Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-756/2024 06.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdеh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (indiki adı ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: subroqasiya və dövlət rüsumu) X12 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdеh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (indiki adı ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASCdən 800 manat pul vəsaitinin və 40 manat mediasiya xərci məbləğinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalı X5 razı olması və İddiaçı ASC tərəfindən ona BB seriyalı 027856 nömrəli, xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsi blankının verilməsi yolu ilə icbari sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2019-cu il tarixində ünvan 1 ünvanında yerləşən, X5 istifadəsində olan qeyri-yaşayış sahəsinə subasma hadisəsi nəticəsində 1000 manat məbləğində real zərər dəymişdir. AKT3522/CFİ-0332/2019 saylı sığorta aktına və BB seriyalı 027856 nömrəli sığorta müqaviləsinə (şəhadətnaməsinə) əsasən 200 manat azadolma məbləği çıxıldıqdan sonra 800 manat məbləğində sığorta ödənişi sığortalı X5 bank hesabına köçürülmüşdür.21 saylı MKİS-in xx.xx.2019-cu il tarixli Aktında bildirilmişdir ki,Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 547-ci məhəllə, ev 88 X4 məxsus olan 39 və 40 nömrəli mənzilə Azərsu ASC-nin su anbarında baş vermiş qəza nəticəsində su sızıntısı baş vermiş və mağazaya külli miqdarda maddi ziyan dəymişdir. Nazirlər Kabinetinin 21 dekabr 2012-ci il tarixli, 345s saylı sərəncamına əsasən Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyatı dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri Cavabdeh ASC-nin balansındadır. Cavabdeh ASC-nin Nizamnaməsinin 3.2-ci bəndinə əsasən cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin məhkəməyə təqdim etdiyi etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir iddiaçı "xxxx" ASC iddia ərizəsində sözügedən ünvanda baş vermiş su basma hadisəsi ilə bağlı sığorta ödənişini cavabdeh "xxxx" ASC-dən tələb etmişdir. Qeyd olunan su basma hadisəsi ilə bağlı ümumi məlumat versə də, həmin hadisənin "xxxx" ASC ilə bağlılığına dair heç bir sübut təqdim etməmişdir. Bildirir ki, qeyd olunan su basma hadisələri sözügedən ünvanların daxilində baş verdiyindən həmin su xətləri istehlakçının balans mənsubiyyətinə aid edilir. Bu səbəbdən Cəmiyyət istehlakçının mülkiyyətində yerləşən su xətlərin baş vermiş hər hansı su basma hadisəsinə görə məsuliyyət daşımır "xxxx" ASC yalnız balansında olan su təchizatı və kanalizasiya qurğularına xidmət göstərir və onlara görə məsuliyyət daşıyır. Ona görə də hesab edir ki, istehlakçının mülkiyyətində yerləşən su xətlərinə nəzarəti özü həyata keçirdiyindən bununla bağlı yaranan problemlərə görə cavabdehlik ona məxsusdur. Göstərilənlər bir daha sübut edir ki, iddia tamamilə əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 etiraz ərizəsində qeyd edilənləri müdafiə edərək əlavə olaraq bildirdi ki, qəza baş verən su anbarının Cavabdeh ASC-yə aid olub-olmaması barədə heç bir sənəd təqdim edə bilmir. Həmin su anbarında qəza baş verməsi ilə bağlı həmin əraziyə baxan idarədə çağırış qeydə alınmamışdır. Sonda o, iddia tələbinin təmin edilməməsi barədə qətnama qəbul edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Daşınmaz əmlakın icbari sığortası” BB/027856 seriyalı şəhadətnaməsinə əsasən X5 istifadəsində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2019-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi sığortalanmışdır. Bakı şəhəri Yasamal rayonu 21 saylı MKİS-in xx.xx.2019-cu il tarixli aktına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 547-ci məhəllə, ev 88 ünvanında yerləşən X4 məxsus 39 və 40 N-li mənzilə (geyim mağazası) X5 xx.xx.2019-cu ildə müraciəti əsasında yerində baxış keçirildiyi və Cavabdeh ASC-nin su anbarında olan su borusunun partlaması nəticəsində obyektə su axıntısının baş verdiyi, bunun nəticəsində obyektin tavanına, divarına və döşəməsinə ziyan dəydiyi müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən X6 800 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli, AKT3522/CFİ-0332/2019 saylı sığorta aktına əsasən sığortalı X6 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2019-cu il tarixdə subasma hadisəsi baş verdiyi, dəymiş ziyan 1000 manat müəyyən edildiyi, azadolma məbləği 200 manat və hesablanmış sığorta ödənişi 800 manat müəyyən edildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********18-093001 reyestr nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında 0.0993 ha torpaq sahəsində yerləşən 88 nömrəli, 5 mərtəbəli binadan 45 kv.m ümumi, 28.3 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı 40 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına Daşınmaz əmlakın Dövlət reyestrində 335 nömrəli reyestr kitabının 31318 nömrəli vərəqində qeydiyyata alınmışdır. “İcarəyəverən” X7 ilə “İcarəçi” X9 arasında bağlanmış 15 fevral 2019-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən ünvan 4 ünvanında yerləşən obyektin 28 kv.metr sahəsini 1 il müddətinə icarəçiyə öz fəaliyyətini sərbəst həyata keçirmək üçün icarəyə vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, “Daşınmaz əmlakın icbari sığortası” BB/027856 seriyalı şəhadətnaməsinə əsasən X5 istifadəsində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2019-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi sığortalanmış və 21 saylı MKİS-in xx.xx.2019-cu il tarixli aktına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 547-ci məhəllə, ev 88 ünvanında yerləşən X4 məxsus 39 və 40 N-li mənzilə (geyim mağazası) X5 xx.xx.2019-cu ildə müraciəti əsasında yerində baxış keçirildiyi və Cavabdeh ASC-nin su anbarında olan su borusunun partlaması nəticəsində obyektə su axıntısının baş verdiyi, bunun nəticəsində obyektin tavanına, divarına və döşəməsinə ziyan dəydiyi müəyyən edilmişdir. İddiaçı hazırda 23 oktyabr 2019-cu il tarixində Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 547-ci məhəllə, ev 88 ünvanında su xəttinin partlaması nəticəsində baş vermiş qəza nəticəsində "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmış X6 istifadəsində olan qeyri-yaşayış sahəsinə zərər dəydiyini, dəymiş zərərin azadolma məbləğləri çıxıldıqdan sonra qeyri-yaşayış sahəsi üçün ümumilikdə 800 manat məbləğində pulun X6 ödənildiyini bildirərək, qeyd edilmiş pulun Cavabdeh ASC-dən tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam 23 oktyabr 2019-cu il tarixində Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 547-ci məhəllə, ev 88 ünvanında baş vermiş qəzada (subasmada) cavabdeh AzərSu ASC-nin məsuliyyətinin olub-olmaması və subasma hadisəsi nəticəsində dəymiş ziyanın məhz subasma nəticədə baş vermiş qəza nəticəsində olub-olmamasıdır. “Sudan istifadə Qaydaları”nın 2.1-ci bəndinə əsasən STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; 2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək; Həmin qaydaların 9.9-cu bəndinə əsasən STKM müntəzəm olaraq öz balansında olan kanalizasiya şəbəkələrinin yoxlanılması, profilaktikası, yuyulması, təmizlənməsi və təmirini həyata keçirməlidir”. İş materiallarında olan 21 saylı MKİS-in xx.xx.2019-cu il tarixli aktında Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 547-ci məhəllə, ev 88 ünvanında yerləşən X4 məxsus 39 və 40 N-li mənzilə (geyim mağazası) X5 müraciəti əsasında yerində baxış keçirildiyi və obyektin yanından keçən su borusunun partlaması nəticəsində obyektə su axıntısının baş verdiyi qeyd olunmuşdur. Bunun nəticəsində obyektin tavanı, divarı və döşəməsinə ziyan dəydiyi müəyyən edilmişdir. Beləliklə, bu aktdan müəyyən olunur ki, partlamış su xətti hər hansı istehlakçının mülkiyyətində olan yaşayış və ya qeyri-yaşayış sahəsinin su xətlərində deyil, Cavabdeh ASC-nin su anbarında olan su xəttinin partlaması nəticəsində baş vermişdir. Həmçinin təqdim edilmi fotoşəkillərdə də qəza baş verən yerdə cavbadeh Azərsu ASC-in qəza xidmətinin əməkdaşlarının işlədiyi görünür. Bundan başqa cavabdehin nümayəndəsindən qəza baş verən su anbarının cavabdehə aid olub-olmaması barədə rəsmi sənəd təqdim edilməsi tələb olunsa da, bu barədə məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. MPM-in 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Qeyd olunan normanın tələbinə əsasən məhkəmə qəza baş verən su anbarının cavabdehə aid olduğunu hesab edir. Göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 547-ci məhəllə, ev 88 ünvanında yerləşən su xətti Cavabdeh ASC-nin balansındadır və həmin xəttinin lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək Cavabdeh ASC-nin məsuliyyət dairəsinə daxildir. Ona görə də, "xxxx" ASC-nin vermiş olduğu sığorta ödənişini sığorta hadisəsinin baş verməsində məsuliyyəti olan Cavabdeh ASC-dən tələb etməyə əsası yaranmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia 800 manat pulun tələb edilməsi hissəsində əsaslıdır və Cavabdeh ASC-dən 800 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Bundan başqa iddiaçı 40 manat mediasiya xərcinin əvəzinin də cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, keçirilmiş mediasiya prosesi üzrə mübahisə predmeti 5352,99 manatlıq tələblə bağlı olmuş, lakin hazırki iddia tələbi üzrə mediasiya prosesində iştirak olunması barədə sənəd təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı mediasiya xərcinin ödənilməsinə dair sübut təqdim etmədiyindən, tələb həmin hissədə təmin edilməməlidir. Digər tərəfdən məhkəmə Mülki Prosessual Məcəllənin 113-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin olunduğundan, hazırkı iddia tələbinə mütənasib, kəsir olaraq ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ASC-dən (indiki adı ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsindən) 800 (səkkiz yüz) manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə kəsir olaraq ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu Cavabdeh ASCdən (indiki adı ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsindən) alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-756/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-756/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver