Məhkəmə qərarları › İş №e-2-2(113)-7596/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7596/2025

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7596/2025 19.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alğı-satqı,pul) X11 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İdddiaçı İddiaçı Firmasının cavabdeh "X5" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Firması (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X6” Qapalı Səmdar Cəmiyyəti“ndən İddiaçı Firması qarşısında 15 sentyabr 2025-ci il tarixinə mövcud olan əsas borc üzrə 955 126,45 (doqquz yüz əlli beş min bir yüz iyirmi altı.45) manat və 60 989,76 (altmış min doqquz yüz səksən doqquz.76) manat ƏDV məbləği olmaqla cəmi 1 016 116,20 (bir miyon on altı min bir yüz on altı.20) manat həcmində qalıq borcu məbləği və 1 016 116,20 manat ödənilməmiş borc məbləğinə hesablanmış 31 189,73 (otuz bir min bir yüz səksən doqquz.73) manat faiz olmaqla,cəmi 1 047 305,93 (bir milyon qırx yeddimin üç yüz beş.93) manat, v tərəfimizdən ödənilmiş 1 320,00 (iki yüz iyirmi dörd) manat dövlət rüsumu olmaqla ümumilikdə 1 048 625,93 (bir milyon qırx səkkiz min altı yüz iyirmi beş.93) manat məbləğində pul vəsaitinin "X5" MMC-dən tutularaq İddiaçı Firmasına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Firması ilə“X6” Qapalı Səmdar Cəmiyyəti arasında bağlanmış 12 sentaybr 2022-ci il tarixli, “Mallar ((işlər və xidmətlər) üzrə satınalma) Müqaviləsi № 01/2022”-ə və həmin müqaviləyə əlavə edilmiş 22 Yanvar 2024-cü il tarixli 01/2022 saylı “Qiymətlərin razılaşdırıma Protokolu №11”, 23 Fevral 2024-cü il tarixli 01/2022 saylı “Qiymətlərin razılaşdırıma Protokolu №13” və 12 mart 2024-cü il tarixli “Qiymətlərin razılaşdırıma Protokolu № 14”-ə əsasən tərəfinizdən cəmi 955 126,45 (doqquz yüz əlli beş min bir yüz iyirmi altı.45) manat Əsas məbləğ və 60 989,76 (altmış min doqquz yüz səksən doqquz.76) manat ƏDV məbləği olmaqla cəmi 1 016 116,20 (bir miyon on altı min bir yüz on altı.20) manat məbləğində İddiaçı Firması tərəfinzdən təqdim edilmiş və “X6” Qapalı Səmdar Cəmiyyəti tərəfindən qəbul edilmiş müxtəlif ölçülü fiberoptik kabellərin haqqı bu günə kimi ödənilməmişdir. (Elektron qaimə-fakturaların reyestri və bank hesablarından çıxarışlar ərizəyə əlavə edilir.) Baxmayaraq ki, 12 sentaybr 2022-ci il tarixli, “Mallar ((işlər və xidmətlər) üzrə satınalma) Müqaviləsi № 01/2022”-nin 10.1. bəndinə görə “X6” Qapalı Səmdar Cəmiyyəti tərəfindən alınması nəzərdə tutulan malın dəyəri ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaqla ödənilməsi nəzərdə tutulsa da, sonuncu dəfə həmin müəssisəyə İddiaçı Firmasının satdığı müxtəlif ölçülü fiberoptik kabellərin dəyərinin 50 000,00 (əlli min) manatdan ibarət hissəsəsi Bank Respublika ASC vasitəsiylə 06 fevral 2025-ci il tarixində həyata keçirilmişdir. Digər tərəfdən qeyd etmək istəyirəm ki, “X6” QtSəCrəfindən ödənilməmiş əsas məbləğ üzrə 955 126,45 (doqquz yüz əlli beş min bir yüz iyirmi altı.45) manat məbləğində malların ƏDV-sinin171 922,76 (bir yüz yetmiş bir min doqquz yüz iyirmi iki.76) manat məbləğindən 110 933,06 ( bir yüz on min doqquz yüz otuz üç.06) manat məbləği müəssisəmizin ƏDVsub-uçot hesabına köçürülmüşdür. Bununla da əsas borc üzrə 955 126,45 (doqquz yüz əlli beş min bir yüz iyirmi altı.45) manat və 60 989,76 (altmış min doqquz yüz səksən doqquz.76) manat ƏDV məbləği olmaqla cəmi 1 016 116,20 (bir miyon on altı min bir yüz on altı.20) manatdan ibarət qalıq hissəsi bu günə kimi ödənilməmişdir. Tərəfimizdən qarşımızda mövcud olan 1 016 116,20 (bir miyon on altı min bir yüz on altı.20) manatdan ibarət borcun ödənilməsinə dair sizə ünvanlanmış 30 aprel 2025-ci il tarixli tələb də bu günə kimi yerinə yetirlməmişdir. Bundan sonra cavabdeh “X6” Qapalı Səmdar Cəmiyyətinə İddiaçı Firması tərəfindən 11 sentyabr 2025-ci il tarixində “taxes.gov.az” internet resursları vasitəsiylə Pretenziya göndərilmiş və İddiaçı Firmasının qarşısında 11 sentayabr 2025-ci il tarixinə mövcud olan ƏDV daxil 1 016 116,20 (bir miyon on altı min bir yüz on altı.20) manat həcmində borc məbləğinin, 1 016 116,20 (bir miyon on altı min bir yüz on altı.20) manat ödənilməmiş borc məbləğinə hesablanmış 30 625,21(otuz min altı yüz iyirmi beş.21) faizlərin və ümumilikdə İddiaçı Firmasıqarşında olan 1 046 741,41 (bir miyon qırx altı min yeddi yüz qırx bir.41) manat həcmində öhdəliyinizi 2 (iki) bank günü müddətində yerinə yetirilməsi "X5" MMC-dən tələb edilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, İş üzrə ekspertiza təyin edilmişdir. Bizim nəticə ilə ekspertin rəyi arasında 1 manat fərq olmuşdur. Cərimə 5% səviyyəsində, xx.xx.2025-ci il tarixində hesablanmışdır. Müvafiq olaraq, təslim aktları, e-qaimə və digər sənədlər təqdim edilmişdir.

4. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək,iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, Müqavilə mövcud olmuş, xidmətlər göstərilmiş və ödənişlər həyata keçirilmişdir. Lakin borcun mövcudluğu bizə şübhəlidir və buna görə də borca razı deyildik, təkrar ekspertizanın keçirilməsini xahiş edirdik. Biz borcu qəbul etmirik. Hesab edirik ki,bizim ödənişlərimizdə müvafiq olaraq gecikmələrə görə sildiyimiz cərimələr nəzərə alınmalı idi. III. Məhkəmə baxışının hədləri:

5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

7. İddiaçı Firması ilə Cavabdeh MMC arasında imzalanmış 12 sentyabr 2022-ci il tarixində 01/2022 alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən Müqavilənin aynimaz tərkib hissəsi olan Əlavələrində göstərilən mallann/işlərinin satın alınması müqavilənin predmetini təşkil edir. - 2.2-ci bəndinə əsasən İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan hazırkı müqavilənin aynimaz tərkib hissəsi olan Əlavələrində göstərilən mallann/işlərinin təhvil verilməsini (yerinə yetirməsini və ya göstərməsini) öhdəsinə götürür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) İcraçının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurlann aradan qaldın İmasına təminat verir. - 10.1-ci bəndinə əsasən Müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən müqavilənin Əlavəsində göstərilən qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır. - 10.3-cü bəndinə əsasən müqavilə üzrə ödəmələr (avans ödənişi istisna olmaqla) Sifarişçi tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq müqavilənin Əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə İcraçıya ödənilir. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılması nəzərə alınmaqla) 30 bank günü müddətində Sifarişçi ilə İcraçı arasında son haqqhesab aparılır və həmin müddət ərzində yekun məbləğ İcraçıya ödənilir. - 10.4-cü bəndinə əsasən Müqavilə İcraçı və ya Sifarişçi tərəfindən ləğv olunursa, tərəflər ödənişlərin məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 30 bank günü müddətində ödənilir. - 10.5-ci bəndinə əsasən Müqavilə üzrə ödəmələr (o cümlədən, avans ödənişi) müqavilənin Əlavəsində nəzərdə tutulmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün müəyyən olunmuş məbləğdə faiz hesablanır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

8. İddiaçı Firması ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 01/2022 saylı alqısatqı müqaviləsinə 11 saylı X1 əsasən iddiaçı ilə cavabdeh arasında 6842963.29 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

9. İddiaçı Firması ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 01/2022 saylı alqısatqı müqaviləsinə 13 saylı X1 əsasən iddiaçı ilə cavabdeh arasında ******* manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

10. İddiaçı Firması ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 01/2022 saylı alqısatqı müqaviləsinə 14 saylı X1 əsasən iddiaçı ilə cavabdeh arasında ******* manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

11. İddiaçı Firması ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 01/2022 saylı alqısatqı müqaviləsinə 09 saylı Əlavəyə əsasən 130193 m fiber optik kabel iddiaçı tərəfindən cavabdehə verilmişdir.

12. "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarış məlumatlarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən ərizəçiyə müxtəlif vaxtlarda ödənişlər edilmişdir.

13. "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarış məlumatlarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən ərizəçiyə müxtəlif vaxtlarda ödənişlər edilmişdir.

14. 18.09.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən müəyyən olunur ki,“X4” MMC tərəfindən İddiaçı Firmasının hesabına 47024.84 manat köçürülmüşdür.

15. xx.xx.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən müəyyən olunur ki,“X4” MMC tərəfindən İddiaçı Firmasının hesabına 9000 manat köçürülmüşdür.

16. 18.09.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən müəyyən olunur ki,“X4” MMC tərəfindən İddiaçı Firmasının hesabına 47024.84 manat köçürülmüşdür.

17. 21.08.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən müəyyən olunur ki,“X4” MMC tərəfindən İddiaçı Firmasının hesabına 63908.25 manat köçürülmüşdür.

18. İddiaçı Firması tərəfindən Cavabdeh MMC -yə MT2408 10195400 saylı xx.xx.2024-cü il tarixli 230722.804 manat, MT2409 10028472 saylı xx.xx.2024-cü il tarixli 212568.2208 manat, MT2409 10153225 saylı xx.xx.2024-cü il tarixli 2973.6 manat, MT2409 10027691 saylı xx.xx.2024-cü il tarixli 10746.3426 manat məbləğində elektron qaimələr göndərilmişdir.

19. "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki,cavabdeh tərəfindən iddiaçıya 882680.7 manat ödənilmişdir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası 22 dekabr 2025-ci il tarixli, 3-16-16/2-9/5443/2025 saylı ekspert rəyinə əsasən Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarına olan sənədlərə, o cümlədən tərəflər arasında imzalanmış 12 sentyabr 2022-ci il tarixli, 01/2022 nömrəli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin qeyd olunan şərtlərinə əsasən, cavabdeh “X7” Qapalı Səmdar Cəmiyyətinin İddiaçı Firması qarşısında 15 sentyabr 2025-ci il tarixinə mövcud olan ümumi borcu ƏDV daxil 1.016.117,13 manat, faiz borcu isə 30906,89 manat təşkil edir.Eyni zamanda 12 sentyabr 2022-ci il tarixli, 01/2022 nömrəli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi əsasında xx.xx.2022 - xx.xx.2025-ci il tarixi aralığında Cavabdeh Qapalı Səmdar Cəmiyyəti tərəfindən İddiaçı Firmasının bank hesablarına aparılmış (bank hesabından çıxarış və ödəniş tapşırıqlarına əsasən) əsas ödəniş məbləği 31.403.522,05 manat, ƏDV sub uçot hesabına aparılmış ödənişlərin məbləği 5.763.567,13 manat olmaqla, ümumilikdə 37.167.089,18 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 500 manat təşkil edir.

V. Tətbiq edilən hüquq:

21. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X8rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

25. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Firması ilə Cavabdeh MMC arasında alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilən elektron qaimələrlə, təhvil təslim aktları və qiymət razılaşdırma protokolları ilə ilə təsdiq edilir. Məhkəmə araşdırması zamanı tərəfləri izahatları ilə də müəyyən olunmuşdur ki, iddia ərizəsində qeyd edilən dəyərdə, yəni, e-qaimələrdə qeyd edlən malların cavabdehə təhvil verilməsi və verilən mallar əsasında cavabdeh tərəfindən (bank hesabından çıxarış və ödəniş tapşırıqlarına əsasən) ümumilikdə 37.167.089,18 manat məbləğin iddiaçıya ödənilməsi işin mübahisəsiz halıdır. Tərəflər arasında işin mübahisələndirilən halı odur ki, cavabdeh tərəf müqavilənin 12-ci bəndinə əsasən iddiaçı mallarıın verilməsini gecikdirdiyi üçün, 0,1 taiz mebleğinde cərimə tetbiqedərək ödəniş etdiyini,bu səbəbdən heç bir borcunun qalmadığını iddia edərək iddianın rədd edilməsini xahiş edir.

27. Cavabdehin borcunun müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq eskpertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası 22 dekabr 2025-ci il tarixli, 3-16-16/2-9/5443/2025 saylı ekspert rəyinə əsasən Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarına olan sənədlərə, o cümlədən tərəflər arasında imzalanmış 12 sentyabr 2022-ci il tarixli, 01/2022 nömrəli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin qeyd olunan şərtlərinə əsasən, cavabdeh “X7” Qapalı Səmdar Cəmiyyətinin İddiaçı Firması qarşısında 15 sentyabr 2025-ci il tarixinə mövcud olan ümumi borcu ƏDV daxil 1.016.117,13 manat, faiz borcu isə 30906,89 manat təşkil edir.Eyni zamanda 12 sentyabr 2022-ci il tarixli, 01/2022 nömrəli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi əsasında xx.xx.2022 - xx.xx.2025-ci il tarixi aralığında Cavabdeh Qapalı Səmdar Cəmiyyəti tərəfindən İddiaçı Firmasının bank hesablarına aparılmış (bank hesabından çıxarış və ödəniş tapşırıqlarına əsasən) əsas ödəniş məbləği 31.403.522,05 manat, ƏDV sub uçot hesabına aparılmış ödənişlərin məbləği 5.763.567,13 manat olmaqla, ümumilikdə 37.167.089,18 manat təşkil etməsi müəyyən edilmişdir.

28. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda əsas borca dair hissədə məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

29. Cavabdehin etirazının əsasları ondan ibarətdir ki, ekspert rəyi reallığı tam əks etdirmir, qərəzli və bir tərəfli hazırlanmışdır. Ekspert rəyi müqavilənin 12-ci maddəsinin tələblərini pozur və bu səbəbdən cərimələrin silinməsi ilə bağlı məsələlər öz əksini tapa bilmir. Bununla bağlı, müvafiq arqumentlər yazılı formada da təqdim edilmişdir və ekspert rəyi ilə bağlı ciddi tərəfsizlik və dəqiqlik məsələlərinin nəzərə alınması tələb olunur. Beləliklə, iddia əsassızdır və cərimələrin silinməsi məsələsi müqavilə şərtlərinə uyğun olaraq tərəfimizdən avtomatik icra olunur.Bundan əlavə Belə ki, qeyd olunan müqavilənin 10-cu bəndində sifarişçi tərəfindən ödənişlərin müəyyən olunmuş müddətdə həyata keçirilmədiyi hallarda gecikdirilmiş hər gün üçün faiz tutulması nəzərdə tutulsa da, müqavilənin 12-ci bəndində icraçı tərəfin öhdəliklərinin pozulmasına görə cərimə mexanizmi ayrıca və açıq şəkildə müəyyən edilmişdir. Həmin bəndə əsasən, icraçı tərəfindən malların (işlərin, xidmətlərin) vaxtında təqdim edilməməsi halında gecikdirilmiş hər gün üçün 0,1 faiz məbləğində cərimə tətbiq olunur. İş materiallarından, o cümlədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən aydın şəkildə görünür ki, icraçı tərəfindən təqdim edilmiş materialların hamısı müqavilədə nəzərdə tutulmuş müddətlərdən gec təqdim edilmiş, sifarişçi tərəf isə bu halı əsas götürərək müqavilənin 12-ci bəndinə uyğun olaraq müvafiq cərimə hesablamaları aparmışdır. Misal olaraq müqavilənin 12 mart 2024-cü il tarixli 14 saylı əlavəsində malların təhvil verilməsi üçün 20-80 gün müəyyən edilməsinə baxmayaraq, həmin mallar 176 gün gecikmə ilə 03 sentyabr 2024-cü il tarixində təhvil verilmişdir. Bu bütün malların təhvili zamanı baş vermişdir ki, müqavilə şərtlərinə müvafiq olaraq icracı bu gecikmələrə görə günlük 0,1 faiz məbləğində cərimə hesablamışdır.

30. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarını araşdıraraq qeyd edir ki, tərəflər arasında 12 sentyabr 2022-ci il tarixində 01/2022 saylı müqavilə bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan məbləğdə malların təhvil verilməsi və cavabdeh tərəfindən həmin malların dəyərindən cəmi 37.167.089,18 manat ödəməsi və cavabdehin iddiaçı tərəfindən ona təhvl verilən malların ƏDV daxil 1 016 116,20 manat məbləğində hissəsinin ödənilməmiş qalması işin mübahisəsiz halıdır. Məhkəmə cavabdehin ödənişləri, iddiaçı tərəfindən malların gecikdirilməsi səbəbndən cərimə tətbiq edib ödəməsinə dair dəlillərini əsassız hesab edir, belə ki, birincisi cavabdeh tərəfindən iddiaçıya gecikdirilmə və cərimə tətbiq edilməyə dair heç bir prenetnziya verilməsinə dair və ya bu halı təsdiq dərəc heç bir sübut məhkəməyə təqdim edilməmişdir, həmçinin müqavilədə ödənişin belə bir qaydada həyata kecirilməsinə dair heç bir bənd yoxdur . Belə ki tərəflər arasında mövcud müqavilənin hesablaşmalara dair müvafiq 10.1-ci bəndinə əsasən Müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən müqavilənin Əlavəsində göstərilən qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılmalıdır. Həmçinin cavabdehin əvvvəlki ödənişləri e-qaimələrə əsasən ödənişlər etməsi borcun məbləği ilə bağlı onun iradə ifadəsinin olmasını təsdiq edir.

31. Məhkəmə həmçinin qeyd edilməsini zəruri hesab edir ki, cavabdehin ilkin olaraq 12 sentyabr 2022-ci il tarixində 01/2022 nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən borc məbləğini öz iradə ifadəsi ilə qəbul etməsi və həmin məbləğdən ödənişlər etməsi, sonradan fərqli mövqe bildirərək borcun məbləğinin yenidən hesablanmasını tələb etməsi estopel prinsipi ilə də ziddiyyət təşkil edir.

32. «…Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir (“M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarı)

33. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin qərarlarında əks olunan hüquqi mövqedən göründüyü kimi, mülki hüquq münasibətlərinin subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, mülki hüquqlarını hüquqa uyğun həyata keçirməli, hüquqdan sui-istifadə etməməlidir. Belə ki, mülki hüquq münasibətinin digər tərəfinin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftarına zidd hüququ həyata keçirməməli və öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan inkaryönümlü istinad etməməlidir. Bu mənada bir tərəfin mövcud hüquqi şəraitə güvənməsi və həmin etimadın qanunla qorunduğu halda, digər tərəfin cari hüquqi şəraiti birinciyə ziyan vurmaq məqsədi ilə dəyişməsi vicdanlılığa zidd olmaqla hüquqdan sui-istifadəyə məruz qalmış şəxslərə müdafiə hüququ yaradır.

34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

35. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – ƏDV daxil 1.016.117,13 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 955 126,45 manat məbləğində əsas borc və 60 989, 76 manat məbləğində ƏDV borcu tutularaq İddiaçı Firması -yə ödənilməlidir.

36. Bundan əlavə illik 5 % uçot faiz dərəcəsi ilə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 31 189,73 manat pulun tutulmasını xahiş etmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərə münasibətdə qeyd edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Lakin həmin faizlər də borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin formalarından biri olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi ilə tətbiq edildiyindən bərpaedici xarakterli sanksiyadır.

37. Odur ki, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq gecikmə müddəti üçün tutulmasını xahiş etdiyi məbləğ iş üzrə keçirilmiş ekspertiza rəyi nəzərə alınmaqla, illik 5%lə 30 906,89 manat hesablanmalı, həmin hissədə iddia qismən təmin edilməlidir.

38. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə iddİa tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 1313.51 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

39. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat pul vəsaiti cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 955 126,45 (doqquz yüz əlli beş min yüz iyirmi altı manat qırx beş qəpik) manat məbləğində əsas borc, 60 989, 76 (altmış min doqquz yüz səksən doqquz manat yetmiş altı qəpik) manat məbləğində ƏDV borcu, illik 5%-lə hesablanmış 30 906,89 (otuz min doqquz yüz altı manat səksən doqquz qəpik) manat məbləğində faiz borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 1313, 51 (min üç yüz on üç manat əlli bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Firmasının xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat pul vəsaiti cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar