Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7567/2025 08.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı"xxxx" MMCilə Cavabdeh MMC arasında 01 oktyabr 2023-cü il tarixində MTD/01/10-01 saylı Alqı-satqı müqaviləsi üzrə yaranmış cəmi ƏDV daxil 43415.88 AZN borcun və tərəfimizdən ödənilmiş 221 AZN dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh MMC arasında 01 oktyabr 2023-cü il tarixində MTD/01/10-01 saylı Alqı-satqı müqaviləsi (bundan sonra “müqavilə”) imzalanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh MMC-yə müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavədə göstərilmiş malları təchizetməyi,Cavabdeh MMC isə malları qəbuledib əvəzində onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə Alqı-satqı müqaviləsinə əsasən miqdarı: 958.56 ton, qiyməti: 2 AZN +18% ƏDV, yekun məbləği: 2262.20 AZN olan Qrabil tam təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə Alqı-satqı müqaviləsinə əsasən miqdarı: 4456.68 ton, qiyməti: 2 AZN +18% ƏDV, yekun məbləği: 10517.76 AZN olan Qrabil tam təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə Alqı-satqı müqaviləsinə əsasən miqdarı: 11337.4 ton, qiyməti: 2.29 AZN +18% ƏDV, yekun məbləği: 30635.92 AZN olan Qrabil tam təhvil verilmişdir. "xxxx" MMC müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirərək Cavabdeh MMCr-anziılaşdırma protokolunda nəzərdə tutulmuş mallar ilə təmin etməsinə baxmayaraq,Cavabdeh MMC ödəniş öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə; - xx.xx.2024-cü il tarixli 11076073 nömrəli yekun məbləği ƏDV daxil 2262.20 AZN olan: - xx.xx.2024-cü il tarixli 11219924 nömrəli yekun məbləği ƏDV daxil 10517.76 AZN olan; - xx.xx.2024-cü il tarixli 12095382 nömrəli yekun məbləği 30635.92 AZN olan elektron qaimə-fakturalar göndərilmişdir. Belə ki,Cavabdeh MMC-nin "xxxx" MMCc-əymə i ƏDV daxil 2262.20 AZN (iki min iki yüz altmış iki manat iyirmi qəpik) + 10517.76 AZN (on min beş yüz on yeddi manat yetmiş altı qəpik) + 30635.92 AZN (otuz min altı yüz otuz beş manat doxsan iki qəpik) =43415.88 AZN (qırx üç min dörd yüz on beş manat səksən səkkiz qəpik) məbləğində borcu vardır. Borcun ödənilməsinə dairCavabdeh MMC-dyəəfələrlə müraciət etməyimizə baxmayaraq, bu günə kimi cəmi ƏDV daxil 43415.88 AZN (qırx üç min dörd yüz on beş manat səksən səkkiz qəpik) məbləğində olan borcunu ödəməmişdir. Müqavilənin 2.2-cimaddəsinə əsasən malların dəyəri“Alıcı” tərəfindən “Satıcı”nın hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 6.1-ci maddəsinə əsasən bu Müqavilənin icrası ilə bağlı tərəflər arasında yaranan bütün münasibətlər Azərbaycan Respublikasının Qanunvericiliyi ilə tənzimlənir. Müqavilənin 6.2-ci maddəsinə əsasasən Tərəflər arasında bu müqavilənin icrası ilə bağlı yaranan ixtilaf tərəflərin qarşılıqlı razılığı əsasında, belə razılıq əldə edilmədikdə isə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə münasib qaydada aidiyyəti Məhkəmələr tərəfindən həll edilir. Həmçinin xx.xx.2025-ci il tarixli pretenziya məktubu isə elektron formada qəbul edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 01 oktyabr 2023-cü il tarixində MTD/01/10-01 saylı Müqaviləyə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqaviləyə əsasən "Satıcı" "Alıcını" bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı əlavəsi olan qiymət razılaşdırma protokolunda qeyd edilmiş mallarla (bundan sonra mallar) təchiz etməyi,Alıcı isə həmin Malları qəbul edib əvəzində onun dəyərini hazırkı müqavilə şərtlərinə uyğun Satıcıya ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin ümumi məbləği,malın miqdarı,çeşidi,növü,markası və digər xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalara (qiymət razılaşdırma protokolu) və göndərilmiş elektron qaimələrə əsasən müəyyən edilir.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən malların qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə razılaşma ilə müəyyənləşdirilir.
11. Müqavilənin 2.2-ci bəndinə əsasən malların dəyəri "Alıcı" tərəfindən "Satıcının" hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirilir.
12. Müqavilənin 3.1 Satıcının aşağıdakı hüquqları vardır:
13. Müqavilənin 3.1.1-ci bəndinə əsasən "Alıcı"-dan Malları bu müqavilənin 4-cü maddəsində göstərilmiş müddətdə qəbul edilməsini tələb etmək;
14. Müqavilənin 3.1.2-ci bəndinə əsasən "Alıcı"-dan Malların qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödənməsini tələb etmək;
15. Müqavilənin 3.2 Satıcının aşağıdakı öhdəlikləri vardır:
16. Müqavilənin 3.2.1-ci bəndinə əsasən satıcı üçüncü şəxslərin tələblərindən azad olan və hər hansı bir yüklülüyü olmayan Malları Alıcının mülkiyyətinə vermək;
17. Müqavilənin 3.2.2-ci bəndinə əsasən malların tərəflər arasında razılaşdırılmış standartlara,formalara və keyfiyyətə uyğun olması təmin etmək;
18. Müqavilənin 3.3 bəndinə əsasən Alıcının hüquqları:
19. Müqavilənin 3.3.1-ci bəndinə əsasən malları satıcıdan alış sifarişində göstərilən müddətdə verilməsini tələb etmək.
20. Müqavilənin 3.4 Alcının öhdəlikləri:
21. Müqavilənin 3.4.1 bəndinə əsasən 15 gün ərzində alınmış malların bu müqavilə ilə müəyyənedilmiş dəyərini satıcı tərəfindən mallar və ya xidmət göstərilib, qaiməfaktura təqdim olunduqdan sonra köçürmə yolu ilə satıcının hesablaşma hesabına ödəmək.
22. Tərəflər arasında imzalanmış 01 №-li xx.xx.2023-cü il tarixli Müqaviləyə Əlavəyə əsasən Kirli Şebenin 1 tonununqiyməti ƏDV daxil 2,36 manat məbləğində müəyyən edilmişdir.
23. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli Təhvil-təslim Aktına əsasən 2262,20 manat məbləğində, xx.xx.2024-cü il tarixli Təhvil-təslim Aktına əsasən 10517,76 manat məbləğində, xx.xx.2024-cü il tarixli Təhvil-təslim Aktına əsasən 30635,92 manat məbləğində mallar təhvil verilmişdir. Aktlar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
24. İddiaçı tərəfindən cavabdehə satılmış mallara dair xx.xx.2024-cü il tarixli MT2410 11076073 saylı 2262,20 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 11219924 saylı 10517,76 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 12095382 saylı 30635,92 manat məbləğində e-qaimələr göndərilmişdir.
25. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
27. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
28. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
29. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
30. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
31. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
33. Göründüyü kimi tərəflər arasında bağlanmış 01 oktyabr 2023-cü il tarixində MTD/01/10-01 saylı müqaviləyə əsasən "Satıcı" "Alıcını" bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı əlavəsi olan qiymət razılaşdırma protokolunda qeyd edilmiş mallarla təchiz etməyi, Alıcı isə həmin Malları qəbul edib əvəzində onun dəyərini hazırkı müqavilə şərtlərinə uyğun Satıcıya ödəməyi öhdəsinə götürür. İşdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə ödənilməmiş 43415,88 manat borcu qalmışdır. Cavabdehin EMİS-də e-kabinetinin mövcüd olmasına baxmayaraq iddiaya (maların təhvil verilməsinə, tələb edilən məbləğə) dair hər-hansı etirazını məhkəməyə yazılı və ya iclaslarda iştirak edərək şifahi qaydada bildirməmişdir. Əksinə, sonuncu məhkəmə iclasının saatından sonra məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında barışıq istiqamətində danışıqlıqların aparılması məqsədi ilə iclasın təxirə salınmasını xahiş etmişdir.
34. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktları, e-qaimələr ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 43415,88 manat məbləğinə dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
35. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 43415,88 manat məbləğində borcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehdən 43415,88 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
36. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 221 manat dövlət rüsumu ödənilmişdir.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün, dövlət rüsumunun əvəzi qismində 221 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən alqı-satqı müqaviləsi üzrə 43415,88 manat borc və dövlət rüsumunun əvəzi olaraq 221 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova