Məhkəmə qərarları › İş №e-2-2(113)-757/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-757/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-757/2023 16.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X6 qızının katibliyi ilə, İddiaçı X1 Cavabdeh İB-ə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsassız hesablanmış 1635 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.13-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda ərizə baxılmamış saxlanılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanununun 21.9.1-ci maddəsinə əsasən 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə məhkəmə tərəfindən ərizə baxılmamış saxlanılır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, iddiaçı X4 ilkin mediasiya sessiyasında cavabdeh qismində Cavabdeh İB-i deyil, "xxxx" QSC-i göstərmiş və mediasiya sessiyasında iştirak etmək üçün "xxxx" QSC-yə poçt vasitəsilə məlumat göndərmişdir. Göründüyü kimi, ilkin mediasiya sessiyası iddiaçı ilə Cavabdeh İB arasında deyil, "xxxx" QSC arasında keçirildiyindən məhkəmə hesab edir ki, iş üzrə icraat baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı X1 Cavabdeh İB-ə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı X1 Cavabdeh İB-ə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı X2 izah edilsin ki, ilkin mediasiya sessiyası sistemdə qeyd edilən cavabdehlə keçirildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar