Məhkəmə qərarları › İş №e-2-2(113)-7464/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7464/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7464/2025 03.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 156.070,51 manat əsas borc, ödənişlərin gecikdirilməsi üçün yaranan cərimə məbləği 16.092,93 manat və məhkəmə xərcləri üçün ödənilmiş 465,00 manat, cəmi 17.2628,44 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 05 sentyabr 2024-cü il tarixli 24-128 saylı Alqı-satqı müqaviləsi əsasında MT**********86, MT**********80, MT**********94, MT**********92, MT**********22, MT**********99, MT**********04, MT**********54, MT**********53, MT**********43, MT**********09, MT**********34, MT**********54, MT**********50 e-Qaimələrə əsasən cəmi 349.545,85 AZN (ƏDV daxil) dəyərində mallar Cavabdeh MMC-yə satılmış və indiyə qədər cəmi 193.475,34 AZN (ƏDV daxil) ödəniş edilmişdir. Aramızdakı müqavilənin 5-ci maddəsinə əsasən və müqavilənin ayrılmaz hissələri olan X1 əsasən malların dəyəri mallar təhvil verildikdən sonra 15 gün ərzində 100% ödənilməlidir. Bu günədək dəfələrlə yazılı və şifahi müraciətlərimizə baxmayaraq MT**********53, MT**********43, MT**********09, MT**********34, MT**********54, MT**********50, MT**********00, MT**********04, MT**********92, MT**********47 saylı e- Qaimələrə əsasən yaranmış 156.070,51 azn (ƏDV daxil) borc məbləği ödənilməmişdir. Eynizamanda Müqavilənin 8.4cü maddəsinə əsasən“Malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malını dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.” olduğunu nəzərə alaraq Cavabdeh MMC vaxtında ödəmə etmədiyi üçün İddiaçı MMC-yə 16.092,93 azn əlavə cərimə ödəməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Həziyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavadehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 24- 128 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində bu müqavilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür.

8. Müqavilənin 2.1-ci bəndinə görə malın qiyməti, təhvil verilmə müdddəti və ödəniş müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolu ilə müəyyən edilir. Əgər qiymətlərin razılaşdırılması protokolu tərtib edilməzsə və ya nəzərdə tutulmuş malın qiyməti alıcıya təqdim edilən elektron qaimədə göstərilən qiymətlər nəzərə alınacaq və ödəniş bu qiymətlər üzrə həyata keçiriləcəkdir.

9. Müqavilənin 8.4-cü bəndinə görə malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i miqdarında (lakin malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.

10. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli qiymətlərin razılaşma protokoluna əsasən müqavilə üzrə malların dəyəri ədv daxil 5574,79 manat məbləğində razılaşdırılmışdır.

11. xx.xx.2025-ci il tarixli malların təhvil-qəbul aktlarına görə ədv daxil 5574,79 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

12. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli qiymətlərin razılaşma protokoluna əsasən müqavilə üzrə malların dəyəri ədv daxil 17971,87 manat məbləğində razılaşdırılmışdır.

13. xx.xx.2025-ci il tarixli malların təhvil-qəbul aktlarına görə ədv daxil 17971,87 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

14. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli qiymətlərin razılaşma protokoluna əsasən müqavilə üzrə malların dəyəri ədv daxil 33675,84 manat məbləğində razılaşdırılmışdır.

15. xx.xx.2025-ci il tarixli malların təhvil-qəbul aktlarına görə ədv daxil 33675,84 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

16. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli qiymətlərin razılaşma protokoluna əsasən müqavilə üzrə malların dəyəri ədv daxil 5638,63 manat məbləğində razılaşdırılmışdır.

17. xx.xx.2025-ci il tarixli malların təhvil-qəbul aktlarına görə ədv daxil 5638,63 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

18. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli qiymətlərin razılaşma protokoluna əsasən müqavilə üzrə malların dəyəri ədv daxil 41715,30 manat məbləğində razılaşdırılmışdır.

19. xx.xx.2025-ci il tarixli malların təhvil-qəbul aktlarına görə ədv daxil 41715,30 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

20. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli qiymətlərin razılaşma protokoluna əsasən müqavilə üzrə malların dəyəri ədv daxil 3549,44 manat məbləğində razılaşdırılmışdır.

21. xx.xx.2025-ci il tarixli malların təhvil-qəbul aktlarına görə ədv daxil 3549,44 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

22. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli qiymətlərin razılaşma protokoluna əsasən müqavilə üzrə malların dəyəri ədv daxil 2714,00 manat məbləğində razılaşdırılmışdır.

23. xx.xx.2025-ci il tarixli malların təhvil-qəbul aktlarına görə ədv daxil 2714,00 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

24. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli qiymətlərin razılaşma protokoluna əsasən müqavilə üzrə malların dəyəri ədv daxil 11622,53 manat məbləğində razılaşdırılmışdır.

25. xx.xx.2025-ci il tarixli malların təhvil-qəbul aktlarına görə ədv daxil 11622,53 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

26. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli qiymətlərin razılaşma protokoluna əsasən müqavilə üzrə malların dəyəri ədv daxil 39679,51 manat məbləğində razılaşdırılmışdır.

27. xx.xx.2025-ci il tarixli malların təhvil-qəbul aktlarına görə ədv daxil 39679,51 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

28. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli qiymətlərin razılaşma protokoluna əsasən müqavilə üzrə malların dəyəri ədv daxil 891,51 manat məbləğində razılaşdırılmışdır.

29. xx.xx.2025-ci il tarixli malların təhvil-qəbul aktına görə ədv daxil 891,51 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

30. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli, MT2501 12130553 nömrəli 5574,792 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2503 10435643 nömrəli 17971,872 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2505 10071709 nömrəli 33675,843 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2505 10073934 nömrəli 5638,63 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2505 11220554 nömrəli 41715,3034 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2505 11371450 nömrəli 3549,44 manat məbləğində, xx.xx.2025ci il tarixli, MT2505 12008800 nömrəli 2714 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2506 10444904 nömrəli 11622,528 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2507 10343892 nömrəli 39679,506 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2508 10979816 nömrəli 18619,22 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2508 11013099 nömrəli 3513,509 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2508 11951147 nömrəli 891,5136 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2409 10350686 nömrəli 17506,683 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2409 10368880 nömrəli 21865,4 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2409 10368894 nömrəli 21263,6 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2409 10828292 nömrəli 11126,22 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2409 11150722 nömrəli 18849,792 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2410 11272899 nömrəli 35490,624 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 10512704 nömrəli 18714,8 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 10513054 nömrəli 19562,571 manat məbləğində elektron qaimə-fakturalar göndərilmişdir.

31. İddiaçıya məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 15974,4 manat, 14836,17 manat, xx.xx.2024cü il tarixdə 30076,8 manat, 18020 manat, 9429 manat, 18530 manat, xx.xx.2024-cü il tarixdə 16578,45 manat, 15860 manat, xx.xx.2025-ci il tarixdə 18756,55 manat məbləğində vəsait köçürülmüşdür.

32. İddiaçıya məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdə 135,99 manat, xx.xx.2025-ci il tarixdə 3376,18 manat, xx.xx.2025-ci il tarixdə 4640,00 manat, xx.xx.2025-ci il tarixdə 1772,93 manat, xx.xx.2025-ci il tarixdə 414,00 manat, xx.xx.2024-cü il tarixdə 2854,80 manat, 2984,12 manat, xx.xx.2024-cü il tarixdə 5413,82 manat, 3243,60 manat, 1697,22 manat, 3335,40 manat, xx.xx.2024-cü il tarixdə 2670,51 manat, 2875,39 manat məbləğində ƏDV ödənilmişdir.

33. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

34. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında balanmış xx.xx.2024-cü il tarixli, 24-128 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqaviləyə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

38. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

39. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

41. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

42. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

43. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

44. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

45. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumi dəyəri 349545,84 manat olan malları (tikinti materialları) cavabdehə təhvil vermiş, cavabdeh tərəfindən bunun müqabilində ümumilikdə 193475,33 manat vəsait ödənilmiş, qalıq 156070,51 manat borc ödənilməmişdir.

46. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində təmin edilməli, cavabdehdən 156070,51 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

47. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 16092,93 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

48. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

49. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

50. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

51. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 7500 manat müəyyən edilməlidir.

52. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 156070,51 manat əsas borc və 7500 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 453,57 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 11,43 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 156070,51 manat əsas borc, 7500 manat dəbbə pulu, 453,57 manat dövlət rüsumu, ümumilikdə 164024,08 (bir yüz altmış dörd min iyirmi dörd manat səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 11,43 (on bir manat qırx üç qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar