Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7559/2024 15.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, dəbbə pulu və dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4096,98manat əsas borc, 194,09 manat pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün beş faiz və 63 manat məbləğində dövlət rüsumunun cəmi 4354,07 manat məbləğin Cavabdeh MMC-dən tutularaq “Call Center" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC (“İcraçı”) ilə cavabdeh “Goldvin İnşaat" MMC (“Sifarişçi”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1459 C saylı Müqaviləsinin 1- ci bəndinə əsasən, Sifarişçinin sifarişi əsasında İcraçı Sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstəilməsini təşkil edir, Sifarişçi isə öz növbəsində bunun müqabilində İcraçıya hazırkı Müqavilə ilə və hazırkı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə № 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. Həmin Müqavilənin 4.2-ci maddəsinə əsasən, hər ayın birinci iş günü İcraçı tərəfindən Sifarişçiyə keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesab-faktura, elektron qaimə və təhvil-təslim aktı təqdim edilir. Həmin Müqavilənin 4.3-cü maddəsinə əsasən, Sifarişçi hesab-faktura elektron qaiməni və təhvil-təslim aktını aldığı tarixdən etibarən 5 (beş) iş günü ərzində ödənişləri həyata keçirir. Tərəfimizdən xidmətlərin tam yerinə yetirildiyinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Belə ki, hazırda cavabdehin 4096,98 (dörd min doxsan altı manat 98 qəpik) manat məbləğində borcu qalmışdır. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi barədə cavabdehə pretenziya göndərilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini 11 aydan artıqdır (2023-cü ilin noyabr ayından etibarən) ki, icra etməkdən qəsdən yayınmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. II. Məhkəmə baxışının hədləri:
3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Sübutların tədqiqi:
4. İddia ərizəsinə əlavə olunmuş İddiaçı QSC (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında bağlanmış xx.xx.2023-cü il tarixində 1459C saylı avto nəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqaviləsinə əsasən: Həmin Müqavilənin - 1-ci bəndinə əsasən sifarişçinin sifarişi əsasında icraçı sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, sifarişçi isə öz növbəsində bunun müqabilində icraçıya hazırkı müqavilə ilə və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə № 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. - 4.1-ci bəndinə əsasən Göstərilən xidmətlərin dəyəri hazırkı Müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1-də göstərilir.Gedişlərin həcmindən asılı olmayaraq göndəriləcək hesab-fakturanın minimal dəyəri 70 manat təşkil edəcək. - 4.2-ci bəndinə əsasən hər ayın birinci iş günü İcraçı tərəfindən Sifarişçiyə keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesab-faktura təqdim edilir. - 4.3-cü bəndinə əsasən sifarişçi hesab-fakturam aldığı tarixdən etibarən 5 iş günü ərzində ödənişləri həyata keçirir. - 8.1-ci bəndinə əsasən müqavilə tərəflərin imzaladığı andan qüvvəyə minir və 1 il müddətinə etibarlıdır. - 8.2-ci bəndinə əsasən tərəflərdən heç biri müvafiq müddətin başa çatmasına 15 gün qalmış hazırki müqavilənin ləğv etmək niyyəti barədə qarşı tərəfə yazılı bsurətdə rəsmi xəbərdarlıq etməzsə,müqavilənin qüvvəsi avtomatik 1 il müddətinə uzadılmış sayılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
5. Avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında 1459C №-li xx.xx.2023-ci il tarixli müqaviləyə 1 saylı Əlavədə icraçı tərəfindən sifarişçiyə göstərilən xidmətlərin siyahısı və dəyəri razılaşdırılmışdır.Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
6. İddiaçi tərəfindən cavabdehə EBDQ 245707 nömrəli xx.xx.2023-cü il tarixli 1401,19 manat, EBDT 468183 nömrəli xx.xx.2023-cü il tarixli 1491,21 manat, EBDV 235324 nömrəli xx.xx.2023-cü il tarixli 908,42 manat,EBDX 086394 nömrəli xx.xx.2024-cü il tarixli 296,16 manat məbləğində elektron qaimələr göndərilmişdir.
7. "xxxx" ASC tərəfindən verilmiş (Cavabdeh MMC-yə aid) xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBDJ 684284 saylı,xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə) İddiaçı QSC-nin hesabına 1010,71 manat köçürülmüşdür.
8. "xxxx" ASC tərəfindən verilmiş (Cavabdeh MMC-yə aid) xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBDN 972388 saylı,xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə) İddiaçı QSC-nin hesabına 1405,51 manat köçürülmüşdür.
9. "xxxx" ASC tərəfindən verilmiş (Cavabdeh MMC-yə aid) xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBDH 655252 saylı,xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə) İddiaçı QSC-nin hesabına 1208,93 manat köçürülmüşdür.
10. "xxxx" ASC tərəfindən verilmiş (Cavabdeh MMC-yə aid) xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBDL 714303 saylı,xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə) İddiaçı QSC-nin hesabına 1319,81 manat köçürülmüşdür.
11. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli 1401,19 manat, xx.xx.2023-cü il tarixli 908,42 manat,xx.xx.2024-cü il tarixli 296,16 manat,xx.xx.2023-cü il tarixli 1491,21 manat məbləğində hesab-fakturalar göndərilmişdir.
12. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ilə müraciət edilərək, xidmət müqaviləsi üzrə yaranmış 4096,98 manat məbləğində borcun 1 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
8. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
IV. MƏHKƏMƏNİN MÖVQEYİ
11. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
12. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixində 1459C saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək sifarişçinin sifarişi əsasında icraçı sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərini cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən göstərilən avtonəqliyyat xidmətlərinin dəyərini tam ödəməmişdir. Hal-hazırda Cavabdeh MMC-nin qeyd edilən müqavilə üzrə İddiaçı QSC-yə olan borcu 4096,98 manat təşkil edir.
13. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən göstərilən xidmətlərin dəyərini – 4096,98 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini və iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 4096,98 manat məbləğində pul tutularaq İddiaçı QSCyə ödənilməlidir.
14. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 194,09 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.
15. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti, yəni xx.xx.2024-cü il tarixdən (pretenziya məktubu göndərilən tarix) keçən müddəti və 4096,98 manat əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 2,24 manat (4096,98*5%=204,849/365=0,56*4=2,24) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 63 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
17. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60,99 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-dən 4096,98 manat əsas borc məbləği, illik 5% hesablanmış 2,24 manat və dövlət rüsumunun əvəzi olaraq 60,99 manat tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
X3