Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-742/2021 13.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi , iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "İddiaçı” MMC-nin Cavabdehnə qarşı "borcun ödənilməsi” tələbinə dair kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı” MMC Cavabdehnə qarşı "borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən yaranmış 6229,12 AZN məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 1039,87 AZN cərimə faizinin və ödənilmiş 30 AZN dövlət rüsumunun, ümumilikdə 7 298,99 (yeddi min iki yüz doxsan səkkiz manat doxsan doqquz qəpik) AZN məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə (bundan sonra Alıcı) İddiaçı MMC (əvvəlki adı “X4”MMC) (bundan sonra Satıcı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 318 saylı alqı-satqı müqaviləsinə əsasən müəssisənin istehsal etdiyi malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. İddiaçı MMC öz üzərinə götürdüyü öhdəlikləri tamamilə icra etsə də cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi tam yerinə yetirməmişdir. Belə ki, müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 6 229,12 (altı min iki yüziyirmi doqquz manat, on iki qəpik) AZN məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək AR Vergilər Nazirliyinin elektron qaimə-faktura sistemindən təqdim edilmiş 340241, 340294, 365177, 381365, 382650, 388031, 396496, 396923, 397756, 715924, 789945, 790317, 113976, 114125, 147447, 165370, 178832, 808262, 808844, 658916, 659238, 683710, 692678, 772465, 772530, 802019, 807312, 867607, 867662, 015604, 069927, 155828, 227668, 367664, 407163, 446117, 446249, 641328, 656177, 400667, 940471, 941241, 980117, 301916, 302014, 246267, 246466, 339507, 705795, 705845, 872952, 874022, 874064, 135794, 137206, 160009, 507070, 507247, 573848, 574105, 574921, 311940, 312057, 312144, 312421, 351254, 351450, 360645, 360691, 895436, 895293, 928031, 928076, 928442, 118549, 118531, 804088, 428343, 101760, 879070, 426981, 517012, 562963, 046170, 136840, 501960, nömrəli qaimə-faktura sənədlərinə əsasən, Cavabdehnə ümumilikdə 778 432.49 AZN (ƏDV daxil) məbləğində inşaat məhsulları satılmışdır. Lakin cavabdeh satılan məhsulların bir hissəsinin dəyərini ödəməmiş, nəticədə iddiaçıya 6 229,12 AZN məbləğində qalıq borcu qalmışdır. xx.xx.2020-ci il tarixində Cavabdeh MMC-nin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilmiş və qalıq borcun 15 gün ərzində ödənilməsi tələb olunmuşdur. Lakin dəfələrlə müraciət edilməsinə baxmayaraq heç bir ödəniş edilməmiş, münasibatlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Cavabdeh müəssisənin tikinti materiallarından yararlanaraq gəlir əldə etməsi, müəssisənin pul vəsaitini özündə saxlamaqla və qanunsuz olaraq qaytarmaqdan yayınmaqla müəssisənin pul vəsaitindən faydalanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi hər hansı bir üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Satıcı "İddiaçı” MMC ilə alıcı Cavabdeh arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 318 saylı alqı-satqı müqaviləsinə əsasən, müəssisənin istehsal etdiyi malları, “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 3.1 -ci bəndinə əsasən malların hər vahidinin qiyməti, Müqavilənin ayrılmaz hissəsi sayılan (Müqaviləyə 1 saylı Əlavə) Spesifikasiyada göstəririlir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən malların hər vahidinin qiyməti inflyasiya prossesləri, qiymətlərin mövsümü dəyişməsi, bazarın konyukturasının dəyişməsi ilə əlaqədar olaraq, Tərəflərin qarşılıqlı razılaşması əsasında (Müqaviləyə əlavə Sazişlər şəklində) dəyişdirilə bilər. Həmin Müqavilənin 4.1 -ci bəndinə əsasən malların təhvil-təslimi Alıcının sifarişindən 2 gün ərzində Satıcının anbarında həyata keçirilir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən satıcının anbarında Malların Alıcıya təhvil verdiyi gün Satıcının öz öhdəliklərini icra etdiyi gün hesab olunur; həmin tarix Malların təhvil-təslimi barədə aktla və yaxud Malların qəbulu haqqında sənədlə (Qaimə- faktura) təsdiqlənir. Həmin Müqavilənin 5.1 -ci bəndinə əsasən ödəmə bank köçürməsi yolu ilə və yaxud nəğd hesablaşma (ödəniş) yolu ilə Malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin icrası müddətində yarana biləcək hər hansı məbləğdə əlavə debiıtor borcu bu müqavilənin bitmə tarixindən gec olmayaraq ödənilməlidir. İş materiallarına əlavə edilmiş AR Vergilər Nazirliyinin elektron qaimə-faktura sistemindən çıxarışa əsasən, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 340241, 340294, 365177, 381365, 382650, 388031, 396496, 396923, 397756, 715924, 789945, 790317, 113976, 114125, 147447, 165370, 178832, 808262, 808844, 658916, 659238, 683710, 692678, 772465, 772530, 802019, 807312, 867607, 867662, 015604, 069927, 155828, 227668, 367664, 407163, 446117, 446249, 641328, 656177, 400667, 940471, 941241, 980117, 301916, 302014, 246267, 246466, 339507, 705795, 705845, 872952, 874022, 874064, 135794, 137206, 160009, 507070, 507247, 573848, 574105, 574921, 311940, 312057, 312144, 312421, 351254, 351450, 360645, 360691, 895436, 895293, 928031, 928076, 928442, 118549, 118531, 804088, 428343, 101760, 879070, 426981, 517012, 562963, 046170, 136840, 501960 nömrəli qaimə-fakturalar üzrə Cavabdehnə ümumilikdə 778.432,49 AZN (ƏDV daxil) məbləğində inşaat məhsullarının satışı ilə bağlı elektron qaimə göndərilmişdir.. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, "Cavabdeh" MMC ilə "İddiaçı" MMC arasında inşaat materiallarının alqı-satqısı həyata keçirilmiş və cavabdehin müəssisəyə hal-hazırda 6 229,12 AZN məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə hazırki borc 6.229,12 AZN, əldən çıxmış faydaya görə borc məbləğinin cərimə faizi: 1 il üçün 5%-i - 311,45 AZN, 1 ay üçün 5%-i - 25,95 AZN, 1 gün üçün 5%-i- 0,86 AZN təşkil edir. Beləlilkə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əldən çıxmış faydaya görə cərimə faizinin ümumi miqdarı 1 039,87 (bir min otuz doqquz manat səksən yeddi qəpik) AZN təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "İddiaçı” MMC və Cavabdeh arasında xx.xx.2017-ci il tarixli, 318 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən satıcı sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və ya digər hüququi formada ticarət predmeti olan malları alıcıya satmağı, alıcı isə malı qəbul etməyi və müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini tam olaraq yerinə yetirməmiş, nəticədə 6.229,12 AZN məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarında görünür ki, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilməsinə baxmayaraq, həmin məhsulların dəyəri iddiaçıya tam ödənilməmişdir. Məhkəmə iddia tələbinin iddiaçının cavabdehdən alqı-satqı müqaviləsinə görə yaranmış borcun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında malların alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş malları cavabdehə vermiş, cavabdeh isə həmin malların dəyərini tam olaraq ödəməmiş, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdeh müqavilənin şərtlərinə əsasən göstərilmiş malların dəyərini - 6229,12 AZN məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən əsas borc üzrə - 6229,12 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair“ xx xxxx 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1- ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edilir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. İddiaçı tərəfindən cavabdehin mübahisəli pul məbləğindən faydalandığına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri ilə bağlı Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat (otuz) pul vəsaitinin 10 (on) manat hissəsi iddiaçıya, 20 (iyirmi) manat hissəsi cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "İddiaçı” MMC-nin iddiası qismən təmin edilməli, cavabdeh, "Cavabdeh" MMC-dən alqı-satqı müqaviləsi üzrə yaranmış 6.229,12 manat məbləğində əsas borc tutularaq "İddiaçı” MMC ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 6.229,12 (altı min iki yüz iyirmi doqquz) manat (on iki) qəpik məbləğində əsas borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı "İddiaçı” MMC-yə ödənilsin. Dövlət rüsumu olaraq ödənilmiş 10 (on) manat iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-742/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-742/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver