Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-755/2021 11.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən əsas borc olaraq 16646,93 manat və gecikmə tarixlərinə görə hər gün üçün yaranan məbləğlərin cəmi 3495 manat olmaqla ümumilikdə 20141,93 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə bank hesabına və yaxud nəğd şəkildə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, satıcı - İddiaçı MMC ilə alıcı - Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə 61/2019 saylı malların alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən İddiaçı MMC müxtəlif vaxtlarda Cavabdeh MMC-yə mal satmışdır. Cavabdeh MMC aldığı malların dəyərini tam olaraq İddiaçı MMC-yə ödəməmişdir. Müqavilənin 6.2-ci bəndində göstərilmışdir ki, alıcı aldığı malın dəyərini ilkin mərhələdə avans olaraq 80%-i, qalan 30% məbləği isə mal təhvil verildikdən sonra 7 gün ərzində ödəməlidir. Həmin müqavilənin 8.2-ci maddəsində göstərilmişdir ki, alıcı ödəməni vaxtında yerinə yetirməzsə gecikən hər gün üçün vaxtında ödəmədiyi məbləğin 0.1% məbləğində cərimə ödəməlidir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, nəticəsi olmamışdır. Cavabdehin İddiaçı MMC-yə olan əsas borcu 16646,93 manat və gecikmə tarixlərinə görə hər gün üçün yaranan məbləğlərin cəmi 3495 manat edir. Daha sonar iddiaçının nümayəndəsi iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 15846,93 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycann Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli 61/2019 saylı alqı-satqı müqaviləsi ilə satıcı İddiaçı MMC malı alıcı Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 264269 saylı elektron qaiməyə əsasən Cavabdeh MMC-yə 80163,18 manat dəyərində, xx.xx.2020-ci il tarixli EBAG seriyalı, 958869 saylı elektron qaiməyə əsasən 2832 manat dəyərində və xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 156342 saylı elektron qaiməyə əsasən 944 manat dəyərində mal təhvil verilmişdir. - İşdə olan İddiaçı MMC-yə ünvanlanmış bildirişə əsasən Cavabdeh MMC-yə məxsus (xx.xx.2019-cu il tarixli 61/2019 saylı müqavilədə əks olunan möhür və loqo tip) möhür və möhürdə olan loqotipi dəyişdirilmiş, möhür və loqotipin yeni fomrası tərəfə göndərilmişdir.xx.xx.2020-xx.xx.2021-ci il tarixli dövr üzrə İddiaçı MMC ilə Cavabdeh MMC arasında olan üzləşmə aktına əsasən xx.xx.20212-ci il tarixə İddiaçı MMC-yə borc 15846,93 manat müəyyən edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndində qeyd olunmuşdur ki, “satıcı müqavilədə göstərilən malları həcmdə və standarta uyğun vəziyyətdə malları alıcıya satmağı, alıcı isə həmin malları aldıqdan sonra bunun müqabilində nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürür”. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycann Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, 15846,93 manat dəyərində mallar Azərbaycann Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Azərbaycann Respublikasının Mülki Məcəlləsinin 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Müqavilənin 6.2-ci bəndində göstərilmışdir ki, “alıcı aldığı malın dəyərini ilkin mərhələdə avans olaraq 80%-i, qalan 30% məbləği isə mal təhvil verildikdən sonra 7 gün ərzində ödəməlidir.” Tərəflər arasında malların nisyə satışına dair hər hansı bir razılaşma olmasa da, müqavilənin 6.2-ci bəndində öhdəliyin son icra müddəti dəqiq olaraq – mal təhvil verildikdən sonra 7 təqvim günü ərzində müəyyən olunmuşdur. Lakin buna baxmayaraq cavabdeh tərəfindən öhdəlik icra olunmamış, malların dəyəri ödənilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycann Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın tam təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycann Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi barədə iddiası təmin edilsin. 15846,93 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-755/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-755/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver