Məhkəmə qərarları › İş №e-2-2(113)-755/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-755/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-755/2024 16.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, dəbbə pulunun azaldılması, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 iyun 2020-ci il tarixli müqavilə üzrə 73322,94 manat əsas borc, 32648,05 manat dəbbə pulu və ödənilmiş 400 manat dövlət rüsumunun, 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli RET-OPT20/1 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı özünün qiymət vərəqində müəyyən edilmiş malı, habelə Azərbaycanda malın satışı üzrə qeyri-müstəsna hüquqları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə malı qəbul etməyi və dəyərini ödəməyi, habelə malın sonradan üçüncü şəxslərə satılması zamanı müqavilədə müəyyən edilmiş vəzifələri yerinə yetirməyi öhdəsinə götürmüşdür. 2.2. İddiaçı müqavilə üzrə öz öhdəliyini yerinə yetirərək, 2021, 2022 və 2023-cü ildə cavabdehə təhvil-təslim aktlarına və elektron qaimə sənədlərinə əsasən 225824,44 manat məbləğində mal təqdim etmişdir. Müqavilənin şərtlərinə əsasən, cavabdeh mala görə 30% əvvəlcədən ödəniş etdikdən sonra malın qalan məbləğini təhvil-təslim aktı və elektron vergi qaimələrinə əsasən iddiaçının bank hesabına köçürülməli olduğu halda, müqavilə üzrə üzərinə düşən öhdəliklərini pozaraq, ödənişi etməmişdir. Cavabdehə yaranmış borcla əlaqədar dəfələrlə üzləşmə aktları göndərilsə də, cavabdeh yalnız xx.xx.2022-ci il tarixli aktını imzalayıb, iddiaçıya skan versiyasını geri qaytarmışdır. Həmin akta əsasən cavabdehin borcu 99732,37 manat təşkil etmişdir. Lakin sonradan cavabdeh 20000 manat məbləğində malları iddiaçıya geri qaytarmışdır. xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən, cavabdehin bugünkü günə iddiaçıya 73322,94 manat məbləğində borcu qalmışdır. 2.3. Bundan başqa, tərəflər arasındakı razılaşmaya əsasən, pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə cavabdeh iddiaçıya ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş məbləğdən Azərbaycan Milli Bankının ikiqat uçot dərəcəsi məbləğində dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. 2022-ci ilin sonuna olan Azərbaycan Milli Bankının uçot faiz dərəcəsi isə 8.25%-dir. Belə olan halda, cavabdehin ona təchiz edilmiş malın vaxtında ödənilməməsinə görə hesablanmış dəbbə pulu 32648,05 manat təşkil edir. 2.4. Mübahisənin həlli məqsədilə xx.xx.2023-cü il tarixdə cavabdehə borc barədə pretenziya göndərilmiş, lakin həmin pretenziya cavabsız qalmışdır. Bundan sonra iddiaçı mediasiya prosesinin tətbiqi ilə əlaqədar 18 saylı mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh mediasiya sessiyasında da iştirak etməmiş, bu barədə iddiaçıya mediator Elçin Həsənov tərəfindən xx/xx/2023-cü il tarixli MŞB/18-01065 saylı arayış təqdim edilmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 425, 445-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Asimovna iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddiaçıya anbar xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən göstərilir. Belə ki, cavabdehə bütün məhsulları məhz "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsilə anbardan verilmişdir. Ümumilikdə cavabdehə 225824 manat məbləğində mal satılmışdır.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, tərəflər arasında 28 fevral 2022-ci il tarixdə üzləşmə aktı imzalanmış, yekun borc 99732,37 manat təsdiqlənmişdir. Həmin aktın imzalanmasından sonra müəyyən ödənişlər edilmiş, yeni mallar cavabdehə verilmişdir. Ümumilikdə qaimələr üzrə verilən bəzi mallar da geri qaytarılmış, iddia tələbində həmin hallar nəzərə alınmışdır.

7. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisnin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə edilən iddiaçı (Tədarükçü qismində) ilə cavabdeh (Distribütor qismində) arasında bağlanmış 01 iyun 2020-ci il tarixli RET-OPT20/1 nömrəli müqavilənin şərtlərindən görünür ki, Tədarükçü özünün qiymət vərəqində müəyyən edilmiş malı, habelə Azərbaycanda malın satışı üzrə qeyri-müstəsna hüquqları Distribütora mülkiyyətinə verməyi, Distribütor isə malı qəbul etməyi və dəyərini ödəməyi, habelə malın sonradan üçüncü şəxslərə satılması zamanı bu müqavilədə müəyyən edilmiş vəzifələri yerinə yetirməyi öhdəsinə götürür. Mal tədarükü Tədarükçü tərəfindən Distribütora ayrı-ayrı partiyalarla həyata keçirilir. Malın qiyməti, miqdarı, nomenklaturası və dəyəri malın hər bir ayrıca tədarükü üzrə təhvil-təslim aktlarında və elektron vergi qaimələrində göstərilib. Tədarükçü malları hər bir mal vahidi üçün təhvil-təslim aktlarında və elektron vergi qaimələrində qeyd olunan və Tədarükçünün çatdırılma tarixində qiymət vərəqlərində göstərilən qiymətlərə uyğun gələn qiymətlərlə Distribütora göndərir. Müqavilənin valyutası Azərbaycan manatıdır. Bu müqavilə üzrə Tədarükçü ilə Distribütor arasındakı hesablaşmalar, təhvil-təslim aktı və elektron vergi qaimələrinə əsasən, pul vəsaitlərinin Tədarükçünün bu müqavilənin tərəflərinin rekvizitlərlndə qeyd olunan cari hesabına köçürülməsi yolu ilə həyata keçirilir. Ödəniş qaydası bu Müqavilənin ayrılmaz hissəsi olan Müqaviləyə Əlavə №2 “İşin şərtləri” əlavəsində müəyyən edilir.

12. İş materiallarında olan 28 fevral 2022-ci il tarixli üzləşmə aktından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixinə iddiaçıya olan borcu 99732,37 manat (ƏDV daxil) təşkil edir.

13. Məhkəməyə təqdim edilən elektron qaimələrdən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2020-ci il tarixli EBAR 801125 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 16815,4 manat, xx.xx.2021-ci il tarixli EBAX 649793 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 2025,56 manat, EBAX 649693 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 65804,78 manat, xx.xx.2021-ci il tarixli EBAY 655016 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 70244,67 manat, xx.xx.2021-ci il tarixli EBAY 845845 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 14300,76 manat, EBAY 845943 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 1279,2 manat, xx.xx.2021-ci il tarixli EBBA 844515 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 77,94 manat, EBBA 844273 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 47,2 manat, EBBA 844232 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 1281,21 manat, xx.xx.2021-ci il tarixli EBBB 573812 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 39226,33 manat, xx.xx.2021-ci il tarixli EBBD 033348 seriya və nömrəli (təsdiqlənmiş) elektron qaimə ƏDV daxil olmaqla 95,1 manat, xx.xx.2021-ci il tarixli EBBD 891126 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 951,2 manat, EBBD 891110 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 719,2 manat, xx.xx.2021-ci il tarixli EBBF 598435 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 47,57 manat, xx.xx.2021-ci il tarixli EBBF 609541 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 951,2 manat, xx.xx.2021-ci il tarixli EBBG 271148 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 30,4 manat, xx.xx.2021-ci il tarixli EBBH 259015 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 1230,4 manat, xx.xx.2021-ci il tarixli EBBH 681967 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 31,2 manat, EBBH 681969 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 31,2 manat, xx.xx.2021-ci il tarixli EBBJ 505672 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 44 manat, xx.xx.2021-ci il tarixli EBBJ 897127 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 650,3 manat, xx.xx.2021-ci il tarixli EBBK 205633 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 979,31 manat, xx.xx.2021-ci il tarixli EBBM 738388 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 54,59 manat, xx.xx.2021-ci il tarixli EBBM 863509 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 2972,21 manat, xx.xx.2021-ci il tarixli EBBN 508353 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 314,3 manat, xx.xx.2021-ci il tarixli EBBN 643218 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 370,3 manat, xx.xx.2021-ci il tarixli EBBN 717373 seriya və nömrəli elektron qaimə (ləğvdən imtina/təsdiqlənmiş) ƏDV daxil olmaqla 85,05 manat, xx.xx.2021-ci il tarixli EBBN 887742 seriya və nömrəli elektron qaimə (ləğvdən imtina/təsdiqlənmiş) ƏDV daxil olmaqla 979,3 manat, xx.xx.2021-ci il tarixli EBBO 067812 seriya və nömrəli elektron qaimə (ləğvdən imtina/təsdiqlənmiş) ƏDV daxil olmaqla 202,3 manat, xx.xx.2021-ci il tarixli EBBO 226228 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 656,6 manat, xx.xx.2021-ci il tarixli EBBO 505909 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 202,3 manat, xx.xx.2021-ci il tarixli EBBO 857412 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 370,32 manat, xx.xx.2022-ci il tarixli EBBP 229452 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 307,3 manat, EBBP 233007 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 85,05 manat, xx.xx.2022-ci il tarixli EBBP 620798 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 43 manat, xx.xx.2022-ci il tarixli EBBP 715152 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 1461,61 manat olmaqla ümumilikdə 225824,44 manat dəyərində malın cavabdehə təqdim edilməsi üçün tərtib edilmişdir.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan həmçinin görünür ki, xx.xx.2021ci il tarixli EBBA 507939 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 367,2 manat, xx.xx.2022-ci il tarixli EBCM 026857 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 47,2 manat, EBCM 026721 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 979,3 manat, EBCM 026787 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 202,3 manat, EBCM 026842 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 85,05 manat, xx.xx.2023-cü il tarixli EBCM 720182 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 4017,55 manat olmaqla ümumilikdə 5698,6 manat dəyərində malın cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi üçün rəsmiləşdirilmişdir.

15. İş materiallarına əlavə edilən ödəniş tapşırıqları və icra qeydindən görünür ki, xx.xx.2021-ci il tarixdə 7083,93 manat və 15966,92 manat, xx.xx.2021-ci il tarixdə 16949,15 manat, xx.xx.2021-ci il tarixdə 16949,15 manat, xx.xx.2021-ci il tarixdə 46,26 manat, xx.xx.2021-ci il tarixdə 16954,37 manat, xx.xx.2021-ci il tarixdə 266,36 manat, xx.xx.2021-ci il tarixdə 358,64 manat, xx.xx.2021-ci il tarixdə 313,81 manat, xx.xx.2021-ci il tarixdə 556,44 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat və 1518,82 manat, xx.xx.2021-ci il tarixdə 171,44 manat, xx.xx.2021-ci il tarixdə 25423,73 manat, xx.xx.2021-ci il tarixdə 313,81 manat, xx.xx.2022-ci il tarixdə 72,08 manat, xx.xx.2022-ci il tarixdə 283,56 manat, xx.xx.2022-ci il tarixdə 1238,65 manat, xx.xx.2022-ci il tarixdə 16949,15 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat olmaqla ümumilikdə 124416,27 manat ödəniş edilmişdir.

16. İş materiallarında olan iddiaçının “ƏDV sub-hesabı”ndan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə 1275,11 manat və 2874,05 manat, xx.xx.2021-ci il tarixdə 3050,85 manat, xx.xx.2021-ci il tarixdə 3050,85 manat, xx.xx.2021-ci il tarixdə 3051,79 manat, xx.xx.2021-ci il tarixdə 47,94 manat, xx.xx.2021-ci il tarixdə 64,56 manat, xx.xx.2021-ci il tarixdə 56,49 manat, xx.xx.2021-ci il tarixdə 100,16 manat, xx.xx.2021-ci il tarixdə 453,39 manat və 30,86 manat, xx.xx.2021-ci il tarixdə 4576,27 manat, xx.xx.2021-ci il tarixdə 56,49 manat, xx.xx.2022-ci il tarixdə 12,97 manat və 51,04 manat, xx.xx.2022-ci il tarixdə 222,96 manat, xx.xx.2022-ci il tarixdə 3050,85 manat, xx.xx.2023-cü il tarixdə 360 manat olmaqla ümumilikdə 22386,63 manat məbləğində ƏDV cavabdeh tərəfindən ödənilmişdir.

17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 01 iyun 2020-ci il tarixli RET-OPT20/1 nömrəli müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı özünün qiymət vərəqində müəyyən edilmiş malı, habelə Azərbaycanda malın satışı üzrə qeyri-müstəsna hüquqları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə malı qəbul etməyi və dəyərini ödəməyi, habelə malın sonradan üçüncü şəxslərə satılması zamanı bu müqavilədə müəyyən edilmiş vəzifələri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Cavabdehə elektron qaimələr üzrə ümumilikdə ƏDV daxil olmaqla 225824,44 manat dəyərində mal təqdim edilmiş, 5698,6 manat dəyərində mal cavabdeh tərəfindən iddiaçıya qaytarılmış, iddiaçı tərəfindən 124416,27 manat əsas borcdan, 22386,63 manat ƏDV borcundan ödəniş edilmişdir.

18. İddiaçı 01 iyun 2020-ci il tarixli RET-OPT20/1 nömrəli müqavilə üzrə təqdim edilmiş malların qalıq dəyərini – 73322,94 manat məbləğində pulun tutulmasını tələb edir.

19. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

20. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

22. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

23. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

24. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

25. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

26. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

28. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

29. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə bir hissədə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

30. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

31. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

36. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

37. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, xx.xx.2020-ci il tarixli RET-OPT20/1 nömrəli üzrə 73322,94 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun azaldılması tələbi ilə bağlı

38. İddia ərizəsində iddiaçı həmçinin 32648,05 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.

39. xx.xx.2020-ci il tarixli RET-OPT20/1 nömrəli müqavilənin 11.2-ci bəndinə əsasən, pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə Distribütor Tədarükçüyə ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş məbləğdən Azərbaycan Milli Bankının ikiqat uçot dərəcəsi məbləğində dəbbə pulu ödəyir.

40. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

41. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

42. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

43. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da xx.xx.2020-ci il tarixli RET- OPT20/1 nömrəli müqavilə üzrə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

44. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 3650 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

45. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 3650 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

46. İddiaçı həmçinin 400 manat mediasiya xərcinin, 400 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir.

47. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/18-01065 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli sessiyada iştirak etmiş, cavabdeh tərəf iştirak etməmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir.

48. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

49. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

50. Məhkəmə qeyd edir ki, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

51. Digər tərəfdən, elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi əsasında iddiaçı tərəfindən 400 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.

52. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

53. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğundan və hazırkı iddianının qiymətinə (105 970,99 manat) uyğun dövlət rüsumunun məbləği 395,97 manat olduğundan məhkəmə qeyd edir ki, tutulması tələb edilən 400 manat dövlət rüsumu artıq ödənilmişdir və cavabdehdən tutula bilməz.

54. Beləliklə, göstərilənləri nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 73322 (yetmiş üç min üç yüz iyirmi iki) manat 94 (doxsan dörd) qəpik məbləğində əsas borc, 3650 (üç min altı yüz əlli) manat məbləğində cərimə olmaqla ümumilikdə 76972 (yetmiş altı min doqquz yüz yetmiş iki) manat 94 (doxsan dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar