Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-753/2025 17.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh MMC-nin arasında bağlanmış 10 may 2022-ci il tarixli, 569 saylı müqavilənin öhdəliyin icrası ilə bağlı Cavabdeh MMC-nin "xxxx" MMC-yə olan əsas borc 212425,85 manat, dəbbə pulu borcu 77745 manat olmaqla, ümumilikdə 290170,85 manat pul məbləği və "xxxx" MMC tərəfindən ödənilmış 291 manat dövlət rüsumunun Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, "xxxx" MMC ilə Cavabdeh MMC-nin arasında bağlanmış 10 may 2022-ci il tarixli, 569 saylı müqavilənin öhdəliyin icrası ilə bağlı Cavabdeh MMC-nin "xxxx" MMC-yə olan əsas borc 212425,85 manat, dəbbə pulu borcu 77745 manat olmaqla, ümumilikdə 290170,85 manat pul məbləği və "xxxx" MMC tərəfindən ödənilmış 581 manat dövlət rüsumunun Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin nümayəndələri tərəflər arasında barışıq sazışının bağlandığını bildirərək, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdilər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 10 fevral 2025-ci il tarixli barışıq sazişindən görünür ki:
1. Cavabdeh iddiaçıya “Bitki mühafizə vasitələrinin satışına dair“ 10 may 2022-ci il tarixli 569 nömrəli müqaviləsi üzrə cəmi 212425,85 (iki yüz on iki min dörd yüz iyirmi beş manat səksən beş qəpik) manat borcunun olmasını qəbul edir.
2. Cavabdeh barışıq sazişinin 10 fevral 2025-ci il tarixdən, qüvvəyə mindiyi gündəki aydan başlayaraq hər ay 35400 (otuz beş min dörd yüz), sonuncu ayda isə 35425,85 (otuz beş min dörd yüz iyirmi beş manat səksən beş qəpik) manat borcu ödəməyi öz öhdəsinə götürür.
3. Cavabdeh tərəfindən borc məbləği qrafik üzrə lazımı qaydada ödənildiyi təqdirdə İddiaçı iddia ərizəsindəki tələb kimi göstərdiyi digər məbləğləri (dəbbə pulu) tələb etməyəcək.
4. Qrafik üzrə ödəniləcək məbləğin gecikdirilməsi, lazımi qaydada ödənilməməsi tərəfər arasında imzalanmış və öhdəlik kimi qəbul edilmiş barışıq sazişinin pozulması deməkdir.
5. Cavabdeh tərəfindən borc məbləği qrafik üzrə gecikdirilməsi və ya lazımı qaydada ödənilmədiyi təqdirdə Cavabdeh MMC "xxxx" MMC-yə qrafik üzrə ödənilməyən əsas borcdan əlavə iddia ərizəsindəki tələb kimi göstərilən 77745 manat (yetmiş yeddi min yeddi yüz qırx beş) dəbbə pulunu ödəməyi qəbul edir.
6. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.
7. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.
8. Bu barışıq sazişi 3 əsl nüsxədə Bakı şəhərində 10 fevral 2025-ci il tarixdə imzalanmış və həmin gündən qüvvəyə minir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:
1. Cavabdeh iddiaçıya “Bitki mühafizə vasitələrinin satışına dair“ 10 may 2022-ci il tarixli 569 nömrəli müqaviləsi üzrə cəmi 212425,85 (iki yüz on iki min dörd yüz iyirmi beş manat səksən beş qəpik) manat borcunun olmasını qəbul edir.
2. Cavabdeh barışıq sazişinin 10 fevral 2025-ci il tarixdən, qüvvəyə mindiyi gündəki aydan başlayaraq hər ay 35400 (otuz beş min dörd yüz), sonuncu ayda isə 35425,85 (otuz beş min dörd yüz iyirmi beş manat səksən beş qəpik) manat borcu ödəməyi öz öhdəsinə götürür.
3. Cavabdeh tərəfindən borc məbləği qrafik üzrə lazımı qaydada ödənildiyi təqdirdə İddiaçı iddia ərizəsindəki tələb kimi göstərdiyi digər məbləğləri (dəbbə pulu) tələb etməyəcək.
4. Qrafik üzrə ödəniləcək məbləğin gecikdirilməsi, lazımi qaydada ödənilməməsi tərəfər arasında imzalanmış və öhdəlik kimi qəbul edilmiş barışıq sazişinin pozulması deməkdir.
5. Cavabdeh tərəfindən borc məbləği qrafik üzrə gecikdirilməsi və ya lazımı qaydada ödənilmədiyi təqdirdə Cavabdeh MMC "xxxx" MMC-yə qrafik üzrə ödənilməyən əsas borcdan əlavə iddia ərizəsindəki tələb kimi göstərilən 77745 manat (yetmiş yeddi min yeddi yüz qırx beş) dəbbə pulunu ödəməyi qəbul edir.
6. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.
7. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.
8. Bu barışıq sazişi 3 əsl nüsxədə Bakı şəhərində 10 fevral 2025-ci il tarixdə imzalanmış və həmin gündən qüvvəyə minir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zeynəb Axundova