Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-76/2021 27.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 147775,69 manat borc, 59865,91 manat cərimə, 160 manat vəkil xərci və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 207831,60 manat məbləğində pulun birdəfəlik tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 19.12.2018-ci il tarixli, 2019/ASM/065 saylı sementin alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən əsasən iddiaçı hər bir tonun qiyməti 112,10 manat olmaqla sementin cavabdehə çatdırılmasını, cavabdeh isə məhsulu qəbul edərək onun dəyərini iddiaçıya ödəməsini öz öhdəsinə götürmüşdür. Cavabdehə 245318,50 manat dəyərində sement satılmış, həmin məbləğdən 147775,69 manat məbləğ indiyə qədər ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya göndərilmiş, lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymamışdır. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, cavabdeh "Cavabdeh” MMC-dən 137775,69 manat (yüz otuz yeddi min yeddi yüz yetmiş beş manat altmış doqquz qəpik) borc, 59865,91 manat (əlli doqquz min səkkiz yüz altmış beş manat doxsan bir qəpik) cərimə, 160 (yüz əlli) manat vəkil xərci və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 197831,60 manat (yüz doxsan yeddi min səkkiz yüz otuz bir manat altmış qəpik) məbləğində pulun tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X2 verdiyi izahatda iddia tələbini qəbul etməyərək, bildirdi ki, cavabdehin iddiaçıya borcu yoxdur. Borc ödənilmişdir. Ödəmə barədə sübutların bir qismini təqdim etmiş, qalanlarını isə təqdim edə bilmir. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: Satıcı qismində İddiaçı ASC ilə alıcı qismində Cavabdeh MMC arasında 19.12.2018ci il tarixdə 2019/ASM/065 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən satıcı hər bir tonun qiyməti 112,10 manat olmaqla sementin alıcıya çatdırılmasını, alıcı isə məhsulu qəbul edərək onun dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı ASC tərəfindən 28.12.2018-ci il tarixli, EAAO seriyalı, 770867 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 21207,08 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. İddiaçı ASC tərəfindən 04.01.2019-cu il tarixli, EAAO seriyalı, 892782 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 16232,08 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. İddiaçı ASC tərəfindən 16.01.2019-cu il tarixli, EAAP seriyalı, 170983 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 81577,41 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. İddiaçı ASC tərəfindən 21.01.2019-cu il tarixli, EAAP seriyalı, 385966 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 23639,65 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. İddiaçı ASC tərəfindən 25.01.2019-cu il tarixli, EAAP seriyalı, 564336 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 2109,72 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. İddiaçı ASC tərəfindən 29.01.2019-cu il tarixli, EAAP seriyalı, 705691 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 82882,26 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. İddiaçı ASC tərəfindən 08.02.2019-cu il tarixli, EAAQ seriyalı, 183093 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 39111,69 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. İddiaçı ASC tərəfindən 12.02.2019-cu il tarixli, EAAQ seriyalı, 311802 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 22715,94 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. İddiaçı ASC tərəfindən tərtib edilmiş 01.10.2019-cu il tarixinə cərimələrin hesablanması barədə məlumatları əks etdirən cədvəldən görünür ki, hər gecikdirilmiş günə görə 0,1 faiz cərimə hesablanmaqla cavabdehin iddiaçıya cəmi 59865,91 manat məbləğində cərimə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən 01.10.2019-cu il tarixdə 320/19 saylı pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 19.11.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən "İsmayılbəyli və partnyorları" Vəkil Bürosuna 160 manat məbləğində vəsait ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07.04.2021-ci il tarixli, 9/5786 saylı ekspert rəyində qeyd olunur ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 19 dekabr 2018-ci il tarixli, 2019/ASM/065 saylı müqavilə üzrə məhsulun çatdırılmasını təsdiq edən qaimə-fakturalar və çatdırılmış məhsula görə verilmiş hesab-fakturalar, habelə 1 noyabr 2019-cu il tarixinə cərimənin hesablanması barədə məlumatları əks etdirən cədvəl öz əksini tapmışdır ki həmin cədvəldə satılmış malların məbləği, ödənişlərin məbləği və borc məbləği göstərilmişdir. Həmin cədvəl məlumatları nəzərə alındıqda 19 dekabr 2018-ci il tarixli, 2019/ASM/065 saylı müqavilə üzrə satılmış malların dəyərinin 289475,83 manat, ödənişlərin 141700,14 manat və borc məbləğinin 147775,69 manat məlbəğində olduğu müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən təqdim edilmiş köçürmənin aparılması haqqında 03.10.2019-cu il tarixli, **********424661 saylı bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı ASC-nin hesabına 10000 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh MMC tərəfindən təqdim edilmiş debet haqqında 10.01.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı ASC-nin hesabına 17500 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh MMC tərəfindən təqdim edilmiş debet haqqında 08.02.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı ASC-nin hesabına 26500 manat məbləğində ödəniş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında 19.12.2018-ci il tarixli 2019/ASM/065 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. İddia tələbinin bir hissəsini cavabdeh "Cavabdeh” MMC-dən 137775,69 manat (yüz otuz yeddi min yeddi yüz yetmiş beş manat altmış doqquz qəpik) əsas borcun iddiaçının xeyrinə tutulması təşkil edir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik İddiaçıalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 93775,69 manat (137775,69-(17500+26500)=93775,69) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə qənaətə gələrkən nəzərə alınmışdır ki, iddiaçının tələbi əsas borc hissəsində 137775,69 manat olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi 17500 və 26500 manat məbləğində ödənişlərin edilməsi ilə sübutlar təqdim etmiş, həmin ödənişlərin edilməsi iddiaçının nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Həmin ödənişlər iddiaçı tərəfindən əvvəl məhkəməyə təqdim edilən sənədlərdə öz əksini tapmamışdır. İddia tələbinin digər hissəsini 59865,91 manat (əlli doqquz min səkkiz yüz altmış beş manat doxsan bir qəpik) cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehlərdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 4000 (dörd min) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı hüquqi yardıma görə vəkilə ödənilmiş 160 (yüz əlli) manat pulun cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı sübutunu məhkəməyə təqdim etmişdir. Məhkəmənin qənaətinə görə 160 (yüz altmış) manat vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi olaraq 15 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 93775,69 manat (doxsan üç min yeddi yüz yetmiş beş manat altmış doqquz qəpik) borc, 4000 (dörd min) manat cərimə, 160 (yüz altmış) manat vəkil xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat olmaqla, cəmi 97950,69 manat (doxsan yeddi min doqquz yüz əlli manat altmış doqquz qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-76/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-76/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver