Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7594/2025 16.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı “EA X1 İnşaat Taahhüt ve Ticaret Limited Şirketi”nin Azərbaycandakı Respublikasındakı Filialının Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “EA X1 İnşaat Taahhüt ve Ticaret Limited Şirketi”-nin Azərbaycandakı Respublikasındakı Filialı (bundan sonra-iddiaçı) Cavabdeh2 (bundan sonra- cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ƏDV daxil cəmi 64.928 AZN əsas borc, 3246 manat əldən çıxmış fayda, dövlət rüsumuna görə, ödənən 296 manat və vəkilə ödənilmiş 320 manat pul vəsaitinin iddaçıya ödənməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Hazırda iddiaçı məhkəməyə yazılı ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinin geri qaytarılması barədə vəsatətin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada iddiaçıya məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının vəsatətini materiallarla əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən həmin Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməli və iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı “EA X1 İnşaat Taahhüt ve Ticaret Limited Şirketi”-nin Azərbaycandakı Respublikasındakı Filialı tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı “EA X1 İnşaat Taahhüt ve Ticaret Limited Şirketi”-nin Azərbaycandakı Respublikasındakı Filialının Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi iddiaçı “EA X1 İnşaat Taahhüt ve Ticaret Limited Şirketi”-nin Azərbaycandakı Respublikasındakı Filialına geri qaytarılsın. İddia ərizəsi verilərkən ödənilmiş 296 (iki yüz doxsan altı) manat dövlət rüsumu iddiaçı “EA X1 İnşaat Taahhüt ve Ticaret Limited Şirketi”-nin Azərbaycandakı Respublikasındakı Filialına qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-7594/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7594/2025
16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver