Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-738/2024 29.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdeh "xxxx" Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 11 mart 2021-ci il tarixli, 012-XTYİG-CEC/21 saylı ehtiyat hissələrinin satışı müqaviləsinə əsasən 28946,35 manat əsas borc, 6926,60 manat cərimə borcu, 210 (iki yüz on) manat mediasiya xərcləri, 200 manat göstərilən hüquqi yardıma görə xərc olmaqla, cəmi 36282,95 manat məbləğində borcun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətimizlə əlaqədar cavabdeh "xxxx" MMC ilə iddiaçı arasında 11 mart 2021-ci il tarixli, 012-XTYİ-CEC/21 saylı ehtiyat hissələrinin satışı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş malları alıcıya satmağı və alıcı isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin əlavələrinə əsasən "xxxx" MMC-nin iddiaçıya 28946,35 manat ödənilməli qalıq borcu qalmışdır. Həmin müqavilənin 2.6-cı maddəsinə əsasən alıcı əlavədə göstərilmiş malların dəyərinin 100% hissəsini təhvil-təslimdən sonra köçürmə yolu ilə 5 (beş) bank günü ərzində ödəməlidir. Qeyd olunan borcu tərəflər arasında bağlanan və qoşmaya əlavə edilən qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında aktlar, hesabfakturalar və elektron qaimə fakturalar təsdiq edir. Bununla yanaşı, müqavilənin 4.1.3-cü bəndinə görə təhvil verilmiş mallar üzrə ödəniş ləngiyərsə, alıcı hər bir ləngimə günü üçün 0,1% həcmində cərimə ödəməlidir. Hər bir elektron-qaimə üzrə cərimə aşağıdakı qaydada hesablanmışdır. 1) xx.xx.2023-cü il tarixli, EBCM-752661 – gecikmə vaxtı xx.xx.2023-cü il tarixdən hesablanır. Bir gün üçün - 1355.06*0.1/100=1.4. Qeyd olunan tarixdən hal-hazırkı vaxtadək 300 gün keçib. 300*1.4=420 manat; 2) xx.xx.2023-cü il tarixli, EBCN-189074 – gecikmə vaxtı xx.xx.2023-cü il tarixdən hesablanır. Bir gün üçün – 2585.07*0.1/100=2.59. Qeyd olunan tarixdən hal-hazırkı vaxtadək 300 gün keçib. 300*2.59=777 manat; 3) xx.xx.2023-cü il tarixli, EBCN-460302 – gecikmə vaxtı xx.xx.2023-cü il tarixdən hesablanır. Bir gün üçün – 3380.04*0.1/100=3.38. Qeyd olunan tarixdən hal-hazırkı vaxtadək 270 gün keçib. 270*3.38=912.6 manat; 4) xx.xx.2023-cü il tarixli, EBCN-999910 – gecikmə vaxtı xx.xx.2023-cü il tarixdən hesablanır. Bir gün üçün – 1140.02*0.1/100=1.14. Qeyd olunan tarixdən hal-hazırkı vaxtadək 270 gün keçib. 270*1.14=308 manat; 5) xx.xx.2023-cü il tarixli, EBCO-750170 – gecikmə vaxtı xx.xx.2023-cü il tarixdən hesablanır. Bir gün üçün – 5043.01*0.1/100=5.04. Qeyd olunan tarixdən hal-hazırkı vaxtadək 270 gün keçib. 270*5.04=1361 manat; 6) xx.xx.2023-cü il tarixli, EBDA-297755 – gecikmə vaxtı xx.xx.2023-cü il tarixdən hesablanır. Bir gün üçün – 885*0.1/100=0.9 Qeyd olunan tarixdən hal-hazırkı vaxtadək 270 gün keçib. 270*0.9=243 manat; 7) xx.xx.2023-cü il tarixli, EBDA-827616 – gecikmə vaxtı xx.xx.2023-cü il tarixdən hesablanır. Bir gün üçün – 1045*0.1/100=1.04 Qeyd olunan tarixdən hal-hazırkı vaxtadək 240 gün keçib. 240*1.04=250 manat; 8) xx.xx.2023-cü il tarixli, EBDD-270623 – gecikmə vaxtı xx.xx.2023-cü il tarixdən hesablanır. Bir gün üçün – 2970.18*0.1/100=2.97 Qeyd olunan tarixdən hal-hazırkı vaxtadək 210 gün keçib. 210*2.97=624 manat; 9) xx.xx.2023-cü il tarixli, EBDD-274473 – gecikmə vaxtı xx.xx.2023-cü il tarixdən hesablanır. Bir gün üçün – 1265.08*0.1/100=1.27 Qeyd olunan tarixdən hal-hazırkı vaxtadək 210 gün keçib. 210*1.27=267 manat; 10) xx.xx.2023-cü il tarixli, EBDD-274609 – gecikmə vaxtı xx.xx.2023-cü il tarixdən hesablanır. Bir gün üçün – 1760.01*0.1/100=1.76 Qeyd olunan tarixdən hal-hazırkı vaxtadək 210 gün keçib. 210*1.76=370 manat; 11) xx.xx.2023-cü il tarixli, EBDE-915991 – gecikmə vaxtı xx.xx.2023-cü il tarixdən hesablanır. Bir gün üçün – 2784.02*0.1/100=2.78 Qeyd olunan tarixdən hal-hazırkı vaxtadək 180 gün keçib. 180*2.78=500 manat; 12) xx.xx.2023-cü il tarixli, EBDF-426472 – gecikmə vaxtı xx.xx.2023-cü il tarixdən hesablanır. Bir gün üçün – 1045*0.1/100=1.04 Qeyd olunan tarixdən hal-hazırkı vaxtadək 180 gün keçib. 180*1.04=187 manat; 13) xx.xx.2023-cü il tarixli, EBDF-639732 – gecikmə vaxtı xx.xx.2023-cü il tarixdən hesablanır. Bir gün üçün – 1813.02*0.1/100=1.8 Qeyd olunan tarixdən hal-hazırkı vaxtadək 180 gün keçib. 180*1.8=324 manat; 14) xx.xx.2023-cü il tarixli, EBDİ-213787 – gecikmə vaxtı xx.xx.2023cü il tarixdən hesablanır. Bir gün üçün – 2545*0.1/100=2.55 Qeyd olunan tarixdən halhazırkı vaxtadək 150 gün keçib. 150*2.55=383 manat. Bunu nəzərə alaraq, borclunun bugünkü günə 6926,60 manat cərimə borcu yaranmışdır. Yekun olaraq, 11 mart 2021-ci il tarixli, 012-XTYİ-CEC/21 saylı ehtiyat hissələrinin satışı müqaviləsi üzrə "xxxx" MMC-nin İddiaçı ASC-yə toplam 35872,95 manat borcu mövcuddur. Borclu hüquqi şəxsin öz borcunu ödəməsi üçün xx.xx.2023-cü il tarixində pretenziya göndərilmişdir. Qanunvericiliyin göstərilən tələbinə əsasən pretenziya məktubu həm “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə, həm də online kargüzarlıq vasitəsilə cavabdehə göndərilmişdir. Eyni zamanda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat da iddiaçı tərəfindən online kargüzarlıq vasitəsilə cavabdehə göndərilmişdir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 11 mart 2021-ci il tarixli, 012-XTYİCEC/21 saylı ehtiyat hissələrinin satışı müqaviləsinə əsasən 5346,35 ƏDV daxil manat əsas borcun, 6926,60 manat cərimə borcunun, 210 (iki yüz on) manat mediasiya xərclərinin, 200 manat göstərilən hüquqi yardıma görə xərc olmaqla, cəmi 12682,95 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 427.4, 441.1, 441.4, 442.1, 443.1, 445.1, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
6. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, cavabdeh hal-hazırda sonuncu dəqiqləşmədən sonra heç bir ödəniş etməmişdir. Odur ki, qeyd olunan iclası iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı ASC ilə alıcı qismində "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə 012-XTYİ-CEC/21 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı, müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1, Əlavə 2 və s.) göstərilmiş, bundan sonra əlavə, malları alıcıya satmağı və alıcı isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malların adı, ölçüsü, kəmiyyəti, çatdırılma şərtləri və qiymətləri bu əlavələrdə göstərilib. Malların təhvil verilməsi hər iki tərəfin imzaladığı təhvil-təslim aktına uyğun olaraq həyata keçiriləcək. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən əlavələr hər iki tərəfdən imzalandıqdan sonra qüvvəyə minəcək və müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən alıcı lazımı malları satıcıya sifariş edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən satıcı sifarişi qəbul etdikdən sonra alıcıya onun istəyindən asılı olaraq bir və ya bir neçə variantda malların ölçüsünü, çatdırılma müddətini və qiymətlərini əks etdirən təkliflərini göndərir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən alıcı bu təkliflərdən özünə daha uyğun olanı seçir və malların adını, kəmiyyətini, ölçüsünü və qiymətini yazılı şəkildə təsdiqləyir və tərəflər əlavələri imzalayırlar. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən satıcı alıcının sifarişini əlavələrdə göstərilmiş şərtlər çərçivəsində yerinə yetirir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən müvafiq razılaşma olduğu təqdirdə, satıcı malların alıcıya çatdırılmasını həyata keçirə bilər. Malların alıcıya çatdırılması 48 saat ərzində həyata keçirilir. Alıcı malların ona çatdırılmasının daha tez həyata keçirilməyini istədiyi təqdirdə, sürətli çatdırılma xidməti satıcının müəyyən etdiyi tariflərə uyğun olaraq ödənişli qaydada həyata keçiriləcəkdir. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən alıcı sifarişin əlavədə göstərilmiş dəyərinin 100% hissəsini təhvil-təslimdən sonra satıcıya köçürmə yolu ilə 5 (beş) bank günü ərzində ödəməlidir. Alıcı sürətli çatdırılma xidmətindən istifadə etmiş olduğu təqdirdə, bu xidmətin ödənişini də malın dəyərinin ödənilməsi ilə eyni vaxtda həyata keçirir. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən mal satıcının anbarına daxil olması barədə məlumatı aldıqdan sonra alıcı 7 (yeddi) təqvim günü müddətində malı əldə etmək üçün heç bir təşəbbüs göstərməzsə, satıcı həmin malı başqasına sata bilər.
8. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 752661 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1355,06 manat (ƏDV daxil) təşkil edir.
9. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 189074 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2585,07 manat (ƏDV daxil) təşkil edir.
10. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 460302 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3380,04 manat (ƏDV daxil) təşkil edir.
11. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 999910 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1140,02 manat (ƏDV daxil) təşkil edir.
12. xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 750170 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5043,01 manat (ƏDV daxil) təşkil edir.
13. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 297755 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 885 manat (ƏDV daxil) təşkil edir.
14. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 827616 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1045 manat (ƏDV daxil) təşkil edir.
15. xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 270623 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2970,18 manat (ƏDV daxil) təşkil edir.
16. xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 274473 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1265,08 manat (ƏDV daxil) təşkil edir.
17. xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 274609 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1760,01 manat (ƏDV daxil) təşkil edir.
18. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 915991 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2784,02 manat (ƏDV daxil) təşkil edir.
19. xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 426472 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1045 manat (ƏDV daxil) təşkil edir.
20. xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 639732 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1813,02 manat (ƏDV daxil) təşkil edir.
21. xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 213787 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2545 manat (ƏDV daxil) təşkil edir.
22. İddiaçı tərəfindən iş materiallarına qeyd edilən elektron qaimələrin əsasında qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqında aktlar və hesab-fakturalar əlavə edilmişdir.
23. İddiaçı ASC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 17146,35 manat borcunun olduğu qeyd edilmişdir. Üzləşmə aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
24. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, AZ0010365 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı ASC tərəfindən Bakı 11 saylı Mediasiya Təşkilatının AZ24AİİB400600D**********204 nömrəli hesabına 210 manat məbləğində ödəniş edilmişdir.
25. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 005XOH********** nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı ASC tərəfindən Femida Vəkil Bürosu AZ19UBAZ**********0090AZN001 nömrəli hesabına 200 manat məbləğində ödəniş edilmişdir.
26. İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli, 0033CEC/23 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) təqvim günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
27. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
30. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
31. İddia tələbinin bir hissəsini cavabdehdən ƏDV daxil 5346,35 manat əsas borcun tutulması təşkil edir.
32. İşin hallarından göründüyü kimi, iddiaçı ilkin olaraq məhkəməyə müraciət edən zaman borc məbləği 28946,35 manat təşkil etmişdir. Məhkəmə icraatının gedişində hər iki tərəfin imzalayıb möhürlədiyi xx.xx.2024-cü il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktında "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 17146,35 manat borcunun olduğu qeyd edilmişdir. Sonradan cavabdeh tərəfindən ödənişlər edildiyindən iddiaçı tərəfindən tələbin həcmi azaldılaraq, ƏDV daxil 5346,35 manat məbləğində borcun cavabdehdən tutulması xahiş edilmişdir.
32. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının qalıq borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və cavabdeh "xxxx" MMC-dən ƏDV daxil 5346,35 manat (beş min üç yüz qırx altı otuz beş qəpik) əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
33. Bundan əlavə iddiaçı cavabdehdən 6926,60 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.
34. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 400 (dörd yüz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.
35. Eləcə də, 210 (iki yüz on) manat mediasiya xərci və 200 (iki yüz) manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.
36. Məhkəmə hesab edir ki, 210 (iki yüz on) manat mediasiya xərci və 200 (iki yüz) manat hüquqi yardım xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 11 mart 2021-ci il tarixli, 012- XTYİ-CEC/21 saylı müqavilə üzrə ƏDV daxil 5346,35 manat (beş min üç yüz qırx altı otuz beş qəpik) əsas borc, 400 (dörd yüz) manat cərimə borcu, 210 (iki yüz on) manat mediasiya xərci, 200 (iki yüz) manat hüquqi yardım xərci olmaqla, cəmi 6156,35 manat (altı min yüz əlli altı manat otuz beş qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova