Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-758/2025 22.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "X6 Güc Sistemleri Sanayi ve Ticaret" Anonim Şirketinin və İddiaçı2 cavabdeh “Akc İnşaat" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, hüquqi yardım və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X2 katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı "X6 Güc Sistemleri Sanayi ve Ticaret" Anonim Şirketinin və İddiaçı2 cavabdeh “Akc İnşaat" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "X6 Güc Sistemleri Sanayi ve Ticaret" Anonim Şirketinin və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC dən - iddia qiymətini təşkil edən 11,012.66 (on bir min on iki manat 66 qəpik) manat məbləğində əsas borc məbləği, 1,982.28 (bir min doqquz yüz səksən iki manat 28 qəpik) manat məbləğində ədv borcu ümumilikdə 12,994.94 (on iki min doqquz yüz doxsan dörd manat 94 qəpik) manat borc, 1000 (bir min) manat gecikmə cəriməsi və 132 manat dövlət rüsumu “Borusan Makina və Güc Sistemləri Sanayi və Tic.A.Ş. nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X6 Güc Sistemleri Sanayi Ve Ticaret A.Ş." nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə "xxxx" MMXC arasında 15 yanvar 2019-cu il tarixli BM-017/19 saylı Xidmət və X4-Satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında adları e-qaimədə qeyd edilən ehtiyat hissələrin alqı satqısı həyata keçirilmiş və təhvil verilmişdir. Tərəfimizdən malların dəyərinin ödənilməsi üçün aşağıda qeyd edilən elektron qailmələr Cavabdehə göndərillmiş və Cavabdeh tərəfindən qəbul edilmişdir. Qaimələr üzrə 11,012.66 (on bir min on iki manat 66 qəpik) manat məbləğində əsas borc məbləği, 1,982.28 (bir min doqquz yüz səksən iki manat 28 qəpik) manat məbləğində ədv borcu ümumilikdə 12,994.94 (on iki min doqquz yüz doxsan dörd manat 94 qəpik) manat borc Cavabdeh tərəfindən bu günə kimi ödəniş edilməmişdir. Tərəfimizdən cavabdehə borcun ödənilməsi ilə bağlı həm online vergi vasitəsilə həm də xx.xx.2024-cü il tarixdə cavabdehin rəsmi mail (Elektron ünvan 1) ünvanına pretenziya göndərilmiş və cabvabdeh tərfindən qəbul edilmişdir. Cavabdeh tərəfindən Pretenziya məktubun qəbul edilməsi ilə bağlı elektron mail ünvanımıza (Elektron ünvan 2) xx.xx.2024cü il tarixdə məktub göndərilərək borclarını etiraf etmişlər və 30 gün müddətində ödəniləcəyini qetyd etmişdilər. Cavabdehin bu təklifi ilə razı olaraq xx.xx.2024-cü il tarixdə tərəflər arasından Ödəniş Protokolu imzalıanmışdır. Həmin Protokola əsasən cavabdeh xx.xx.2024-cü il tarixədək borcun ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürmüş öhdəliyi yerinə yetiməmiş, iddiaçıya olan borcunu ödəməmişdir. Tərəflər arasında imzalanmış 15 yanvar 2019-cu il tarixli BM-017/19 saylı Xidmət və X4-Satqı Müqaviləsi 6.1-ci maddəsinə əsasən Sifarişçi bu müqavilə üzrə ödənişi vaxtında ödəməzsə hər gecikdirilən gün üçün ümumi məbləğin 0,05 % həcmində cərimə ödəyir (lakin müqavilənin 10% dən artıq olmamaq şərtilə). Müqavilə üzrə gecikmə müddəti e qailmələrin tarixləri üzrə 1,000 (bir min) manat təşkil edir. Bundan əlavə İddiaçı iddia ərizəsinin verilməsinə görə 132 manat dövlət rüsumu ödəyərək maddi ziyana düşmüşdür. Belə olan halda ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə Cavabdeh MMC-dən müqavilə üzrə 11,012.66 (on bir min on iki manat 66 qəpik) manat məbləğində əsas borc məbləği, 1,982.28 (bir min doqquz yüz səksən iki manat 28 qəpik) manat məbləğində ədv borcu ümumilikdə 12,994.94 (on iki min doqquz yüz doxsan dörd manat 94 qəpik) manat borc, 1000 (bir min) manat gecikmə cəriməsi və 132 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. “X6 Güc Sistemleri Sanayi Ve Ticaret A.Ş." nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə "xxxx" MMC arasında bağlanmış 15 yanvar 2019-cu il tarixli BM-017/19 saylı Xidmət və X4-Satqı müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci maddəsinə əsasən İcraçı/Satıcı Sifarişçi/Alıcının təsdiq etdiyi sifarişlər əsasında və ya bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 əsasən onun xüsusi texnikasına müvafiq texniki xidmət göstərməyi və eyni zamanda ehtiyyat hissələri ilə təmin etməyi, Sifarişçi isə bu xidmət və malların haqqını Müqavilə üzrə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öz üzərinə götürür.
9. Müqavilənin 2.1-ci maddəsinə əsasən ümumi məbləği müqavilənin ayrılmaz hissəsini təşkil edən X1 əsasən müəyyən olunur. Müqavilənin qiyməti Azərbaycan manatı ilə ifadə edilir.
10. Müqavilənin 2.2-ci maddəsinə əsasən Sifarişçi/Alıcı tərəfindən ödəniş xidmətlər göstərildikdən və Mallar təhvil verildikdən sonra faktiki göstərilmiş xidmətlərə görə müvafiq təhvil-təslim aktının (bundan sonra «akt» adlandırılacaq) imzalanmasından, müvafiq elektron qaimə-faktura və hesab faktura təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində İcraçının müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə ödənilir.
11. Müqavilənin 6.1-ci maddəsinə əsasən Sifarişçi/Alıcı bu müqavilə üzrə xidmətlərin və ehtiyyat hissələrinin dəyərini vaxtda ödəməzsə, hər gecikdirilən gün üçün ümumi məbləğin 0,05% həcmində cərimə ödəyir (lakin müqavilənin 10% artıq olmamaq şərti ilə).
12. xx.xx.2024-cü il tarixli, EBDZ193859 saylı e-qaiməyə əsasən 253,03 manat dəyərində, xx.xx.2024 cü il tarixli, MT2403/151731 saylı e-qaiməyə əsasən 520,42 manat dəyərində, xx.xx.2024-cü il tarixli, EBEA202946 saylı e-qaiməyə əsasən 9979,02 manat dəyərində və xx.xx.2024-cü il tarixli, MT2405/10223915 saylı e-qaiməyə əsasən 260,19 manat dəyərində mal satışına dair e-qaimə tərtib edilmişdir.
13. xx.xx.2024-cü il tarixli ödəniş protokolundan görünür ki, “X6 Güc Sistemleri Sanayi Ve Ticaret A.Ş." nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə "xxxx" MMC arasında bağlanmış 15 yanvar 2019-cu il tarixli BM-017/19 saylı Xidmət və X4-Satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixli, EBDZ193859 saylı, xx.xx.2024 cü il tarixli, MT2403/151731 saylı, xx.xx.2024-cü il tarixli, EBEA202946 saylı, xx.xx.2024-cü il tarixli, MT2405/10223915 saylı e-qaimələr üzrə Cavabdeh MMC-nin 12994,94 manat borcun olduğunu MMC təsdiq etmiş və xx.xx.2024-cü il tarixədək borcu tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin sənəd hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
14. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
17. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
18. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
19. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
20. Tərəflər arasında bağlanmış 15 yanvar 2019-cu il tarixli BM-017/19 saylı Xidmət və X4-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən satıcı alıcıya mal satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
21. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə və borcun etirafı (ödəniş protokolu) ilə təstiq olunduğu üçün 12994,94 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
22. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 12994,94 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 12994,94 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
23. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış Müqaviləyə əsasən hesablanmış 1000 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
24. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
25. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
26. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
27. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 650 manat məbləğində müəyyən edilməlidir.
28. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 132 manat dövlət rüsumu ödənilmişdir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün 132manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh “Akc İnşaat" MMC-dən xx.xx.2019-cü il tarixli BM-017/19 saylı müqavilə üzrə ƏDV daxil 12994,94 manat əsas borc məbləği, 650 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 132 manat tutularaq iddiaçı "X6 Güc Sistemlerisanayi ve Ticaret" Anonim Şirketinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova