Məhkəmə qərarları › İş №e-2-2(113)-740/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-740/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-740/2023 12.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, tərəflərin iştirakı olmadan, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli 94C/22 nömrəli və xx.xx.2022-ci il tarixli 166C/22 nömrəli lizinq müqavilələri üzrə borcun və maddi zərərin tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 94C/22 nömrəli, xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsi üzrə ödənilməli olan lizinq predmetinə vurmuş olduğu zərər üzrə 1.635 manat, yol hərəkəti qaydalarının cavabdeh tərəfindən pozulması nəticəsində tətbiq olunan protokollar (qərarlar) üzrə hesablanmış 103,70 manat; 166C/22 nömrəli, xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsi üzrə lizinq predmetindən istifadəyə görə ödənilməli olan 800 manat, xx.xx.2022-ci il tarixədək ödənilməli olan ilkin ödəniş kimi 2.500 manat, lizinq predmetinə vurmuş olduğu zərər üzrə 655 manat, yol hərəkəti qaydalarının cavabdeh tərəfindən pozulması nəticəsində tətbiq olunan protokollar (qərarlar) üzrə hesablanmış 20,90 manat, ilkin mediasiya sessiyası üçün ödənilmiş 65 manat, dövlət rüsumu kimi ödənilmiş 10,40 manat olmaqla, cəmi 5.790 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı lizinq verən "xxxx" MMC avtolizinq şirkəti ilə Cavabdeh arasında 94C/22 nömrəli, xx.xx.2022-ci il tarixli və 166C/22 nömrəli, xx.xx.2022-ci il tarixli daxili lizinq müqavilələri bağlanmışdır. 94C/22 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərinə əsasən, lizinq verən lizinq predmeti olan 1 ədəd “BMW 5281” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini və 166C/22 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərinə əsasən, lizinq verən lizinq predmeti olan 1 ədəd “Chevrolet Malibu” sedan markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini tam saz və işlək vəziyyətdə lizinq alana təhvil verməyi, cavabdeh isə lizinq muzdunu vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə sənədlərdən görünür ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli təhvil-təslim aktları əsasında lizinq predmetləri cavabdehə tam saz və işlək vəziyyətdə təhvil verilmişdir. Cavabdeh müqavilə üzrə lizinq predmetini təhvil alsa da sonradan öz öhdəliyini lazımi şəkildə yerinə yetirməmiş, lizinq ödənişlərini ödəməkdən yayınmış, habelə müqavilə şərtlərinə zidd olaraq əmlaka zərər vurmuş və dəymiş zərərin miqdarını ödəməkdən boyun qaçırmışdır. 166C/22 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə cavabdeh 2.500 manat məbləğində ilkin ödəniş etməli idi, lakin bu günə qədər ilkin ödəniş üçün nəzərdə tutulan məbləğ ödənməmişdir. 94C/22 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə cavabdeh hər ay 2.100 manat, 166C/22 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə hər ay 1.200 manat aylıq ödəniş etməli idi. Müqavilələrin qüvvədə olduğu və nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu müddətlərdə cavabdeh müvafiq öhdəliklikləri icra etməmiş, habelə lizinq predmetinə xeyli miqdarda maddi zərər də vurmuşdur. Belə ki, həmin zərər “X8ı”na əsasən 94C/22 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1.635 manat, 166C/22 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə “X8”ına əsasən 655 manat, müqavilənin qüvvədə olduğu müddətdə lizinq ödənişi kimi aylıq borcu isə 800 manat təşkil edir. Yol-hərəkəti qaydalarının cavabdeh tərəfindən pozulması nəticəsində tətbiq olunan protokollar əsasında hər iki müqavilə üzrə isə 124,60 manat inzibati cərimələr hesablanmışdır. Cavabdeh ümumilikdə hər iki müqavilə üzrə cəmi 5.714 manat məbləğində maddi zərər vurmuşdur. Daha sonra müqavilə üzrə öhdəliklərin icra edilməsi barədə cavabdehin elektron vergi kabinetinə və qeydiyyatda olduğu ünvana xx.xx.2022-ci il tarixli pretenziya məktubu ünvanlanmış və məbləğin 3 gün ərzində ödənilməsini, əks halda qanunvericiliyə uyğun olaraq aidiyyatı məhkəməyə müraciət edəcəklərini bildirmişlər. Aparılan danışıqlara və edilən bütün müraciətlərə baxmayaraq cavabdeh hərəkətsizlik nümayiş etdirərək öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Göründüyü kimi cavabdehlə bağladıqları müqavilə əsasında o lizinq obyektini istifadə etdiyi dövrdə iddiaçıya xeyli miqdarda zərər vurmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək, başqa bir (cinayət) iş üzrə Abşeron rayon məhkəməsində olmalı olduğundan baxış iclasında iştirak edə bilməyəcəyini, iş üzrə onlarda olan bütün sübutları və sənədləri təqdim etdiklərini və əlavə təqdim ediləcək sənədləri olmadığını, qeyd edilənləri nəzərə alaraq prosesə gəlməməyini üzrlü hesab edilməsini və baxış iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə müdafiə edərək iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə iclasında ona verilən suallara cavab olaraq isə bildirmişdir ki, birinci nəqliyyat vasitəsini cavabdeh könüllü qaytarıb, bununla bağlı xitam aktı imzalanmış, ikinci nəqliyyat vasitəsini isə xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitələrindən birini lizinq verən lizinq alanın ilkin ödənişi ödəmək öhdəliyini icra etməməsi ilə bağlı geri götürmüşdür. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Lizinq verən "xxxx" MMC ilə lizinq alan Cavabdeh arasında bağlanılmış MASSİ- 94C/22 nömrəli xx.xx.2022-ci il tarixli daxili lizinqi müqaviləsi ilə müəyyən olunur ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi, bu lizinq müqaviləsinin 1.3-cü bəndində qeyd edilən və bu müqavilənin ayrılmaz hissəsi hesab olunan 2 saylı əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən lizinq obyekti 1 ədəd “BMW 528İ” sedan markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir (ban nömrəsi: WBA5A5C50ED511745, rəngi: ağ, buraxılış ili: 2014, mühərrik həcmi: 1997 sm3). 2.1.5-ci bəndinə lizinq alan bu müqavilədə qeyd edilən və (və ya) qanunvericilikə nəzərdə tutulan vəzifələrini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə lizinq müqaviləsini birtərəfəli qaydada ləğv etmək lizinq verənin hüququdur. 2.1.8-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən bu müqavilə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə qeyd edilən aylıq lizinq ödənişinin vaxtında ödənilməməsi, yəni ödəniş tarixindən 2 gün müddətindən çox gecikdirdiyi halda lizinq predmeti olan nəqliyyat vasitəsinin OBD (avtomobilin diaqnostik cihazı və ya avtomobilin xüsusi cihazının) söndürülərək avtomobilin qeyri-hərəkət vəziyyətə gətirilməsi hüququna malikdir. 2.1.9-cu bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən lizinq predmeti olan nəqliyyat vasitəsinin istismarı zamanı lizinq predmetinə və digər 3-cü şəxslərə dəymiş ziyanını (reqress halda), çəkilməli olan xərclərin, sığorta qanunvericiliyinə əsasən ödənilmiş və ya çəkilmiş (çəkilməli olan) xərclərin reqres qaydada tələb edə bilər. 2.1.11-ci (c) bəndinə əsasən lizinq verən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktına əsasən lizinq obyektinin lizinq verən tərəfindən lizinq alan lizinqə verilməsindən sonra lizinq obyektinə dəyən heç bir qüsura görə lizinq alan və/və ya üçüncü şəxslər qarşısında məsuliyyət daşımır. 2.2.1-ci bəndinə görə lizinq alan aylıq ödəmələri bu müqavilədə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı və 2 saylı Əlavələrdə qeyd olunmuş şərtləri tam həcmdə və vaxtında icra etmək öhdəliyi daşıyır. 2.2.6-cı bəndinə əsasən lizinq alan bütün zəruri vergilərin, məsrəflərin, xərclərin, təzminatların ödənilməsi, lizinq alanın hər hansı digər səbəbdən ’lizinq obyektini alması, verməsi, işlətməsi, istifadə etməsi nəticəsində ödənilməli olan hər hansı faizlərə və cərimələrə görə məsuliyyət daşıyır. 2.2.8-ci bəndinə əsasən lizinq obyektini üçüncü şəxslərə heç bir hüquq əsasında və ya faktiki olaraq istifadəyə verməmək lizinq alanın vəzifəsidir. 2.1.11-ci (c) bəndinə görə lizinq verən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktına əsasən lizinq obyektinin lizinq verən tərəfindən lizinq alana lizinqə verilməsindən sonra lizinq obyektinə dəyən heç bir qüsura görə lizinq alan və/və ya üçüncü şəxslər qarşısında məsuliyyət daşımır. 2.2.12-ci (c) bəndinə əsasən lizinq alan lizinq obyektini saz və işlək vəziyyətdə saxlamağa görə üzərinə öhdəlik götürür. 3.1-ci bəndinə əsasən lizinq məbləği 102.800 Azərbaycan Respublikası manatı olmaqla, tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra lizinq alan tərəfindən müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəmə cədvəli”ndə (Əlavə 1) göstərilən qaydada, həcmdə və müddətlərdə ödənilir. 3.2-ci bəndinə görə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini tam həcmdə və məbləğdə ödəməlidir. 3.3-cü bəndinə görə lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin (Əlavə 1) cədvəlində müəyyən edilir. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. 3.4-cü bəndinə əsasən bu müqavilə üzrə hesablaşmalar nağdsız qaydada lizinq verənin cari hesabına köçürmə yolu ilə həyata keçirilir. 3.6-cı bəndinə əsasən lizinq verən lizinq alan ilə aralarında razılaşdırılmış 2.000 manat məbləğində ilkin ödənişi tam şəkildə xx.xx.2022-ci il tarixinədək ödəməyi təyin edir. Qeyd edilmiş tarixədək ilkin ödənişin qalıq hissəsi ödənilmədiyi halda avtomobilin hərəkəti məhdudlaşdırılacaqdır. Bu müqavilə üzrə ödənilməmiş ödənişlər, lizinq alanın təqsiri ucbatından lizinq verənin mülkiyyətinə və digər qanuni mənafelərinə dəyən zərərin əvəzi və yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar ödənilməmiş inzibati cərimələr birtərəfli qaydada lizinq alanın öhdəliyinə verilir. 3.8-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə edib-etməməsindən asılı olmayaraq, lizinq ödənişləri cədvəlində göstərilmiş müvafiq tarixdə lizinq ödənişlərini həyata keçirməlidir. 4.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Lizinq obyektindən müvəqqəti istifadə hüququ lizinq alana tam həcmdə keçir. 4.2-ci bəndinə əsasən lizinq obyektinə lizinq verənin mülkiyyət hüququna bu Müqavilə və qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada lizinq obyektini lizinq alanın müvəqqəti sahibliyi və istifadəsindən geri götürmək hüququ daxildir. 4.3-cü bəndinə əsasən lizinq alan lizinq obyektinin təhvil-təslim aktı imzaladığı andan sonra lizinq obyektinin saxlanmasına görə tam məsuliyyət daşıyır və lizinq obyektinin itirilməsinin və ya zədələnməsinin qarşısını almaq üçün öz hesabına zəruri tədbirlər görür. 4.4-cü bəndinə əsasən lizinq alan tərəfindən lizinq üzrə bütün borclar, öhdəliklər, lizinq obyektinin qalıq dəyəri, sığorta borcları tam ödənildikdə lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir: 4.6-cı bəndinə əsasən lizinq obyektinin saxlanmasına, cari və əsaslı təmirinə çəkilən xərclər “lizinq alan" tərəfindən ödənilir. Bu xərclər lizinq ödəmələrinə daxil edilə bilməz. 7.1-ci bəndinə əsasən lizinq obyekti lizinq alana 48 ay müddətinə lizinqə verilir. Lizinq alanın lizinq ödənişlərini həyata keçirmək vəzifəsi bu müqavilə imzalandığı gündən yaranır və lizinq ödənişləri cədvəlinə (1 saylı Əlavəyə) əsasən aparılır. 7.2-ci (d) bəndinə əsasən lizinq verən lizinq alanı xəbərdar etməklə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən lizinq alan lizinq ödənişlərini bu müqavilə ilə nəzərdə tutulan qaydada və həcmdə (1 saylı əlavədə qeyd edilən qaydada və müddətdə) ödəmədikdə bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. 7.3-cü bəndinə görə lizinq verən həmçinin lizinq alandan öz xeyrinə mübahisəsiz qaydada pul vəsaitlərinin və cərimələrin silinməsi və lizinq obyektinin geri tələb edilməsi hüququna malikdir. Bu zaman lizinq verənə ödənilmiş lizinq ödənişləri lizinq alana geri qaytarılmır. 8.1-ci bəndinə görə müqavilənin müddəti ərzində lizinq alan müvafiq qanunlarda operator məfhumuna verilən mənalara uyğun olaraq, lizinq obyektinin operatoru sayılır və o, dövlət və ya üçüncü şəxslər və lizinq verən qarşısında lizinq obyektindən və /və ya onun istifadəsi nəticəsində dövlətə, üçüncü şəxslərə, yaxud lizinq verən, ətraf mühitə və ya təbiətə dəymiş hər hansı dərəcədə və hər növ zərərə görə məsuliyyət daşıyır. 8.2-ci bəndinə əsasən lizinq alanın öz vəzifələrini yerinə yetirməməsinə görə lizinq verənin çəkdiyi bütün məsrəflər lizinq alan tərəfindən ödənilir. 10.3-cü bəndinə görə lizinq obyekti olan nəqliyyat vasitəsinin lizinq alana təhvil verildiyi andan həmin nəqliyyat vasitəsinin 3-cü şəxslər tərəfindən idarə olunması zamanı onların təqsirindən vermiş hər hansı hadisəyə görə vurulmuş ziyan tam həcmdə lizinq alan tərəfindən ödənilir. Müqavilə lizinq verənin imzası və möhürü ilə, lizinq alanın imzası ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli, MASSİ-94C/22 nömrəli lizinq müqaviləsinə 2 saylı əlavə olan 02 iyun 2022-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli, MASSİ-94C/22 nömrəli lizinqi müqaviləsinin şərtlərinə əsasən lizinq predmeti olan 1 ədəd “BMW 528İ” sedan markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi: WBA5A5C50ED511745, rəngi: ağ, buraxılış ili: 2014, mühərrik həcmi: 1997 sm3) nəqliyyat vasitəsi tam işlək və saz vəziyyətdə lizinq alan Cavabdeh təhvil verilmişdir. Təhvil-təslim aktı llizinq verənin imzası və möhürü ilə, lizinq alan Cavabdeh adından X1 imzası ilə təsdiq edilmişdir. Ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixli, MASSİ-94C/22 nömrəli lizinq müqaviləsinə əsasən lizinq alan Cavabdeh müqavilə bağlandığı vaxtdan 48 ay ərzində (ödənişin başlama tarixi xx.xx.2022-ci ildir) ilkin ödəniş 2.000 manat, xx.xx.2022-ci ildə 910 manat, daha sonra xx.xx.2022-ci ildən başlayaraq xx.xx.2026-cı ilədək (daxil olmaqla) hər 15 gündən bir 1050 manat, 48-ci ayda (xx.xx.2026-cı ildə) 140 manat olmaqla cəmi 102.800 lizinq ödənişlərini "xxxx" MMC-yə ödəməli idi. Ödəniş cədvəli llizinq verənin imzası və möhürü ilə, lizinq alanın imzası ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli MASSİ-YV 94C/22 saylı yol vərəqəsi ilə müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, MASSİ-94C/22 nömrəli lizinq müqaviləsi əsasında lizinqə verilmiş 1 ədəd “BMW 528İ” sedan markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi: WBA5A5C50ED511745, rəngi: ağ, buraxılış ili: 2014, mühərrik həcmi: 1997 sm3) nəqliyyat vasitəsinin yalnız Azərbaycan Respublikasının ərazisində idarə edilməsində səlahiyyətlidir. Bu yol vərəqəsi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il (daxil olmaqla) tarixinə qədər etibarlıdır. xx.xx.2022-ci il tarixli MASSİ-YV 94C/22 saylı yol vərəqəsi ilə müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, MASSİ-94C/22 nömrəli lizinq müqaviləsi əsasında lizinqə verilmiş 1 ədəd “BMW 528İ” sedan markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi: WBA5A5C50ED511745, rəngi: ağ, buraxılış ili: 2014, mühərrik həcmi: 1997 sm3) nəqliyyat vasitəsinin yalnız Azərbaycan Respublikasının ərazisində idarə edilməsində səlahiyyətlidir. Bu yol vərəqəsi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il (daxil olmaqla) tarixinə qədər etibarlıdır. xx.xx.2022-ci il tarixli MASSİ-YV 94C/22 saylı yol vərəqəsi ilə müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, MASSİ-94C/22 nömrəli lizinq müqaviləsi əsasında lizinqə verilmiş 1 ədəd “BMW 528İ” sedan markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi: WBA5A5C50ED511745, rəngi: ağ, buraxılış ili: 2014, mühərrik həcmi: 1997 sm3) nəqliyyat vasitəsinin yalnız Azərbaycan Respublikasının ərazisində idarə edilməsində səlahiyyətlidir. Bu yol vərəqəsi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il (daxil olmaqla) tarixinə qədər etibarlıdır. xx.xx.2022-ci il tarixli MASSİ-YV 94C/22 saylı yol vərəqəsi ilə müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, MASSİ-94C/22 nömrəli lizinq müqaviləsi əsasında lizinqə verilmiş 1 ədəd “BMW 528İ” sedan markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi: WBA5A5C50ED511745, rəngi: ağ, buraxılış ili: 2014, mühərrik həcmi: 1997 sm3) nəqliyyat vasitəsinin yalnız Azərbaycan Respublikasının ərazisində idarə edilməsində səlahiyyətlidir. Bu yol vərəqəsi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il (daxil olmaqla) tarixinə qədər etibarlıdır. xx.xx.2022-ci il tarixli MASSİ-YV 94C/22 saylı yol vərəqəsi ilə müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, MASSİ-94C/22 nömrəli lizinq müqaviləsi əsasında lizinqə verilmiş 1 ədəd “BMW 528İ” sedan markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi: WBA5A5C50ED511745, rəngi: ağ, buraxılış ili: 2014, mühərrik həcmi: 1997 sm3) nəqliyyat vasitəsinin yalnız Azərbaycan Respublikasının ərazisində idarə edilməsində səlahiyyətlidir. Bu yol vərəqəsi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il (daxil olmaqla) tarixinə qədər etibarlıdır. smsradar.az portalının çıxarışı ilə müəyyən olunur ki, X5 İXM-nın 328.2-ci maddəsinə əsasən (**-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə) yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə EQ10993393 nömrəli protokol üzrə xx.xx.2022-ci il tarixində 50 manat məbləğində cərimə edilib. smsradar.az portalının çıxarışı ilə müəyyən olunur ki, X5 İXM-nın 328.1-ci maddəsinə əsasən (**-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə) yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə EQ11057065 nömrəli protokol üzrə xx.xx.2022-ci il tarixində 10 manat məbləğində cərimə edilib. smsradar.az portalının çıxarışı ilə müəyyən olunur ki, X5 İXM-nın 346.1-ci maddəsinə əsasən (**-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə) durma qaydalarını pozmağa görə EQ11635080 nömrəli protokol üzrə xx.xx.2022-ci il tarixində 20 manat məbləğində cərimə edilib. xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, DİN BDYPİ-nin hesabına 11,10 manat məbləğində pul vəsaiti (Səxavət Rəsulovla bağlı cərimə) ödənilmişdir. xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, DİN BDYPİ-nin hesabına 20,60 manat məbləğində pul vəsaiti (Səxavət Rəsulovla bağlı cərimə) ödənilmişdir. X10 (X4 VÖEN - **********) tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli xidmət sənədinə (qüsur aktına) əsasən **-PE-*** dövlət qeydiyyat nömrəli, “BMW” markalı avtomobilə göstərilən xidmətə və alınmalı olan ehtiyat hissələrinə tələb olunan xərc cəmi 1.635 manat təşkil edir. xx.xx.2022-ci il tarixli xitam aktına əsasən lizinq verənlə lizinq alan arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MASSİ-94C/22 nömrəli daxili lizinq müqaviləsinə qarşılıqlı razılaşma yolu ilə xitam verilir. Lizinq alanın xx.xx.2022-ci il tarixinə "xxxx" MMCyə borcu lizinq predmetindən istifadəyə görə 770 manat, lizinq predmetinə vurduğu zərər üzrə 1.300 manat, lizinq predmeti istifadəsində olan müddət ərzində yol hərəkəti qaydalarını pozduğu üçün tətbiq edilən protokollar üzrə 102 manat olmaqla, cəmi 2.172 manat təşkil edir. Yaranmış borcun xx.xx.2022-ci il tarixində ödənilməsi tələb olunur. Tərtib olunmuş xitam sazişi ilə müqaviləyə xx.xx.2022-ci il tarixində xitam verilməsi yaranmış borc öhdəliklərinin xitamına səbəb olmur. Akt llizinq verənin imzası və möhürü ilə, lizinq alanın imzası ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, həmin tarixə xx.xx.2022-ci il tarixli, MASSİ-94C/22 nömrəli daxili lizinq müqaviləsi üzrə Cavabdeh 10.910 manat ödəniş etmiş, Cavabdeh ilkin ödəniş üzrə borcu 0 manat, aylıq ödəniş üzrə borcu 0 manat, vurulmuş maddi zərərə görə borcu 1.635 manat olmaqla, ümumi borcu 1.635 manat təşkil edir. Lizinq verən "xxxx" MMC ilə Balayeva lizinq alan Cəmilə Böyükağa qızı arasında bağlanılmış MASSİ-166C/22 nömrəli xx.xx.2022-ci il tarixli daxili lizinqi müqaviləsi ilə müəyyən olunur ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi, bu lizinq müqaviləsinin 1.3-cü bəndində qeyd edilən və bu müqavilənin ayrılmaz hissəsi hesab olunan 2 saylı Əlavədə göstərilən əmlakı (bundan sonra – lizinq obyekti) öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə veriməsini öhdəsinə götürür. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən lizinq obyekti 1 ədəd “Chevrolet Malibu” sedan markalı, **- PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir (ban nömrəsi: 1G1ZE5ST3HF106103, rəngi: qara metallik, buraxılış ili: 2016, mühərrik həcmi: 1490 sm3). 2.1.5-ci bəndinə lizinq alan bu müqavilədə qeyd edilən və (və ya) qanunvericilikə nəzərdə tutulan vəzifələrini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə lizinq müqaviləsini birtərəfəli qaydada ləğv etmək lizinq verənin hüququdur. 2.1.8-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən bu müqavilə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə qeyd edilən aylıq lizinq ödənişinin vaxtında ödənilməməsi, yəni ödəniş tarixindən 2 gün müddətindən çox gecikdirdiyi halda lizinq predmeti olan nəqliyyat vasitəsinin OBD (avtomobilin diaqnostik cihazı və ya avtomobilin xüsusi cihazının) söndürülərək avtomobilin qeyri-hərəkət vəziyyətə gətirilməsi hüququna malikdir. 2.1.9-cu bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən lizinq predmeti olan nəqliyyat vasitəsinin istismarı zamanı lizinq predmetinə və digər 3-cü şəxslərə dəymiş ziyanını (reqress halda), çəkilməli olan xərclərin, sığorta qanunvericiliyinə əsasən ödənilmiş və ya çəkilmiş (çəkilməli olan) xərclərin reqres qaydada tələb edə bilər. 2.1.11-ci (c) bəndinə əsasən lizinq verən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktına əsasən lizinq obyektinin lizinq verən tərəfindən lizinq alan lizinqə verilməsindən sonra lizinq obyektinə dəyən heç bir qüsura görə lizinq alan və/və ya üçüncü şəxslər qarşısında məsuliyyət daşımır. 2.2.1-ci bəndinə görə lizinq alan aylıq ödəmələri bu müqavilədə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı və 2 saylı Əlavələrdə qeyd olunmuş şərtləri tam həcmdə və vaxtında icra etmək öhdəliyi daşıyır. 2.2.6-cı bəndinə əsasən lizinq alan bütün zəruri vergilərin, məsrəflərin, xərclərin, təzminatların ödənilməsi, lizinq alanın hər hansı digər səbəbdən lizinq obyektini alması, verməsi, işlətməsi, istifadə etməsi nəticəsində ödənilməli olan hər hansı faizlərə və cərimələrə görə məsuliyyət daşıyır. 2.2.8-ci bəndinə əsasən lizinq obyektini üçüncü şəxslərə heç bir hüquq əsasında və ya faktiki olaraq istifadəyə verməmək lizinq alanın vəzifəsidir. 2.1.11-ci (c) bəndinə görə lizinq verən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Təhvil-Təslim Aktına əsasən lizinq obyektinin lizinq verən tərəfindən lizinq alana lizinqə verilməsindən sonra lizinq obyektinə dəyən heç bir qüsura görə lizinq alan və/və ya üçüncü şəxslər qarşısında məsuliyyət daşımır. 2.2.12-ci (c) bəndinə əsasən lizinq alan lizinq obyektini saz və işlək vəziyyətdə saxlamağa görə üzərinə öhdəlik götürür. 3.1-ci bəndinə əsasən lizinq məbləği 60.100 Azərbaycan Respublikası manatı olmaqla, tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra Lizinq alan tərəfindən Müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəmə cədvəli”ndə (Əlavə 1) göstərilən qaydada, həcmdə və müddətlərdə ödənilir. 3.2-ci bəndinə görə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini tam həcmdə və məbləğdə ödəməlidir. 3.3-cü bəndinə görə lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişlərinin (Əlavə 1) cədvəlində müəyyən edilir. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. 3.4-cü bəndinə əsasən bu müqavilə üzrə hesablaşmalar nağdsız qaydada lizinq verənin cari hesabına köçürmə yolu ilə həyata keçirilir. 3.6-cı bəndinə əsasən lizinq verən lizinq alan ilə aralarında razılaşdırılmış 2.500 manat məbləğində ilkin ödənişi tam şəkildə xx.xx.2022-ci il tarixinədək ödəməyi təyin edir. Qeyd edilmiş tarixədək ilkin ödənişin qalıq hissəsi ödənilmədiyi halda avtomobilin hərəkəti məhdudlaşdırılacaqdır. Bu müqavilə üzrə ödənilməmiş ödənişlər, lizinq alanın təqsiri ucbatından lizinq verənin mülkiyyətinə və digər qanuni mənafelərinə dəyən zərərin əvəzi və yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar ödənilməmiş inzibati cərimələr birtərəfli qaydada lizinq alanın öhdəliyinə verilir. 3.8-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə edib-etməməsindən asılı olmayaraq, lizinq ödənişləri cədvəlində göstərilmiş müvafiq tarixdə lizinq ödənişlərini həyata keçirməlidir. 4.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Lizinq obyektindən müvəqqəti istifadə hüququ lizinq alana tam həcmdə keçir. 4.2-ci bəndinə əsasən lizinq obyektinə lizinq verənin mülkiyyət hüququna bu Müqavilə və qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada lizinq obyektini lizinq alanın müvəqqəti sahibliyi və istifadəsindən geri götürmək hüququ daxildir. 4.3-cü bəndinə əsasən lizinq alan lizinq obyektinin təhvil-təslim aktı imzaladığı andan sonra lizinq obyektinin saxlanmasına görə tam məsuliyyət daşıyır və lizinq obyektinin itirilməsinin və ya zədələnməsinin qarşısını almaq üçün öz hesabına zəruri tədbirlər görür. 4.4-cü bəndinə əsasən lizinq alan tərəfindən lizinq üzrə bütün borclar, öhdəliklər, lizinq obyektinin qalıq dəyəri, sığorta borcları tam ödənildikdə lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir: 4.6-cı bəndinə əsasən lizinq obyektinin saxlanmasına, cari və əsaslı təmirinə çəkilən xərclər “lizinq alan" tərəfindən ödənilir. Bu xərclər lizinq ödəmələrinə daxil edilə bilməz. 7.1-ci bəndinə əsasən lizinq obyekti lizinq alana 48 ay müddətinə lizinqə verilir. Lizinq alanın lizinq ödənişlərini həyata keçirmək vəzifəsi bu müqavilə imzalandığı gündən yaranır və lizinq ödənişləri cədvəlinə (1 saylı Əlavəyə) əsasən aparılır. 7.2-ci (d) bəndinə əsasən lizinq verən lizinq alanı xəbərdar etməklə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən lizinq alan lizinq ödənişlərini bu müqavilə ilə nəzərdə tutulan qaydada və həcmdə (1 saylı əlavədə qeyd edilən qaydada və müddətdə) ödəmədikdə bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. 7.3-cü bəndinə görə lizinq verən həmçinin lizinq alandan öz xeyrinə mübahisəsiz qaydada pul vəsaitlərinin və cərimələrin silinməsi və lizinq obyektinin geri tələb edilməsi hüququna malikdir. Bu zaman lizinq verənə ödənilmiş lizinq ödənişləri lizinq alana geri qaytarılmır. 8.1-ci bəndinə görə müqavilənin müddəti ərzində lizinq alan müvafiq qanunlarda operator məfhumuna verilən mənalara uyğun olaraq, lizinq obyektinin operatoru sayılır və o, dövlət və ya üçüncü şəxslər və lizinq verən qarşısında lizinq obyektindən və /və ya onun istifadəsi nəticəsində dövlətə, üçüncü şəxslərə, yaxud lizinq verən, ətraf mühitə və ya təbiətə dəymiş hər hansı dərəcədə və hər növ zərərə görə məsuliyyət daşıyır. 8.2-ci bəndinə əsasən lizinq alanın öz vəzifələrini yerinə yetirməməsinə görə lizinq verənin çəkdiyi bütün məsrəflər lizinq alan tərəfindən ödənilir. 10.3-cü bəndinə görə lizinq obyekti olan nəqliyyat vasitəsinin lizinq alana təhvil verildiyi andan həmin nəqliyyat vasitəsinin 3-cü şəxslər tərəfindən idarə olunması zamanı onların təqsirindən vermiş hər hansı hadisəyə görə vurulmuş ziyan tam həcmdə lizinq alan tərəfindən ödənilir. Müqavilə lizinq verənin imzası və möhürü ilə, lizinq alanın imzası ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli, MASSİ-166C/22 nömrəli lizinq müqaviləsinə 2 saylı əlavə olan 06 oktyabr 2022-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli, MASSİ-166C/22 nömrəli lizinqi müqaviləsinin şərtlərinə əsasən lizinq predmeti olan 1 ədəd “Chevrolet Malibu” sedan markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi: 1G1ZE5ST3HF106103, rəngi: qara metallik, buraxılış ili: 2016, mühərrik həcmi: 1490 sm3) nəqliyyat vasitəsini tam işlək və saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. Təhvil-təslim aktı llizinq verənin imzası və möhürü ilə, lizinq alanın imzası ilə təsdiq edilmişdir. Ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixli, MASSİ-166C/22 nömrəli lizinq müqaviləsinə əsasən lizinq alan Cavabdeh müqavilə bağlandığı vaxtdan 48 ay ərzində (ödənişin başlama tarixi xx.xx.2022-ci ildir) ilkin ödəniş 2.500 manat, xx.xx.2022-ci ildə 360 manat, daha sonra xx.xx.2022-ci ildən başlayaraq xx.xx.2026-cı ilə (daxil olmaqla) qədər hər 15 gündən bir 600 manat, 48-ci ayda (xx.xx.2026-cı ildə) 240 manat olmaqla cəmi 60.100 lizinq ödənişlərini "xxxx" MMC-yə ödəməli idi. Ödəniş cədvəli llizinq verənin imzası və möhürü ilə, lizinq alanın imzası ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli MASSİ-YV 166C/22 saylı yol vərəqəsi ilə müəyyən edilir ki, X5 xx.xx.2022-ci il tarixli, MASSİ-166C/22 nömrəli lizinq müqaviləsi və Cavabdeh 06.140.2022-ci il tarixli müraciəti əsasında lizinqə verilmiş 1 ədəd “Chevrolet Malibu” sedan markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi: 1G1ZE5ST3HF106103, rəngi: qara metallik, buraxılış ili: 2016, mühərrik həcmi: 1490 sm3) nəqliyyat vasitəsinin yalnız Azərbaycan Respublikasının ərazisində idarə edilməsində səlahiyyətlidir. Bu yol vərəqəsi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il (daxil olmaqla) tarixinə qədər etibarlıdır. smsradar.az portalının (ödəniş tarixçəsi bölməsinin) çıxarışı ilə müəyyən olunur ki, X5 İXM-nın 328.1-ci maddəsinə əsasən (**-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə) yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə EQ11759879 nömrəli protokol üzrə xx.xx.2022-ci il tarixində 10 manat məbləğində cərimə edilib və xx.xx.2022-ci il tarixdə 10,30 manat məbləğində ödəniş edilib. xx.xx.2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, DİN BDYPİ-nin hesabına EQ11759879 nömrəli protokol üzrə 10,30 manat məbləğində pul vəsaiti (Səxavət Rəsulovla bağlı cərimə) ödənilmişdir. smsradar.az portalının (ödəniş tarixçəsi bölməsinin) çıxarışı ilə müəyyən olunur ki, X5 İXM-nın 328.1-ci maddəsinə əsasən (**-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə) yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə EQ11712205 nömrəli protokol üzrə xx.xx.2022-ci il tarixində 10 manat məbləğində cərimə edilib və xx.xx.2022-ci il tarixdə 10,60 manat məbləğində ödəniş edilib. xx.xx.2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, DİN BDYPİ-nin hesabına EQ11712205 nömrəli protokol üzrə 10,60 manat məbləğində pul vəsaiti (Səxavət Rəsulovla bağlı cərimə) ödənilmişdir. X10 (X4 VÖEN - **********) tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli xidmət sənədinə (qüsur aktına) əsasən **-PF-*** dövlət qeydiyyat nömrəli, “Chevrolet” markalı avtomobilə göstərilən xidmətə və alınmalı olan ehtiyat hissələrinə tələb olunan xərc cəmi 655 manat təşkil edir. Lizinq verənin nümayəndələri Şahin Sultanov və Emil Xəlilov tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli akta əsasən müəyyən edilir ki, müqavilə predmeti olan lizinq obyekti 1 ədəd **-PF-*** dövlət qeydiyyat nömrəli, “Chevrolet” markalı avtomobil lizinq alanın sahibliyindən geri götürülmüş və lizinq verənə geri qaytarılmışdır. Avtomobil təhvil alınan zaman X2 təhvil-təslimdə iştirak etməkdən imtina etdi. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 26 oktyabr 2022-ci il tarixli müqavilənin ləğv edilməsinə dair bildirişdən görünür ki, onunla aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, MASSİ-166C/22 nömrəli daxili lizinq müqaviləsi ilə (7.2-ci bənd) üzrə üzərinə düşən öhdəlikləri lazımınca və tam həcmdə icra etmədiyi üçün müqavilənin şərtlərinə uyğun olaraq aralarında bağlanmış daxili lizinq müqaviləsinə tərəflərindən birtərəfli olaraq xitam verilmişdir. Yuxarıda qeyd edilən əsasla müqaviləyə birtərəfli olaraq tərəflərindən xitam verildiyi üçün lizinq verən qarşısında müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş ziyanın 7 iş ərzində ödənilməsi təklif edilmiş, əks halda hüquqların müdafiəsi ilə bağlı məhkəmə müdafiəsindən istifadə ediləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, həmin tarixə xx.xx.2022-ci il tarixli, MASSİ-166C/22 nömrəli daxili lizinq müqaviləsi üzrə Cavabdeh ilkin ödəniş üzrə borcu 2.500 manat, aylıq ödəniş üzrə borcu 800 manat, vurulmuş maddi zərərə görə borcu 655 manat olmaqla, ümumi borcu 3.955 manat təşkil edir. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, MMC tərəfindən daxili lizinq müqavilələri üzrə lizinq borcunun ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: xx.xx.2022-ci il tarixli MASSİ-94C/22 nömrəli daxili lizinq müqaviləsi üzrə dəymiş maddi zərər tələbi ilə bağlı: Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında xx.xx.2022-ci il tarixli MASSİ-94C/22 nömrəli daxili lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmış, sözügedən lizinq müqaviləsinə əsasən iddiaçı 02 iyun 2022-ci il tarixində lizinq obyekti olan 1 ədəd “BMW 528İ” sedan markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi: WBA5A5C50ED511745, rəngi: ağ, buraxılış ili: 2014, mühərrik həcmi: 1997 sm3) nəqliyyat vasitəsini tam işlək və saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə tərəflər həmin müqaviləyə qarşılıqlı razılaşma yolu ilə xitam vermişlər. Hazırda iddiaçı "xxxx" MMC (lizinq verən) sözügedən lizinq müqaviləsi üzrə cavabdehdən lizinq obyektinə vurulmuş real maddi zərərə 1.635 manat və eləcə də lizinq obyektindən istifadə etdiyi dövrdə yol hərəkəti qaydaların pozulması ilə bağlı tətbiq edilmiş inzibati cərimələrə görə 103,70 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 748- 7.1-ci, 443.7, 21.1, 21.2-ci maddələri təşkil edir. Mülki Məcəllənin: 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Hazırkı halda iş materiallarından görünür ki, tərəflərin imzalandıqları xitam aktında lizinq alanın lizinq verənə lizinq ödənişləri ilə yanaşı lizinq lizinq obyektinə vurulmuş zərərə görə və inzibari cərimələrə görə borcunun olması qeyd edilmişdir. Odur ki, cavabdeh həmin aktı imzalamaqla tərəfindən lizinq müqaviləsinin qüvvədə olduğu və lizinq obyektinin onun istifadəsində olduğu müddətdə lizinq obyektinə maddi zərər vurulması faktını təsdiq etmişdir. Bundan əlavə müqaviləyə xitam verildiyi tarixdə avtomobilə texniki baxış keçirilmiş və baxış nəticəsində “X10” MMC tərəfindən tərtib edilmiş xidmət sənədinə əsasən avtomobilə çəkilməli olan xərclər (alınmalı ehtiyat hissələri və xidmət haqqı daxil olmaqla) 1635 manat təşkil etməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə mülki qanunvericilik normalarına, eləcə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən lizinq müddəti ərzində lizinq obyektinə vurulmuş zərərə görə lizinq alanın məsuliyyət daşıdığını nəzərə alaraq iddiaçı "xxxx" MMC lizinq obyektinə dəymiş 1635 manat dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. İddianın inzibati cərimələrə görə pulun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli lizinq müqaviləyə əsasən lizinq alanın lizinq obyektindən istifadə etdiyi müddət ərzində lizinq obyekti olan avtomobilin idarə edilməsi zamanı yol hərəkəti qaydalarının pozulması ilə bağlı hesablanmış inzibati cərimələrin ödənilməsi lizinq alanın öhdəliklərinə aid edilmişdir. Hazırkı halda lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq obyekti olan avtomobilin idarə edilməsi zamanı yol hərəkəti qaydalarının pozulmasına görə cəmi 102 manat məbləğində inzibati cərimələrin tətbiq edilməsi iş materialları, o cümlədən sms radar portalından çıxarışlar və xitam aktı ilə öz təsdiqini tapsa da, iddiaçı həmin cərimələrin yalnız 11,10 manat və 20,60 manat məbləğində, ümumilikdə 31,70 manat hissəsinin tərəfindən ödənilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli ********* nömrəli və xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzləri məhkəməyə təqdim etmişdir. Beləliklə, iş materialları ilə lizinq alanın lizinq müqaviləsində nəzərdə tutulmuş lizinq obyektinin idarə edilməsi ilə bağlı tətbiq edilmiş inzibati cərimələri ödəmək öhdəliyini icra etməməsi nəticəsində lizinq verənə yalnız 31,70 manat məbləğində maddi zərərin vurulması faktı müəyyən edilir. Odur ki, həmin iddia qismən - 31,70 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır. İnzibati cərimələrin iddiaçı tərəfindən ödənilməmiş hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin cərimələr lizinq obyekti olan avtomobili idarə etmiş X3 münasibətdə tətbiq edilmiş və həmin şəxs tərəfindən dövlət büdcəsinə ödənilməli olduğundan, eləcə də mübahisəli lizinq müqaviləsində həmin cərimələrin lizinq alan tərəfindən aidiyyəti üzrə dövlət büdcəsinə deyil, məhz lizinq verənə ödənilməli olması nəzərdə tutulmadığından həmin cərimələrin cavabdehdən iddiaçının xeyrinə tutulması üçün qanuni və ya müqavilə əsasının mövcudluğu müəyyən edilmir. Odur ki, həmin hissədə iddia əsassız olmaqla rədd edilməlidir. Xitam aktında cavabdehin inzibati cəriməyə görə 102 manat məbləğində borcun olmasını təsdiq etməsi məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, həmin sənəddə cavabdeh borcunun olması faktını təsdiq etsə də, həmin sənəd borcun ödənilməsi vədini əks etdirmir, həmin ödəmənin həyata keçiriləcəyi zaman hüdudlarını müəyyən etmir, digər tərəfdən razılaşmanın əsas məqsədi borcun etirafı deyil, tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməsidir, odur ki, həmin sənədin borcun etirafı barədə mücərrəd müqavilə kimi qəbul edilməsi üçün əsas yoxdur. Odur ki, həmin sənəd yalnız borcun mövcudluğuna dəlalət edən sübut qismində məhkəmə tərəfindən qəbul edilir. Belə olan halda isə həmin sənədin mövcudluğu iş materiallarında olan digər sübutlar da nəzərə alınmaqla sözügedən məbləğin cavabdehdən tutulması üçün əsas olub-olmamasının məhkəmə tərəfindən ümumi qaydada araşdırılması zərurətini aradan qaldırmır. xx.xx.2022-ci il tarixli MASSİ-166C/22 nömrəli daxili lizinq müqaviləsi ilə bağlı: Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında xx.xx.2022-ci il tarixli MASSİ-166C/22 nömrəli daxili lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək lizinq obyektini cavabdehin istifadəsinə və sahibliyinə versə də, Cavabdeh ilkin ödənişi, eləcə də digər lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq ödəməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. xx.xx.2022-ci il tarixdə lizinq verən "xxxx" MMC lizinq obyekti onun sahibliyindən geri götürməklə lizinq müqaviləsindən birtərəfli qaydada imtina etmişdir. Hazırda iddiaçı "xxxx" MMC lizinq obyektindən istifadəyə görə ödənilməli olan 800 manat lizinq ödənişinin, 2.500 manat məbləğində ilkin ödənişin, lizinq predmetinə vurulmuş 655 manat məbləğində maddi zərərin, yol hərəkəti qaydalarının cavabdeh tərəfindən pozulması nəticəsində tətbiq olunan protokollar (qərarlar) üzrə hesablanmış cərimələrə görə 20,90 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. İddianın lizinq ödənişinin və ilkin ödənişin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-2.5-ci maddəsinə görə maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. 750-ci maddəsinə görə lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Yuxarıda göstərilən normaların məzmunundan və mübahisəli müqavilənin şərtlərindən də göründüyü kimi daxili lizinq müqaviləsinin şərtlərinə görə lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. Bu baxımdan maliyyə lizinq müqaviləsində müəyyən edilmiş lizinq ödənişlərinə lizinq obyektindən istifadəyə görə haqq və lizinq verənin mükafatı ilə yanaşı lizinq obyekti olan əmlakın dəyəri də daxil edilir. Hazırkı işdə lizinq obyekti lizinq alanın öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə lizinq verənə qaytarıldığından mübahisəsizdir ki, lizinq alan lizinq obyektindən bütün lizinq müddəti ərzində istifadə edə bilməmiş (lizinq müddəti 48 ay olduğu halda yalnız 19 ay gün lizinq obyektindən istifadə etmiş), eləcə də lizinq obyekti lizinq verənin mülkiyyətində qalmışdır. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" MMC yalnız lizinq alanın lizinq obyektindən faktiki istifadə etdiyi müddət üçün hesablanmış lizinq ödənişlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh lizinq obyektinin qaytarıldığı tarixədək olan müddət üçün tutulmalı olan lizinq ödənişlərin məbləğinə gəldikdə ödəniş cədvəlinə əsasən müəyyən edilir ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixədək xx.xx.2022-ci ildə 360 manat, daha sonra xx.xx.2022-ci il tarixədək olan (11 günlük) dövr üçün hər gün 40 manat olmaqla, cəmi 440 manat məbləğində pul vəsaiti ödənilməli idi. Odur ki, iddiaçının 800 manat məbləğində lizinq ödənişlərin cavabdehdən tutulması tələbinə dair iddiası əsaslıdır. İlkin ödənişə münasibətdə məhkəmə qeyd edir ki, ilkin ödənişin ödənilməsinin məqsədi mübahisəli lizinq müqaviləsində müəyyən edilməmişdir, belə olan halda lizinq ödənişlərinin məcmusuna daxil olan ilkin ödəniş də digər lizinq ödənişləri kimi lizinq verən tərəfindən lizinq alana lizinq müddəti ərzində lizinq obyektinə sahiblik və istifadə etmək və sonda lizinq ödənişləri ödənildikdən sonra lizinq obyektinə dair mülkiyyət hüququnun verilməsi müqabilində ödənilən haqqdır. Lakin digər lizinq ödənişlərindən fərqli olaraq ilkin ödəniş lizinq verən tərəfindən öhdəliklərin müvafiq hissəsi icra edilməmişdən əvvəl, yəni qabaqcadan ödənilir. Belə olan halda isə həmin ödəniş Mülki Məcəllənin tələblərinə əsasən avans (qabaqcadan ödəniş) kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının 04 iyun 2021-ci il tarixli “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” qərardadının 49 və 50-ci bəndlərinə əsasən hüquq ədəbiyyatına görə avans gələcəkdə alınacaq mal və ya göstəriləcək xidmətlərin dəyərinin əvvəlcədən qismən pul şəklində ödənilmiş məbləğidir.MM-in “Öhdəliklərin icrasının təmin edilməsi” adlanan XXİV fəslində yer alan 491-ci maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Beləliklə, ilkin ödəniş lizinq müqaviləsi üzrə lizinq verən tərəfindən gələcəkdə icra edilməsi nəzərdə tutulan öhdəliklərə görə qabaqcadan ödənilən məbləğ olduğu halda, hazırkı halda mübahisəli müqavilədən lizinq verən tərəfindən bağlandığı tarixdən 19 gün sonra birtərəfli qaydada imtina edilmiş, bununla da lizinq verənin lizinq obyektini lizinq müqaviləsinin qalan müddəti ərzində lizinq obyektini lizinq alanın istifadəsinə və sahibliyinə vermək, eləcə də lizinq müddətinin sonunda lizinq obyektini lizinq alanın mülkiyyətinə vermək öhdəliklərinə xitam verilmişdir. Belə olan halda isə lizinq alandan lizinq müqaviləsinin qüvvədə olduğu və lizinq obyektinin istifadəsində olduğu müddət üçün lizinq ödənişləri ilə yanaşı bütün müqavilə müddəti üçün lizinq obyektindən istifadəyə görə və lizinq obyektinin əldə edilməsinə görə qabaqcadan ödənilməsi nəzərdə tutulan ilkin ödənişin də lizinq alandan tutulması lizinq verənin faktiki icra etdiyi öhdəliyin müqabilində müqavilə üzrə əldə etməsinə haqqı çatanlardan daha artıq vəsait əldə etməsinə, yəni əsassız varlanmasına səbəb olur. Odur ki, ilkin ödənişin qaytarılması hissəsində iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda iddianın MASSİ-166C/22 nömrəli, xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə vurulmuş maddi zərərin, eləcə yol hərəkəti qaydalarının pozulması ilə bağlı hesablanmış və iddiaçı tərəfindən ödənilmiş cərimələrə görə pulun tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsi üzrə lizinq alan tərəfindən lizinq obyektindən istifadə edildiyi müddətdə lizinq obyektinə zərərin vurulması faktını və zərərin məbləğini müəyyən etmək üçün lizinq obyektə geri götürüldüyü tarixdə texniki baxış keçirilmiş və nəticəsində X10 tərəfindən tərtib edilmiş xidmət sənədi ilə lizinq obyektinə dəymiş zərərin 655 manat təşkil etməsi müəyyən edilmişdir. Bununla yanaşı müqavilə şərtlərinə əsasən lizinq obyektinin cavabdehin istifadəsində olduğu müddətdə həmin lizinq obyekti olan avtomobilin idarə edilməsi zamanı yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar tətbiq edilmiş inzibati cərimələr cavabdeh tərəfindən ödənilməli olduğu halda iddiaçı tərəfindən həmin cərimələrə görə 20,90 manat məbləğində pul vəsaiti ödənilmiş, yəni inzibati cərimələrin cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin icra edilməməsi ilə bağlı iddiaçıya maddi zərər dəymişdir. Belə olan halda məhkəmə hesab edir ki, MASSİ-166C/22 nömrəli, xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə vurulmuş maddi zərərin əvəzi olaraq 655 manat və “Chevrolet Malibu” sedan markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı yol hərəkəti qaydalarının pozulması ilə bağlı protokollar (qərarlar) üzrə hesablanmış və iddiaçı tərəfindən ödənilmiş cərimələrin əvəzi olaraq 20,90 manat məbləğində pul vəsaiti Cavabdeh tutulmalıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 10 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 77,15 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 35 manat və dövlət rüsumunun əvəzi olaraq 6 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, eyni zamanda cavabdehdən 7,15 manat məbləğində dövlət rüsumu kəsiri tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 94C/22 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə vurulmuş maddi zərərin əvəzi olaraq 1635 manat, yol hərəkəti qaydalarının pozulması ilə bağlı protokollar (qərarlar) üzrə hesablanmış və iddiaçı tərəfindən ödənilmiş cərimələrin əvəzi olaraq 31,7 manat məbləğində pul vəsaiti, xx.xx.2022-ci il tarixli, 166C/22 nömrəli daxili lizinq müqaviləsi üzrə 800 manat məbləğində lizinq ödənişi, eləcə lizinq obyektinə vurulmuş maddi zərərin əvəzi olaraq 655 manat və yol hərəkəti qaydalarının pozulması ilə bağlı protokollar (qərarlar) üzrə hesablanmış və iddiaçı tərəfindən ödənilmiş cərimələrin əvəzi olaraq 20,90 manat, cəmi 3214,6 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 35 manat məbləğində, dövlət rüsumunun əvəzi olaraq 6 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Cavabdehdən 7,15 manat məbləğində dövlət rüsumu kəsiri tutularaq dövlət büdcəsinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin.. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar