Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7400/2024 07.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 may 2013cü il tarixli "525-L/13" və 17 yanvar 2018-ci il tarixli "29-GL/18" nömrəli müqavilənin ləğv edilməsi və Cavabdeh 20 may 2013-cü il tarixli "525-L/13" nömrəli müqavilə üzrə 1 057 (bir min əlli yeddi) manat qalıq borc, 951,63 (doqquz yüz əlli bir manat 63 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2 008,63 (iki min səkkiz manat 63 qəpik) manat və 17 yanvar 2018-ci il tarixli "29-GL/18" nömrəli müqavilə üzrə 508 (beş yüz səkkiz) manat qalıq borc 556,26 (beş yüz əlli altı manat 26 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1 064,26 (bir min altmış dörd manat 26 qəpik) manat pul vəsaitinin pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının (bundan sonra - texnika) lizinqə verilməsi barədə” "xxxx" ASC iləCavabdeh arasında bağlanmış 20 may 2013-cü il tarixli "525-L/13" və 17 yanvar 2018-ci il tarixli "29-GL/18" nömrəli müqavilələrə əsasən, borclu (lizinq alan) texnikanı ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 20 may 2013-cü il tarixli"525-L/13" nömrəli müqavilə üzrə 1 057 (bir min əlli yeddi) manat qalıq borc, 951,63 (doqquz yüz əlli bir manat 63 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2 008,63 (ikimin səkkiz manat 63 qəpik) manat və 17 yanvar 2018-ci il tarixli"29-GL/18" nömrəli müqavilə üzrə 508 (beş yüz səkkiz) manat qalıq borc 556,26 (beş yüz əlli altı manat 26 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1 064,26 (bir min altmış dörd manat 26 qəpik) manat maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan RespublikasıMülki Məcəlləsinin (bundan sonra – Məcəllə) 427.3-cü, 442-ci və 445.2.1- ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məcəllənin 442-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraicət edərək, 20 may 2013-cü il tarixli "525-L/13" nömrəli müqavilə üzrə 1057 manat qalıq borc, 951,63 manat cərimə borcu olmaqla ümumilikdə 2008,63 manat və 17 yanvar 2018-ci il tarixli “29-GL/18”nömrəli müqavilə üzrə 508 manat qalıq borc, 556,26 manat cərimə borcu olmaqla ümumilikdə 1064,26 manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, 20 may 2013-cü il tarixli “525-L/13” nömrəli və 17 yanvar 2018-ci il tarixli "29- GL/18" nömrəli müqavilələr üzrə 556,26 manat və 951,63 (doqquz yüz əlli bir manat 63 qəpik) manat cərimə borcunun cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.Sadıqov iddia tələbini müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tələb edilən əsas borcu tam şəkildə xx.xx.2024-cü il tarixdə ödəmişdir, bu səbəbdən hazırda yalnız dəbbə pulu tələb edilir.
6. Əvvəlki məhkəmə iclasında cavabdeh iddia ərizəsində göstərilən əsas borcu qəbul etdiyini, lakin cərimə borcunu qəbul etmədiyini bildirmişdir.
7. Cavabdehə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə sonuncu məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 17 yanvar 2018-ci il tarixli "29-GL/18" nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 4980 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-ə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götrür.
12. Müqavilənin 1.3-cü bəndinə texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur.
13. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin Əlavə 2-də göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir.
14. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
15. Müqaviləyə 1 nömrəli Əlavə spesifikasiyadan görünür ki, cavabdehə verilmiş texnikaların dəyəri ümumilikdə 16900 manat, güzəştdən sonrakı qalıq məbləği isə 4980 manat təşkil edir.
16. Müqaviləyə əlavə edilmiş 2 nömrəli Əlavə 17 yanvar 2018-ci il tarixli "29-GL/18" nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikinə əsasən cavabdeh tərəfindən 2018-2022-ci illərin aylar üzrə ödənilməli məbləğləri əksini tapmışdır.
17. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 20 may 2013-cü il tarixli “525-L/13” nömrəli müqaviləyə əsasən lizinq verən müqavilədə göstərilmiş kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqda sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.
18. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götrür.
19. Müqavilənin 1.4-cü bəndinə texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur.
20. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin Əlavə 1-də göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir.
21. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
22. Müqaviləyə 1 nömrəli Əlavəsindən görünür ki, cavabdehə verilmiş texnikaların ümumi məbləği 28440 manat təşkil edir.
23. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 21 may 2013-cü il tarixli aktdan görünür ki, aktda adları göstərilən texnikalar saz, nizamlanmış və komplekt halda nümayəndəlikdən lizinq alana təhvil verilmişdir.
24. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 21 sentyabr 2017-ci il tarixli 5/499 nömrəli aktdan görünür ki, aktda adları göstərilən texnikalar saz, nizamlanmış və komplekt halda nümayəndəlikdən lizinq alana təhvil verilmişdir.
25. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 17 yanvar 2018-ci il tarixli "29-GL/18" nömrəli müqaviləyə əsasən cavabdehin cərimə borcu 556,26 manat, cəmi borc 556,26 manat təşkil edir.
26. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 20 may 2013-cü il tarixli “525-L/13” nömrəli müqaviləyə əsasən cavabdehin cərimə borcu 951,63 manat, cəmi borc 951.63 manat təşkil edir.
27. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən cavabdeh tərəfindən iddiaçıya lizinq müqavilələri üzrə 1567 manat pul ödənilmişdir.
28. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 20 may 2013cü il tarixli “525-L/13” nömrəli və 17 yanvar 2018-ci il tarixli "29-GL/18" nömrəli lizinq müqavilələri bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri vaxtında icra etməmişdir.
29. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
32. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
33. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
35. Belə ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 20 may 2013-cü il tarixli “525-L/13” nömrəli və 17 yanvar 2018-ci il tarixli "29-GL/18" nömrəli müqavilələr üzrə 556,26 manat və 951,63 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
36. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
37. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
38. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
39. Belə olan halda məhkəmə tələb olunan cərimələrin əsas borc məbləğlərinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimələr tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə - 20 may 2013-cü il tarixli “525-L/13” nömrəli müqavilə üzrə 30 manat, 17 yanvar 2018-ci il tarixli "29-GL/18" nömrəli müqavilə üzrə isə 15 manat məbləğində müəyyən edilməlidir.
40. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 20 may 2013-cü il tarixli “525-L/13” nömrəli müqavilə üzrə 30 manat, 17 yanvar 2018-ci il tarixli "29-GL/18" nömrəli müqavilə üzrə isə 15 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, habelə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
V. Nəticə:
43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 15 manat dəbbə pulu, ümumilikdə 45 (qırx beş) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova