Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-743/2025 17.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 25 sentyabr 2020-ci il tarixli XLS-25/09/20 saylı alqı-satqı müqaviləsi üzrə 16.000,53 manat pul vəsaitinin və ödənilmiş məhkəmə rüsumlarının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən Satıcı İddiaçı ilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən Alıcı Cavabdeh MMC arasında 25 sentyabr 2020-ci il tarixli XLS-25/09/20 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetini İddiaçı MMC-nin metal məhsullarının mülkiyyətini Cavabdeh MMC-yə ötürmək və Cavabdeh MMC isə həmin malları qəbul edib əvəzində ödəniş etməsi təşkil edir. İddiaçı malları təchiz etsə də cavabdeh məlum olmayan səbəblərdən xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə yerinə yetirməli olduğu öhdəlikləri tam olaraq icra etməmiş, təchiz edilmiş mal-materialın qiymətini ödəməyərək 16.000,53 manat məbləğində öhdəlik icra edilməmiş qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2020-ci il tarixli 25/09/20 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır.
11. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya müxtəlif çeşiddə metal satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.
12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
13. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı MMC-nin üzərinə düşür.
14. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə 5.050,51 manat dəyərində, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə 2.340,70 manat dəyərində, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə 4.491,07 manat dəyərində, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə 22.709,93 manat dəyərində, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə 7.920,71 manat dəyərində mallar iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
15. Qeyd edilən aktları, tərəflər öz imzası və möhürü ilə təsdiq etmişlər.
16. Bundan başqa iddiaçı tərəfindən cavabdehə EBDN seriyalı 294604 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 5.050,51 manat, EBDN seriyalı, 475154 nömrəli, xx.xx.2023cü il tarixli dəyəri 2.340,70 manat, EBDQ seriyalı, 700351 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 4.491,07 manat, EBDU seriyalı, 216856 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 22.709,92 manat, MT2402 seriyalı, 00070504 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 7.920,71 manat olan elektron qaimələr göndərilmişdir..
17. İş materiallarına əlavə edilmiş tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş 2021xx-xx-2024-06-10 dövrü üçün qarşılıqlı hesablaşma tutuşdurma aktına əsasən cavabdehin xx.xx.2024-cü il tarixinə iddiaçıya 29.742,49 manat borcu qalmışdır.
18. Hazırda iddiaçı cavabdeh tərəfindən ödəniş edildiyini bildirərək, 16.000,53 manat borcunun qaldığını bildirmişdir.
19. Cavabdeh tərəf isə məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir
20. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia 16.000,53 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və 16.000,53 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçıya ödəniməlidir.
21. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir
22. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 16.000 (on altı min) manat 53 (əlli üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov