlər. Müəllif müqaviləsində əsərdən istifadənin üsulları haqqında şərt olmadıqda (müəllif müqaviləsi üzrə verilən konkret hüquqlar), müqavilə onu bağlayan tərəflərin istəklərinin əldə edilməsi üçün vacib hesab etdikləri istifadə üsuluna görə bağlanmış hesab oluna bilər. - 41-ci maddəsinə əsasən, müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Onlar müvafiq qaydada dövlət qeydiyyatına alınırlar. Həmin təşkilatlara qanunvericiliklə mədəniyyət təşkilatlarına verilən güzəştlər şamil edilir. Müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrıayrı təşkilatların, yaxud bir kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin bir növ hüquqlarını idarə edən təşkilatların yaradılmasına yol verilir. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdə və əlaqəli hüquqların obyektlərindən həmin məqsədlə istifadə etmək hüququ yoxdur. Bu cür təşkilatlar müəlliflər və əlaqəli hüquqların sahibləri tərəfindən yaradılır. Həmin təşkilatların fəaliyyətinə antiinhisar qanunvericiliyi üzrə nəzərdə tutulan məhdudiyyətlər tətbiq edilmir. Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil edirlər və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər. Dövlət qeydiyyatına alınmış əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan (akkreditasiyadan) keçirlər. Bu qanunun tələblərinə əməl etməyən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hüquq pozuntularının aradan qaldırılması barədə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun yazılı tələblərini icra etmədikdə bu orqan tərəfindən həmin təşkilatın akkreditasiyasının ləğvi barədə əsaslandırılmış qərar qəbul edilir. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum akkreditasiyasının ləğvi barədə qərar qəbul edilmiş əmlakhüquqlarını kollektiv əsasda idarə edən təşkilatların ləğvi haqqında məhkəməyə müraciət edir. - 42-ci maddəsinə əsasən, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar öz səlahiyyətlərinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 1) lisenziya verilən hallarda istifadəçi ilə qonorarın məbləğlərini və başqa şərtləri razılaşdırır; 2) idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir; 3) lisenziya vermədən qonorar yığılması ilə məşğul olduğu hallarda (bu Qanunun 12-ci maddəsinin 4cü hissəsi, 17-ci maddəsinin 3-cü hissəsi və 37-ci maddəsinin 1ci hissəsi) istifadəçilərlə qonorarın məbləğlərini razılaşdırır; 4) lisenziya üzrə və (və ya) bu hissənin 3-cü bəndində nəzərdə tutulmuş qonorarı yığır; 5) yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir; 6) idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir; 7) müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin verdiyi səlahiyyətlərə uyğun olaraq digər işləri həyata keçirir. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadə edən şəxslərdən istifadə edilən əsərlər və gəlirləri haqqında müvafiq qaydada təsdiq olunmuş proqram və digər sənədlər almaq, həmçinin müəyyən olunmuş müddətdə qonorarı ödəməyi tələb etmək hüququ vardır. - 43-cü maddəsinin 2-ci hissəsinə görə əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əsərlərindən və əlaqəli hüquqların obyektlərindən istifadəyə görə qonorarı (42-ci maddənin 1-ci hissəsinin 4-cü bəndi) yığmaq səlahiyyəti verməmiş müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin onlara çatası qonorarı tələb etmək, həmçinin özlərinin bu təşkilat tərəfindən istifadəyə verilmiş əsərlərinin və əlaqəli hüquqların obyektlərini lisenziyadan çıxarmağı tələb etmək hüququ vardır. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə, o cümlədən iddiaçının nizamnaməsinə əsasən, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək, o cümlədən müəlliflik hüquqlarının pozulması nəticəsində dəymiş zərəri və ya əldə edilmiş gəliri, həmçinin kompensasiya ödənilməsini tələb etmək hüquqları vardır. Bundan əlavə, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsas vəzifəsi və funksiyası lisenziya verməkdən və qonorar toplamaqdan ibarətdir. Audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən qurum hazırkı iş üzrə iddiaçı “Professional Kinorejissorlar” X2. Əsərlərin kütləvi istifadəsinə və ya efir və kabel televiziyasında, o cümlədən retranslayasiya yolu ilə yayımına görə qonorarın alınmasını təmin etmək, xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin müəllifi olan bəstəkarların, həmin audiovizual əsərin kütləvi ifası zamanı özünün musiqili əsərinin kütləvi ifasına görə müəllif qonorarı alınmasını təmin etmək, audiovizual əsər müəlliflərinin, ifaçıların və audiovizual əsər istehsalçılarının auidovizual əsərin gəlir götürmədən şəxsi məqsədlər üçün surəti əsər istehsalçılarının audivizual əsərin gəlir götürmədən şəxsi məqsədlər üçün surəti çıxarılarkən qonorar almaq hüququnu həyata keçirmək Gildiyanın əsas fəaliyyət növüdür. İş materiallarına müəllif və əlaqəli hüquqların kollektiv idarəçiliyinə verilməsi haqqında müqavilələr, müəllif və əlaqəli hüquqların siyahısı, növləri, müəlliflərin və əlaqəli hüquq subyektlərinin adları barədə məlumatlar əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin təkrar yayımçı kimi, iddiaçı ilə müqavilə bağlaması və müəlliflərə, əlaqəli hüquq subyektlərinə qonorar ödəməsi yuxarıda təsbit edilmiş maddi hüquq normalarının tələblərindən irəli gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 saylı qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” adlanan 3 saylı Əlavəsinin «Audiovizual əsərlərin efir yayımı televiziyası və kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə alınan qonorarın yaradıcı heyət arasında bölünməsi» adlanan Vİ bölməsinin tələbinə görə 1. Azərbaycan Respublikasının ərazisində audiovizual əsərlərin efir və kabel (o cümlədən, retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, müxtəlif daşıyıcılarda tirajlanmasını və yayılmasını (satış və kirayəyə verməklə), həmçinin kütləvi nümayişini həyata keçirən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəyirlər. Audiovizual əsərlərdən istifadəyə görə müəlliflərə çatacaq qonorarın yığılması və bölüşdürülməsi audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Agentlik tərəfindən həyata keçirilir. Müəllif qonorarının ödəyiciləri istifadəsinə icazə aldığı audiovizual əsərlərin qeydiyyatını, hesabat dövründə hər bir əsərdən istifadəyə görə əldə edilən gəlirin uçotunu aparmalıdırlar. Ödəyicilər müəllif qonorarı ödəməklə yanaşı, audiovizual əsərlərin müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilata və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Agentliyə hesabat dövründə istifadə etdikləri əsərlərin siyahısını (müəlliflərin adı və hər əsərdən istifadəyə görə əldə edilən gəlirin miqdarı ayrı-ayrılıqda göstərilməklə) təqdim etməlidirlər. Audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat hər bir əsərin istifadəsinə görə aldığı qonorarı Vİ bölmədə göstərilən nisbətdə bölməyi və müəlliflərə (hüquqi varislərə) çatdırmağı təmin edir. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, ilkin və ya təkrar yayımcı olmasından asılı olmayaraq, audiovizual əsərlərin efir və kabel (o cümlədən, retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, kütləvi nümayişini həyata keçirən, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəməlidirlər. Beləliklə, məhkəmə işin müəyyən olunmuş faktiki hallarına yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, cavabdehin iddiaçı ilə müvafiq müqavilə bağlamadan iddiaçı Gildiyaya üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasını həyata keçirməsi müəllif hüquqlarının pozulması ilə nəticələndiyindən iddia həmin hissədə təmin olunmalı, iddiaçı “X1” İB ilə müqavilə bağlananadək Cavabdeh MMC ("xxxx" MMC) tərəfindən Gildiyaya üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsi qadağan edilməlidir. “Müəlliflik huququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanununun 45.1 və 45.2-ci maddəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən, mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa, iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər:
1. Zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;
2. Zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi;
3. Hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla, məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması(istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə edilməsi;
4. Pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi. Həmin qanunun 45.5-ci maddəsinə görə isə müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ vardır. İddiaçı tərəfindən məhkəməyə sübut olaraq digər operatorlarloa bağlanmış analoji müqavilələr təqdim olunmuşdur. “Azərbaycan X1” İctimai Birliyi ilə "xxxx" MMC arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli müqavilədə müəllif qonorarının həcmi 1000 manat, "xxxx" MMC ilə bağlanmış 01 aprel 2022-ci il tarixli müqavilədə 1500 manat, 01 iyun 2022ci il tarixdə "xxxx" MMC ilə bağlanmış müqavilədə 2000 manat müəyyən olunmuşdur. Son dövrlərdə bağlanmış müqavilələrdə minimum məbləğin 1500 manat göstərildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, 2019-ci il 29 dekabr tarixindən 29 dekabr 2022-ci ilədək qədər olan dövr (3 il) üçün məbləğ müəyyənləşdirilərkən həmin göstərici nəzərə alınmaqla 54.000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın “məhkəmə icraatı dövrü və məhkəmə qərarı qanuni qüvvəyə minənədək olan dövr üçün 20000 manat məbləğində qonorarın tutulması” barədə hissəsini əsassız hesab edir. Belə ki, həmin dövrün hansı müddət ərzində davam edəcəyini, bu müddət ərzində cavabdeh tərəfindən gildiyaya üzv müəlliflərin əsərlərini yayımlanıb – yayımlanmayacağını müəyyən etmək mümkün deyildir. Digər tərəfdən iddia verildiyi tarixdən qətnamə qəbul edildiyi tarixədək 3 aylıq dövrə (2023-cü ilin yamvar- mart ayları) münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin təkrar yayımı həyata keçirdiyi telekanallarda həmin aylar ərzində gildiyaya üzv müəlliflərin əsərlərini yayımlanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd olunmalıdır. Məhkəmə xərclərinə gəldikdə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” AR Qanununun: 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 366 manat təşkil edir. Bununla yanaşı iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 (ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə) +10 (kargüzarlıq xərclərinə görə) manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Göründüyü kimi hazırkı halda iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumu mediasiya xərcləri ilə tam əhatə olunmuşdur. MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 250 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh "X4” MMC-dən 2019-cu il 29 dekabr tarixindən 29 dekabr 2022-ci il tarixədək olan dövr ərzində audiovizual əsərlərin icazəsiz retranslasiyasını həyata keçirdiyinə görə 54.000 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 250 manat məbləğində pul vəsaiti tutularaq “Azərbaycan X1” İctimai Birliyinə ödənilsin. “Azərbaycan X1” İctimai Birliyi ilə müqavilə bağlananədək Azərbaycan Professonal Kinorejissorlar Gildiyası” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanallarının retranslyasiyasının həyata keçirilməsi Cavabdeh MMC-yə qadağan edilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva