Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-746/2024 14.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, icranın gecikdirilməsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X1 oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 14 yanvar 2021-ci il tarixli, 002/21 saylı alqı-satqı müqaviləsi üzrə 51659,50 (əlli bir min altı yüz əlli doqquz manat əlli qəpik) manat əsas borc, 911 (doqquz yüz on bir) manat cərimə, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz hesablanmaqla 1247,40 (bir min iki yüz qırx yeddi manat qırx qəpik) manat, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 (dörd yüz) manat məbləğində mediasiyaya dair xərc olmaqla, cəmi 54217,90 (əlli dörd min iki yüz on yeddi manat doxsan qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 14 yanvar 2021-ci il tarixli, 002/21 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə cavabdehin mülkiyyətinə müxtəlif markalı beton məhsulu təhvil verilmişdir. Təhvil verilən malların dəyərinin bir hissəsi ödənilsə də, ƏDV daxil 51659,50 (əlli bir min altı yüzəlli doqquz manat əlli qəpik) manat məbləğində borcu qalmışdır. Müqavilənin 3.4-cü bəndinə əsasən bu müqavilə üzrə malən dəyəri mal bu müqavilənin 2.2-ci bəndinin tələblərinə müvafiq surətdə satıcı tərəfindən alıcıya təhvil verildikdən 5 (beş) iş günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd qaydada ödəniləcək. Müqavilənin 5.1-ci bəndinə əsasən tərəflərdən biri bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməklə digər tərəfə ziyan vurarsa, yəni malın göndərilməsi satıcı tərəfindən, ödəniş isə alıcı tərəfindən gecikdirilərsə, günahkar tərəf digər tərəfə gecikdirilən hər gün üçün sifarişin ümumi dəyərinin 0,1%-i məbləğində cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği sifarişin ümumi məbləğinin 5%-dən artıq ola bilməz.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 443.1, 445.1, 445.7, 448.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. İddiaçıya məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçı “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyəni bildirmiş, eləcə də məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, sözügedən mübahisə ilə əlaqədar cavabdeh şirkətin iddiaçı şirkətə borcu mövcud deyildir. Üzləşmə aktını imzalayan şəxs isə cavabdeh şirkətdə baş mühəndis vəzifəsində işləmiş və onun belə bir sənədi imzalayaraq hər hansı borcu qəbul etmək kimi səlahiyyəti olmamışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş edir.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, 002/21 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə satıcı bu müqavilənin 1.3-cü bəndində göstərilən betonu öz qüvvə və vəsaiti hesabına hazırlayıb alıcıya təhvil verməyi, alıcı isə malı qəbul edib əvəzində onun qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə satıcı tərəfindən malın alıcıya çatdırılıb təhvil verilməsi, alıcının göndəriləcək malın markası, miqdarı, göndərmə müddəti (dövrləri) və çatdırılacağı ünvanı göstərilən sifarişi əsasında həyata keçirilir. Malın göndərilməsi barədə sifarişi alıcı satıcıya 2 gün əvvəldən yazılı (sürətli və ya adi poçt, faks, teleks, telefon, elektron poçt) formada göndərir. Satıcı ondan asılı olmayan səbəblərdən alıcının sifarişini yerinə yetirə bilməyəcəyi və ya yerinə yetirilməsinin gecikdiriləcəyi qənaətinə gələrsə sifarişi aldıqdan sonra dərhal alıcını məlumatlandırmalıdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən bu müqaviləyə əsasən göndərilməli olan malın markası, qiyməti tərəflərin imza və möhürü ilə təsdiq olunan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə “Qiymət razılaşma protokolu”nda göstərilir. Qaimə-faktura bu müqavilə üzrə malın təhvil verilməsini təsdiq edən sənəddir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə malın qiməti satıcının preyskurantı əsasında müəyyənləşdirilən və tərəflərin imza və möhürü ilə təsdiq olunmuş bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə Qiymət razilaşma protokolunda göstərilən qiymətdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən bu müqaviləyə görə satıcı bir tərəfli qaydada malın qiymətində dəyişiklik edə bilər. Malın qiymətində dəyişiklik edildikdə satıcı bu barədə alıcıya 5 (beş) gün müddətinə yazılı bildiriş göndərir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən malın qiymətində dəyişikliklə bağlı satıcı tərəfindən alıcıya göndərilmiş yazılı bildirişə alıcı tərəfindən 3 (üç) gün müddətində yazılı və ya şifahi şəkildə münasibət bildirilir. Alıcı satıcının təklif etdiyi yeni qiymətlə razilaşdiqda, müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə (“Qiymət razilaşma protokolu”) müvafiq dəyişiklik edilərək tərəflərin imza və möhürü ilə təsdiq olunur. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən bu müqavilə üzrə malın dəyəri mal bu müqavilənin 2.2-ci bəndinin tələblərinə müvafiq surətdə satıcı tərəfindən alıcıya təhvil verildikdən 5 (beş) iş günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd qaydada ödəniləcəkdir.
8. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 002/21 nömrəli alq-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli, 03 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə adı qeyd olunmuş malın qiyməti (Beton DC-300, m3 – 95 manat) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 688467 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2503,96 manat (ƏDV daxil) təşkil edir.
10. xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 521331 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 230,10 manat (ƏDV daxil) təşkil edir.
11. xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 872166 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 230,10 manat (ƏDV daxil) təşkil edir.
12. xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 993326 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2780,08 manat (ƏDV daxil) təşkil edir.
13. xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 230472 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 493,83 manat (ƏDV daxil) təşkil edir.
14. xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 785914 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2054,97 manat (ƏDV daxil) təşkil edir.
15. xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 050544 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 384,09 manat (ƏDV daxil) təşkil edir.
16. xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 275458 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 384,09 manat (ƏDV daxil) təşkil edir.
17. xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 997190 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1288,56 manat (ƏDV daxil) təşkil edir.
18. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 995773 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12555,20 manat (ƏDV daxil) təşkil edir.
19. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 385907 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3587,20 manat (ƏDV daxil) təşkil edir.
20. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 557012 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 10571,03 manat (ƏDV daxil) təşkil edir.
21. xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 239666 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8955,02 manat (ƏDV daxil) təşkil edir.
22. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 453002 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3686,91 manat (ƏDV daxil) təşkil edir.
23. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 517049 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5841 manat (ƏDV daxil) təşkil edir.
24. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 206656 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13372,94 manat (ƏDV daxil) təşkil edir.
25. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 676766 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12762,88 manat (ƏDV daxil) təşkil edir.
26. xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 217464 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11330,36 manat (ƏDV daxil) təşkil edir.
27. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 370713 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 16044,46 manat (ƏDV daxil) təşkil edir.
28. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 106733 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3564,78 manat (ƏDV daxil) təşkil edir.
29. xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 330571 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8899,56 manat (ƏDV daxil) təşkil edir.
30. xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 947149 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1298 manat (ƏDV daxil) təşkil edir.
31. xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 805521 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7949,07 manat (ƏDV daxil) təşkil edir.
32. xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 473623 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2419 manat (ƏDV daxil) təşkil edir.
33. xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 895825 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4494,62 manat (ƏDV daxil) təşkil edir.
34. xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 012300 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5756,04 manat (ƏDV daxil) təşkil edir.
35. xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 877192 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 885 manat (ƏDV daxil) təşkil edir.
36. xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 365942 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7459,96 manat (ƏDV daxil) təşkil edir.
37. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 639748 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7105,96 manat (ƏDV daxil) təşkil edir.
38. xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 293607 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2070,90 manat (ƏDV daxil) təşkil edir.
39. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 006172 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2915,78 manat (ƏDV daxil) təşkil edir.
40. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 121788 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 649 manat (ƏDV daxil) təşkil edir.
41. İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 65072,87 manat (55146,50 manat əsas və 9926,37 manat ƏDV) borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
42. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 51659,50 manat borcun 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
43. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
47. İddia tələbinin bir hissəsini cavabdehdən 14 yanvar 2021-ci il tarixli, 002/21 saylı alqı-satqı müqaviləsi üzrə 51659,50 manat məbləğində qalıq borcun tutulması təşkil edir.
48. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 51659,50 manat (əlli bir min altı yüz əlli doqquz manat əlli qəpik) əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
49. Belə ki, tərəflər arasında qalıq borcla bağlı üzləşmə aktı tərtib edilmiş və həmin aktda xx.xx.2023-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 65072,87 manat (55146,50 manat əsas və 9926,37 manat ƏDV) borcunun olduğu qeyd olunmuşdur. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək aktı imzalayan şəxsin cavabdeh şirkətdə baş mühəndis vəzifəsində işlədiyini və onun belə bir sənədi imzalamaq səlahiyyətinin olmadığını bildirsə də, aktdan göründüyü kimi, akt Cavabdeh MMC-nin möhürü ilə təsdiqlənmişdir. Eyni zamanda tələb olunan borcun ödənilməsinə dair sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona görə də cavabehin etirazı əsaslı sayıla bilməz.
50. İddia tələbinin digər hissəsini cavabdehdən 911 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.
51. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.
52. Məhkəmə hesab edir ki, cavabdehdən 911 (doqquz yüz on bir) manat cərimə nəbləği tutularaq iddiaçıya ödənilməlidir.
53. İddia tələbinin digər hissəsini cavabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 1247,40 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir.
54. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, ona görə həmin hissədə də iddia təmin olunmalı və cavabdehdən 1247,40 manat (min iki yüz qırx yeddi manat qırx qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
55. Eləcə də, iddiaçı 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
56. Məhkəmə hesab edir ki, 400 (dörd yüz) manat mediasiya xərci tutularaq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 51659,50 manat (əlli bir min altı yüz əlli doqquz manat əlli qəpik) əsas borc, 911 (doqquz yüz on bir) manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 1247,40 manat (min iki yüz qırx yeddi manat qırx qəpik) və 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 54217,90 manat (əlli dörd min iki yüz on yeddi manat doxsan qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova