Məhkəmə qərarları › İş №e-2-2(113)-747/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-747/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-747/2025 07.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, illik 5%) X5 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdə, 23.01.24 və 03.11.23 saylı alqı-satqı müqavilələri üzrə xx.xx.2024-cü il tarixinə yaranmış 24,664,00 manat əsas, 1233,20 manat cərimə, ümumilikdə 25,897,20 manat borcun və 167,69 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə, 23.0124 və 03.11.23 saylı alqı-satqı müqavilələri bağlanmışdır. 04 mart 2024-cü il, 06 mart 2024-cü il və 14 mart 2024-cü il tarixlərində "xxxx" MMC ilə Cavabdeh MMC arasında müvafiq olaraq 00051025, 00105083, 00249056 nömrəli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə elektron qaimə-fakturaları tərtib olunmuşdur. Həmin elektron qaimə-fakturalardan da göründüyü kimi alqı-satqı müqavilələrinin predmeti olan “Honor” markalımobil telefonların dəyəri 27=929,98 manat müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli, 03.11.23 saylı X4 əsasən, Cavabdeh MMCnin İddiaçı MMC-yə 24664 manat borcu olduğu müəyyənləşdirilmişdir. Cavabdeh müqavilələrin şərtlərini pozaraq, alqı-satqı müqavilələri üzrə ödənişləri etməmiş və 24664 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh MMC borcu ödəməkdən boyun qaçırır. xx.xx.2024-cü il tarixdə, 23.0124 və 03.11.23 saylı alqı-satqı müqavilələri üzrə cavabdeh tərəfindən cərimə məbləği kimi 1233,20 manat İddiaçı MMC-yə ödənilməlidir. xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən Cavabdeh MMCyə xəbərdarlıq məktubu göndərilərək müvafiq borc məbləğinin ödənilməsi tələb olunmuş, əks halda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427, 443, 445, 448, 449, 464.1, 600.1, 600.4, 600.5-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq etmiş, ona verilən suallara cavab olaraq nümayəndə bildirmişdir ki, 27929,99 manat olan ümumi borcdan 3265,99 manat məbləğində ödəniş edilib. Bu maliyyə arayışında da qeyd edilib. Tələb edilən cərimə məbləğinin hüquqi əsasını AR Mülki Məcəlləsinin 445.7-ci maddəsi təşkil edir və illik 5% cərimə maliyyə arayışında göstərilən yəni xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Mübahisəli mallar elektron qaimələr əsasında təqdim edilmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qismən, yəni əsas borc 24664 manat hissəsində qəbul etdiyini bildirmiş və malları təhvil aldığını qeyd etmişdir. Eyni zamanda məhkəmədən cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Satıcı "xxxx" MMC ilə Alıcı Cavabdeh MMC arasında bağlanmış 23.0124 nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcının yazılı sifarişi əsasında müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən X1 göstərilən mallar alıcıya qaimə-faktura əsasında təhvil verməyi öz öhdəsinə götürür. Alıcı isə Satıcıya malların dəyərini qabaqcadan ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən satıcının təqdim etdiyi qaimə-fakturaya əsasən malların dəyərini satıcının hesabına köçürmə yolu ilə ödəyir. 4.1ci bəndinə əsasən mallar alıcıya onun tələbnaməsinə uyğun hazırlanmış və tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış qaimə-faktura əsasında təhvil verilir. 5.1ci bəndinə əsasən alıcı malların dəyərini X2 uyğun olaraq, təqdim olunmuş hesabfakturaya əsasən ödəməlidir. Satıcı "xxxx" MMC ilə Alıcı Nümayəndə2 VOEN:********** arasında bağlanmış 03.11.23 nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən təhvil təslim AKT-nda nəzərdə tutulan malları satıcının sifarişi əsasında təqdim etməyi, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında belə malları qəbul edib onların razılaşdırılmış tam dəyərini təhvil təslim AKT-ında nəzərdə tutulmuş müddətdə satıcıya ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən alıcının sifariş etdiyi malların qiyməti təhvil təslim aktı ilə müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən nisyə aldığı malların dəyərini malın satılıb satılmamasından aslı olmayaraq mal təhvil verildiyi gündən 30 (otuz) gün ərzində tam şəkildə satıcıya ödəmək alıcının vəzifəsidir. xx.xx.2023-cü il tarixli X4 əsasən Nümayəndə2 (Cavabdeh MMC) "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixə olan qalıq borcu 24664 manat təşkil edir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borcu 24664 manat, cərimə borcu 1233,20 manat, gecikdirilən gün sayı 180 gün və ümumi borcu 25897,2 manat təşkil edir. MT2403 seriyalı 00105083 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 5819,99 manat, MT2403 seriyalı 00051025 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 10469,99 manat, MT2403 seriyalı 00249056 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 11640,00 manat, MT2402 seriyalı 00185524 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 11640 manat, MT2401 seriyalı 00372300 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 23496 manat, MT2401 seriyalı 00485300 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 14295,99 manat, EBDY seriyalı 105673 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 271 manat, MT2402 seriyalı 00082353 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 17459,99 manat, MT2402 seriyalı 00089102 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 23616 manat, MT2402 seriyalı 00146689 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 5819,99 manat, MT2402 seriyalı 00226590 nömrəli xx.xx.2024cü il tarixli elektron qaiməyə əsasən 23616 manat, MT2402 seriyalı 00253138 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 14350 manat dəyərində müxtəlif çeşidli mallar "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC 167,69 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 445.9-cu maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq malları təhvil vermiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini vaxtında yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır. Həmçinin cavabdehin nümayəndəsi də izahatında malları aldığını, iddiaçıya 24664 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Qanunvericilik normalarını, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini, 24664 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, 24664 manat borcun olması barədə cavabdehin etirafını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır, buna görə də 24664 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən cərimə kimi Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin 1 illik gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 1233,20 manat məbləğin də tutulmasını tələb etmişdir. Məhkəmə cavabdehin borclu olduğu müəyyən edilən müqavilələr üzrə ödənilməsinin gecikdirildiyi müddətin tam 1 il olmadığı, 11 ay 15 gün olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış (24664 x 5%=1233,20 / 12ay=102,77 x 11ay=1130,47; 102,77 / 30 gün=3,43 x 15 gün=51,45) 1181,92 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 167,69 manat dövlət rüsumunun 165 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 23 yanvar 2024-cü il tarixli 03.11.23 nömrəli və 23.0124 nömrəli alqı-satqı müqavilələrinə əsasən 24664 (iyirmi dörd min altı yüz altmış dörd) manat əsas, əsas borc məbləğinə illik beş faiz kimi hesablanmış 1181 (bir min yüz səksən bir) manat 92 (doxsan iki) qəpik və ödənilmiş dövlət rüsumunun 165 (bir yüz altmış beş) manatının əvəzi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar