Məhkəmə qərarları › İş №e-2-2(113)-749/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-749/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-749/2023 02.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 36582,64 manat əsas borc, 6584,89 manat ƏDV üzrə borc, vurulmuş zərərin əvəzi olaraq 5737,6 manat, 2838 manat dəbbə pulu, cəmi 51742,52 manat pulun və 400 manat ilkin mediasiya sessiyası üçün xərcin, cəmi 52142,52 manat vəsaitin Cavabdeh MMC-dən tutularaq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin nümayəndələri tərəflər arasında barışıq sazışının bağlandığını bildirərək, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdilər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 01 may 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Bu barışıq sazişini imzalamaqla tərəflər etiraf edir ki, borclu Cavabdeh MMC-nin tələbkar "xxxx" QSC-yə cəmi borcu 26582,66 (iyirmi altı min beş yüz səksən iki) manat (ƏDV daxil deyil) təşkil edir.

2. Borclu Cavabdeh MMC ilkin olaraq bu saziş imzalanan zaman cəmi borcdan 5000 (beş min) manat ödəniş etməyi öhdəsinə götürür.

3. Tələbkar "xxxx" QSC bu saziş üzrə ilkin ödənişi aldıqdan sonra tələbkarın iddiası əsasında Bakı Kommersiya Məhkəsinə verilmiş iddia ərizəsi üzrə məhkəmənin xx.xx.2023-cü il tarixinə təyin edilmiş baxış iclasında iş üzrə icraata xitam verilməsi haqqında ərizə təqdim etməlidir.

4. Qalıq borcun ödənilməsi isə aşağıdakı qrafik üzrə aparılır: № ödəniş məbləği ödəniş tarixi qalıq borc

1. 5000 manat 01-xx.xx.2023 16582, 66 manat

2. 5000 manat 01-xx.xx.2023 11582, 66 manat

3. 5000 manat 01-xx.xx.2023 6582, 66 manat 4 6582, 66 manat 01-xx.xx.2023 0 manat

5. Borclu tərəfindən ödənişlər onun hesablarında yaranmış problemlə bağlı olaraq, borc nağd şəkildə ödənilərsə və tələbkar həmin ödənilmiş vəsaitləri rəsmi qaydada borclunun bank hesabından tələbkarın bank hesabına köçürmə (sintetik uçot) yolu ilə əldə edərsə, həmin vəsaiti borcalana geri qaytarmalıdır.

6. Borcun ödənilməsi bank hesabına köçürmə yolu ilə icra edilən zaman, borclunun tələbkara ödənilməli olan ƏDV borcu da ödəniləcəkdir.

7. Bu barışıq sazişi tərəflər imzaladıqdan sonra qüvvəyə minir.

8. Bu barışıq sazişi 2 (iki) eyni hüquqlu nüsxədə Azərbaycan dilində tərtib olunub imzalanır.

9. Bu sazişə əlavə və dəyişikliklər və ya onun xitamı yalnızca tərəflərin birgə razılığı əsasında yazılı saziş bağlamaqla mümkündür.

Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:

1. Bu barışıq sazişini imzalamaqla tərəflər etiraf edir ki, borclu Cavabdeh MMC-nin tələbkar "xxxx" QSC-yə cəmi borcu 26582,66 (iyirmi altı min beş yüz səksən iki) manat (ƏDV daxil deyil) təşkil edir.

2. Borclu Cavabdeh MMC ilkin olaraq bu saziş imzalanan zaman cəmi borcdan 5000 (beş min) manat ödəniş etməyi öhdəsinə götürür.

3. Tələbkar "xxxx" QSC bu saziş üzrə ilkin ödənişi aldıqdan sonra tələbkarın iddiası əsasında Bakı Kommersiya Məhkəsinə verilmiş iddia ərizəsi üzrə məhkəmənin xx.xx.2023-cü il tarixinə təyin edilmiş baxış iclasında iş üzrə icraata xitam verilməsi haqqında ərizə təqdim etməlidir.

4. Qalıq borcun ödənilməsi isə aşağıdakı qrafik üzrə aparılır: № ödəniş məbləği ödəniş tarixi qalıq borc

1. 5000 manat 01-xx.xx.2023 16582, 66 manat

2. 5000 manat 01-xx.xx.2023 11582, 66 manat

3. 5000 manat 01-xx.xx.2023 6582, 66 manat 4 6582, 66 manat 01-xx.xx.2023 0 manat

5. Borclu tərəfindən ödənişlər onun hesablarında yaranmış problemlə bağlı olaraq, borc nağd şəkildə ödənilərsə və tələbkar həmin ödənilmiş vəsaitləri rəsmi qaydada borclunun bank hesabından tələbkarın bank hesabına köçürmə (sintetik uçot) yolu ilə əldə edərsə, həmin vəsaiti borcalana geri qaytarmalıdır.

6. Borcun ödənilməsi bank hesabına köçürmə yolu ilə icra edilən zaman, borclunun tələbkara ödənilməli olan ƏDV borcu da ödəniləcəkdir.

7. Bu barışıq sazişi tərəflər imzaladıqdan sonra qüvvəyə minir.

8. Bu barışıq sazişi 2 (iki) eyni hüquqlu nüsxədə Azərbaycan dilində tərtib olunub imzalanır.

9. Bu sazişə əlavə və dəyişikliklər və ya onun xitamı yalnızca tərəflərin birgə razılığı əsasında yazılı saziş bağlamaqla mümkündür.

Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar