Məhkəmə qərarları › İş №e-2-2(113)-7437/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7437/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7437/2022 19.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı cavabdehlərdən X1 və zaminlik müqaviləsinə əsasən yaranmış 1,419.73 manat gecikdirilmiş əsas borc, 12.74 manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 1,432.47 manat borc məbləğinin və 60 manat məbləğində ödənilmiş mediasiya xərcinin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli KTA-KTT-20/005 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nə xitam verilməsi, lizinq obyekti olan 1 ədəd solis 26 markalı traktor, 1 ədəd Gaspardo Futura 2000 markalı Dərmansəpən, 1 ədəd Palazoğlu 4 markalı Lafet, 1 ədəd Gaspardo chiara 200 markalı Çöpdoğrayan, 1 ədəd Lisicki Z-178 markalı otbiçən, 1 ədəd Solis 90 RX markalı traktorun cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı cavabdehlərdən X1 və zaminlik müqaviləsinə əsasən yaranmış 1,419.73 manat gecikdirilmiş əsas borc, 12.74 manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 1,432.47 manat borc məbləğinin və 60 manat məbləğində ödənilmiş mediasiya xərcinin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli KTA-KTT-20/005 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nə xitam verilməsi, lizinq obyekti olan 1 ədəd solis 26 markalı traktor, 1 ədəd Gaspardo Futura 2000 markalı Dərmansəpən, 1 ədəd Palazoğlu 4 markalı Lafet, 1 ədəd Gaspardo chiara 200 markalı Çöpdoğrayan, 1 ədəd Lisicki Z-178 markalı otbiçən, 1 ədəd Solis 90 RX markalı traktorun cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Mülki Qanunvericiliyin yuxarıda göstərilən normasında (Mülki Məcəllənin 423-cü maddəsi) imperativ qaydada müəyyən edilmişdir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin iddiaçı qanunvericiliyin qeyd olunan imperativ göstərişinə və həmin normanın qeyd olunan şərtlərinə əməl etmədən bilavasitə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl Cavabdeh2nə 17 yanvar 2020-ci il tarixli KTA-KTT-20/005 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nin ləğv edilməsi barədə təklif irəli sürməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilmədən məhkəməyə verildiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 149.2.4-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı cavabdehlərdən X1 və zaminlik müqaviləsinə əsasən yaranmış 1,419.73 manat gecikdirilmiş əsas borc, 12.74 manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 1,432.47 manat borc məbləğinin və 60 manat məbləğində ödənilmiş mediasiya xərcinin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli KTA-KTT-20/005 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nə xitam verilməsi, lizinq obyekti olan 1 ədəd solis 26 markalı traktor, 1 ədəd Gaspardo Futura 2000 markalı Dərmansəpən, 1 ədəd Palazoğlu 4 markalı Lafet, 1 ədəd Gaspardo chiara 200 markalı Çöpdoğrayan, 1 ədəd Lisicki Z-178 markalı otbiçən, 1 ədəd Solis 90 RX markalı traktorun cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar