Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-748/2025 09.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Firmasının Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Firması (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 312694,92 manat məbləğində pul və 603 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh direktoru Tolğa Şahinlə, İddiaçı Firmasının direktoru Nümayəndə1 arasında 27 may 2024-cü il tarixli “malların alqısatqısına” dair 05 saylı müqavilə bağlanmış, müqavilə xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Müqavilənin 2.1-ci bəndinə əsasən malların xüsusiyyətləri (ölçüsü, miqdarı və s.) tərəflər arasında əvvəlcədən razılaşdırılır, 2.2 bəndinə əsasən mallar tərəflər arasında imzalanmış təhvil-təslim sənədləri əsasında təhvil verilir, 3.4-cü bəndinə əsasən hesabfaktura təqdim olunan gündən 10 gün ərzində ödəniş həyata keçirilşir. Bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı firmasının direktoru Nümayəndə1 tərəfindən Cavabdeh MMC-nin direktoru Tolğa Şahinə xx.xx.2024-cü il tarixdə təhvil-təslim aktı ilə 15.364,80 manatlıq profil, xx.xx.2024-cü il tarixli aktla 35862,5 manatlıq müxtəlif ölçülü profillər, xx.xx.2024-cü il tarixli aktla 14174,72 manatlıq yastı prokat, direktor X1 xx.xx.2024-cü il tarixli aktla 65.514,00 manatlıq konstruksiya panelləri, xx.xx.2024-cü il tarixli aktla 8800,00 manatlıq daş yunu, xx.xx.2024-cü il tarixli aktla 6 adda 11.445,00 manatlıq tikinti materialları, xx.xx.2024-cü il tarixli aktla 24.786,00 manatlıq yapışqanlı faner, xx.xx.2024-cü il tarixli aktla 101671,6 manatlıq müxtəlif ölçülü profil və panellər, xx.xx.2024-cü il tarixli aktla 35.076,00 manatlıq profil-ümumilikdə 312694,62 manatlıq malmaterial verilmişdir. Mal-materialın təhvil verilməsinə dair tərtib olunmuş aktlar Cavabdeh MMC-nin direktorları Şahin Tolğa və Nurlan Əmrahov tərəfindən imzalanmış, MMC-nin möhürü ilə təsdiq olunmuşdur. Cavabdeh MMC-yə verilmiş mal-materialın dəyərinin ödənilməsi dəfələrlə şifahi olaraq Şahin Tolğaya və Nurlan Əmrahova deyilməsinə, yazılı pretenziya verilməsinə baxmayaraq ödəniş həyata keçirilməmiş, müxtəlif bəhanələrlə günü-günə salaraq vaxt udmuşlar. Son olaraq alınmış məlumatlardan aydın olmuşdur ki, verilmiş mallar Qarabağ bölgəsində həyata keçirilən tikintilərdə istifadə olunmuş, görülmüş işlərə görə alınan puldan iddiaçıya çatası məbləğ ödənilməmiş, bütün pullar Türkiyə Respublikasında olan bank hesablarına keçirilmiş, Şahin Tolğa və X2 fəaliyyətlərini dayandıraraq Azərbaycan Respublikasını tərk etməyə hazırlaşırlar.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verib 613601,71 manat məbləğində pulun və 904 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı müqavilə üzrə cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
7. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 05 nörməli alqı-satqı müqaviləsinə görə satıcı hazırkı müqavilənin müvafiq sənədlərdə göstərilən malları alıcıya satır və alıcı öz növbəsində alınan malların dəyərini sənədlərdə əks olunan qiymətlərə əsasən satıcıya ödəyir.
10. Müqavilənin 2.1-ci bəndinə görə tələb olunan malların xüsusiyyətləri (ölçüsü, miqdarı və s.) tərəflər arasında əvvəlcədən razılaşdırılır.
11. Müqavilənin 2.2-ci bəndinə görə mallar tərəflər arasında imzalanmış təhvil-təslim sənədləri əsasında təhvil verilir.
12. Müqavilənin 3.4-cü bəndinə görə hesab-faktura təqdim olunan gündən 10 gün ərzində ödəniş həyata keçirilir.
13. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına görə 15364,80 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
14. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına görə cəmi 35862,5 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
15. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına görə 14174,72 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
16. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına görə 65514 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
17. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına görə 8800 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
18. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına görə 11445 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
19. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına görə 24786 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
20. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına görə 101671,6 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
21. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına görə 35076 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
22. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT2406 10085118 nömrəli 18130,46 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2406 10634086 nömrəli 42317,79 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2406 11204296 nömrəli 16726,17 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2406 11526694 nömrəli 77306,52 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2407 10587894 nömrəli 10384 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2407 10661586 nömrəli 29247,48 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2407 10669387 nömrəli 13505,10 manat məbləğində, 02.10.024cü il tarixli MT2410 10130261 nömrəli 119972,34 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 10146416 nömrəli 41389,68 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 10178095 nömrəli 244622,17 manat, ümumilikdə ƏDV daxil olmaqla 613601,71 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
23. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra edərək müvafiq malları cavabdehə təhvil verməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəlik lazımınca icra edilməmiş, cavabdehin iddiaçıya 613601,71 manat məbləğində borcu yaranmışdır. İddiaçı hazırda həmin borcu cavabdehdən tələb etməkdə haqlıdır.
24. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
27. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
28. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan borcu iş materialları ilə öz təsdiqini tapdığı üçün iddia tələbi əsaslıdır və təmin edilməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 904 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 613601,71 manat məbləğində pul, 904 manat dövlət rüsumu, ümumilikdə 614505,71 (altı yüz on dörd min beş yüz beş manat yetmiş bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı Firmasına ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən apellyasiya şikayəti verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova