Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-74/2022 04.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qiymətləndirmə hesabatının ləğvi və əmlakın qiymətinin müəyyən edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdehlər Cavabdehnə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 770.6 kv.m olan qeyri-yaşayış sahəsinə dair “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” 01.09.2020-ci il tarixli, 023/20 nömrəli hesabatın (ekspert rəyinin) ləğv edilməsi, əmlakın yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Vüsal Şirinov təqdimatla məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2576/2019-014 nömrəli, 04.07.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə borclu İddiaçı MMCnin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 770,6 kv.m olan qeyriyaşayış sahəsinin üzərinə həbs qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2576/2019-014 nömrəli, 04.07.2019-cu il tarixli qərardadına əsasən X4 ilə İnteks MMC arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. İcra sənədi 15.10.2019-cu ildə Nərimanov rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul ediklərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Lakin buna baxmayaraq, borclu “İnteks" MMC icra sənədində göstərilən tələbi könüllü müddət ərzində icra etməmişdir. Həyata keçirilmiş icra tədbirləri nəticəsində Azərbaycan Respubilkası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********12 saylı. 22.11.2019-cu il tarixli məktubuna əsasən icra sənədi üzrə borclu “İnteks" MMC-nin mülkiyyətində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 770.6 kv.m olan qeyri-yaşayış sahəsinin olduğu müəyyən edilmişdir. İcra sənədində qeyd edilən tələbdən bu günə kimi cəmi 203.050 manat məbləğində pul ödəniş olunmuşdur. İşə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 8(005)-171/2020 №-li iş üzrə 16 mart 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Vüsal Şirinov təqdimatını təmin edərək “İnteks" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 770.6 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyub. Nərimanov rayon İcra və Probasiya şöbəsinin sifariş məktubuna əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 770.6 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” 01.09.2020-ci il tarixli hesabata əsasən 2.311.800 manat dəyərində qiymətləndirilmişdir. Bundan sonra Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin 27.11.2020-ci il tarixli sifarişi əsasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 770.6 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 2.311.800 manat olmaqla "xxxx" MMC tərəfindən 25.12.2020–ci il tarixə saat 11:00-da hərracı təyin olunmuşdur. Aşağıdakı səbəblərə görə Cavabdeh MMC tərəfindən verilmiş “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” 01.09.2020–ci tarixli hesabat ləğv edilməlidir. Hesabatın özündə də qeyd edildiyi kimi İddiaçı MMC-yə məxsus olan əmlak kənardan baxışa əsasən qiymətləndirilmişdir. Halbuki əmlakın həqiqi qiymətinin müəyyən etmək üçün əmlaka mütləq baxış keçirilməli, əmlakın yerləşdiyi yer, sahəsi də nəzərə alınmalı idi, lakin qiymətləndirici tərəfindən bu tələblərə riayət olunmamış, əmlaka qiymət onun real qiyməti nəzərə alınmadan, kənardan baxışa əsasən qoyulmuşdur. “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” 01.09.2020-ci il tarixli hesabata əsasən əmlak 2.311.800 manat dəyərində qiymətləndirilmişdir. Halbuki, həmin əmlakın dəyəri həmin qiymətdən ən azı 2 dəfə artıq qiymətləndirilməli idi. "xxxx" MMC tərəfindən 25.12.2020-ci il tarixdə keçirilməsi təyin olunmuş hərracda həmin əmlakın “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” 01.09.2020-ci il tarixli hesabata əsasən satış qiyməti 2.311.800 manat müəyyən edilib. Bu isə o deməkdir ki, həmin əmlak öz həqiqi dəyərindən və bazar qiymətindən qat-qat aşağı qiymətləndirilib. Analoji əmlakların bazar dəyəri təhlil olunmayıb, əmlakın dəyərini yüksəldən əlavə faktorlara qiymət verilməyib, əmlakın mülkiyyətçisi ilə heç bir söhbət, müsahibə aparılmayıb. Hansı ki, qiymətin müəyyən edilməsi meyarlarında yuxarıda qeyd etdiyi nüanslara əməl edilməli idi. Beləliklə, həm qiymətləndirmədə, həm də hərracda daşınmaz əmlak mülkiyyətçisinin əmlak hüququ kobud şəkildə pozulub. Qeyd edir ki, qanunun tələb etdiyi formada hərracın keçirilməsi barədə ona göndərilən bildirişdə hərrac 25.12.2020-ci il tarixdə saat 11:00-a təyin olunub. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqi şəxslər yəni hərraclar keçirdikləri hərracları ədalətli şəkildə həyata keçirməyi öz üzərinə götürürlər. Bu öhdəliyin hərrac tərəfindən yerinə yetirilməməsi və ya qanun pozuntuları liə yerinə yetirilməsi əhalinin bu sistemə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə təsir göstərə bilər. Digər tərəfdən borclu şəxsin mülkiyyət maraqları qorunmalı, onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Daşınmaz əmlakın hərracdan satılması üçün icra şöbəsi tərəfindən hərrac mərkəzinə verilmiş sifariş barədə icra şöbəsi tərəfindən ona heç bir məlumat verilməmişdir. Hərracın keçirilməsi barədə ona bildiriş daxil olduqda xəbərdar olmuşlar, əmlakın qiymətləndirilməsi zamanı İddiaçı MMC-nin iştirakı təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.04.2021-ci il tarixli qərardadı ilə Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti və Nərimanov Rayon İcra və Probasiya Şöbəsi iddiaçının vəsatəti əsasında iş üzrə cavabdehlər sırasından çıxarılmışdır. Bakı Kommersiya Məhkəməsinin 07.02.2022-ci il tarixl e-2-2(113)-74/2022 saylı qərardadı ilə X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 770.6 kv.m olan qeyri-yaşayış sahəsinə dair “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” 01.09.2020-ci il tarixli, 023/20 nömrəli hesabatın (ekspert rəyinin) ləğv edilib, həmin əmlaka məhkəmə tərəfindən qiymət qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: 04.07.2019-cu il tarixli barışıq sazişinə əsasən barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir. - Birlikdə bundan sonra «tərəflər» adlandırılacaq, bir tərəfdən etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X2 şəxsində hərəkət edən İddiaçı MMC (bundan sonra – “Cavabdeh”) və digər tərəfdən etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Elçin Arif oğlu Usubun şəxsində hərəkət edən Azərbaycan Respublikasının vətəndaşı X4 (bundan sonra – “İddiaçı”) • Bakı şəhəri Nərimanov rayon məhkəməsinin icraatında iddiaçının cavabdehə qarşı cavabdehdən 1,500,000 (bir milyon beş yüz min, 00) manat pulun və həmin vəsaitin 30 aprel 2019-cu il tarixinədək 45,000 (qırx beş min) manat faizlərin alınıb iddiaçıya ödənilməsi” tələbi üzrə 2(005)-2576/2019 saylı mülki iş olduğunu (bundan sonra – “Məhkəmə mübahisəsi”); və • Tərəflərin aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə razılığa gəlmək niyyətində olduğunu nəzərə alaraq, aşağıdakı şərtlərlə barışıq sazişini imzalayırlar:
1. Məhkəmə mübahisəsi aşağıdakı şərtlərlə həll edilir: 1.1. İddiaçı məhkəmə mübahisəsi üzrə iddiasından imtina edir, cavabdeh də həmin imtinanı qəbul edir; 1.2. Cavabdeh iddiaçı ilə bağlanan “30” avqust 2017-ci il tarixli 195/17, 196/17, 197/17, 198/17, 199/17, 200/17, 201/17 və 202/17 nömrəli müqavilələrin predmetini təşkil edən 8 (səkkiz) mənzilin üçüncü şəxslərə satışını təşkil edir və həyata keçirir; 1.3. İddiaçı 1.2.-ci maddədə göstərilən satış prosesi üçün zəruri olan bütün hərəkətləri, o cümlədən, konkret mənzillər cavabdeh tərəfindən satıldıqdan sonra, müvafiq mənzillə bağlı İddiaçının adına olan müqavilənin ləğvi və ya xitamı üçün zəruri olan bütün sənədlərə imza edilməsini ləngimədən həyata keçirir; 1.4. Cavabdeh 1.2-ci bənddə göstərilən satış prosesi 6 ay ərzində yekunlaşdırılır; 1.5. 1.2-ci bənddə göstərilən mənzillərə görə iddiaçının cavabdehə ödəmiş olduğu 1,500,000 (bir milyon beş yüz min) manat məbləğində vəsaitin mənzillərin satış prosesinin necə həyata keçirilməsindən asılı olmayaraq, aşağıdakı qaydada iddiaçıya geri qaytarır: 30 avqust 2019-cu il - 100.000 (bir yüz min) manat 30 sentyabr 2019-cu il - 200.000 (iki yüz min) manat 30 oktyabr 2019-cu il - 300.000 (üç yüz min manat) 30 noyabr 2019-cu il - 300.000 (üç yüz min manat) 30 dekabr 2019-cu il - 300.000 (üç yüz min manat) 30 yanvar 2020-ci il - 300.000 (üç yüz min manat) 30 avqust 2019-cu il - 100.000 (bir yüz min) manat 30 sentyabr 2019-cu il - 200.000 (iki yüz min) manat 30 oktyabr 2019-cu il - 300.000 (üç yüz min manat) 30 noyabr 2019-cu il - 300.000 (üç yüz min manat) 30 dekabr 2019-cu il - 300.000 (üç yüz min manat) 30 yanvar 2020-ci il - 300.000 (üç yüz min manat) 1.6. İddiaçı tərəfindən 1.2.-ci bəndində göstərilən satış prosesinin daha tez həyata keçirilməsi baxımından göndərilən hər hansı bir 3-cü şəxsin adına mənzilin ilkin rəsmiləşməsini/satışını təmin etməklə bərabər, cavabdeh həmin satışdan əldə edilən vəsaiti təxirəsalınmadan və bütövlüklə İddiaçıya təqdim edir və belə hal olarsa, bu Sazişin 1.5-ci bəndində göstərilən ödəmə qrafikinə istinadən müvafiq məbləğinödənilməsini ləngidə bilməz və ya məbləği qrafikə uyğun olaraq azalda bilməz.
2. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi tərəflərə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir. İddiaçı 1.5-ci bənddə gəstərilən məbləğlər həmin bənddə göstərilən müddətlərdə ödənmədikdə, hər bir ödəmə müddəti çatmış məbləğin ödənilməsinin məcburi icrasını təmin etmək üçün məhkəmə vasitəsilə icraçılarına müracət edə bilər və cavabdeh bunu aydın dərk edərək, məcburi icranı qəbul edir.
3. Tərəflər bəyan edirlər ki, bu Barışıq Sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir.
4. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.
5. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir.
6. Bu Saziş məhkəmənin qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.07.2019-cu il tarixli qərardadı ilə iddiaçı X3 cavabdeh İddiaçı MMC-yə qarşı müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi qeyd edilən şərtlər daxilində təsdiq edilmiş və mülki işin icraatına xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli 8(005)-171/2020 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2576/2019 saylı 04.07.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə borclu İddiaçı MMC-nin mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Vüsal Şirinovun təqdimatı təmin edilmiş və İddiaçı MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 770.6 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Cavabdeh MMC-nin 01 sentyabr 2020-ci il tarixli, 023/20 saylı əmlakın qiymətləndirməsi barədə hesabata əsasən İddiaçı MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 770.6 kv.m olan qeyri-yaşayış sahəsinin 01.09.2020-ci il tarixə bazar dəyəri 2.311.800 manat məbləğində müəyyən edilmişdir. Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 27.11.2020-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı MMC-yə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 770.6 kv.m olan qeyri-yaşayış sahəsinin satılması məqsədilə açıq hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. “X1 Company” MMC-nin 28 sentyabr 2021-ci il tarixli, 155/21 nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 770.6 kv.m olan qeyri-yaşayış sahəsinin mövcud orta bazar dəyəri 3.082.400 manat, likvid dəyəri isə 3.000.000 manat məbləğində müəyyən edilmişdir. Hazırki qiymətləndirmə rəyi üzrə mütəxəssis tərəfindən həyata keçirilən xidmətin dəyəri 600 manat təşkil edir.
Əsaslandırıcı hissə:
Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X3 cavabdeh İddiaçı MMC-yə qarşı müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında barışıq sazişi bağlanmış və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04.07.2019-cu il tarixli qərardadı ilə sözügedən iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi qeyd edilən şərtlər daxilində təsdiq edilmiş və mülki işin icraatına xitam verilmişdir. Həmin icra sənədinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli 8(005)-171/2020 saylı qərardadı ilə İddiaçı MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 770.6 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Daha sonra Nərimanov rayon İcra Şöbəsi tərəfindən verilmiş sifarişə əsasən Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 770.6 kv.m olan qeyri-yaşayış sahəsinin 01.09.2020-ci il tarixə bazar dəyəri 2.311.800 manat olaraq qiymətləndirilməklə qiymətləndirmənin nəticələri haqqında hesabat (ekspert rəyi) tərtib edilmişdir. Hazırki iş üzrə İddiaçı MMC qeyd olunan qiymətləndirmənin nəticələri haqqında qiymətləndirmə hesabatı ilə razılaşmamış və “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” 01.09.2020-ci il tarixli, 023/20 nömrəli hesabatın (ekspert rəyinin) ləğv edilməsi və həmin əmlaka məhkəmə tərəfindən qiymət qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. 61.1-ci və 61.2-ci maddələrinə əsasən, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” AR Qanununun: 7-ci maddəsinə görə qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə tərəfindən mübahisəli qiymətləndirmə hesabatında qiymətləndirilmiş obyektin real bazar qiymətinin həqiqiliyinin müəyyən edilməsi üçün iş üzrə məhkəməəmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “X1 Company” MMC-yə həvalə edilmişdir. “X1 Company” MMC-nin 28 sentyabr 2021-ci il tarixli, 155/21 nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 770.6 kv.m olan qeyri-yaşayış sahəsinin mövcud orta bazar dəyəri 3.082.400 manat, likvid dəyəri isə 3.000.000 manat məbləğində müəyyən edilmişdir. “X1 Company” MMC-nin qiymətləndirmə rəyinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin həmin rəylə razılaşmaması üçün heç bir əsas yoxdur, odur ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Belə olan halda məhkəmə mübahisəli daşınmaz əmlakın (qeyri-yaşayış sahəsinin) Cavabdeh MMC-nin mübahisəli hesabatında müəyyən edilmiş bazar dəyərinin (2.311.800 manat) məhkəmə tərəfindən alınmış qiymətləndirmə rəyinə əsasən müəyyən edilmiş bazar dəyərindən (3.082.400 manat) kəskin surətdə fərqləndiyini nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh MMC-nin 01.09.2020-ci il tarixli, 023/20 nömrəli qiymətləndirmə hesabatında müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 770.6 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri həqiqəti əks etdirmir və həmin hesabatın ləğv edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Bununla yanaşı məhkəmə qeyd edir ki, “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli qərardadına əsasən icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Beləliklə, hazırkı halda icra icraatı çərçivəsində tutmanın yönəldildiyi mübahisəli daşınmaz əmlak ipoteka predmetinə aid olmayan əmlak olduğundan həmin əmlakın ilkin (başlanğıc) satış qiyməti məhkəmə tərəfindən alınmış qiymətləndirmə rəyində müəyyən edilmiş bazar dəyəri ilə, yəni 3.082.400 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 770.6 kv.m olan qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair 01.09.2020-ci il tarixli, 023/20 nömrəli hesabatı ləğv edilməli və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 770,6 kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 3.082.400 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin 100% təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatı üzrə mütəxəssis rəyinin verilməsinə görə ödənilməli olan 600 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq “X1 Company” MMC-nin hesabına köçürülməlidir. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti isə cavabdeh Sərraf-M” MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
Nəticə hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 770,6 kv.m. olan qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair cavabdeh "xxxx" MMC tərəfindən verilmiş 01.09.2020-ci il tarixli, 023/20 nömrəli hesabat ləğv olunsun. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 770,6 kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 3.082.400 (üç milyon səksən ki min dörd yüz) manat məbləğində müəyyən olunsun. Mütəxəssis rəyinin verilməsinə görə ödənilməli olan 600 (altı yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq “X1 Company” MMC-nin hesabına (VÖEN: **********, Hesab N: AZ61İBAZ********************; Bank: ABB Şərifzadə filialı; VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************; KOD: 805142; SWİFT: İBAZAZ2X) köçürülsün. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti isə cavabdeh Sərraf-M” MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva