Məhkəmə qərarları › İş №e-2-2(113)-748/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-748/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-748/2024 18.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, dəbbə pulunun azaldılması, hüquqi yardım xərcinin ağlabatanlığı, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) ilə “Hacı Camalxan” X5 (hazırkı cavabdeh) arasında bağlanmış xx.xx.2012-ci il tarixli lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə hesablanmış 1 547 900 manat gecikdirilmiş borcun, 1 944 169,4 manat cərimə borcunun və 400 manat mediasiya xərcinin, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. "xxxx" ASC ("xxxx" ASC) ilə “Hacı Camalxan” KFT (hazırkı cavabdeh) arasında bağlanmış xx.xx.2012-ci il tarixli 45-LA/12 nömrəli müqaviləyə əsasən cavabdeh (lizinq alan) lizinq obyektlərini lizinqə götürmüşdür. 2.2. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2012-ci il tarixli 45-LA/12 nömrəli müqavilə üzrə isə 1 547 900 manat gecikdirilmiş borcu və hesablanmış 1 944 169,4 manat cərimə borcu yaranmışdır. 2.3. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, sonuncu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəmədən kənar həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun xx.xx.2023-cü il tarixli arayışı təqdim edilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.3, 465.2, 747.1-ci və s. maddələri göstərilmişdir.

4. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, hazırkı iş üzrə qanuna uyğun məhkəmə aktının qəbul olunmasını xahiş etmiş və etirazını onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə (bundan başqa Cavabdeh MMC) qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Yuxarıda göstərilən iddia tələbinə aidiyyəti məhkəmədə baxılmış və müvafiq məhkəmə aktları qəbul olunmuşdur.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndə və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, xx.xx.2012-ci il tarixli lizinq müqaviləsi üzrə cavabdehlə "xxxx" ASC arasında daha əvvəl də məhkəmə mübahisəsi olmuşdur. "xxxx" ASC-nin məktubundan da göründüyü kimi, həmin mübahisə üzrə borc məbləği 2017-ci ilin 01 aprel tarixinədək hesablanmışdır. Ödəniş qrafikinə əsasən lizinq ödənişi rüblük icra edilməli olduğundan həmin iş üzrə xx.xx.2017-ci il tarixə olan borc tələb edilmişdir. Hazırda isə xx.xx.2012-ci il tarixli lizinq müqaviləsi üzrə digər mübahisənin yekun məhkəmə qərarı ilə tutulması qət olunan borc məbləği tələb edilmir. Hazırda tələb olunan əsas borc qrafik üzrə 2017-ci ilin İİ rübündən başlayaraq müqavilənin sonuna gecikdirilmiş borc məbləğidir.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndə və vəkili qeyd etdi ki, xx.xx.2012-ci il tarixli lizinq müqaviləsindən irəli gələn keçmiş mübahisə üzrə iş apellyasiya icraatında olarkən 60000 manat ödəniş edilmiş, həmin ödəniş qət edilən məbləğdə nəzərə alınmamışdır. Lakin məhkəmə qərarının icrası prosesində cavabdehin etdiyi 60000 manat ödəniş nəzərə alınmış, hesabdan çıxarışda əks olunmuş və xx.xx.2012-ci il tarixli 45-LA/12 nömrəli müqavilə üzrə qət olunan borcdan silinmişdir. Hazırda tələb olunan məbləğin isə əvvəlki mübahisəyə aidiyyəti yoxdur.

7. Məhkəmənin 14 mart 2024-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə bildirdi ki, xx.xx.2012-ci il tarixli lizinq müqaviləsi üzrə təhvil alınmış əmlaklar hazırda cavabdehdədir. Lakin onların özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. xx.xx.2012-ci il tarixli lizinq müqaviləsi üzrə qalıq əsas borc məbləği ilə razıdır.

8. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələbində qeyd edilən cərimə məbləği ilə razı olmadıqlarını qeyd etdi və azaldılmasını xahiş etdi. Həmçinin əsas borc məbləğinin artıq tələb olunduğunu bildirdi.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Lizinq müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən olunan mübahisəsiz hallarından görünür ki, "xxxx" ASC ilə “Hacı Camalxan” X5 (hazırkı Cavabdeh MMC) arasında 05 dekabr 2012-ci il tarixli 45-LA/12 nömrəli lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, həmin müqavilə ilə lizinq verən dəyəri 2 321 700 manat olan Salyan rayonu Qaraçala qəsəbəsində 800 ha sahədə çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlıqları (quraşdırılması ilə birlikdə) dəyəri müqaviləyə əlavədə göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinqə verməyi, lizinq alan (cavabdeh) isə həmin kənd təsərrüfatı texnikasının dəyərindən 233 000 manat məbləği əvvəlcədən, qalıq məbləğini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 02 oktyabr 2014-cü il tarixli D1-45-LA/12 nömrəli razılaşma ilə 05 dekabr 2012-ci il tarixli 45-LA/12 nömrəli lizinq müqaviləsinin ödəniş qrafikində dəyişiklik edilmiş, 1 044 350 manat məbləğində vəsaitin 2014-cü ilin İV rübündən, 1 044 350 manat məbləğində vəsaitin isə 2015-ci ilin İV rübündən başlayaraq ödənilməsi şərtləşdirilmişdir. 02 oktyabr 2014-cü il tarixli D1-45-LA/12 nömrəli razılaşma əsasında dəyişdirilmiş ödəniş qrafikinə əsasən, 2014-cü ilin İV rübündən 2015-ci ilin İİİ rübünədək (İİİ rüb də daxil olmaqla) rüblük 31700 manat, 2015-ci ilin İV rübündən 2022-ci ilin İİ rübünədək (İİ rüb də daxil olmaqla) rüblük 69000 manat, 2022-ci ilin İİİ rübündə 68950 manat, İV rübündə 29950 manat olmaqla ümümilikdə 2 088 700 manat məbləğində lizinq ödənişinin ödənilməsi razılaşdırılmışdır.

13. Həmçinin müəyyən edilir ki, iddiaçı "xxxx" ASC cavabdeh “Hacı Camalxan” KFTnə (hazırkı iş üzrə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il tarixli 14-LA/12 nömrəli və 05 dekabr 2012-ci il tarixli 45-LA/12 nömrəli lizinq müqavilələri üzrə pulun tutulması və s. tələblə məhkəməyə müraciət etmiş, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(103)-31/2022 saylı qətnaməsi ilə həmin müqavilələr üzrə 2017-ci ilin birinci rübü daxil olmaqla əsas borcun və cərimə məbləğinin tutulması qət edilmişdir.

14. İddiaçı xx.xx.2012-ci il tarixli lizinq müqaviləsi üzrə 2017-ci ilin İİ rübündən başlayaraq xx.xx.2023-cü il tarixə hesablanmış 1 547 900 manat gecikdirilmiş borcun tutulmasını tələb edir.

15. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə əsas borcla razı olduqlarını bildirir, nümayəndəsi və vəkili isə əsas borcun artıq tələb olunduğunu qeyd edir.

16. Məhkəmə mübahisənin həlli üçün əvvəla lizinq müqaviləsinin hüquqi təbiəti, lizinq ödənişlərinin təyinatının şərh edilməsini zəruri sayır.

17. Lizinq müqaviləsinin hüquqi məzmunu Mülki Məcəllənin 747.1-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

18. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

19. Konstitusiya Məhkəməsi göstərmişdir ki, beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).

20. Göründüyü kimi, mülki qanunvericilikdə lizinq müqaviləsi müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini ehtiva etməklə müstəqil müqavilə kimi təsbit edilmiş, əmlakın alınması üçün müvafiq maliyyənin ayrılması, əmlakın alqı-satqısı, istifadəyə verilməsi və istifadə haqqının alınması kimi kompleks məsələləri rəsmiləşdirməyin hüquqi forması kimi çıxış etmişdir. Bu zaman lizinq alan tərəfindən lizinq ödənişlərinin edilməsinin hüquqi əsası qismində isə Mülki Məcəllənin 747.1-ci maddəsi çıxış edir.

21. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh lizinq müqaviləsi üzrə öz öhdəliklərini tam icra etməmiş və belə olan halda da iddiaçının lizinq alandan – cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır.

22. Eyni zamanda məhkəmə qeyd edir ki, xx.xx.2012-ci il tarixli 45-LA/12 nömrəli liiznq müqaviləsi üzrə lizinq alan və lizinq verən arasında digər məhkəmə mübahisəsi olmuş və həmin mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(102)-400/2022 nömrəli qərarı ilə yekunlaşmışdır.

23. Belə ki, 2017-ci il 14 mart tarixində "xxxx" ASC cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 1.028.430,0 manat məbləğində, 517.805,0 manat məbləğində cərimə və 30 manat məbləğində dövlət rüsumun, cəmi 1.546.265,0 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilməsi, lizinq obyekti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022ci il 24 yanvar tarixli 2-2(103)-31/2022 nömrəli qərardadı ilə iddiaçının iddia tələbindən qismən imtinası qəbul edilmiş, iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(103)- 354/2017 saylı 19 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" ASC-nin cavabdeh “Hacı Camalxan” X2rşı iddia tələbinə dair iş üzrə icraata qismən – “tərəflər arasında bağlanmış müqavilənin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması” hissəsində xitam verilmişdir.

25. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 24 yanvar 2022-ci il tarixli 2-2(103)-31/2022 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(103)- 354/2017 saylı 19 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 1.028.430,0 manat məbləğində, cərimə borcu üzrə 102.480 manat məbləğində, cəmi olaraq 1.131.270 manat məbləğində pul vəsaiti tutulmuş, və iddia qalan hissədə təmin edilməmişdir.

26. İddiaçı "xxxx" ASC-nin cavab məktubunu iş materiallarına əlavə etmiş, həmin məktubda isə yuxarıda qeyd edilən iş üzrə borc məbləğinin 2017-ci ilin 1 aprel tarixinədək hesablandığı göstərilmişdir. Həmçinin qeyd edilən mübahisənin gedişində aparılmış məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 12 dekabr tarixli 3323 nömrəli rəyinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış 2008ci il 17 iyul tarixli 14-LA/12 nömrəli lizinq müqaviləsı və 2012-ci il 5 dekabr tarixli 45-LA/12 nömrəli lizinq müqaviləsi üzrə (həmin müqavilədə dəyişiklik edilməsi barədə 2014-cü il 2 oktyabr tarixli L1-45-LA/12 saylı razılaşma və bu razılaşmaya əsasən dəyişdirilmiş ödəniş qrafiki nəzərə alınmaqla) 2017-ci il 1 aprel tarixədək 1.609.370,00 manat məbləği ödəməli olduğu halda 1.580.940,00 manat məbləği ödəniş olunmuş və cavabdehin 2017-ci il 19 may tarixinə iddiaçıya ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc 1.028.430 manat; cərimə borcu 517.805 manat.

27. Beləliklə, məhkəmə qeyd edir ki, lizinq alan və lizinq verən arasında Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(102)- 400/2022 nömrəli qərarı ilə yekunlaşan məhkəmə mübahisəsi digər lizinq müqaviləsi ilə yanaşı xx.xx.2012-ci il tarixli 45-LA/12 nömrəli lizinq müqaviləsi üzrə 01 aprel 2017-ci il, yəni 2017-ci ilin İİ rübünədək olan borc məbləğinin tutulması ilə bağlı olmuşdur.

28. Hazırda isə iddiaçı 2017-ci ilin İİ rübündən başlayaraq bütün lizinq ödənişlərini tələb edir. Cavabdehin nümayəndəsi və vəkili isə qət edilən 1 131 270 manat məbləğində pul vəsaitinin tam ödənilməsi barədə sübut təqdim edə bilmədiyindən, xx.xx.2017-ci il tarixdən sonra edilən hissəvi (60000) ödənişlərin xx.xx.2012-ci il tarixli 45-LA/12 nömrəli lizinq müqaviləsi üzrə 2017-ci ilin İİ rübündən başlayaraq hesablanan lizinq ödənişlərinə silinməsi mümkün deyildir. İddiaçı da 60000 manat ödənişin Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli 2-2(103)-31/2022 nömrəli qətnaməsi ilə tutulması qət olunan məbləğdən xx.xx.2012-ci il tarixli 45-LA/12 nömrəli lizinq müqaviləsi üzrə silindiyini təsdiq edir.

29. Digər tərəfdən, məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan həmin ödənişlərin hesabdan çıxarışda əks olunduğu da görünür.

30. Ona görə də məhkəmə hesab edir ki, əsas borcun tutulması hissəsində iddia əsaslıdır.

31. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

32. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

35. Beləliklə, məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (lizinq alan) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

36. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, xx.xx.2012-ci il tarixli 45-LA/12 nömrəli lizinq müqaviləsi üzrə 1 547 900 (2017-ci ilin İİ rübündən 2022-ci ilin İİİ rübünədək 21 rüb üçün 1 449 000 manat + 2022-ci ilin İİİ rübü üçün 68950 manat + 2022-ci ilin İV rübü üçün 29950 manat) əsas borc Cavabdeh MMC-dən tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.

b) Lizinq müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

37. İddia ərizəsində iddiaçı 1 944 169,4 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

38. xx.xx.2012-ci il tarixli 45-LA/12 nömrəli lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan (borc məbləği və) gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

39. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

40. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

41. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

42. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində və yaxud mediasiya mərhələsində tələbi cavabsız qoymuşdur. Eyni zamanda məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir. Eləcə də xx.xx.2012-ci il tarixli 45-LA/12 nömrəli lizinq müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2019-cu il tarixində (xx.xx.2024-cü il tarixli hesabdan çıxarışa əsasən) olsa da, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

43. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 78000 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cərimənin tutulması tələbi qismən təmin edilməli, xx.xx.2012-ci il tarixli 45-LA/12 nömrəli lizinq müqaviləsi üzrə üzrə 78000 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.

c) Məhkəmə xərcinin tutulması ilə bağlı

45. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat, hüquqi yardımla bağlı ödənilmiş 500 manat cavabdehdən tutulmasını xahiş etmişdir.

46. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞS/MT-028/2023/173k nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.

47. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

48. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

49. Məhkəmə qeyd edir ki, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

50. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 500 manat məbləğində pulun 5 saylı vəkil bürosuna xx.xx.2023-cü il tarixli 2595 nömrəli müqavilə üzrə (iş materiallarında olan ******* nömrəli vəkil orderində göstərilən müqavilə) ödənilməsi barədə tapşırıq verilmişdir.

51. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

52. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə göstərilmişdir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

53. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

54. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.

55. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü bəndinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.

56. Hazırkı iş üzrə iddiaçı büdcə təşkilatı olmaqla iddia ərizəsi üzrə dövlət rüsumu ödəməkdən azaddır.

57. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. Həmin Məcəllənin 119.2-ci bəndinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

59. Məhkəmə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1- 1-ci maddəsinə və 8.1.4-cü maddəsinə uyğun olaraq qeyd edir ki, hazırkı iddianın qiymətinə (874 990,6 manat) uyğun ödənilməli dövlət rüsumu 2136 manat (2536-400) təşkil edir.

60. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə, dövlət rüsumunun əvəzi olaraq 780 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

61. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehndən 1 547 900 (bir milyon beş yüz qırx yeddi min doqquz yüz) manat əsas borc, 78000 (yetmiş səkkiz min) manat cərimə borcu olmaqla ümumilikdə 1 625 900 (bir milyon altı yüz iyirmi beş min doqquz yüz) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə, dövlət rüsumunun əvəzi olaraq 780 (yeddi yüz səksən) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar