Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7658/2025 26.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 2022-2023-cü illərdə göstərilən aviasiya xidmətlərinə görə 42.911,46 manat (ƏDV ilə) xidmətlərə görə ödənilməyən borc, gecikmə günlərinə görə 2.145,57 manat penya, cəmi 45.057,03 manat məbləğin "xxxx" MMC-dən İddiaçı MMC xeyrinə tutulması İddia və müvəqqəti təminat tədbirlərinin tətbiqi haqqında ərizələrin verilməsi üçün müvafiq olaraq ödənilmiş 225,17 manat məbləğində və 22,51 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-dən İddiaçı MMC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və "SOCAR-AQŞ” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07/GM/2019 saylı müqavilə üzrə xidmət göstərərək xx.xx.2022-ci il tarixində cavabdehin 47 sərnişini sifariş olunmuş marşrut üzrə daşınmasını təmin etmişdir. Sərnişin daşınmanın vaxtı - 3,8 saat cavabdehin nümayəndəsinin xx.xx.2022-ci il tarixdə imzaladığı və möhür vurduğu Akt-Hesabatla təsdiq edilmişdir. Xidmətlərin göstərilməsinə görə cavabdehə 23195,73 manat (ƏDV ilə) məbləğində invoce və elektron qaimə təqdim edilmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixində cavabdehin 28 sərnişinin sifariş olunmuş marşrut üzrə daşınmasını təmin etmişdir. Sərnişin daşınmanın vaxtı - 3 saat cavabdehin nümayəndəsinin xx.xx.2023-cü il tarixdə imzaladığı və möhür vurduğu Akt-Hesabatla təsdiq edilmişdir. Xidmətlərin göstərilməsinə görə cavabdehə 18312,42 manat (ƏDV ilə) məbləğində invoce və elektron qaimə təqdim edilmişdir. Bundan əlavə xx.xx.2019-cu il tarixli, 07/GM/2019 saylı müqaviləyə 6 saylı Əlavə Sazinin tələblərinə görə ödəniş üçün cavabdehə 996,86 manat +179,97 manat ƏDV, cəmi 1179, 83 manat (ƏDV ilə) məbləqində, habelə xx.xx.2019-cu il tarixli, 07/GM/2019 saylı müqaviləyə 7 saylı Əlavə Sazinin tələblərinə görə 2023-cü ilin may ayına görə ödəniş üçün 189,39 manat + 34,09 manat, cəmi 223 manat (ƏDV) məbləğində invoce və elektron qaimələr təqdim edilmişdir. Beləliklə, göstərilən dövrdə təqdim edilən xidmətlərə görə cavabdehin 42.911,46 manat (ƏDV ilə) borcu yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə göndərərək, məhkəmə iclasın təxira salınmsını xahiş etmişdir.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İş materiallarından görünür ki, "X3 Services" Məhdud Məsuliyyətli Cəmiyyəti (aviasiya) ilə Cavabdeh (sifarişçi) arasında 10 dekabr 2023-cü il tarixli GV148/23 saylı xidmət müqaviləsi bağlanmışdır.
10. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçinin plan-qrafiki və ayrı-ayrı sifarişləri üzrə xidməti sərnişinlərin, növbələrin, yüklərin zabrat hava limanından, “Ümid” yatağındakı 1 saylı X1 (SDÖ) daşınmasını təşkil etmək üçün, “Aviasiya” Mi-8AMT (mi-8MTV-1), AW 139, S-92, AS-332 tipli vertolyotlarda Sifarişçiyə aviasiya xidmətlərini göstərir.
11. 01 mart 2019-cu il tarixli 07/GM/2019 saylı müqaviləyə 2 saylı Əlavə ilə tərəflər vertolyotun tipi və yerinə yetirilən işlərdən asılı olaraq 1 uçuş saatının dəyəri barədə razılığa gəlmişlər.
12. 01 mart 2019-cu il tarixli 07/GM/2019 saylı müqaviləyə 3 saylı Əlavə ilə tərəflər gündüz və gecə vaxtı təcili tibbi yardım göstərmək və qəza-xilasetmə (gecə vaxtı istisna olmaqla) işləri yerinə yetirmək üçün vertolyotun dəyərinin razılaşdırma Protokolunu təsdiq etmişlər.
13. 01 mart 2019-cu il tarixli 07/GM/2019 saylı müqaviləyə xx.xx.2020-ci il tarixli 01 saylı Əlavə Sazişlə 01 mart 2019-cu il tarixli 07/GM/2019 saylı müqavilədə Aviasiyanın adı xx.xx.2020-ci il tarixdən etibarən İddiaçı MMC ilə əvəz edilmişdir.
14. 01 mart 2019-cu il tarixli 07/GM/2019 saylı müqaviləyə xx.xx.2021-ci il tarixli 02 saylı Əlavə Sazişlə müqavilənin 1.1-ci bəndi “1.1. Sifarişçinin sifarişi ilə 2021-ci il tarixində sifarişçinin işçi heyətinin Zabrat hava limanından, “Günəşli” yatağındakı 7 saylı X1 (SDÖ), “Bulla dəniz” yatağındakı 6 saylı X1 (SDÖ) daşınmasını təşkil etmək üçün Aviasiya Sifarişçiyə aviasiya xidmətlərini göstərəcək” redaksiya ilə əvəz edilmişdir.
15. 01 mart 2019-cu il tarixli 07/GM/2019 saylı müqaviləyə xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli 03 saylı Əlavə Sazişlə xx.xx.2019-cu il tarixli 07/GM/2019 saylı müqavilənin 03 saylı Əlavəsinin cədvəlində göstərilən hava gəmilərinin uçuş saatının qiymətləri razılaşdırılmışdır.
16. 01 mart 2019-cu il tarixli 07/GM/2019 saylı müqaviləyə xx.xx.2021-ci il tarixli 04 saylı Əlavə Sazişlə bütün müqavilənin mətni üzrə “Ümid” yatağı 1 saylı X2 sözləri, sifarişçinin sifarişində qeyd etdiyi Dəniz Özülü sözləri ilə əvəz edilmişdir.
17. 01 mart 2019-cu il tarixli 07/GM/2019 saylı müqaviləyə xx.xx.2023-cü il tarixli 05 saylı Əlavə Sazişlə xx.xx.2023-cü il tarixdən hər ay üzrə aviasiya xidmətlərinə görə bir uçuş saatının qiyməti 2021-ci ildə 1 uçuş saatının qiyməti üstəgəl cari ay üçün hesablanmış yanacağın 1 uçuş/saatının faktiki qiymətinə, HG tipləri üzrə 1 (bir) uçuş saatının qiyməti barədə razılığa gəlmişlər.
18. Müqavilə və ona Əlavələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
19. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə otel qonaqlama xidmətlərinin göstərilməsi ilə bağlı olmuşdur. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
20. Ona görə də, Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
21. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
22. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
23. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
25. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, iddiaçı tərəfindən cavabdehə xidmətlərin göstərilib-göstərilməməsidir.
26. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCK seriyalı 278074 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 23.195,73 manat, EBCL 898841 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 1.179,83 manat, EBDG seriyalı 799250 saylı xx.xx.2023-cü il tarixli dəyəri 18.312,42 manat, EBDİ seriyalı 659602 saylı xx.xx.2023-cü il tarixli dəyəri 223,48 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.
27. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 42.911,46 manat təşkil edir.
28. Hazırda iddiaçı cavabdehin 42.911,46 manat əsas borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edir.
29. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi tələb edilən borca yaxın məbləğdə borcun olduğunu qəbul etdiyini, dəqiq məbləği deyə bilməyəcəyini, lakin iddiaçı ilə danışıqların aparılıb borcu ödəyə biləcəklərini bildirmişdir.
30. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq xidmətlər göstərilmiş, cavabdehin də, göstərilmiş xidmətlərin dəyərini ödəmək vəzifəsi yaranmışdır.
31. Məhkəmə xüsusi ilə, qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmənin sonuncu iclasında iştirak etməmiş, tələb edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.
32. Ona görə də, Məhkəmə hesab edir ki, iddia borcun tələb edilməsi hissəsində əsaslıdır və 42.911,46 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
33. Məhkəmə 2.145,57 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
34. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən əgər ödəniş vaxtında aparılmazsa, gecikdirilmiş hər bir gün üçün ödənilməmiş məbləğin 0,03%-i miqdarında lakin 5%-dan artıq olmamaq şərtilə, penya hesablanır.
35. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
36. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 2.000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir
37. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 224,73 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir .
38. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
39. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 42.911 (qırx iki min doqquz yüz on bir) manat 46 (qırx altı) qəpik, cərimə borcu üzrə 2.000 (iki min) manat olmaqla, ümumilikdə 44.911 (qırx dörd min doqquz yüz on bir) manat 46 (qırx altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 224 (iki yüz iyirmi dörd) manat 73 (yetmiş üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov