Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7451/2025 03.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X6, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs, X9 olmaqla) “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan 77AB709 dövlət nömrə nişanlı Changan CS 35 Plus markalı avtomobilə xx.xx.2025-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanla bağlı 19.584 manat sığorta ödənişinin, hüquqi xidmətə görə ödənilmiş 350 manat vəsaitin və ödənilmiş 149 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC və İddiaçı MMC arasında sığorta müqaviləsi bağlanmış, daha sonra sığortaçı "xxxx" ASC tərəfindən sığortalı ”Azərbaycan Avtomobil Evi” MMC-yə xx.xx.2023-cü il tarixli, M0409/23 №-li avtonəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsi verilmişdir. Həmçinin qeyd edim ki, 21 aprel 2025-ci il tarixli etibarnamə əsasında İddiaçı MMC-nin mülkiyyətində olan 77AB709 dövlət nömrə nişanlı Changan CS 35 Plus markalı avtomobilin idarə edilməsi Maraqlı şəxs etibar edilmişdir. Həmin etibarnamənin qüvvədə olduğu müddət ərzində, xx.xx.2025-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermişdir. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X13 İdarəsi tərəfindən “nəqliyyat vasitələrinin zədələnməsi barədə” arayış da verilmişdir. Bildirirəm ki, xx.xx.2025-ci il tarixində İddiaçı MMC-nin mülkiyyətində olan 77AB709 dövlət nömrə nişanlı Changan CS 35 Plus markalı avtomobilə xx.xx.2025-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanla bağlı sığorta ödənişinin verilməsi ilə bağlı Maraqlı şəxs "xxxx" ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.6-cı maddəsinə əsasən, sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi isə “...Mərkəzi Bankın sorğusu üzrə sığortaçı "xxxx" ASC tərəfindən verilmiş cavab məktubu və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, sığortalı “Changan CS35” markalı, 77AB709 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2025-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı sığortaçıya qəsdən yanlış məlumat verilmişdir. Belə ki, hadisə ilə bağlı səlahiyyətli dövlət orqanının təqdim etdiyi forma-4 arayışa əsasən, məlum olmuşdur ki, hadisəni törədən sürücü Siz olmusunuz. X12 Elşən oğlu sığortaçıya video-izahat verərək hadisə zamanı avtonəqliyyat vasitəsini özünün idarə etdiyini bildirmişdir. Bildirilir ki, baş vermiş hadisə barəsində sığortaçıya qəsdən yanlış məlumat verildiyindən sığortaçı əmlaka dəymiş zərərin həcmini qiymətləndirmək imkanından məhrum olduğu üçün Mülki Məcəllənin 935.1.6-cı və 935.1.8-ci maddəsinə əsasən faydalanan şəxsə sığorta ödənişinin verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır” göstərilmişdir. Qeyd edim ki, "xxxx" ASC-nin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanla bağlı sığorta ödənişinin verilməsindən imtina etməsinin heç bir əsası yoxdur. Belə ki, yuxarıda qeyd etdiyim kimi, avtomobil ”Azərbaycan Avtomobil Evi” MMC-nin mülkiyyətində olmuşvə müxtəlif tarixli etibarnamələr əsasında idarə edilmək üçün Maraqlı şəxsna verilmişdir (21 aprel 2025-ci il və 22 may 2025-ci il tarixli etibarnamələr). Həmçinin başvermiş yol-nəqliyyat hadisəsi ilə bağlı xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X13 İdarəsi tərəfindən verilmiş “nəqliyyat vasitələrinin zədələnməsi barədə” arayışdan da görünür ki, həmin arayış məhz Maraqlı şəxs verilmişdir. Ona görə də sığorta ödənişinin verilməsindən imtina tamamilə əsassızdır. Göründüyü kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X13 İdarəsi yol-nəqliyyat hadisəsini və avtomobilin kim tərəfindən idarə edilməsini müəyyən etmiş və bununla bağlı müvafiq qərar qəbul etmişdir. Həmin qərar mübahisələndirilmədən "xxxx" ASC tərəfindən sığorta ödənişini etməməkdən ötrü avtomobilin başqa şəxslər tərəfindən idarə edilməsini bəhanə edərək sığorta ödənişini həyata keçirməkdən formal əsaslarla imtina edilmişdir.
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC məhkəməyə müraciət edərək mülkiyyətində olan 77AB709 dövlət nömrə nişanlı “Changan CS 35 Plus” markalı avtomobilə xx.xx.2025-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanla bağlı 19.584 manat sığorta ödənişinin, hüquqi xidmətə görə ödənilmiş 350 manat vəsaitin və ödənilmiş 149 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC və İddiaçı MMC arasında sığorta müqaviləsi bağlanmış, daha sonra sığortaçı "xxxx" ASC tərəfindən sığortalı ”Azərbaycan Avtomobil Evi” MMC-yə xx.xx.2023-cü il tarixli, M0409/23 №-li avtonəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsi verilmiş, 21 aprel 2025-ci il tarixli etibarnamə əsasında İddiaçı MMC-nin mülkiyyətində olan 77AB709 dövlət nömrə nişanlı Changan CS 35 Plus markalı avtomobilin idarə edilməsi Maraqlı şəxs etibar edilmiş, həmin etibarnamənin qüvvədə olduğu müddət ərzində, xx.xx.2025-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermişdir. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X13 İdarəsi tərəfindən “nəqliyyat vasitələrinin zədələnməsi barədə” arayış da verilmişdir. xx.xx.2025-ci il tarixində İddiaçı MMC-nin mülkiyyətində olan 77AB709 dövlət nömrə nişanlı Changan CS 35 Plus markalı avtomobilə xx.xx.2025-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanla bağlı sığorta ödənişinin verilməsi ilə bağlı Maraqlı şəxs "xxxx" ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.6-cı maddəsinə əsasən, sığorta ödənişinin verilməsindən imtina edilmişdir. "xxxx" ASC-nin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanla bağlı sığorta ödənişinin verilməsindən imtina etməsinin heç bir əsası yoxdur. Belə ki, avtomobil ”Azərbaycan Avtomobil Evi” MMC-nin mülkiyyətində olmuş və müxtəlif tarixli etibarnamələr əsasında idarə edilmək üçün Maraqlı şəxsna verilmişdir (21 aprel 2025-ci il və 22 may 2025-ci il tarixli etibarnamələr). Həmçinin baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X13 İdarəsi tərəfindən verilmiş “nəqliyyat vasitələrinin zədələnməsi barədə” arayışdan da görünür ki, həmin arayış məhz Maraqlı şəxs verilmişdir. Ona görə də sığorta ödənişinin verilməsindən imtina tamamilə əsassızdır. İddia tələbi tam əsassızdır. Mövqeyimizi aşağıda qeyd olunanlarla əsaslandırırıq. Belə ki, "xxxx" ASC-də M0409/23 nömrəli, xx.xx.2023-cü il tarixli “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalanmış, İddiaçınə məxsus və idarə edilməsi üçün 21 aprel 2025-ci il tarixli etibarnamə ilə Maraqlı şəxs verilmiş “Changan CS 35” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2025-ci il tarixində zərər dəyməsinə görə sığorta ödənişi verilməsi barədə müraciət tərəfimizdən araşdırılmışdır. Hadisə barəsində Cəmiyətimizə məlumat daxil olduqdan sonra Cəmiyyətin əməkdaşı dərhal hadisə yerinə getmiş, hadisənin fotoşəkillərini çəkmiş və hadisə iştirakçısından hadisənin necə baş verməsi ilə bağlı video görüntü ilə müvafiq izahat almışdır. Cəmiyyətimizin əməkdaşı tərəfindən hadisə yerində tərtib edilmiş “Yol-nəqliyyat hadisəsinə dair” raportda X9 izahat verərək sürücünün özü olduğunu qeyd etmiş və imzası ilə təsdiq etmişdir. Daha sonra Bakı şəhəri DYPİ-nin təqdim etdiyi Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan məlum olmuşdur ki, sürücü X9 yox, Maraqlı şəxs olmuşdur. Göründüyü kimi X5 hadisə barədə Cəmiyyətimizə verdiyi ilkin məlumatla Bakı şəhəri DYPİ-nin təqdim etdiyi F4 arayışındakı məlumatlar ziddiyyət təşkil edir. Əgər avtomobili həqiqətən də Maraqlı şəxs idarə etmişdirsə, nə üçün o, hadisə yerində olsa da avtomobilin özü tərəfindən yox, oğlu X5 idarə etməsini demişdir. Qeyd olunduğu kimi, X9 da avtomobilin onun tərəfindən idarə olunmasını israrla təsdiq etmişdir. Qeyd olunmalıdır ki, həm Maraqlı şəxs, həm də X5 “Changan CS 35” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsinə dair etibarnamələri olmuşdur. Nəzərinizə çatdırırıq ki, "xxxx" ASC-nin “Avtonəqliyyat vasitələrinin kompleks sığortası qaydaları”nın 35.4-cü maddəsinə əsasən sığortaçının sığorta hadisəsinin başvermə səbəblərini araşdırmasına Sığortalı tərəfindən maneçilik törədilməsi halında və 35.7-ci maddəsinə əsasən Sığorta predmeti və hadisəsi barədə Sığortalının Sığortaçıya qəsdən yanlış məlumat verməsi halında sığortaçı sığortalıya sığorta ödənişini verməkdən imtina etməkdə haqlıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.6- ci maddəsinə əsasən bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7451/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Maraqlı şəxs və X9 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb olunmuşdur.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi F.Ələkbərov iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, zərər dəymiş avtomobil iddiaçının mülkiyyətindədir, həmin avtomobili onlar lizinq müqaviləsi əsasında iddiaçıdan lizinqə götürmüşlər. Hazırda nəqliyyat vasitəsi iddiaçıdadır, təmirə ehtiyacı vardır. Həmin avtomobilə dair onun və oğlu olan digər üçüncü şəxsin etibarnaməsi vardır. Hadisə onun tərəfindən törədilmiş, hadisənin baş verməsində təqsirli olduğu üçün cərimə edilmişdir. Hadisə zamanı o, tək olmuş, maşında digər şəxs olmamışdır, hadisədən sonra oğluna zəng etmiş, sığortaya məlumat vermişdir. Hadisədən sonra başından yüngül zədə aldığı üçün səhhəti yaxşı olmamış, özünü narahat hiss etmiş, bu səbəbdən sığorta əməkdaşı ilə hadisə yerində oğlu söhbət etmiş, lakin onların nə barədə danışdıqlarını eşitməmiş, daha sonra həmin əraziyə polis əməkdaşları gəlmiş, hadisə barədə onlara izahat vermişdir. Oğlunun hansı səbəbdən sığorta əməkdaşına yol nəqliyyat hadisəsinin özü tərəfindən törədilməsi barədə yanlış məlumat verməsinin səbəbini bilmir.
9. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs O.Əsədov iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hadisə yaşadıqları evə yaxın ərazidə baş vermiş, dərhal hadisə yerinə yaxınlaşmış, ora gələn sığorta əməkdaşına hadisəni özü törətdiyi barədə məlumat vermişdir. Daha sonra əməkdaş getdikdən sonra ora polis əməkdaşı gəlmiş, atasından izahat almışdır. III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 77AB709 dövlət nömrə nişanlı Changan CS 35 Plus markalı Universal tipli, ağ metallik rəngli nəqliyyat vasitəsi iddiaçının xüsusi mülkiyyətindədir.
12. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, M0409/23 saylı “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” müqaviləsinə (şəhadətnamə) əsasən avtonəqliyyat vasitəsinə daşların dəyməsi və ya əşyaların düşməsi, avtonəqliyyat vasitəsinin hissələrinin oğurlanması, ön və arxa şüşələrin və pəncərələrin sınması və üçüncü şəxslərin digər qeyri-qanuni hərəkətləri, avtonəqliyyat vasitəsinin oğurlanma, qaçırılma zamanı avtonəqliyyat vasitəsinə ziyan vurulması, təbii fəlakətlər, yanğın, özözünə alışma, yol-nəqliyyat hadisəsi (toqquşma, aşma, düşmə) riskləri üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı ilə tarixədək sığortlanmışdır.
13. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, M0409/23 saylı “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” müqaviləsinə (şəhadətnamə) əsasən səlahiyyətli sürücülər rəsmi etibarnamə əsasında sürmə səlahiyyəti olan hər hansı bir şəxsdir.
14. İddiaçı tərəfindən tərtib olunmuş təmir aktına əsasən Changan CS35 Plus markalı, 77AB709 dövlət qeydiyyat nişanlı, VİN nömrəsi LS5A3DKR9PA005360 olan, 2023-cü il buraxılışlı avtomobilin ehtiyat hissələri, görüləcək işlərin dəyəri ümumilikdə ədv daxil 19584,55 manat təşkil edir.
15. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, sığortaçıya qəsdən yanlış məlumat verilməsi səbəbindən sığortaçı əmlaka dəymiş zərərin həcmini qiymətləndirmək imkanından məhrum olduğu üçün Mülki Məcəllənin 935.1.6-cı və 935.1.8-ci maddəsinə əsasən faydalanan şəxsə sığorta ödənişinin verilməsindan imtina edilmişdir.
16. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli etibarnaməyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 77AB709 dövlət nömrə nişanlı Changan CS 35 Plus markalı avtomobilin idarə edilməsi Maraqlı şəxs (sürücülük vəsiqəsi seriya: BB № 717756 dərəcəsi: B1 B C1 C) etibar edilmişdir. Etibarnamə verildiyi tarixdən xx.xx.2025-ci il tarixə qədər etibarlıdır.
17. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli etibarnaməyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 77AB709 dövlət nömrə nişanlı Changan CS 35 Plus markalı avtomobilin idarə edilməsi X7 (sürücülük vəsiqəsi seriya: AC № 094690 dərəcəsi: B,Cxx.xx.2029-cu il tarixinə qədər etibarlıdır) etibar edilmişdir. Etibarnamə verildiyi tarixdən xx.xx.2025-ci il tarixə qədər etibarlıdır.
18. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli etibarnaməyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 77AB709 dövlət nömrə nişanlı Changan CS 35 Plus markalı avtomobilin idarə edilməsi Maraqlı şəxs (sürücülük vəsiqəsi seriya: BB № 717756 dərəcəsi: B1 B C1 C) etibar edilmişdir. Etibarnamə verildiyi tarixdən xx.xx.2025-ci il tarixə qədər etibarlıdır.
19. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X13 İdarəsi tərəfindən Maraqlı şəxs verilmiş “nəqliyyat vasitələrinin zədələnməsi barədə” xx.xx.2025-ci il tarixli arayışa əsasən Changan CS35 Plus markalı, 77AB709 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Z.Bünyadov prospekti ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir.
20. Nəqliyyat vasitəsinn qeydiyyat şəhadətnaməsindən görünür ki, 32BH602 dövlət nömrə nişanlı Mercedes Benz markalı, Vario Yük modelli, Furqon tipli nəqliyyat vasitəsi X2 mülkiyyətindədir.
21. Azərbaycan Sənaye Sığorta Şirkəti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 29 may 2025-ci il tarixli, 276 nömrəli “sığorta ödənişindən imtina”ya dair bildirişdən görünür ki, yol-nəqliyyat hadisəsinə görə sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir.
22. "xxxx" ASC tərəfindən tərtib olunmuş sığorta hadisəsi barədə raporta əsasən Changan CS35 Plus markalı, 77AB709 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə baş vermiş yol-nəqliyyat hadisəsi X5 idarəetməsində olan zaman baş vermişdir. Həmin raport X9 tərəfindən imzalanmışdır.
23. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli protokola və həmin tarixli qərara əsasən Maraqlı şəxs törətdiyi yol nəqliyyat hadisəsi ilə bağlı İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir.
24. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, "xxxx" ASC-nin əmək müqaviləsi üzrə işçisidir. Hadisə barəsində çağrı mərkəzinə məlumat verilir. Həmin xx.xx.2025-ci il tarixdə mərkəzdən ona məlumat daxil olmuş, sonu 0909 ilə bitən nömrə ilə əlaqə saxlanılmışdır. Məlumatı sürücünün oğlu vermişdir. O, hadisə yerinə yaxın ərazidə olduğu üçün tez çatmış və bu zaman ona kənar şəxs sürücünün marketə su almağa getdiyini bildirmişdir. X5 bir qədər sonra gəldiyini görmüş, lakin onun əlində hər hansı su olmamış, bununla da şübhələnməyə başlamışdır. X9 ona hadisəni törədən sürücü olduğunu bildirmişdir. Sənədləşdirilmə proseduru tamamlanmış, O.Əsədovun çəkilişlə izahatı alınmış, hər ehtimala təhlükəsiz şəhər kameralarının nömrəsinin şəklini çəkmişdir. Əlavə olaraq ifadəsində qəza törədildikdən sonra maşının nömrəsinin birinin çıxarıldığını görmüş, X7 nömrənin yerinə taxılmasını bildirsə də, sürücünün həmin nömrənin haraya qoyulmasından məlumatsız olduğundan duyuq düşmüşdür. Bundan sonra o, X4 daha da şübhələnmişdir. Polis əməkdaşlarını gözləmədən çıxıb getmiş, bir neçə gün sonra hadisənin X9 tərəfindən deyil, atası tərəfindən törədilmiş olduğunu polisdən gələn arayış əsasında müəyyən etmişdir. Kiminləsə ədavəti yoxdur, hadisə yerinə gedib üzərinə düşən öhdəlikləri icra etmişdir. Şahid qismində dindirilmiş şəxs iddiaçı tərəfin suallarına cavab olaraq polis işçisini gözləmək öhdəliyinin olmadığını, yalnız hadisənin necə baş verməsi hallarını, sürücülərin şəxsiyyəti və səlahiyyətlərini, ilkin zərərin həddini müəyyən etdiyini bildirmişdir.
25. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
26. İşin araşdırılan hallarından məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsini etibarnamə ilə idarə edən zaman xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs tərəfindən yol nəqliyyat hadisəsi baş vermiş, bu səbəbdən sonuncu xx.xx.2025-ci il tarixdə 40 manat məbləğində cərimə edilmişdir. Sığortaçıya hadisə barədə məlumat verilsə də, xx.xx.2025-ci il tarixli sığorta hadisəsi barədə raportdan, habelə üçüncü şəxs O.Əsədovun izahatından, şahidin ifadəsindən, cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş video yazıdan müəyyən edilmişdir ki, baş vermiş hadisə ilə bağlı sığortaçıya qəsdən yanlış məlumat verilmiş, hadisəni törətmiş şəxsin Maraqlı şəxs olması deyil, Orxan Əsədov olması bildirilmiş, bu səbəbdən cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
27. Məhkəmə cavabdehin həmin dəlilini əsaslı hesab edir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
29. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
30. 902.1.9-cu maddəsinə əsasən sığorta şəhadətnaməsində sığortaçının sığorta şəhadətnaməsini, sığortalının isə müvafiq sığorta qaydaları ilə tanış olmasını təsdiq edən imzaları və (və ya) möhürləri göstərilməlidir.
31. 913-cü maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortaçı, sığorta brokeri və ya sığorta agenti sığortalını icbari sığortanın şərtləri ilə, yaxud könüllü sığorta müqaviləsinin əsaslandığı sığorta qaydaları ilə tanış etməlidir. Bu zaman sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən, hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqi verməlidir.
32. 915-ci maddəsinə əsasən sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir.
33. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
34. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
35. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
36. 933.1.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə həyata keçirilir.
37. 935.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.
38. Cavabdeh tərəfindən qəbul edilmiş 2009-cu il tarixli “Avtonəqliyyat vasitələrinin kompleks sığortası Qaydaları”nın (Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir) 35-ci maddəsinə əsasən aşağıdakı hallarda Sığortaçı Sığortalıya sığorta ödənişini verməkdən imtina etməyə haqlıdır: 35.1. Sığortalının riskin dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək uçun muhum əhəmiyyət daşıyan hallar və ya Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu hallarda baş verən dəyişiklər barədə bildiyi və ya bilməli olduğu məlumatları verməməsi və ya qəsdən yanlış məlumatlar verməsi; 35.2. bu qaydalarda nəzərdə tutulan vəzifələrin yerinə yetırilməməsi ilə sığorta hadisəsi arasında əlaqənin olub-olmamasından asılı olmayaraq Sığortalının Sığorta müqaviləsində nəzərdə tutulan belə şərtlərə əməl etməməsi; 35.3. Yerinə yetirilmədiyi təqdirdə sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına gətirib çıxaran, Sığortalı tərəfindən Sığorta müqaviləsinə, bu Qaydalara və ya qanunvericiliyə əsasən ona həvalə edilən öhdəlik və şərtlərin yerinə yetirilməməsi. Bu halda Sığortaçının verməməyə haqlı olduğu sığorta ödənişinin məbləği, belə yerinə yetirilməmənin sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına təsir dərəcəsinə müvafiq olmalıdır; 35.4. Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına Sığortalı tərəfindən maneçilik törədilməsi; 35.5. Sığortalının sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayətlər törətməsi: 35.6. Sığortalının sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymiş zərərin azaldılması üçün lazımi və mümkün tədbirləri qəsdən görməməsi: 35.7. Sığorta predmeti və hadisəsi barədə Sığortalının Sığortaçıya qəsdən yanlış məlumat verməsi. 35.8 Azərbaycan Respublikası sığorta qanunvericiliyində müəyyən edilmiş digər hallarda.
39. Göründüyü kimi, məhkəmə araşdırması zamanı sığorta hadisəsi barədə sığortaçıya qəsdən yanlış məlumat verilməsi halının olması öz təsdiqini tapdığından adıçəkilən Qaydaların 35-ci bəndinə əsasən sığortaçı (cavabdeh) iddiaçıya sığorta ödənişinin verilməsindən imtina etməklə haqlı olmuşdur. Cavabdehin həmin hadisə ilə bağlı iddiaçı qarşısında sığorta ödənişinin ödənilməsi ilə bağlı hər hansı öhdəliyi yaranmamışdır.
40. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının sığorta ödənişi tələb etmək hüququ yaranmadığından iddia təmin edilməməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 149 manat manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 149 (bir yüz qırx doqquz) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova