Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7379/2024 25.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, malların ödənilməmiş dəyəri üzrə 29005,84 manat, cərimə üzrə 26090.90 manat, auditor xidməti üçün çəkilmiş хərc üzrə 2000 manat, cəmi 57096,74 manat və ödənilmiş dövlət rüsumunun əvəzi üzrə 262 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Şirkəti (“Satıcı”) ilə Cavabdeh MMC (“Alıcı”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 96/22 saylı müqaviləyə əsasən "xxxx" Şirkəti Cavabdeh MMC-ni çeşidli mallarla təmin etməyi, sonuncu isə alqı-satqısı həyata keçirilmiş malların dəyərini 30 iş günü ərzində köçürmə yolu ilə "xxxx" Şirkətinin bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, tərəflər arasında baglanmış xx.xx.2022-ci il tarixli 96/22 saylı müqavilənin 3.1-ci bəndinə əsasən “Alıcı” olan Cavabdeh MMC tərəfindən alnmış malların dəyəri 30 iş günü ərzində “Satıcı”nın yəni "xxxx" şirkətinin bank hesabına köçürülməlidir. Cavabdeh MMC tərəfindən ödəmələr gecikmələrə müşaiyət olunmuş, sonuncu ödəmə xx.xx.2024-cü il tarixdə həyata keçirilmişdir. Müqavilənin 5-ci bəndinin 5.3-cü yarımbəndinə əsasən “Alıcı” bu müqavilə üzrə edəcəyi ödənişi üzürsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq ödənişlər məbləğinin 1 faizi miqdarında “Satıcı”ya cərimə ödəyir. Tərəflər arasında xx.xx.2024-cü il tarixli “Qarışılıqlı hesablamalar haqqında üzləşmə aktı” tərtib edilmişdir. Üzləşmə aktına əsasən alınmış mallara görə “Alıcı”nın “Satıcı”ya borcu 31365,85 manat təşkil etmişdir. xx.xx.2024-cü il tariхdə "xxxx" şirkəti ilə “X1” MMC auditor xidməti göstərilməsi barədə M-31218 saylı müqavilə bağlanmış və "xxxx" Şirkəti tərəfindən “X1” MMC-nin hesabına auditor xidmətinin dəyəri üzrə pul köçrülmüşdür. “X1” MMC-nin xx.xx.2024-cü il tariхli Müstəqil auditorun hesabatı ilə Cavabdeh MMC-nin "xxxx" şirkətinə 55096,74 manat məbləğində pulu ödəmək öhdəliyinin yaranması təsdiq edilmişdır. Belə ki, müstəqil auditor tərəfindən dəqiqləşmələr aparılaraq “Alıcının” “Satıcı”ya borcunun 23719.44 manat oluğu müəyyən edilmişdir. Yəni “Satıcı” tərəfindən xx.xx.2023-cü il tarixədək “Alıcı”ya 82262,32 manat dəyərində mallar təqdim edilmiş, əvəzində “Alıcı” tərəfindən “Satıcı”ya 58542,88 manat ödəniş edilmişdir, qarşılıqlı üzləşmə aktı bağlananadək sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə olmuşdur. Müqavilənin 5-ci (“Tərəflərin məsuliyyəti və cərimə şərtləri”) bəndinin 5.3-cü yarımbəndinə müvafiq olaraq ödənişin üzürsüz olaraq gecikdirdiyi hər gün üçün borc məbləğinin 1 faizi müqvilənin 3.1-ci bəndinə uyğun olaraq (ödəniş 30 iş günü ərzində olmalıdır) cərimə faizi xx.xx.2024-cü il tarixdən hesablanmalı olduğu halda qarşılıqlı üzləşmə aktı bağlanan tarıxdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanaraq müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə “Alıcı”ya 7646,40 manat dəyərində mal təqdim edilmişdir, “Alıcı” tərəfindən “Satıcı” ya xx.xx.2024-cü il tarixdə alınan mallara görə 2360,00 manat ödəniş olunmuşdur. Beləliklə Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixə borcu 29005,84 manat, Müqavilənin 5-ci (“Tərəflərin məsuliyyəti və cərimə şərtləri”) bəndinin 5.3. yarımbəndinə müvafiq olaraq hesablanmış cərimənin məbləği 26090,90 manat təşkil etmişdir. Bununla da Cavabdeh MMC-nin "xxxx" şirkəti qarşısında aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 96/22 saylı alqı satqı müqaviləsi üzrə nisyə alınmış malların ödənilməmiş dəyəri üzrə 29005,84 manat, müqavilənin 5.3-cü yarımbəndinə müvafiq olaraq hesablanmış cərimə üzrə 26090,90 manat olmaqla cəmi 55096,74 manat məbləğində pulu ödəmək öhdəliyi yaranmışdır. Cavabdehə xx.xx.2024-cü il tariхdə pretenziya göndərilərək 10 gün müddətində, yəni xx.xx.2024-cü il tarixədək nisyə satılmış əşyaların dəyərini "xxxx" Şirkətinə ödəməsi təklif edilsə də cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ilə məhkəməyə müraciət edərək iddianın malların ödənilməmiş dəyəri olan 29005,84 manat hissəsinin yenidən dəqiqləşdirilməsi və 26090,09 manat hesablanmış cərimə tutulması hissəsinin rədd olunmasını xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC hal-hazırda işğaldan azad olunmuş bölgələrdə təmir-tikinti və quruculuq fəaliyyətində iştirak edir. Bu günədək qeyd olunan işlərin görülməsi ilə bağlı ödəmələr gecikdiyindən şirkət maliyyə sıxıntıları yaşayır. Bu səbəbdəndir ki, Cavabdeh MMC "xxxx" Şirkətinə olan borc öhdəliyini bu günədək yerinə yetirə bilməmişdir. İddiaçı tərəfindən qeyd olunmuş borc məbləği həddən artıq şişildilmiş, özləri aparılmış ekspertiza rəyi isə həqiqətə uyğun deyildir. Həmçinin, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində 3540 manat məbləğində ödəniş də qarşı tərəfin hesabına ödənilmiş, bununla bağlı qəbz elektron portala əlavə edilmişdir.
5. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, malların ödənilməmiş dəyəri üzrə 26005,84 manat, cərimə üzrə 26090,90 manat, auditor xidməti üçün çəkilmiş хərc üzrə 2000 manat, cəmi 54096,74 manat və ödənilmiş dövlət rüsumunun əvəzi üzrə 262 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən edilmiş 540 manat ƏDV üzrə ödəniş texniki yanlışlıq səbəbi ilə iddia tələbinin həcminin azaldılması barədə ərizədə nəzərə alınmasa da, həmin ödənişi iddiaçı təsdiq edir. Cavabdeh tərəfindən ödənilən həmin məbləğin də məhkəmə tərəfindən nəzərə alınması xahiş olunur.
7. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.
8. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 24 noyabr 2022-ci il tarixli 96/22 nömrəli müqaviləyə görə, satıcı müqaviləyə əlavə ediləcək razılaşmalarda əks ediləcək avtomobil ehtiyat hissələrinin satışı və bununla bağlı xidmətlərin göstərilməsi, alıcı isə həmin malları qəbul edərək ödənilməsini öhdəsinə götürür.
11. Müqavilənin 2.1-ci bəndinə görə, müqavilənin müddəti tərəflərin onu imzaladığı gündən hesablanmaqla 1 il müddətində müəyyən edilir.
12. Müqavilənnin 2.2-ci bəndinə görə, müqavilə müddətinin başa çatmasına ən azı 30 təqvim günü qalanadək tərəflərdən hər hansı biri müddətin uzadılmayacağı barədə digər tərəfi yazılı xəbərdar etməzsə müqavilə tərəflər arasında 1 il müddətinə uzadılmış hesab edilir və bu qayda növbəti illərdə də tətbiq edilir.
13. Müqavilənin 3.1-ci bəndinə görə, bu müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alqı-satqısı həyata keçiriləcək ödəniş sənədləri və malların təhvil-təslim sənədi, razılaşma protokolu əsasında 30 iş günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının bank hesabına ödənilir.
14. Müqavilənin 5.3-cü bəndinə görə, alıcı bu müqavilə üzrə edəcəyi ödənişi üzürsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq ödənişlər məbləğinin 1 faizi miqdarında satıcıya cərimə ödəyir.
15. xx.xx.2024-cü il tarixli **********1515284 nömrəli köçürmənin aparılması haqqında bildirişə görə 36 manat, xx.xx.2024-cü il tarixli **********1599292 nömrəli köçürmənin aparılması haqqında bildirişə görə 344,74 manat, xx.xx.2024-cü il tarixli **********2120351 nömrəli köçürmənin aparılması haqqında bildirişə görə 540 manat, xx.xx.2024-cü il tarixli **********2253006 nömrəli köçürmənin aparılması haqqında bildirişə görə 445,59 manat, xx.xx.2024-cü il tarixli **********2514487 nömrəli köçürmənin aparılması haqqında bildirişə görə 1447,45 manat, xx.xx.2024-cü il tarixli **********2516465 nömrəli köçürmənin aparılması haqqında bildirişə görə 900 manat, xx.xx.2024-cü il tarixli **********3011463 nömrəli köçürmənin aparılması haqqında bildirişə görə 1800 manat, xx.xx.2024-cü il tarixli **********3278652 nömrəli köçürmənin aparılması haqqında bildirişə görə 3420 manat, xx.xx.2024-cü il tarixli **********5215835 nömrəli köçürmənin aparılması haqqında bildirişə görə 360 manat, xx.xx.2024-cü il tarixli **********6322882 nörməli köçürmənin aparılması haqqında bildirişə görə 540 manat, xx.xx.2024-cü il tarixli 215OPXO242961026 nörməli ödəniş tapşırığına görə 3000 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.
16. İddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktına görə, xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya olan borcu ƏDV daxil 31365,85 manat təşkil edir.
17. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBCO 959393 nömrəli 236 manat məbləğində,xx.xx.2023-cü il tarixli EBCP 044030 nömrəli 41,30 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 269993 nömrəli 1340,48 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 362950 nömrəli 465,16 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 832114 nömrəli 413 manat məbləğində, xx.xx.2023-cü il tarixində EBDB 254301 nömrəli 670,24 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDB 442704 nömrəli 70,80 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 667093 nömrəli 670,24 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDB ******* nömrəli 1598,90 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDD 249293 nömrəli 335,12 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDE 029886 nömrəli 219,48 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDE 139325 nömrəli 48,38 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDE 718085 nömrəli 856,09 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDF 985005 nömrəli 289,10 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDf 992251 nömrəli 177 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDİ 466479 nömrəli 1525,74 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDJ 020395 nömrəli 269,04 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDJ 039277 nömrəli 4768 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDJ 078555 nömrəli 362,26 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDJ 408776 nömrəli 6139,89 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDJ 660064 nömrəli 1833,93 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDJ 683815 nömrəli 21,24 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 366922 nömrəli 2118,10 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 370665 nömrəli 213,58 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 398838 nömrəli 606,52 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 414168 nömrəli 536 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 543071 nömrəli 4299,92 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 692595 nömrəli 17644,16 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDL 156918 nömrəli 1064,08 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDM 196259 nömrəli 782,43 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDM 226564 nömrəli 200,60 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDM 526285 nömrəli 19172,64 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDM 527532 nömrəli 2165,02 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDM 75886 nömrəli 1315,70 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDN 904021 nömrəli 607,70 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDN 914018 nömrəli 671,42 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDN 973028 nömrəli 326,86 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDN 974326 nömrəli 860,01 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDN 979597 nömrəli 2010,01 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDN 980051 nömrəli 155 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDN 982869 nömrəli 47,20 manat məbləğində, xx.xx.2023-cü il tarixli 3907,83 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEC 831362 nömrəli 7646,40 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
18. “X1” MMC tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli audit rəyinə görə, xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçı qarşısında aralarında bağlanmış 24 noyabr 2022-ci il tarixli 96/22 nömrəli alqı-satqı müqaviləsi üzrə şirkətdən alınmış malların dəyərinin ödənilməmiş hissəsinə görə borc məbləği 29005,84 manat, müqavilənin 5.3-cü yarımbəndinə müvafiq olaraq hesablanmış cərimə məbləği 26090,90 manat, ümumi öhdəliklərin cəmi 55096,74 manat təşkil edir.
19. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
20. Belə ki, 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
22. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
24. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 24 noyabr 2022-ci il tarixli 96/22 nömrəli alqı-satqısı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə həmin müqavilə üzrə mütəmadi olaraq mallar təqdim edilmiş, cavabdeh tərəfindən iddiaçıya həmin müqavilə üzrə ödənişlər tam şəkildə icra edilməmişdir.
26. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimələr, ödəniş tapşırıqları və ƏDV sub-uçot hesabından çıxarışlara əsasən iddiaçı tərəfindən ƏDV daxil olmaqla ümumilikdə 89908,72 manat məbləğində mallar cavabdeh təhvil verilmiş, cavabdeh tərəfindən həmin satılmış malların dəyəri olaraq ümumilikdə 64442,88 manat (ƏDV daxil olmaqla) məbləğində ödəniş edilmiş, qalıq 25465,84 manat məbləğində əsas borc ödənilməmişdir.
27. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş sənədlərindən görünür ki, xx.xx.2024-cü ildə 540 manat ƏDV, xx.xx.2024-cü il tarixdə 3000 manat məbləğində əsas borc cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.
28. İddiaçı bu səbəbdən iddia tələbinin həcminin azaldılması barədə ərizə verib 3000 manat məbləğində ödəniş nəzərə alınmaqla əsas borcun 26005,84 manat olmasını göstərsə də, ödənilmiş ƏDV borcunu nəzərə almamış, bunun texniki yanlışlıq olduğunu iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasındakı izahatında təsdiq etmiş, 540 manat ƏDV ödənişinin edildiyini təsdiq etmişdir.
29. Bu səbəbdən məhkəmə hesab edir ki, əsas borcun tutulması hissəsində iddia tələbi qismən təmin edilməli, cavabdehdən 25465,84 manat (26005,84 manat – 540 manat) məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir.
30. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 24 noyabr 2022-ci il tarixli 96/22 nömrəli müqavilənin 5.3-cü bəndinə əsasən hesablanmış 26090,90 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
32. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindəndən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
33. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
34. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1200 manat məbləğində müəyyən edilməlidir.
35. Məhkəmə iddia ərizəsini cavabdehdən auditor xidməti üçün çəkilmiş хərc üzrə 2000 manat ödənilməsi hissəsində əsassız hesab edir.
36. Belə ki, qeyd olunan bu xərc Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində göstərilmiş işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmir. Eləcə də məhkəmə araşdırması zamanı iddia ərizəsinin verilməsi ilə bağlı iddiaçı tərəfindən adıçəkilən xərcin çəkilməsinin zəruri olması öz təsdiqini tapmamışdır. Buna görə də bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.
37. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 25465,84 manat əsas borc, 1200 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 62 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 25465,84 manat əsas borc, 1200 manat dəbbə pulu, 200 manat dövlət rüsumu, ümumilikdə 26865,84 (iyirmi altı min səkkiz yüz altmış beş manat səksən dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 62 (altmış iki) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova