Məhkəmə qərarları › İş №e-2-2(113)-757/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-757/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-757/2020 11.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Satar İsmailovun iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Satar İsmailova qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Satar İsmailova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsmailov Satardan əsas borc olaraq 16.659,75 manat və borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimə olaraq 4008 manat məbləğində pulun, cəmi 20667.75 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə bank hesabına və yaxud nağd şəkildə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (satıcı) ilə cavabdeh Satar İsmailov (alıcı) arasında xx.xx.2016-cı il tarixdə 36/2016 saylı diler satış müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən İddiaçı MMC müxtəlif vaxtlarda Sattar İsmailova mal satmışdır. Sattar İsmailov aldığı malların dəyəri olan 16.659,75 manat borcu İddiaçı MMC-yə ödəməmişdir. Müqavilənin 5.2.3-cü bəndində göstərilmışdir ki, alıcı aldığı malın dəyərini razılaşdırılmış müddət ərzində ödəməlidir. Həmin müqavilənin 5.2.6-cı maddəsində göstərilmişdir ki, alıcı ödəməni vaxtında yerinə yetirməzsə gecikən hər gün üçün qalan məbləğin 0.1% məbləğində cərimə ödəməlidir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqla qalan borcu ödəməsi barədə müraciət edilmişdir. Lakin cavabdeh borcu ödəməmişdir. Cavabdehin İddiaçı MMC-yə olan əsas borcu 16.659,75 manat və borcun ödənilməsinin gecikdirilməsinə görəhesablanmış cərimə cəmi 4008 manat edir. Beləliklə cavabdehin İddiaçı MMC-yə olan borcu cəmi 20667.75 manat təşkiledir. Gecikmə faizi olaraq hesablanan borc xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək hesablanmışdır. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və cavabdeh Satar İsmailov borcun bir hissəsini ödədiyini ödədiyini əsas göstərərək 9728,60 manat məbləğində əsas borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Satar İsmailov izahatında iddia tələbini qəbul etdiyni, borc məbləğini qısa müddətdə ödəyəciyini bildirdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (İddiaçı) ilə Satar İsmailov (Diler) arasında xx xxxx 2016-cı il tarixdə 36/2016 saylı diler satış müqaviləsi bağlanmışdır. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Həmin müqavilənin: 2.2-ci bəndinə əsasən müqavilənin predmetini inşaat sistemləri qrupunda dilerliyin verilməsi təşkil edir. 3.1-ci bəndinə uyğun olaraq, İddiaçı, diler tərəfindən realizə olunacaq məhsul sifarişlərini, dilerin kredit vəziyyəti və imkanları çərçivəsində qarşılamağa cəhd edəcəkdir. 4.1-ci bəndinə əsasən hazırki müqavilə ilə dilerə, İddiaçı rəsmi təmsil etmə hüququ verilməmişdir. Diler, İddiaçı-nın adından və onun hesabında heç bir fəaliyyət göstərə bilməyəcək və riskləri öz üzərinə götürməklə, müqavilənin predmetinə daxil olan malları öz adına və hesabına satacaqdır. 5.1.1-ci bəndinə uyğun olaraq İddiaçı məhsullarının dilerə satışı zamanı İddiaçı-nın müəyyən etdiyi qiymət siyahısı əsas götürülür. İddiaçı tərəfindən təqdim olunan qiymət siyahısı bu müqavilənin ayrılmaz bir hissəsidir. 5.2.5-ci bəndinə əsasən diler qaimə-faktura üzrə qəbul etdiyi malın dəyərini 30 gün ərzində İddiaçı ödənilməsini təmin etməlidir. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə İddiaçı onun ödənilməsini dilerdən tələb etməyə haqlıdır. İddiaçı MMC ilə Satar İsmailov tərəfindən tərtib edilmiş xx.xx.2019 - xx.xx.2019-cu il tarixləri əhatə edən dövr üzrə üzləşmə aktı ilə müəyyən edilir ki, Satar İsmailovun İddiaçı MMC-yə olan borcu 16.659,75 manat təşkil edir. İddiaçı MMC ilə Satar İsmailov tərəfindən tərtib edilmiş xx.xx.2020 - xx.xx.2020-ci il tarixləri əhatə edən dövr üzrə üzləşmə aktı ilə müəyyən edilir ki, Satar İsmailovun İddiaçı MMC-yə olan borcu 10.728,60 manat təşkil edir. xx.xx.2020-ci il tarixli, 001 saylı ödəniş tapşırığının surətindən görünür ki, Satar İsmailov İddiaçı MMC-nin hesabına 1000 manat ödəniş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMCilə cavabdeh Satar İsmailovarasında xx xxxx 2016-cı tarixli diler satış müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Satar İsmailovun göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 9.728,60 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərinin bir hissəsini – 9.728,60 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC cavabdeh Satar İsmailovdan 9.728,60 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Satar İsmailovdan xx.xx.2016-cı il tarixli, 36/2016 nömrəli diler satış müqaviləsi üzrə 9728,60 manat (doqquz min yeddi yüz iyirmi səkkiz manat altmış qəpik) məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçınəödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Satar İsmailovdan xx.xx.2016-cı il tarixli, 36/2016 nömrəli diler satış müqaviləsi üzrə 9728,60 manat (doqquz min yeddi yüz iyirmi səkkiz manat altmış qəpik) məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar