Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7390/2024 16.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, dəbbə pulu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsuskənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" ASC iləCavabdeh arasında bağlanmış 01 avqust 2015-ci il tarixli “1601-GL/15” və 18 sentyabr 2015-ci il tarixli “1882-GL/15” nömrəli müqavilələrin ləğv edilməsi və Cavabdeh 01 avqust 2015-ci il tarixli “1601-GL/15” nömrəli müqavilə üzrə 947 (doqquz yüz qırx yeddi) manat gecikdirilmiş borc, 2 603 (iki min altı yüz üç) manat qalıq borc, 125,11 (bir yüz iyirmi beş manat 11 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2 728,11 (iki min yeddi yüz iyirmi səkkiz manat 11 qəpik) manat və 18 sentyabr 2015-ci il tarixli “1882-GL/15” müqavilə üzrə 400 (dörd yüz) manat gecikdirilmiş borc, 400 (dörd yüz) manat qalıq borc, 459,68 (dörd yüz əlli doqquz manat 68 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 859,68 (səkkiz yüz əlli doqquz manat 68 qəpik) manat pul vəsaitinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyləri yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının (bundan sonra - texnika) lizinqə verilməsi barədə” "xxxx" ASC iləCavabdeh arasında bağlanmış 01 avqust 2015-ci il tarixli “1601-GL/15” və 18 sentyabr 2015-ci il tarixli “1882- GL/15” nömrəli müqavilələrə əsasən, borclu (lizinq alan) texnikanı ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 01 avqust 2015-ci il tarixli“1601-GL/15” nömrəli müqavilə üzrə 947 (doqquz yüz qırx yeddi) manat gecikdirilmiş borc, 2 603 (iki min altı yüz üç) manat qalıq borc, 125,11 (bir yüz iyirmi beş manat 11 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2 728,11 (iki min yeddi yüz iyirmi səkkiz manat 11 qəpik) manat və 18 sentyabr 2015-ci il tarixli “1882-GL/15” müqavilə üzrə 400 (dörd yüz) manat gecikdirilmiş borc, 400 (dörd yüz) manat qalıq borc, 459,68 (dörd yüz əlli doqquz manat 68 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 859,68 (səkkiz yüz əlli doqquz manat 68 qəpik) manat maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan RespublikasıMülki Məcəlləsinin (bundan sonra – Məcəllə) 427.3-cü, 442-ci və 445.2.1- ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məcəllənin 442-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. ikir ayrılıqları lizinq verənin yerləşdiyiərazi üzrə aidiyyətiməhkəmədə baxılmalı və həlledilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının 2.2-ci və 3.1-ci bəndlərinə uyğun olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnolojiavadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra - Agentlik) ötürüldüyündən sözügedən müqavilələr üzrə borcun tələb edilməsi hüququnu Agentlik həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2015-ci il tarixli 571 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndində qeyd edilmişdir ki, Agentlik bu Əsasnaməyə uyğun olaraq, kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin, təminatların verilməsi və innovasiyaların tətbiqisahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır. “Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”nin 1.5-ci bəndinə görə, Agentliyin saxlanılması xərcləri və fəaliyyətiAzərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, qanunvericilikdə müəyyən edilən digər mənbələr hesabına maliyyələşdirilir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2015-ci il tarixli “1601-GL/15” nömrəli müqavilə üzrə 125,11 (bir yüz iyirmi beş manat 11 qəpik) manat və 18 sentyabr 2015-ci il tarixli “1882-GL/15” nömrəli müqavilə üzrə 459,68 (dörd yüz əlli doqquz manat 68 qəpik) manat cərimə borcunun iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehin iddia ərizəsinə dair təqdim etdiyi etirazında iddiaçı olan X2 yanında Aqrar Kredit və İnkişaf Agentliyinin məhkəmə portal sisteminə yüklədiyi maliyyə arayışında və ərizədə qeyd olunan cərimə məbləğləri ilə qətiyyən razı deyil və əsassız olaraq cərimə iddiası tətbiq olunub. "1882-GL/15" nömrəli lizinq müqaviləsinin yekun məbləği xx.xx.2023cü il tarixdə (qəbz nömrə:26781) tam olaraq ödənilmişdir və bu müqavilənin gecikməsi ilə bağlı heç bir iddia və ya xəbərdarlıq olunmamışdır. Həmin müqaviləyə görə hesablanmış 459.68 manat cərimə qəbul edilməzdir və əsassızdır. "1601-GL/15"nömrəli lizinq müqaviləsi ilə bağlı gecikmə haqqında heçbir xəbərdarlıq və ya pretenziya məktubu almadan məhkəməyə verilməsi barədə mail adresinə gələn xəbərdarlıqdan bilmişdir.Xəbərdarlıq mail ünvanına xx.xx.2024-cü il tarixində daxil olmuş və xx.xx.2024-cü il tarixdə həmin müqavilə ilə bağlı yekun məbləğ tam olaraq ödənilmişdir. Məbləği tam ödədikdən bir gün sonra isə poçt vasitəsi ilə mediasiya təklifi ilə bağlı məktub almışdır. Yəni ödənişin gecikməsi ilə bağlı heçbir xəbərdarlıq məktubu və ya mediasiya təklifi almadan məhkəməyə verilmişdir. "1601- GL/15 nömrəli müqavilənin ödəniş cədvəlində son ödəmə tarixi xx.xx.2025-ci il tarixində yekunlaşır. Amma buna baxmayaraq xx.xx.2024-cü il tarixdə (qəbzin nömrəsi:18861) yekun məbləğ tam olaraq ödənilmişdir. Belə olan halda hər iki müqavilənin tam ödənildiyinə əsaslanaraq iddia olunmuş cərimə məbləği əsassızdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
7. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2015-ci il tarixli "1601- GL/15" nömrəli lizinq müqaviləsinə əsasən:
10. 1.1. Lizinq verən ümumi məbləği 18600 manat olan kənd təsərrüfatı texnikalarını dəyərin tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir;
11. 1.2. Lizinq alan texnikaların qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.
12. 1.3. Texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur;
13. 1.4. Aşağıdakı sənədlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur:
14. xx.xx.2015-ci il tarixli protokol;
15. Spesifikasiya (Əlavə 1);
16. Lizinq ödəniş qrafiki (Əlavə № 2);
17. 2.2 Lizinq alan:
18. 2.2.1. Lizinq ödənişlərini qrafik üzrə (Əlavə № 2) vaxtında və tam həcmdə ödəyir;
19. 4.1. Lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir.
20. 4.2. Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
21. xx.xx.2015-ci il tarixli “1601-GL/15” nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikindən görünür ki, yekun ödənilməli məbləğ 18600 manat təşkil etmişdir.
22. Texnikanın təhvili barədə xx.xx.2015-ci il tarixli akta əsasən müqavilə üzrə nəzərdə tutulmuş texnika lizinq alana təhvil verilmişdir.
23. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2015-ci il tarixli "1882- GL/15" nömrəli lizinq müqaviləsinə əsasən:
24. 1.1. Lizinq verən ümumi məbləği 3000 manat olan kənd təsərrüfatı texnikalarını dəyərin tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir;
25. 1.2. Lizinq alan texnikaların qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.
26. 1.3. Texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur;
27. 1.4. Aşağıdakı sənədlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur:
28. xx.xx.2015-ci il tarixli protokol;
29. Spesifikasiya (Əlavə 1);
30. Lizinq ödəniş qrafiki (Əlavə № 2);
31. 2.2 Lizinq alan:
32. 2.2.2. Lizinq ödənişlərini qrafik üzrə (Əlavə № 2) vaxtında və tam həcmdə ödəyir;
33. 4.1. Lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir.
34. 4.2. Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
35. xx.xx.2015-ci il tarixli “1882-GL/15” nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikindən görünür ki, yekun ödənilməli məbləğ 3000 manat təşkil etmişdir.
36. 10 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2015-ci il tarixli “1882-GL/15” nömrəli müqavilə üzrə gecikdirilmiş borc – 400 manat, qalıq borc 400 manat və hesablanmış cərimə - 459,68 manat, ümumilikdə 859,68 manat və 14 noyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2015-ci il tarixli “1601-GL/15” nömrəli müqavilə üzrə gecikdirilmiş borc –0 manat, qalıq borc 0 manat və hesablanmış cərimə - 125,11 manat, ümumilikdə 125,11 manat borcun olması qeyd olunmuşdur.
37. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
38. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının (bundan sonra - texnika) lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2015-ci il tarixli “1601- GL/15” və 18 sentyabr 2015-ci il tarixli “1882- GL/15” nömrəli müqavilələrə əsasən, borclu (lizinq alan) texnikanı ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 01 avqust 2015-ci il tarixli“1601-GL/15” nömrəli müqavilə üzrə 947 (doqquz yüz qırx yeddi) manat gecikdirilmiş borc, 2 603 (iki min altı yüz üç) manat qalıq borc, 125,11 (bir yüz iyirmi beş manat 11 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2 728,11 (iki min yeddi yüz iyirmi səkkiz manat 11 qəpik) manat və 18 sentyabr 2015-ci il tarixli “1882-GL/15” müqavilə üzrə 400 (dörd yüz) manat gecikdirilmiş borc, 400 (dörd yüz) manat qalıq borc, 459,68 (dörd yüz əlli doqquz manat 68 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 859,68 (səkkiz yüz əlli doqquz manat 68 qəpik) manat maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Məhkəmə gedişatı zamanı isə cavabdeh tərəfindən hər iki müqavilə üzrə əsas borc məbləğləri ödənildiyi üçün iddiaçı tərəf iddia tələbini həmin hissədə azaldaraq, yalnız cərimə borcunu tələb edir.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
40. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmalı olduğunu müəyyən edir.
41. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
42. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
43. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
44. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin mübahisəli lizinq müqavilələrinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada və vaxtında icra etmədiyini, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqavilələri üzrə "xxxx" ASCnin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
45. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
46. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan 125,11 manat və 459,68 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə (iddia verilərkən müvafiq müqavilələr üzrə tələb olunan 947 manat və 400 manat əsas borclara nisbətən) yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu xx.xx.2015-ci il tarixli “1601-GL/15” saylı müqavilə üzrə 47 manat və 18 sentyabr 2015-ci il tarixli, "1882-L/15" nömrəli müqavilə üzrə 20 manat məbləğində müəyyən edilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2015-ci il tarixli “1601-GL/15” saylı müqavilə üzrə 47 manat və 18 sentyabr 2015-ci il tarixli, "1882-L/15" nömrəli müqavilə üzrə 20 manat məbləğində dəbbə pulu (cərimə) tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
48. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki:
49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
50. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.
51. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin olunan məbləğə mütənasib olaraq iş üzrə ödənilməli olan 30 manat (dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
V. Nəticə:
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 01 avqust 2015-ci il tarixli “1601-GL/15” nömrəli müqavilə üzrə 47 manat və 18 sentyabr 2015-ci il tarixli “1882-GL/15” müqavilə üzrə 20 manat dəbbə pulu məbləğləri tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia ərizənin verilməsinə görə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova